Microsoft Word berk senaye tul docx



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə9/20
tarix08.04.2018
ölçüsü0,57 Mb.
#36683
1   ...   5   6   7   8   9   10   11   12   ...   20

 

 

Cədvəl 2.2 



Polad tullantısının tərkibi və % miqdarı 

Material  Kateqoriya 

Elementlərin miqdarı, % 

Si 



Mn 

Ş



 

Polad 


tullantısı  

Б

 



01,-0,4 

0,17-0,37  0,35-0,8 

0,05 

0,05 


 

 

Belə polad tullantının təkrar emalından alınan hazır poladın tərkibində 



C-0,27%, Mn-0,7%, Si-0,23%, P-0,03%, S-0,03% olur. 

Vakuum elektrik-qövs sobasında metalların əridilməsi üçün lazım olan 

qurğunun  sxemi  şəkil  2.1  göstərilmişdir.  Bu  üsul  qaz  və  qeyri-metal 

birləşmələri  olmayan  təmiz  olan  polad  və  digər  ərintilərin  təkrar  emalında 

tətbiq olunur. Üsulun mahiyyəti belədir: emal ediləcək metaldan sərf olunan 

elektrod hazırlanır [ 23]. 

 

Səkil 2.1 Vakuum elektrik-qövs sobasının sxemi 

1-sərf  olunan  elektrod,  2-maye  metal  vannası,  3-metal  külçəsi,  4-su  ilə  soyudulan 

kristallaşdırıcı, 5-su ilə soyudulan altlıq, 6-vakuum kamera, 7-cərəyan keçirici  



 

 

Belə elektrodu tökmə yayma presləmə və başqa üsullarla hazırlanır. Elektrod 



qurğuda  şaquli  vəziyyətdə  kristallizator  üzərində  yerləşdirilir.  Elektrodla 

kristallizator  arasında  “zatravka”  adlanan  altlıq  qoyulur.  Zatravka  fiziki-kimyəvi 

reaksiyalar əsasında alınan maddəyə başlanğıc strukturu və faza vəziyyətini verən 

materialdır.  Sonra  soba  bağlanır  və  vakuum  yaradılır.  Sobada  lazımi  vakuum 

1,33-0,133  Pa  alındıqdan  sonra  elektrik  dövrəsi  qapanır.  Bu  zaman  əriyən 

elektrodla  zatravka  arasında  yaranan  elektrik  qövsünün  istiliyi  hesabına 

elektrodun ucu və zatravkanın üst qatı əriyir. Elektrod əridikcə damcılarla aşağıda 

yerləşən  metal  vanna  tərəfə  hərəkət  edir.  Hərəkət  zamanı  onun  vakkumlaşması 

gedir, hidrogenin  ilkin  miqdarının  80%-i, azotun 50%-i kənar olur.  Bu prosesdə 

elektrodun  əriməsi  ilə  eyni  zamanda  zatravka  üzərində  yerləşən  maye  ərinti  də 

istiqamətlənmiş kristallaşma qanunu üzrə bərkiyir. Beləliklə, prosesin sonunda sıx 

quruluşlu,  zərərli  qazlar  və  metal  oksidlərinə görə  təmiz  olan, çəkisi  on  tonlarla 

olan  metal  külçəsi  alınır.  Lakin  vakuum  elektrik-qövs  sobasının  baha  başa 

gəlməsi  və  onun  istismarının  çətin  olmasından  onun  istehsalatda  tətbiqi 

məhduddur. 

Elektrik-posa  ilə  təkrar  əritmə:  Bu  üsulla  təkrar  emalla  metal  külçəsinin 

alınması ardıcıllıqla şəkil 2.2 verilmişdir. 

Üsulun  mahiyyəti  belədir:  əvvəlcə  əriyən  elektrodla  qalınlığı  25-35  mm, 

tərkibi  isə  əriyən  elektrodun  tərkibi  ilə  eyni  olan  poladdan  hazırlanmış  zatravka 

arasında  saflaşdırıcı  xassəli  maye  posa  yaradılır,  elektrodun  ucu  posa  içərisinə 

salınır, sonra isə elektrik dövrəsi qapanır. Posa qatının dərinliyi 120-170 mm olub, 

ə

riyən  elektrodun  diametrindən  asılı  olaraq  götürülür.  Burada  yaradılan  posanın 



tərkibi əridilən poladın tərkibindən asılı olaraq müxtəlif olur. Posanın tərkibi elə 

olmalıdır ki, o metalı zərərli qarışıqlardan təmizləməklə yanaşı, həm də ərintinin 

tərkib elemntlərini oksidləşmədən qorusun. 

 

 



 


 

 

 



 

 

 



 

Şə

kil 2. 2 Elektrik-posa ilə təkrar əritmənin sxemi 

1-sərf olunan elektrod, 2-posa vannası, 3-elektrod metalının damcısı, 4-metal 

vanna, 5-posadan ibarət  qat,  6-metal külçəsi, 7-kristallaşdırıcının  divarı, 8-metal 

külçəsinin soyuması zamanı yaranan boşluq, 9-zatravka, 10-altlıq 

 

 



Bu məqsədlə istifadə olunan posanın tərkibi, əsasən CaF

2

, CaO və Al



2

O

3



-dən 

ibarət olur. Posadan cərəyan keçdikdə Coul-Lens qanununa əsasən ayrılan istilik 

onu  1670-2000

0

C  temperaturadək  qızdırılır.  Posanın  istiliyi  hesabına  elektrodun 



posa içərisində qalan hissəsi əriyir və damcılar şəklində posadan keçərək zatravka 

üzərində  maye  metal  vannanı  əmələ  gətirir.  Metal  damcısı  posadan  keçərkən 

tərkibindəki  fosfor,  kükürd  və  müxtəlif  metal  oksidləri  posaya  keçir  və  saflaşır. 



 

 

Elektrod  əridikcə  maye  metal  vannanın  üst  səviyyəsinə  yaxın  hissəsi  ilə 



zatravkaya yaxın hissəsi arasında istilik mübadiləsi çətinləşir. Ona görə də maye 

vannanın  zatravka  tərəfdən  olan  hissəsi  soyuyur  və  kristallaşır.  Maye  vannanın 

səviyyəsi yerini dəyişdikcə onun kristallaşma sərhədi də həmin istiqamətdə yerini 

dəyişir.  Bu  da  metal  vannanın  istiqamətlənmiş  kristallaşma  qanunu  ilə 

bərkiməsinə  səbəb  olur.  Beləliklə,  elektrik-posa  təkrar  əritmə  üsulu  ilə  sıx 

quruluşlu P.S və müxtəlif metal oksidlərinə görə təmiz metal külçəsi alınır. Belə 

poladlarda hazırlanmış maşın və avadanlıqların etibarlığı və istismar dövrü artır. 

Bu  üsulla  alınan  ərintilərin  maya  dəyəri  vakuum  elektrik-qövs  sobasında  alınan 

ə

ritmənin  maya  dəyərindən  bir  neçə  dəfə  aşağıdır.  Belə  ərintilərdən  istehsal 



olunan  məhsullar  və  onların  iqtisadi  əhəmiyyəti  haqqında  fəsil  III  məlumat 

veriləcək. 

Ə

lvan  metalların  təkrar  emalı:  Dünyada  alüminium  tullantılarının  təkrar 



emalı  nəticəsində  alınan  alüminium  metalı  həmin  tullantıların  20%  təşkil  edir. 

Finlandiyada  isə bütün alüminium  tullantılar  təkrar  emal  olunur,  hətta bu dövlət 

xaricdən  alüminium  tərkibli  lomları  da  alıb  təkrar  emal  edirlər.  Bu  işlərlə 

metalların  ticarəti  ilə  məşğul  olan  xüsusi  təşkilatlar  məşğul  olur.  Təşkilatlar 

alüminium  tullantıların  doğranması,  qablaşdırılması  və  sortlaşması  ilə  məşğul 

olur, bu lomların metal emaledici zavodlara çatdırılmasını da həyata keçirirlər. 

Alüminium  tullantılarının  təkrar  emalının  birinci  mərhələsində  lomlar 

doğranır. Doğranmış lomun tərkibində Al-dan başqa müxtəlif metallar, yanacağın 

tullantıları,  mexaniki  qarışıqlar  və  s.  olur.  Çətin  bir  mühitdə  əridilən  tullantıdan 

alüminium fraksiyasını ayrırlar. Ərintidəki nəmlik və yağlar quruducu barabanda 

buxarlandırılır.  

Təqribi təmizlənmiş alüminium lomu çıxtə şəklində əridilmə sobasına verilir, 

orada  əridilir,  legirlənir,  təmizlənmək  üçün  konverterə  ötürülür.  Sonra 

təmizlənmiş maye alüminium qəliblərə tökülərək sonrakı emal üçün göndərilir. 




Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə