Microsoft Word cbar ifrs fs 311210 aze signed


Azərbaycan Respublikasının Mərkəzi Bankı



Yüklə 1,01 Mb.

səhifə4/33
tarix14.09.2018
ölçüsü1,01 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   33

Azərbaycan Respublikasının Mərkəzi Bankı 

31 dekabr 2010-cu il tarixinə Maliyyə Hesabatları üzrə Qeydlər 

 

 

 



7



Əsas Uçot Prinsiplərinin Xülasəsi (davamı) 

Bazar qiymətləri mövcud olmayan maliyyə alətlərinin  ədalətli dəyərini müəyyən etmək üçün pul axınlarının 

diskontlaşdırılması modelindən, könüllü şəkildə  həyata keçirilən  ən son əməliyyatlar haqqında məlumata 

əsaslanan modellər kimi qiymətləndirmə üsulları, eləcə də investisiya qoyulan müəssisələr haqqında maliyyə 

məlumatlarının təhlili istifadə edilir. Qiymətləndirmə üsulları müşahidə edilə bilən bazar məlumatları ilə 

dəstəklənməyən fərziyyələrin istifadə olunmasını tələb edə bilər. Bu fərziyyələrin hər hansı birinin mümkün 

alternativ variantla əvəz edilməsi nəticəsində  mənfəət, gəlir, aktiv və öhdəlik məbləğlərinin  əhəmiyyətli 

dərəcədə dəyişməsinə səbəb olacaq hallar barədə məlumat hazırkı maliyyə hesabatlarında açıqlanır. 



Əməliyyat xərcləri əlavə xərcləri əks etdirir və birbaşa olaraq maliyyə alətinin alışı, buraxılması və ya satışı 

ilə  əlaqəlidir.  Əlavə  xərclər  əməliyyatın həyata keçirilmədiyi təqdirdə yaranmayan xərclərdir.  Əməliyyat 

xərclərinə agentlərə (satış üzrə agentlər kimi fəaliyyət göstərən işçilər daxil olmaqla), məsləhətçilərə, 

brokerlərə  və dilerlərə ödənilmiş haqq və komissiyalar, tənzimləyici orqanlar və fond birjalarına ödəmələr

eləcə də mülkiyyət hüququnun köçürülməsi üzrə vergilər və rüsumlar daxildir. Borc öhdəlikləri üzrə mükafat 

və ya diskontlar, maliyyələşdirmə  xərcləri, daxili inzibati və ya saxlama xərcləri maliyyə  xərclərinə daxil 

edilmir.  

Amortizasiya edilmiş  dəyər  əsas məbləğin ödənilməsi çıxılmaqla, lakin hesablanmış faizləri daxil etməklə

maliyyə aktivləri üçün isə dəyərsizləşmə  zərərləri üzrə  hər hansı silinməni çıxmaqla aktivlərin ilkin dəyərini 

əks etdirir. Hesablanmış faizlərə ilkin uçot zamanı  təxirə salınmış  əməliyyat xərclərinin və effektiv faiz 

metodundan istifadə etməklə ödəniş məbləği üzrə hər hansı mükafat və ya diskontun amortizasiyası daxildir. 

Hesablanmış faiz gəlirləri və faiz xərcləri, o cümlədən hesablanmış kupon gəlirləri və amortizasiya edilmiş 

diskont və ya mükafat (verilmə zamanı  təxirə salınmış komissiyalar daxil olmaqla, əgər varsa) ayrıca 

göstərilmir və maliyyə vəziyyəti haqqında hesabatda müvafiq maddələrin balans dəyərinə daxil edilir. 

Effektiv faiz metodu maliyyə alətinin balans dəyəri üzrə sabit faiz dərəcəsinin (effektiv faiz dərəcəsi) təmin 

edilməsi üçün faiz gəlirləri və ya xərclərinin müvafiq dövr ərzində uçota alınması metodudur. Effektiv faiz 

dərəcəsi, təxmin edilən gələcək pul ödənişlərini və ya daxilolmaları (kreditlər üzrə  gələcək zərərlər xaric 

olmaqla) maliyyə alətinin gözlənilən fəaliyyət müddəti  ərzində  və ya müvafiq hallarda daha qısa müddət 

ərzində maliyyə alətinin xalis balans dəyərinə diskontlaşdıran dəqiq dərəcədir. Effektiv faiz dərəcəsi maliyyə 

aləti üçün nəzərdə tutulan dəyişkən faiz dərəcəsi üzrə kredit spredini əks etdirən mükafatlar və ya diskont və 

yaxud bazar qiymətlərindən asılı olaraq müəyyən edilməyən digər dəyişkən amillər istisna olmaqla, faiz 

dərəcələrinin növbəti dəyişdirilmə tarixinə qədər dəyişkən faizli alətlər üzrə pul vəsaitlərinin hərəkətini diskont 

etmək üçün istifadə edilir. Bu cür mükafatlar və ya diskontlar maliyyə alətinin gözlənilən tədavül müddəti 

ərzində amortizasiya edilir. Diskont dəyərinin hesablanmasına müqavilə  tərəfləri arasında ödənilmiş  və ya 

alınmış effektiv faiz dərəcəsinin tərkib hissəsini təşkil edən bütün komissiyalar daxildir. 

Maliyyə alətlərinin ilkin tanınması. Ticarət qiymətli kağızlar və törəmə maliyyə alətləri  ədalətli dəyərdə 

qeydə alınır. Bütün digər maliyyə alətləri  əməliyyat xərcləri də daxil olmaqla ədalətli dəyərdə qeydə alınır. 

İlkin uçot zamanı ədalətli dəyər ən yaxşı olaraq əməliyyat qiyməti ilə sübut edilir. İlkin uçot zamanı yaranan 

mənfəət və ya zərər yalnız ədalətli dəyər ilə əməliyyat qiyməti arasında fərq olduqda qeydə alınır. Ədalətli 

dəyər eyni maliyyə aləti ilə aparılan digər cari bazar əməliyyatlarının müşahidəsi və yaxud həmin bazarlardan 

əldə edilən məlumatlara əsaslanan qiymətləndirmə üsulu ilə sübut edilir. 

Qanunvericilik və ya ümumi qəbul edilmiş bazar qaydaları ilə müəyyən edilmiş vaxt çərçivəsində  təchiz 

olunması  nəzərdə tutulan maliyyə aktivlərinin bütün digər alış  və satışları (“müntəzəm” alış  və satışlar), 

Bankın maliyyə aktivini almaq və ya satmaq öhdəliyini qəbul etdiyi əməliyyat tarixində qeydə alınır. Alış üzrə 

bütün digər əməliyyatlar müəssisənin həmin maliyyə aləti üzrə müqavilə tərəfi olduqda qeydə alınır. 



Maliyyə aktivlərinin tanınmasının dayandırılması.  Bank aşağıdakı hallarda maliyyə aktivlərinin 

tanınmasını dayandırır: (a) aktivlər geri alındıqda və ya bu aktivlərlə əlaqədar pul vəsaitlərinin hərəkəti üzrə 

hüquqların müddəti başa çatdıqda və ya (b) Bank maliyyə aktivlərindən daxil olan pul vəsaitlərinin axını üzrə 

mülkiyyət hüququnu ötürdükdə  və ya ötürülmə haqqında müqavilə bağladıqda və bu zaman (i) həmin 

aktivlərin mülkiyyət hüququ ilə əlaqədar bütün risk və faydaları əsas etibarilə başqa tərəfə ötürdükdə və ya 

(ii) bu aktivlərin mülkiyyət hüququ ilə  əlaqədar bütün risk və faydaları  əsas etibarilə ötürmədikdə  və ya 

saxlamadıqda, lakin, həmin aktivlər üzrə nəzarət hüququnu özündə saxlamadıqda. Nəzarət qarşı tərəfin öz 

mülkiyyətində olan aktivi satış üzrə məhdudiyyətlər qoymadan əlaqəli olmayan üçüncü tərəfə satmaq üçün 

praktiki imkana malik olmadığı hallarda saxlanılır. 





Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə