Microsoft Word berk senaye tul docx



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə5/20
tarix08.04.2018
ölçüsü0,57 Mb.
#36683
1   2   3   4   5   6   7   8   9   ...   20

 

 

artıqdır. Qurğuşunun yüksək konsektrasiyası reproduktiv, əsəb, ürək-damar, 



immunitet və endokrin sistemlərinin dəyişməsinə səbəb olur.  

Qurğuşunun təsirindən fəhlələrdə mərkəzi əsəb sisteminin zədələnməsi, 

qorxu  hissinin,  depresiyanın  yaranması  baş  verir.  Qurğuşun  uzun  müddət 

orqanizmə  daxil  olduqda  böyrəklərdə  nefropatiyanın  inkişafı  ilə  nəticələnə 

bilən böyrək çatışmamazlığı yaranır. 

    Civə  orqanizmə  daxil  olaraq  orqanizmin  zülal  mübadiləsini  və 

fermentasiya prosesini pozur. Atmosfer havasından insan orta hesabla sutka 

ə

rzində 1 mkq civə udur. Udulan civə buxarının 80%-ə qədəri ağciyərlərdə 



saxlanılır və qana daxil olaraq tez oksidləşir. Orqanizmə daxil olan civənin 

hamısı praktik olaraq tez ionlaşır. Içməli su və qida məhsulları ilə orqanizmə 

daxil olan civənin üzvi birləşmələri daha təhlükəlidir. Sutkada qəbul edilən 

su  ilə  orqanizmə  0,4  mkq-dan  az  civə  daxil  olur.  Istehsalatda  civə  ilə 

təmasda olmayan hallarda civənin əsas mənbəi qida, başlıca olaraq balıq və 

balıq məhsulları sayılır. Antropogen təsirlər nəticəsində yüksək çirklənməyə 

məruz  qalmış  rayonlarda  civənin  sutkalıq  qəbulu  300  mkq-a  çata  bilər,  bu 

isə  civə  ilə  zəhərlənməyə  səbəb  olur.  Civənin  üzvi  birləşmələri  qeyri-üzvi 

birləşmələrə nisbətən orqanizmdə uzun müddət dəyişməz qalır. 

Yuxarıda  soylənənlərə  əsaslanaraq  demək  olar  ki,  antropogen  təsirlər 

nəticəsində ətraf mühitə atılan çirkləndiricilər ekoloji problemlər yaratmaqla 

yanaşı, birbaşa yaxud dolayı yolla insan orqanizminə daxil olaraq, insanların 

sağlamlıqlarının zəifləməsinə, xəstəliklərin yaranmasına səbəb olur. 

Qeyd etmək lazımdır ki, Azərbaycanda metal tullantılarının təkrar emalı 

elə də yüksək səviyyədə inkişaf etməmişdir. Buna səbəb hələlik bu sahədə 

bazanın formalaşmamasıdır. Məlum olduğu kimi, respublikada əsasən neft-

qaz  və  maşınqayırma  sənayesinin  müəssisələri  işləyir.  Lakin  metal 

tullantıları  toplayan  poliqonlar  yoxdur.  Pərakəndə  şəkildə  istismar  müddəti 




 

 

bitmiş  metalların  yığımı  mövcuddur.  Belə  metal  tullantıları  təkrar  emal 



etmək  üçün  yalnız  bir  şirkət  “Baku  Steel  Company”  fəaliyyət  göstərirdi. 

Təəssüflə qeyd etmək lazımdır ki, bu şirkət artıq öz fəaliyyətini dayandırıb. 

Azərbaycanın  iqtisadi  inkişaf  planı  çərçivəsində  və  ekoloji  tarazlığın 

qorunması  sahəsində  Balaxanı  ərazisində  inşa  olunmuş  tullantıların 

çeşidlənməsi  müəsisəsini  inkişaf  etdirmək  olar.  Sənaye  sahələrinin  inkişafı 

tullantıların  yaranmasını  artırır  və  bununla  da  tullantıların  təkrar  emalı  və 

idarə  olunması  problemləri  yaranır.  Lakin  balaxanı  zibil  poliqonunda 

zibildən yalnız metal, plastik kütlə, şüşə və s. çeşidlənir. Yerdə qalan zibillər 

birlikdə yandırılır. Bu halda havanın çirkləndirilməsi prosesi davam edərək, 

bir  ekoloji  problemin  həlli  ikinci  bir  ekoloji  problemin  yaranmasına  səbəb 

olacaqdır. 

Mövcud olan belə çətinliklərin aradan qaldırılması üçün Bakıda iri zibil 

yandırma zavodunun tikilməlidir.  

 

 



 

 

 



 


 

 

1.3.Köhnəlmiş texniki-rezin və rezin məmulatların yaratdıqları 



ekoloji problemlə

 

Rezin  qarışığının  yaxud  kauçukun  vulkanlaşdırılması  ilə  qaynar  və  ya 

soyuq  üsullarla  rezin  istehsal  olunur.  Tərkibində  2-8%  kükürd  olan  rezinlərə 

yumşaq,  12-20%  kükürd olan  rezin  yarımbərk,  25-30%  kükürd  olan  rezin  isə 

bərk  rezin  adlanır.  Rezin-texniki  məmulatların  (RTM),  xalq  istehlakı 

mallarının, şin sənayesində şinlərin istehsalında rezin tullantılar yaranır

[ 2,3]

.  


RTM rezin sənayesinin əsas məhsullarından biri sayılır. Konveyer lentləri, 

ötürücü  rezin  kəmərləri,  müxtəlif  formalı  məmulatlar,  rezin  tərkibli  parçalar, 

texniki lövhələr, əsas rezin-texniki məhsullar sayılır. 

RTM  istehsalı  zamanı  vulkanlaşmamış  və  vulkanlaşmış  rezin  tərkibli 

parçalar,  tekstil  və  rezinmetallı  tullantılar  yaranır.  Vulkanlaşmamış  rezin 

tullantılar  birbaşa  istifadəsi  mümkün  olmayan  rezin  qarışığından  və  onun 

qalıqlarından  ibarətdir.  Belə  rezinin  tərkibində  ən  qiymətli  komponent 

kauçukdur  və  onun  miqdarı  90%  olur.  Belə  tullantıların  tərkibi  əsas  rezin 

qarışığının tərkibinə təxminən oxşar olur. 

Vulkanlaşdırılmış  rezin  tullantılar  (VRT)  rezin  istehsalı  prosesində  rezin 

qarışığının  vulkanlaşdırılması  mərhələsində  yaranır.  Bu  tullantılar  eyni 

zamanda  VRT-dən  məhsul  istehsalı  prosesində  ayrılan  qırıntılardır. 

Tullantıların  tərkibində  50%  qədər  kauçuk  olur.  Bu  kauçuk  rezin  qarışığının 

tərkibindəki başqa inqradientlərlə sıx kimyəvi əlaqədə olur və təkrar emal üçün 

qiymətli xammal hesab olunur. 

Vulkanlaşmamış  rezintərkibli  tullantı  parçalar  rezintərkibli  parçaların 

qalıqlarıdır.  Rezin  –  texniki  məmulatların  istehsalı  zamanı  yaranır.  Belə 

tullantıların  tərkibində  kauçuk  ilə  yanaşı  öz  xassələrini  qoruyub  saxlayan 

kapron, terplen, anid, ipək, pambıq-kətən və s. qiymətli materiallar olur. Təkrar 

emal  üçün  qiymətli xammal  hesab  olunur.  Lakin  təkrar  emal  çox  vəsait  tələb 




 

 

etdiyindən  yandırılır.  Yandırılması  isə  tərkibində  kimyəvi  sintetik  məhsullar 



olduğuna  görə  ətraf  mühitdə  sintetik  kimyəvi  maddələrin  yaratdığı  ekoloji 

problemlər  yaradır,  Atmosferə  atılan  tullantı  qazların  tərkibində  isə  karbon 

oksidlərinin miqdarı normadan artıq olur. 

2012-ci ilin statistik məlumatına görə Qərbi Avropa ölkələrində hər gün 2 

milyon  ton  şin  tullantısı  və  təxminən  bir  o  qədər  də  rezin-texniki  məmulatı 

(RTM)  tullantısı  əmələ  gəlir.  Şin  və  RTM  istehsalı  ilə  məşğul  olan 

müəsisələrdə  yaranan  bu  tullantılardan  demək  olar  ki,  istifadə  olunmur. 

Yaranmış belə tullantıların təkrar emalı çox zəif olduğundan onları yandırırlar. 

Bu  isə  ekologiyaya  böyük  ziyan  vurmaqla  yanaşı,  çox  qiymətli  xammalların 

itkisinə səbəb olur. 

RTM əsasında olan tullantıların təkrar emal üsuluna çəkilən xərclər böyük 

məbləğ təşkil etdiyindən iqtisadi cəhətdən əlverişli hesab olunmur. 

RTM  tullantılarının  ən  əlverişli  emal  üsulu  onları  doğramaqla,  regenerat 

almaqdır.  Doğranma  müxtəlif  üsullarla  aparılır.  Doğranma  prosesində  əsasən 

vərdənələrdən  istifadə  edilir.  Bu  məqsədlə  Rusiya  Federasiyasında,  Polşada, 

ngiltərədə,  ABŞ-da  doğrayıcı  vərdənələrdən,  Almaniyada,  Çexiyada  diskli 

dəyirmanlardan  istifadə  edilir.  şlənmiş  RTM  doğrayarkən  əsas  zəncirdəki 

karbon  əlaqələri  qırılır  və  rezin  tam  destruksiya  olunur.  RTM  tullantılarının 

doğranması  zamanı  yaranan  vulkanizasiya  tozunun  miqdarı  və  tərkibi 

məmulatın  tərkibində  olan  polimerdən  asılı  olur.  Belə  tozların  müəyyən 

qarışıqlardan  təmizlənmədən  atmosferə  ötürülməsi  yolverilməz  hesab  olunur. 

Digər  tərəfdən  rezin  məmulatı  xırdalamaq  üçün  elektrik  enerjisindən  istifadə 

olunur. 

Rezin  məmulatının  daha  xırda  hissəciklərə  salınması  daha  çox  elektrik 

enerjisi tələb edir. Bu zaman xüsusi fikir verilməlidir ki, alınan rezin ovuntusu 

hissəciklərinin ölçüləri alınacaq son məhsul olan regeneratın alınmasını təmin 




Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə