Microsoft Word dusguncelerim II hiss?doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə25/50
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18685
1   ...   21   22   23   24   25   26   27   28   ...   50

75 
 
fərqlənir.  Məsələn,  belə  insanlar  çox  hallarda  “başqa  aləmin” 
və  “başqa  dünyanın”  insanları  hesab  oluna  bilirlər.  Səbr  və 
dözüm, uzan zaman fikirləşmə mövqenin (burada münasibətin) 
uzanması,  mütləq  və  nisbi  arasında  uzun  əvəzləmələr 
trayektoriyaları məhz enerjinin qəbulu, emalı və ötürülməsi ilə 
tənzim olunur.  
Belə  təxmin  etmək  olar  ki,  enerji  çox  olan  məkanlarda 
elementlər çox olduğundan rənglər də, iyilər də çoxdur. Başqa 
böyük  planetlərdə  canlılar  olarsa,  təxmin  etmək  olar  ki,  onlar 
daha dərin düşüncələrə sahib olarlar. Gecə ilə gündüz arasında 
məsafənin  indikindən  (yəni  Yer  kürəsində  olduğundan)  çox 
olması  insanlar  arasında  uzun  düşünmələrə  səbəb  ola  bilər. 
Çünki  gecə  və  gündüz  əvəzlənmələri  həm  də  fikirləri  dəyişən 
kriteriyalardır.  Dəyişmələr  təkrarlanmalara,  yəni  eyni  fikirlərə 
düşmələrə səbəb ola bilər. Burada yaddaşda saxlamaq amili də 
mühüm  rol  oynaya  bilər.  Yaddaşa  gələn  siqnalların,  həkk 
olunan  siqnalların  yaddaşdan  silinməsi  və  təkrar  olaraq 
yaddaşlara qayıtması da mümkün olur. Yaddaş məlumatları da 
enerji ilə bağlıdır. Enerji siqnalların elə özündədir.  
Bu  prinsipdən  və  təxmin  olunan qanunauyğunluqdan çıxış 
edərək hesab edə bilərik ki, Yer kürəsində iri canlılar (məsələn, 
insanların  da  iri  formaları)  o  vaxt  yaşayıblar ki,  həmin vaxtlar 
indiki  miqdarda  (ölçüdə)  gecə-gündüz  müddəti  olmayıbdır. 
Təxmin  etmək  olar  ki,  Yer  kürəsinin  öz  oxu  ətrafında 
fırlanması  daha  uzun  olubdur.  Onlar  da  düşüncələri  etibarilə 
daha  təkmil  və  nəhəng  olublar.  Onda,  belə  bir  qərara  gəlmək 
olar ki, Yer kürəsinin gecə-gündüzü o zamanlar indiki kimi 24 
saat  ərzində  tamamlanmayıb.  Tamamlanmayıbsa,  kütləsi  də 
indiki kimi olmayıb. İri canlılar (burada məsələn, iri heyvanlar) 
yaşayan  zamanda  Yer  kürəsinin  atmosferi  daha  da  oksigenlə 
zəngin  olub.  Deməli,  ya  materiklərin  hamısı  olmayıb  (indiki 
kimi), su çox olub, ya da materiklər böyük olub, meşəliklər çox 
olub.  Planet  ümumiyyətlə,  böyük  olub.  Gecə  və  gündüz  bir-
birini  24  saatdan  fərqli  olaraq  əvəz  edib.  Onda  Yer  kürəsinin 


76 
 
indiki  kimi  (formasından  söhbət  gedir)  mövcudluğu  da  şübhə 
altına alınır.  
Gecə-gündüzün  uzun  olması  nitqlərdə  və  düşüncələrdə 
dəyişikliyə  səbəb  ola  bilər.  Bu  baxımdan  hesab  etmək  olar  ki, 
keçmiş  zamanın  insanları  indiki  kimi  danışa  bilməzdilər. 
Onların mövqeləri də fərqli olardı. 
Enerji  artıb-azalanda  “hə”  və  “yox”un  da  məkanı  (burada 
elə  azalma  və  artma  dəyişdirən  faktordur)  və  tərkibi  dəyişir. 
“Yox”  azala-azala  “hə”ni,  “hə”-də  “yox”u  əvəzləyir.  Bu 
ə
vəzləmə  prosesinin  hər  bir  anı  eynidir.  Yəni  antonimlər 
eynidir. Burada 1 “hə” 1 “yox”a bərabərdir. Yəni, -1=1. Burada 
1-dən  elə  1  çıxılır.  Hər  iki  münasibət  ifadəsi  bir-birinin 
içərisindədir.  Antonimlərdir,  lakin  vahid  trayektoriyada  artıb-
azalan  kəmiyyətlərdir.  “Hə”  siqnalı  enerjivericidir.  “Hə”-nin 
mütləqləşməsi,  qətiləşməsi  daha  çox  enerjinin  artması 
sayəsində  baş  verir.  Enerji  artanda  “yox”  azalır.  İnsanlarda 
pozitiv fikirlər meydana gəlir.  
 
Rənglərin  mövcudluğunun  enerji  kriteriyası  (gecə  və 
gündüz) baxımından izah edilməsi 
 
Rəng  elementlər  qarışığından  ibarət  olan  bir  formadır, 
görünüşdür.  Rənglərin  müxtəlifliyi  məhz  elementlər  arasında 
olan  əlaqələrin  müxtəlifliyidir.  Birləşmə  formasının  müxtəlif 
olması  rənglərin  çoxçalarlı  olmasının  əsaslarını  təşkil  edir. 
Rəng  parıltısı  həmin  rəngin  işıqla  olan  təmasının  dərəcəsidir, 
həmçinin  rəngin  özünün  elementlərinin  quruluş  (struktur) 
formasıdır.  Elementlər  birləşmələri  arasında  olan  əlaqələr 
miqdardan  asılıdır.  Miqdar  çox  olanda,  kəmiyyət  də  çox  olur, 
sıxlıq  artır,  rəng  də  tündləşir.  Açıq  rənglərdə  quruluşlar  da 
seyrəkdir. Bu halda enerji də demək olar ki, azdır. 
Belə izah etmək olar ki, rəng elementlər qarışması zamanı 
meydana  gələn  “element  mübarizələrinin  məkan  uğrunda 
mübarizəsi”ndən  yaranan  aktivlikdir.  Elementlərin  fərqli 


77 
 
ə
sasları  və  fərqli  birləşmələr  (qarışmalar)  fərqli  təsirləri 
meydana gətirir.  
Təbiətdə  rənglərin  çoxluğu  materiyanın  kütləsindən,  Yer 
kürəsinin Günəş sistemində olan mövqeyindən, kosmik fəzada 
yerləşməsindən  və  dövrə  hərəkətindən,  Yer  kürəsinin  Günəşlə 
olan  məsafəsindən,  planetin  ölçüsündən,  eləcə  də  tərkibindən 
asılıdır. Rənglərin müxtəlifliyi rəngləri təşkil edən elementlərin 
tərkibindən  və  onların  birləşmə  formasından  (qarışma 
formasından)  meydana  gəlir.  Burada  elementlərin  kütləsi  də 
rənglərin  dəyişməsində  təsiredicidir.  Rəngin  forması,  rəngin 
müxtəlifliyi,  açıq  və  tündlülüyü  təbii  ki,  tərkibdəki 
elementlərin  kəmiyyətindən  asılıdır.  Hesab  etmək  olar  ki, 
elementlər  nə  qədər  çox  olarsa  (müəyyən  bir  qarışma 
məkanında,  tutum  həcmində),  rəng  də  bir  o  qədər  tünd  olar. 
Məlumdur  ki,  istənilən  halda  tündlük,  sıxlıqdan  asılıdır. 
Məsələn,  tünd  daşlar,  tünd  torpaqların  təbii  rəngləri  sıxlıqla 
izah olunmalıdır. Tünd rənglərdə enerji mənbəyi çoxdur. Çünki 
miqdar  çoxdur.  Lakin  bu  rəngləri  açıq  rənglərə  nisbətən  aktiv 
hesab  etmək  olmaz.  Açıq  rənglərdə  isə,  hesab  etmək  olar  ki, 
seyrəklik  var.  Burada  yüngül  çəkili  elementlər  üstünlük  təşkil 
edir.  Aktivlik  çoxdur.  Tünd  rənglərdə  aktivliyi  Günəş  enerjisi 
daha  da  artıra  bilir.  Bu  halda  enerji  artsa  da  rəngi  təşkil  edən 
elementlər  tədricən  ondan  aralanmağa,  rəngi  tərk  etməyə 
başlayır.  Deyək  ki,  qara  rəngli,  məsələn,  tünd  qara  rəngli 
paltarlarda  toplanmış  enerji çoxdur,  tündlük var. Günəş həmin 
rəngləri  aktivləşdirir,  enerji  artır.  Bu  halda  onu  geyinmiş 
insanın canı daha tez qızır, “yanır”. Qara rəngin tərkibi Günəş 
enerjisi  təsirindən  azalmağa  başlayır.  Azalma  prosesində  qara 
rəng başqa bir  rəngə keçməyə başlayır. Günəşin az olduğu qış 
aylarında  isə  qara  rəng  bir  o  qədər  bədənə  enerji  verə  bilməz. 
Ə
ksinə, isti havanın qarşısını, açıq rənglərə nisbətən, ala bilər. 
Açıq rəngli  paltarlarda  isə  Günəş  parıltı  verir, aktivlik çoxdur. 
Bu  rənglər  tez  solmağa  meyilli  olurlar.  Çünki  tərkiblərini 
Günəş tez parçalayır, strukturu dağıdır.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə