Microsoft Word bvkm-xopks docx



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə71/133
tarix14.09.2018
ölçüsü2,67 Mb.
#68617
1   ...   67   68   69   70   71   72   73   74   ...   133

 

220

ölkənin dövlət borclarını tənzimləmək üçün çoxtərəfli görüş təşkil 

etmişdir.  

Digər  borclu  ölkələr  də  buna  əməl  etdikdən  sonra  bu  cür 

görüşlər  bütün  iştirakçılar  üçün  faydalı  hesab  edilərək  müntəzəm 

keçirilməyə başlandı. Bu görüşlər bütün kreditor ölkələrin bərabər 

hüquqlu  vəziyyətdə  qalmasına  imkan  yaradır.  Belə  ki,  ikitərəfli 

danışıqlar  zamanı  borclu  ölkə  hər  hansı  başqa  bir  kreditor 

dövlətlərin maraqlarına əhəmiyyət verməyə bilər. 

Fransa  hökuməti  sahələri  klubun  ixtiyarına  verir,  katiblik 

xidmətlərini  təmin  edir  və  görüşlərə  sədrlik  edir.  Əsasən  bütün 

kreditor ölkələr bu cür danışıqlarda iştirak edə bilərlər. Təcrübədə 

adətən  kreditorlar  tərəfdən  sənaye  baxımından  inkişaf  etmiş  və 

yalnız  ayrı-ayrı  hallarda  inkişaf  etməkdə  olan  ölkələr  iştirak 

edirlər.  

claslarda BVF-nin nümayəndələri iştirak edirlər və onlar öz 

mülahizələri  ilə  iştirakçıları  borclu  ölkədə  olan  vəziyyət  ilə  tanış 

edirlər. BVF həmçinin ona diqqət yetirir ki, borcların strukturunun 

yenidən  təşkil  olunması  haqqında  klubda  qəbul  edilmiş  qaydalar 

fondun  özünün  razılaşmalarından  fərqlənmirdi.  Beləliklə,  belə 

hesab  etmək  olar  ki,  Paris  klubu  BVF  üçün  beynəlxalq  borc  ilə 

bağlı problemlərin həll olunduğu orqandır.  

Danışıqların  nəticələri  protokollarda  əks  olunur  və  onlar 

tövsiyə  xarakteri  daşımasına  baxmayaraq,  tərəflər  üçün  icbaridir. 

ş

 ondadır ki, bu protokolların əsasında, sonra isə kreditor ölkələr 



ilə borclu ölkələr arasında ikitərəfli əsasda razılaşmalar əldə edilir. 

Paris  klubu  (Paris  Club) – hökümətlərarası  institut  1956-

cı  ildə   EOÖ-in  dövlət  və ya  dövlət zəmanətli borc problemini 

tənzimləmək    məqsədilə    yaradılmışdır.    Klub    dünyanın  aparıcı 

ölkələrinin  kreditorlarını  birləşdirir.  lk  öncə  bu    kluba  “böyük  

yeddilik” ölkələri (G7 – ABŞ, Almaniya, Yaponiya, Böyük Brita-

niya,  Fransa,  taliya,  Kanada)    həmçinin  Avstriya,    Niderland,  

Belçika,    spaniya,  sveç,  sveçrə  daxil  oldu.  Ancaq  1998-ci  ildə 

Paris klubunun  tərkibinə 19 ölkə  daxil  idi.  Klubun  fəaliyyətində  

BVF  və  DB  da  iştirak  edir.  Mahiyyət  etibarilə    klubun  məq-




 

221

sədi  bir  tərəfli  moratoriuma  yol  verməmək  üçün   EOÖ-in  xarici  

borc  şərtlərini  nəzərdən  keçirməkdən  ibarətdir. Tədiyyə  balansı-

nın tənzimlənməsi sahəsində problemi olan  hər hansı bir ölkə BVF-

nin  köməyi  ilə    iqtisadiyyatın    sağlamlaşdırılması    proqramını  

həyata  keçirməyə  başladığı  vaxt  Paris  klubu  borclu  ölkənin  ma-

liyyə  problemlərinin  həllinə  öz  yardımını göstərir. Bunun  üçün  o 

həmin  ölkənin  höküməti    ilə    birlikdə    xarici    borcun    müddətinin  

dəyişdirilməsi    ilə    bağlı    razılaşma    tərtib    edir.    Paris    klubunun  

heç  bir  reqlamenti  yoxdur,  onun  qərarları  üzvlərin yekdil- liklə 

razılığa gəlməsi  ilə  qəbul  edilir. Klub  debitor  ölkələrə dövlət və 

ya  dövlətin  zəmanəti  ilə  təqdim  olunan  ölkələrarası  borc,  yəni 

xarici kreditlər üzrə borcla bağlı məsələlərlə məşğul  olur. Bir  sıra 

hallarda debitor  ölkələr  vəaiyyətin  düzəldilməsi  ilə bağlı  həyata  

keçirilən  dövlət  hakimiyyətinin proqramını  əsas  gətirərək kreditor  

ölkələrə      borcun    qaytarılma  müddətinin    uzadılması    haqqında  

müraciət  edə  edirlər.  Paris  klubuna  müraciət etməyin əsas şərti  

daha  öncə  bu  proqrama  BVF  tərəfindən  müsbət  rəy  verilməsi-

dir.  Kreditorlar  sonrakı  danışıqların  əsasında  dayanan  təkliflərini  

irəli  sürürlər. SSR -nin Paris  klubunun  kreditorlarına  olan  borcu 

1991-ci  ilin  sonunda  37,6  mlrd.  dollar  idi. 1992-ci  ilin yanvarın-

da  Rusiya  höküməti  Paris  klubunun  kreditorlarına    olan    borcun  

ödənilməsi  planına  yenidən  baxılması  haqqında  razılıq  imzaladı.  

Daha    sonra    1993-95    ci    illərdə    razılaşmaya    2    dəfə    yenidən  

baxıldı  (1993-cü ilin 2  aprelindən 1994-cü ilin 4 iyunundan 95-ci 

ilin  3  iyunundan    başlayaraq  keçirilən  çoxtərəfli  memorandumlar). 

Burada əsasən 91-ci ilin  dekabrından  95-ci  ilin  axırına  kimi  olan  

borcun    ödənilməsi    müzakirə    olundu.  Öncəki    razılaşmaların  

ardından  1996-cı  ilin  aprelində  Rusiya  höküməti  SSR -nin Paris 

klubuna  olan  borcunun  restrukturizasiya  şərtləri  haqqında    Memo-

randum    (1996-ilin    aprelindən    başlayaraq    çoxtərəfli    memo-

randum)  imzaladı. Rusiyanın  Paris  klubuna  olan  borcu  36  mlrd.  

dollar  qiymətləndirildi.  Bu  məbləğin  45%-nin  25  il,  qalan  55%-

nin    21    il    ərzində    ödənilməsinə    qərar  verirdi.  Bu    razılaşmanın  

şə

rtlərinə  əsasən  borcun  restrukturizasiya  olunmuş hissəsinin qay-




 

222

tarılması prosesi 2002-ci il də başlandı və 2020-ci ildə  yekunlaşdı-

rılmalıdır. Yalnız  kommersiya  firmalarına  olan  borclar restruktu-

rizasiya  olunmamış  qaldı. Bu  vəsaitin  həcmi  keçmiş  SSR -nin  

borcunun  5-6%-ni  təşkil  edir.   

1997-ci  ilin  sentyabrında  Rusiya  Paris klubuna  üzv  seçildi.  

Həmin    dövrdə    Rusiyanın    baş    nazirinin    birinci    müavini    olan  

A.Çubays    Rusiyanın    Paris    klubuna    daxil  olması  şərtlərini    əks  

etdirən    “Qarşılıqlı    anlaşma    Memorandumu”nu    imzaladı.  Paris  

klubu  RF-nı  bərabəhüquqlu partnyor kimi  qəbul etdi.  



London  klubu : Özəl  kommersiya  banklarının  beynəlxalq  

birliyi    olan    London    Klubu        (London    club)    70-ci    illərin  

sonunda  bir  sıra  xarici  borcunu  tənzimləyə  bilməyən ölkələrin  

(ilk  növbədə  EOÖ-in) bunun nəticəsində yaranan  problemlərini  

həll etmək  məqsədilə  yaradılmışdır.  Paris  klubundan  fərqli  ola-

raq  London  klubu  kreditlərinə  dövlət zəmanəti verilməyən  özəl  

kommersiya  banklarına  olan  borclar  üzrə  məsələlərlə  məşğul  

olur.  Borc  problemlərinin  həllinin əsas metodları – borcun  rest-

rukturizasiyası,    borcun    qaytarılması    üçün    verilən    vaxtın  

uzadılması,    yenilənən    kreditlərin    verilməsi    hesab    olunur.  

London  klubunu  ilk  iclası  1976-cı  ildə  Mərkəzi  Afrika  dövləti  

olan  Zairin  borc  problemləri  ilə  əlaqədar  baş  tutdu. Nəticədə  

1981-83-cü    illərdə  ümumi    dəyəri    təxminən    10    mlrd.    dollar  

olan 14 razılaşma imzalandı. Dünya  borc böhranının  baş  verdiyi  

növbəti  iki  ildə  London  klubu  çərçivəsində  130  mlrd.  dollar  

həcmində    47    razılaşma    əldə    olundu.    1994-96    cı    illərdə  

London    klubu    Polşa,    Bolqarıstan,    Rumıniya,    Macarıstan, 

həmçinin    Latın    Amerikasının  (o    cümlədənn    Braziliya)  və 

Afrikanın  (Qabon.    Qana)    bir    sıra    EOÖ-nin    xarici    borcunun  

restrukturizasiyasını    həyata    keçirdi.  Bu    gün    Klub    sənayecə  

EÖ-in  60  iri  bankını  birləşdirir.  Bunların  ən  böyükləri  aşağı-

dakılardır:  Deustche  Bank  AG,  Dresdner  Bank,  Commerzbank  

AG  (Almaniya);  Banca  Commerciale,   talia  Mediocredito Cen-

trale    ( taliya);    Bank    of    America    (ABŞ);    Midland    Bank  

(Böyük    Britaniya);    Bank    of    Tokyo-Mitsubishi,    Dai- cbi  



Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə