Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 5,43 Mb.
Pdf görüntüsü
səhifə3/315
tarix29.09.2017
ölçüsü5,43 Mb.
#2407
1   2   3   4   5   6   7   8   9   ...   315

Fuad Məmmədov

 

 

8



mənbəyi kimi ....................................................................................................... 

Fəsil 7. Beynəlxalq münasibətlər mədəniyyəti - beynəlxalq idarəetmənin əsası 

kimi. Beynəlxalq hüquq, sülh mədəniyyəti və münaqişələrin həlli ................ 

Fəsil 8. Dini mədəniyyət ...................................................................................... 

 

IV HİSSƏ. İdarəetmə mədəniyyəti: demokratik ölkələrdə dövlət, sosi-

al və iqtisadi idarəçilyin peşəkarlıq bilikləri, texnologiyaları və etik normaları. 

Liderlik mədəniyyəti, şəxsiyyətin özünüidarə mədəniyyəti və ailənin idarə 

edilməsi mədəniyyəti 

 

Fəsil 1. İdarəetmə mədəniyyəti: idarəetmə anlayışı, effektivliyi, elmi prinsiplə-

ri və təşkilati mədəniyyət tipləri ………………………………... 

Fəsil 2. “Klassik” və “siyasi” bürokratiya. Milli idarəetmə və milli bürokrati-

yanın vəzifələri haqqında ............................................................. 

Fəsil 3. Qərb ölkələrində elmi məktəblər və dövlət idarəçiliyi mədəniyyəti 

problemlərinin tədqiqinə yanaşmalar .............................................................. 

Fəsil 4. Dövlət idarəçiliyi strategiyası və texnologiyaları ........................... 

Fəsil 5. Dövlət idarəçiliyinin təşkili, qiymətləndirilməsi və  

təkmilləşdirilməsi ............................................................................................... 

Fəsil 6. Dövlət idarəçiliyinin hüquqi tənzimlənməsi və informasiya 

 təminatı ............................................................................. 

Fəsil 7. Bir sıra qərb demokratik ölkələrinin dövlətçilik mədəniyyəti ...... 

Fəsil 8. Unitar və federal idarəetmə sistemləri: strukturu,  

funksiyaları, xüsusiyyətləri və modelləri .......................................................... 

Fəsil 9. Unitar tipli dövlət idarəçiliyi ölkələrində dövlət qulluğu 

 mədəniyyəti........................................................................................................ 

Fəsil10. Federal tipli dövlət idarəçiliyi ölkələrində dövlət qulluğu  

mədəniyyəti ...................................................................................................... 

Fəsil 11. İqtisadiyyatın inkişafının idarə edilməsi mədəniyyəti ...................  

Fəsil 12. Bələdiyyələrin və qeyri-hökumət təşkilatlarının idarə edilməsi mədə-

niyyəti ....................................................................................................... 

Fəsil 13. Liderlik mədəniyyəti: anlayışı, effektivliyi, funksiyaları,  

keyfiyyətləri və idarəetmə texnologiyaları .................................................. 

Fəsil 14. Özünüidarə mədəniyyəti................................................................. 

Fəsil 15. Ailənin idarə edilməsi mədəniyyəti ..................................................... 

Sonluq əvəzi ....................................................................................................  

Summary................................................................................................. 

Ədəbiyyat.............................................................. 

Müəllif haqqında (bioqrafik məlu-

mat)........................................................................................... 

Əlavə 1.............................................................................................. 

Əlavə  2.................................................................................................. 

 

 


İdarəetmə mədəniyyəti 

 

9



ÖN SÖZ 

 

Professor Fuad Məmmədovun mütəxəssislərin və geniş oxucu kütləsinin 

diqqətinə təqdim edilən, qərb ölkələrinin idarəetmə təcrübəsinin öyrənilmə-

sinə  və ümumiləşdirilməsinə  həsr edilmiş  “İdarəetmə  mədəniyyəti. Xarici 

ölkələrin təcrübəsi” kitabı Azərbaycanda fərdi, milli və qlobal idarəetmənin 

tarixi və nailiyyətlərinə həsr edilmiş ilk ciddi kulturoloji tədqiqatdır. Sovet 

dövründə, SSRİ-də olduğu kimi, Azərbaycanda da dövlət orqanları öz tə-

şəbbüsündən, tənqidi təhlili və yaradıcılıq əsaslarından, qərarlar qəbul etmə 

və ictimai inkişaf proqramlarını  işləyib hazırlama hüququndan məhrum, 

Kommunist Partiyasının iradə və qərarlarının icraçıları idi. Buna görə tota-

litar marksist-leninçi ideologiyasının hakimiyyəti  şəraitində kulturologiya 

kimi, inzibati-dövlət idarəçiliyi xarici elmi də sovet quruluşu üçün qəbul-

edilməz burjua yalançı-elmi kimi nəzərdən keçirilirdi. Belə münasibət sovet 

respublikalarının dövlət quruculuğunda qərb nəzəriyyəsi nailiyyətlərinin 

mənimsənilməsi prosesini və praktik istifadəsini və bu sahədə əməli təcrü-

bənin əldə edilməsini uzun müddət ləngitmişdir. Bu reallığı, həmşinin Bir-

ləşmiş Krallıq, ABŞ, Almaniya, Fransa, Yaponiya və digər ölkələrin idarə-

etmə mədəniyyəti sahəsində əldə etdikləri mühüm nailiyyətləri nəzərə ala-

raq, Azərbaycan Respublikasında və demokratik inkişaf yoluna qədəm qoy-

muş digər ölkələrdə idarəetmə elmi sahəsində  fəal fundamental və  tətbiqi 

kulturoloji tədqiqatların həyata keçirilməsi aktuallığı aşkar olunur.  

Monoqrafiyada ilk dəfə olaraq, idarəetmə problemlərinə orijinal kulturo-

loji yanaşma - idarəetmə proseslərinin fərdi, ailə, kollektiv, dövlət və bey-

nəlxalq birlik səviyyəsində sistemləşdirilməsi və  təsvirinin yeni forması 

təqdim edilmişdir. Burada müxtəlif Şərq və Qərb  ölkələrində dövlət idarə-

çiliyi tarixi tədqiq edilmişdir. Əsər insanın dünyagörüşü, ideoloji və texno-

loji inkişaf problemlərinin həllini və idarəetmə üçün zəruri olan, elmi cəhət-

dən zəngin universal kulturoloji biliklərin sistemləşdirilmiş toplusunu təq-

dim edir. Bu biliklər demokratik ölkələrin dövlət idarəçiliyi mədəniyyətinin 

təkmilləşdirilməsi üçün şərtsiz praktik dəyərə malikdir. 

Kulturologiyanı XXI əsrin aparıcı paradiqması və idarəetmə mədəniyyə-

tinin elmi əsası kimi nəzərdən keçirərək müəllif, - insanın inkişafında, döv-

lət quruculuğu və idarəetmədə,  şəxsiyyətlərarası, işgüzar, ailə  və beynəl-

xalq münasibətlərin harmonizasiyasında onun rolunu inandırıcı  şəkildə 

açıqlayır. Dünya mədəniyyəti və sivilizasiyası inkişaf təcrübəsinin kompa-

rativ təhlili əsasında onun tərəfindən kulturologiya sahəsində qiymətli elmi 

nəticələr əldə edilmiş, dövlətin daxili və xarici siyasəti, inzibati-dövlət ida-

rəçiliyi sistemi effektivliyinin yüksəldilməsi üçün əməli əhəmiyyət daşıyan 

innovativ metod işlənmiş və elmi əsaslı tövsiyələr hazırlanmışdır.  



Yüklə 5,43 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   315




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə