Microsoft Word birja isinin t?Skili v? Idar? Ediln?SI. doc



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə27/69
tarix14.09.2018
ölçüsü1,39 Mb.
#68673
1   ...   23   24   25   26   27   28   29   30   ...   69

 
 
 
ilə  qarşılaşan  alıcı  öz  fəaliyyətini  digər  bazarların  seçilməsinə 
və  bu  bazarlarda  tələbin  ödənilməsi  formalarının  axtarıb 
tapılmasına  yönəldir.  Satıcılar  tərəfindən  təqdim  edilmiş, 
ekspertdən  keçmiş  və  hərracın  cədvəllərinə  düşmüş  əmtəələr 
əvvəlcədən  baxışa  təqdim  edilməlidir.  Real  alıcı  hərracın 
keçirildiyi  vaxta  qədər  satılacaq  malların  nümunələri  ilə  tanış 
olmaq  imkanı  əldə  etməklə  bu  və  ya  digər  malların  alınıb-
alınmaması,  daha  doğrusu  hərracda  iştirak  etməyin  zəruriliyi 
haqda müstəqil qərar qəbul edir. Digər tərəfdən isə alıcı baxışa 
təqdim  edilmiş  malları  saf-çürük  etməklə  əldə  edəcəyi 
əmtəənin  keyfiyyətini  lazımi  tələblər  səviyyəsində  olmasını 
müəyyənləşdirir. 
 Qeyd  olunduğu  kimi,  hərrac  ticarətinin  bir  neçə 
keçirilməsi  üsulu  mövcuddur.  Belə  ki,  qiymətin  yüksəldilməsi 
qaydası  üzrə  hərrac  ticarəti  səsli  və  ya  səssiz  keçirilə  bilər. 
Səsli  qaydada  hərracı  aparan  şəxs  satışa  çıxarılan  məhsul 
vahidinin  start  –  başlanğıc  qiymətini  təyin  edərək,  ticarət 
iştirakçılarına  «Kim çox verir?» - deyə sualı ilə müraciət edir. 
Bu zaman alıcılar bir-bir məhsula öz  yüksək qiymətlərini elan 
edirlər. Əgər növbəti alıcı satılan məhsula yeni yüksək qiymət 
təyin  etmirsə,  hərracı  aparan  şəxs  iştirakçılara  yenə  üç  dəfə 
müraciətlə,  məhsula  daha  yüksək  qiymət  vermək  istəyəni 
axtarır.  Nəhayət  zalda  alıcılar  arasında  məhsulun  ona  ən 
yüksək  qiymət  verənə  satılması  haqda  aparıcı  ağacdan 
hazırlanmış  çəkicin  stola  zərbəsi  vasitəsilə  rəsmi  elan  edir. 
Səssiz  hərrac sistemində isə  alıcılar (brokerlər,  dilerlər və b.) 
hərracın  aparıcısına  dinmədən  xüsusi  işarələr  verərək,  satılan 
məhsulun qiymətinin növbəti yeni pilləyə qaldırılmasına razılıq 
verirlər.  Bu  zaman  hərracın  aparıcısının  özü  də  dinmədən  və 
heç  kəsin  adını  çəkmədən,  yalnız  işarələr  vasitəsilə  alıcıların 
əmrlərinə reaksiya verir.  
Yuxarıda 
təqdim 
edilənlə 
yanaşı 
hərracın 
keçirilməsinin  skandinaviya  üsulu  da  mövcuddur.  Həmin 
hərrac sistemində satışa çıxarılan məhsula qəsdən yüksək start 


 
 
 
qiyməti  təyin  edərək,  alıcılara  onun  qiymətini  aşağı  salmağa 
imkan verilir. Lakin məhsul yenə də alıcılar arasında ən yüksək 
qiymət  verənə  satılır.  Bəzi  hallarda  istehsal–texniki  təyinatlı 
məhsulların hərrac ticarəti bu sahədə təcrübəsi və icazəsi olan 
kommersiya  mərkəzləri  tərəfindən  keçirilir.  Keçmiş  postsovet 
məkanında  yaranmış  yeni  dövlətlərdə  bazar  iqtisadiyyatı  hələ 
tam  formalaşıb,  sivil  səviyyəyə  çatmadığı  üçün  bəzi  istehsal 
vasitələri  üzrə  müəssisə  və  təşkilatlar  qıtlıq  hiss  edirlər. 
Bununla  əlaqədar  dövlət  sifariş  nomenklaturu-çeşidi  üzrə 
istehsal-texniki  təyinatlı  məhsulların  hərraclar  vasitəsilə  satışı 
əmtəələrin  limitsiz  azad  ticarətinin  spesifik  forması  kimi 
mövcuddur.  Belə  halda  istehsal  vasitələri  üzrə  kommersiya 
əməliyyatları ticarət prosesində alıcılar arasında yaranmış yarış 
nəticəsində  meydana  çıxan  qiymətlərlə,  vahid  çeşidli  və  ya 
formalaşdırılan məhsul partiyaları üzrə aparılır.  
Hərrac ticarətləri vasitəsilə mal satışı təsərrüfat hesabı 
əsasında  həyata  keçirilir.  Müşahidə  və  tədqiqatlar  göstərir  ki, 
hərracların  təşkili  nəticəsində  vasitəçilərin  əldə  etdikləri  gəlir 
kütləsi  əsasən  ilkin-start  qiyməti  və  satış  prosesində 
yüksəldilmiş  hərrac  qiyməti  arasında  yaranmış  fərqdən  asılı 
olaraq,  faizlə  hesablanır.  Müxtəlif  hərraclar  üzrə  həmin  gəlir 
mənbəyi ümumi hərrac satışı üzrə əldə edilən gəlirlərdə xüsusi 
çəkisi 100%-dən 22%-ə kimi tərəddüd edir. 
Ölkəmizdə  hərrac  ticarətinin  müvəffəqiyyəti  və 
miqyası  bazar  iqtisadiyyatına  keçidlə  əlaqədar  iqtisadi 
münasibətlərin  yenidən  qurulması,  qiymət  siyasəti,  vergi  və 
kredit,  pul  və  maliyyə  sistemlərində  aparılan  dəyişikliklərin 
səmərəliliyindən asılı olacaqdır.  
 
4.5. Azərbaycan Respublikası Bakı əmtəə  
birjasının vəziyyəti 
Hər  bir  müəssisədə  olduğu  kimi,  əmtəə  birjasının 
fəaliyyəti  bir  sıra  obyektiv  və  subyektiv  amillərdən  asılıdır. 
Belə  ki,  birjanın  özündən  asılı  olan  daxili  hadisə  və  proseslər 


 
 
 
onun maliyyə-iqtisadi vəziyyətinə bilavasitə təsir edirsə, xarici 
mühitdə  gedən  proseslərə  o  heç  cür  təsir  edə  bilməyərək, 
onların «şıltaqlıqlarına» məruz qalmağa məcbur olur.
1
 
Əmtəə  birjasının  fəaliyyətinə  təsir  göstərən  xarici 
amillərin özlərini də belə bölmək olur:  
a)  qismən  idarə  olunanlar  (tələb,  təklif,  qiymətlər, 
rəqabət  və  s.)  və  idarəsi  mümkün  olmayan  (siyasi  vəziyyət, 
iqtisadi durum, vergi və gömrük sistemləri və s.); 
b) maliyyə-iqtisadi vəziyyətinə güclü, zəif və heç cür 
təsir etməyən amillər. 
Əmtəə  və  fyuçers  birjalarının  təsərrüfat-iqtisadi 
fəaliyyəti 
və 
maliyyə 
vəziyyətlərini 
təhlil 
edərək 
qiymətləndirmək  üçün  onlara  konkret  obyektiv  və  subyektiv 
amillərin təsir səviyyəsini təyin etmək gərəkdir. 
qtisadi  təhlil  prosesində  onu  da  nəzərə  almalıyıq  ki, 
bir  sıra  göstəricilər  birjanın  fəaliyyətinə  keyfiyyət  baxımdan 
mənfi  təsir  etdiyi  halda,  kəmiyyət  nöqteyi  nəzərindən  müsbət 
dəyişə  bilər.  Bununla  əlaqədar  həmin  göstəricilərin 
dinamikasını düzgün qiymətləndirmək üçün onlar keyfiyyət və 
kəmiyyət parametrləri prizmasından baxılmalıdır. 
Bazar  iqtisadiyyatı  şəraitində  hər  bir  müəssisənin 
olduğu 
kimi, 
birjaların 
da 
fəaliyyətini 
düzgün 
qiymətləndirməyin  əhəmiyyəti  artır.  Çünki  onlar  təsərrüfat-
iqtisadi  müstəqilliklərini  əldə  etdikləri  üçün  tam  təsərrüfat 
hesabı  prinsiplərinə  uyğun  işləyir  və  bazar  subyektləri  ilə  öz 
                                                 
1
 Юлкямиздя эедян игтисади, сосиал вя сийаси просесляр тяяссцф ки, 
перспектив 
бахымындан 
дяриндян 
юйрянилиб 
лайигли 
гиймятляндирилмир.  Башлыжасы  ися,  щакимиййят  даиряляринин 
хошуна  эялмяк  цчцн  мцяййян  структурлар  юлкянин  мювжуд 
дурумуну  мцяййян  эюзял  бойаларла  бязясяляр  дя,  коррупсийада 
Азярбайжан  Республикасы  дцнйада  биринжи  йерлярдян  бирини, 
ящалинин игтисади вязиййятиня эюря ися дцшмян щесаб етдийимиз 
Ермянистандан елядя габаьа эетмямишдир. 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə