Microsoft Word berk senaye tul docx



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə11/20
tarix08.04.2018
ölçüsü0,57 Mb.
#36683
1   ...   7   8   9   10   11   12   13   14   ...   20

 

 

da Qərbi Avropa ölkələrində məişət tullantılarının tərkibində plastmas tullantılar 



2-4%, Fransada plastmas tullantılar yaxın 10 il müddətində 5%,  ngiltərədə 6%-ə 

qədər olacaq. Yaponiyada isə plastmas tullantılar ümumi məişət tullantılarının 9% 

təşkil edir. Bu ölkələrdə belə tullantılar xüsusi zibilyandırma zavodların yandırılır. 

Piroliz. Son zamanlar plastmas tullantıları utilizasiya və təkrar emal etmək 

üçün termiki metodlardan istifadə edilir. Piroliz yandırma üsulu ilə elə tullantılar 

yandırılır  ki,  onlardan  təkrar  emal  məhsulu  almaq  mümkün  olmur.  Bu  zaman 

zibillərin yandırılmasından ayrılan istilikdən istifadə edilir. 



Plastmas tullantılarının xammal kimi başqa texnoloji proselərdə istifadə 

olunması.  Sənayenin  yüngül  və  başqa  sahələrinin  tullantılarından  qiymətli 

xammal  kimi  başqa  texnoloji  proseslərdə,    məsələn  sənaye  çirkab  sularının 

təmizlənməsində istifadə edilir

[ 9]


Məlumdur  ki,  neftlə  çirklənmiş  suları  çirkab  suları  təmizləmək  üçün 

aktivləşdirilmiş  kömürdən  istifadə  edilir.  Lakin  bu  çox  bahalı  və  defisit 

məhsuldur. 

Moskva  Su  Elmi  Tədqiqat  Layihə  nstitutunda  sintetik  lif  və  materialların 

absorbsiya  xüsusiyyətləri  araşdırılmış  və  müəyyən  olunmuşdur  ki,  yüngül 

sənayenin  tullantıları  olan  sintetik  materiallar  –  polipropilen,  lavsan,  nitron, 

sipron,  kapron  və  başqa  tullantılar  adsorbsiya  xüsusiyyətlərinə  görə  aktivləşmiş 

kömürdən  geri  qalmırlar.  Bu  tullantıların  adsorbent  olaraq  texnoloji  proseslərdə 

istifadə olunması təklif olunur. 

Polimerlərin  təkrar  emalından  alınan  məhsullardan  yol  tikintisində  geniş 

istifadə olunur. Bu haqqda III fəsildə geniş məlumat veriləcək. 

Tullantıların  emalından  alınan  materialların  keyfiyyətinin  stabilliyi  imkan 

verir ki, onlardan müəyyən plastmas məmulatlar hazırlanmasında istifadə edilsin. 

Belə  ki,  yüksək  təzyiqdə  istehsal  olunmuş  polietilenin  tullantılarının  emalından 

alınan məhsuldan yığmaq üçün torbalar, kabelləri mühafizə etmək üçün borular, 

bərkidicilər,  kənd  təsərrüfatında  və  tikintidə  istifadə  olunan  nazik  pərdələr 

hazırlanır.  Alçaq  təzyiqdə  istehsal  olunmuş  polietilen  tullantıların  təkrar 




 

 

emalından  alınan  materiallardan  işıqlandırıcılar  üçün  karkaş,  vedrə,  döşəmələr, 



tikinti konstruksiyalar üçün qəliblər, bitkilər yetişdirmək üçün qutu və s. istehsal 

olunur. 


Təkrar  emal  məhsullarından  müxtəlif  komponentli  töküklər  istehsal  olunur. 

Belə  məmulatlar  daxili  və  xarici  qatlardan,  tərkibi  isə  müxtəlif  materiallardan 

ibarət  olur.  Xarici  qat  yüksək  keyfiyyətli  plastmasdan  hazırlanır,  zövqlü  xarici 

görünüşə malik olur. Daxili təbəqəyə yüksək tələbat qoyulmur və belə plastmasın 

tərkibinə  qiyməti  ucuz  olan  talk,  barium-sulfat,  şüşə  və  keramik  kürəciklər, 

köpükləndirici agentlər qatılır. Belə məhsullardan mebellərin və məişətdə işlənən 

məmulatların istehsalında istifadə edilir. 

Son  zamanlar  plastmas  tullantıların  utilizasiya  həcmini  azaltmaq  məqsədilə 

işləmə  müddəti  tənzim  oluna  bilən  yeni  plastmas  növlər  üzərində  tədqiq  işləri 

aparılır.  Bunlar  işıq  və  bioloji  təsirlərdən  quruluşu  dağıla  bilən  foto  və 

biopolimerlərdir.  Bu  polimerlər  işığın,  istiliyin,  havanın  və  torpaqda  olan 

mikroorqanizmlərin  təsiri  ilə  kiçik  molekullara  parçalanaraq,  torpağa  qarışır  və 

bioloji  dövrana  daxil  olur.  Belə  polimerləri  fəraləndirən  cəhət  onların  istismar 

müddəti başa çatana qədər xassələrini qoruyub saxlamasıdır. Işlətmə müddəti başa 

çatdıqdan  sonra  fiziki-kimyəvi  və  bioloji  çevrilmələrə  məruz  qalaraq  strukturu 

dəyişir və dağılır. 



Fotodağılan polimerlər. Son zamanlar əksər tədqiqat işləri işləmə müddəti 

tənzim olunan,işığın təsirindən kiçik molekullara parçalanan foto polimerlərə həsr 

edilir.Belə polimerlərə elə xüsusi birləşmələr əlavə edilir ki,onların təsirindən foto 

polimer  təbii  şəraitdə  dağılaraq  kiçikmolekullu  polimerə  çevrilir,sonralar  isə 

torpaqda  və  havada  olan  mikroorqanizmlər  tərəfindən  udulur.  Bir  qayda  olaraq 

polimerin  işığıntəsirindən  dağılması  üçün  polimerin  tərkibinə  işığa  həssas 

molekulyar qruplar əlavə edilir. Belə polimerləri praktiki olaraq tətbiq etmək üçün 

aşağıdakı şərtlər ödənilməlidir: 

-modifikasiya olunmuş polimerin xüsusiyyətləri dəyişilməməlidir; 

-polimerə əlavə olunmuş qarışıq toksiki olmamalıdır; 




 

 

-polimerlər adi metod ilə emal olunmalıdırlar; 



-belə  polimerlərin  istehsal  və  dağılma  müddəti  məlum  olmalıdır,  imkan 

daxilində bu interval geniş olmalıdır; 

-polimerin dağılma məhsulları toksiki olmamalıdır. 

Fotodağıdıcı  polimerlər  almaq  üçün  polimer  zəncirinə  karbonil  qrupunun 

daxil edilməsi tövsiyyə edilir. 

Praktiki  olaraq  eyni  fiziki-kimyəvi  göstəriciləri  olan  adi  və  fotodağıdıcı 

polimerlərin “qocalma” sürətləri müxtəlif olur. Fotopolimer daha tez “qocalır”, bu 

isə fotopolimerin molekulyar çəkisinin kəskin azalması ilə əlaqədardır. 

 

 

 




 

 

2.3. şlənmiş şinlərin təkrar emal texnologiyası, alınan rezin 



ovuntuları, onlardan istifadə sahələri 

 

stismardan  çıxmış  şinlərin  təkrar  emalı  sənaye  cəhətdən  inkişaf  etmiş 



ölkələr,  eyni  zamanda  bizim  Respublikamız  üçün  mühüm  ekoloji  və  iqtisadi 

ə

həmiyyət  kəsb  edir.  stismardan  çıxmış  şinlər  yüz  illər  ərzində  ətraf  mühiti 



çirkləndirən  mənbələr  olmuşlar.  Rezin  və  rezin  texniki  məmulatlar  yandıqda 

böyük  ekoloji  təhlükə  törədir,  ona  görə  də  işlənmiş  şinlərin  təşkili,  təkrar  emalı 

böyük əhəmiyyət kəsb edər

[ 4,5]


stismardan  çıxmış  şinlərdə  rezindən  başqa  toxunma  mallar  və  metallik 

materiallar  vardır.  Bütün  bunlardan  istifadə  təbii  sərvətlərdən  qənaətlə  istifadə 

etməyə gətirib çıxarar. 

Ona görə də ekoloji nöqteyi-nəzərdən istifadə olunmuş rezin məmulatlarının 

təkrar  emalı  böyük  əhəmiyyət  kəsb  edir,  çünki  rezin  tullantıları  təkcə  yanacaq 

deyil, eyni zamanda qiymətli xammal mənbəyidir. 

Son  zamanlar  xarici  ölkələrdə  sənaye  miqyasında  işlənmiş  şinləri  kirogen 

üsulu  ilə  emal  edirlər.  Bu  üsulun  mahiyyəti  ondan  ibarətdir  ki,  şini  soyuducu 

agentlə  doldururlar.  (Soyuducu  agent  olaraq  maye  azotdan  istifadə  edilir).  Belə 

soyud  emal  nəticəsində  şin  kövrəkləşir  və  sonrakı  əməliyyatların  aparılması  və 

ş

indən kordun çıxarılması asanlaşır. Bu əməliyyat şinin keyfiyyətini pisləşdirmir, 



ə

ksinə  yüksək  keyfiyyətli  regenerat  alınır.  Bu  üsuldan  istifadə  etdikdə  enerji 

sərfinə  25%  qənaət  etmək  mümkün  olur.  şlənmiş  şin  məmulatı  emalının  ən 

perspektiv  sahəsi  onun  pirolizidir.  Şinin  emalı  nəticəsində  bir  sıra  qiymətli 

məhsullar alınır. 

Köhnə  pokrışkaların  600-800

0

S  temperaturda  pirolizi  nəticəsində  32-dən 



artıq  aromatik  karbohidrogenlərlə  yanaşı,  benzol,  divinil,  toloul  və  s.  üzvi 

maddələr alınır ki, bunlar kimya sənayesi üçün qiymətli xammallardır. 




Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə