Microsoft Word Insan huquqlari I kitab doc



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə24/36
tarix20.09.2017
ölçüsü2,82 Kb.
#875
1   ...   20   21   22   23   24   25   26   27   ...   36

75 
 
qəti  sillogizmdən  çıxış  etmək  olar.  Əxlaq  mənəvi  dəyərdir.  
Hüquq  həm  də    əxlaqın  içindədir.  Deməli,  hüquq  mənəvi 
dəyərdir.    Əlavə  hökmlər  olaraq  demək  olar  ki,  mənəviyyat 
ucadır,  hüquq  mənəviyyatın  tərkibindədir.  Deməli,  hüquq 
ucadır,  alidir.  Jura  Humanum  Dominium  Est-İnsan 
hüquqları  alidir-hüquq  fikri  hüququn  fəlsəfi  məfhum  kimi 
məzmuna malik olmasının nəticəsi kimi qəbul olunmalıdır.  
Hüquq  həm  daxili  məzmundur,  həm  də  insanın 
hərkətlərinin əsaslarını müəyyən edən kriteriyadır. Hüquq- 
insanın  daxili  mənəvi  aləmini  zahirən  əks  etdirən 
məfhumlar cəmidir.   
Sillogizmlər:  Hüquq  bir  normadır.  Əxlaq    hüquqdur.  
Norma    daima  daxilən    genişlənəndir  (ölçülərə  tabe  olan 
normalar  sahələr  üzrə    daima  kəmiyyət  baxımından  artır. 
Kəmiyyət  artımı  keyfiyyət  bötövlüyünü  yaradır.  Məzmun 
genişlənir).  Deməli, əxlaq və  hüquq genişlənəndir. Buna bir 
qədər  geniş  izah  versək,    görərik  ki,  əxlaqlı  insan  cəmiyyətdə 
daha  çox  mövqelər  əldə  edir.  Bu  mövqe  insanların  ayrı-ayrı 
sahələrdə  olan  fəaliyyətini  genişləndirir.  Fəaliyyətin  genişiyi 
hüquq genişiyini yaradır. Hüquq genişiyi isə əxlaq daşıyıcısının 
(burada kamil insanın) səlahiyyətlərini genişləndirir.  
Ə
xlaqa  həm  də  “hüquq  sərhəddi”  kimi  baxmaq  olar. 
(Bax,  qrafiklər-7,8).  Belə  ki,  hər  cəmiyyətdə  çoxlu  sayda 
insanlar  yaşayırlar. Hər bir insanın öz fəaliyyət sahəsi, məkanı 
və  sərhəddi  var.  İnsan  hüquq  və  əxlaq  daşıyıcısıdır.  Öz 
fəaliyyəti ilə həm hüququnu, həm də əxlaqını genişləndirir. Hər 
bir  fəaliyyət,  münasibət  və  əlaqə  sahəsində  əxlaq  hüquqların 
“şişməsinin”, yəni sərhəddən çıxmasının  qarşısını alır ki, bu da 
tərbiyə amilini (tərbiyəli insan)  ortaya çıxarır. Tərbiyənin ifratı 
hüquqsuzluqdur.  Əxlaq  hüququ  çox  məhdudlaşdırdıqda  hüquq 
daxili  geniş  məzmunu  ilə  itə  bilər.  Hüquq  insanın  daxili 
azadlığıdır.  Əxlaq  hüququ  daraltdıqda  (məkan  baxımından)  
insanın  daxili  azadlığı  itir.  Burada insan  ya məhvə  düçar olur, 
şə
xsiyyətini  itirir,  ya  da  qeyri-hüquqlu  insana,  yəni  nizamsız 


76 
 
insana  çevrilir.  Nizamsız  insan  isə  cinayətə,  mənfi  hərəkətlər 
törətməyə    meyilli  ola  bilər.  Əxlaqın  çoxluğu  məhdud 
hərəkətlərdir  və  kənardan  diktəsi  və  tətbiqi  isə  cinayətə 
meyilliliyi  artırır  və  inzibati  qayda  pozuntularını  yaradır.  
Ə
xlaq  hüququ  nizama  salan  kriteriya  olduğundan,  hər  ikisinin 
normada  mövcudluğu  kamillikdir,  faydalılıqdır.  Əxlaqsız 
hüquq  “dağınıqdır”,  sərhədsizdir  və  ümumiyyətlə,  ola  bilməz. 
Ə
xlaq  bir  şəxsin  hüququnu  digər  şəxsin  hüququ  ilə  nizamlı 
“məsafədə”  saxlayır  və  bu  da  tarazlığı  yaradır.  (Bax,  Qrafik-
11).    
Onu  da  nəzərə  almaq  lazımdır  ki,  hökmlərin  müəyyən 
olunması, yəni ilkin hökmlərin müəyyən olunması da məzmun 
və gerçəkliyi əks etdirmək baxımından mütləq olmaqla yanaşı, 
həm də seçim amili olaraq şərtidir. Buradan da belə bir məntiqi 
nəticə ortaya çıxır ki, məntiqi nəticələrin, hökmlərin məzmunu 
və  başlanğıcı,  eləcə  də  sonluğu  elə  məntiqlə  bağlıdır.  Deməli, 
məntiqlərsiz düşüncə və ifadə ola bilməz. Belə bir sillogizmdən 
çıxış etmək olar. Düzgün, ardıcıl  və normal düşüncə hökmdür. 
Hər  bir  hökm  məntiqdir.  Deməli,  normal  və  düzgün,  ardıcıl  
düşüncə məntiqdir.  
Belə  bir  hökmlər  və  nəticədən  çıxış  etmək  olar.  Əxlaq 
hüququn sərhəddidir, onu məhdudlaşdırandır. Hüququn sahələr 
üzrə    çoxluğu    inkişafdır.  Deməli,  əxlaqın  çoxluğu 
inkişafsızlıqdır.  Bu baxımdan da hesab etmək olar ki, əxlaqla 
hüquq  arasında  olan  əlaqələr  taraz  olmalıdır.  Həddən  artıq 
ə
xlaqın 
qabardılması 
 
və 
hüququn 
məhdudlaşması 
fəaliyyətsizliyə  gətirib  çıxara  bilər  ki,  bu  da  inkişafdan  geri 
qalma  deməkdir.  Buradan  da  belə  bir  məntiqi  nəticə  ortaya 
çıxır  ki,  həddən  artıq  əxlaq  və  mühafizəkarlıq  cəmiyyətlərin 
inkişafının  qarşısını  alır  və  enerji  verən  ünsürlər  öz 
fəaliyyətlərini  məhdudlaşdırırlar.  Bu  baxımdan  da  adət-
ə
nənələrin  ifrat  dərəcədə  mövcud  olduğu  cəmiyyətlərin 
inkişaflarından  söhbət  ola  bilməz.  Əxlaq  hüquqla  hədlər 
çərçivəsində  vəhdətdədir  və  hədlərin  pozulmasında  isə  


77 
 
hüquqla  ziddiyyətdədir.  Onu  da  qəbul  etmək  olar  ki,  əxlaqın 
təbliği həm də  hökm etmək vəziyyətlərinin  çoxluğundan irəli 
gəlir.  Adətən  cəmiyyətin  güclü  təbəqələri  müvafiq  hökmlərlə 
ə
ks tərəflərin hüquqlarını məhdudlaşdırmış olurlar.   
İ
nsan  hüquqlarının  dərk  olunmasında  hissi  (təsəvvürə 
ə
saslanan)  və  məntiqi  idrakın  (burada  faktlara  söykənmə-
elmi  idrak.  Elmi  idrakda  formal  məntiq  əsasında  cisim  və 
hadisələr arasında əlaqələr daha da yaxşı dərk olunur. Cisim 
və hadisələrin mahiyyəti daha da dərindən anlaşılır) vəhdətini 
yaratmaq  olar.  İnsan  hüquqlarında  həm  mücərrədlik 
(gerçəkliyin  ümumiləşmiş  şəkildə  əks  olunması),  həm  də 
konkretlik (burada insan hüquqları insanların fəaliyyətində və 
həyatında  konkret  olaraq  dərk  olunur  və  görünür,  insanların 
vəzifə və səlahiyyətlərinə, həyat və fəaliyyət tərzinə bağlı olur. 
İnsan  hüquqlarına  əməl  olunur,  həm  də  səlahiyyətli  orqanlar 
insan  hüquqlarını  məhdudlaşdırırlar.  Bu  kimi  proseslər  həm 
dərk  olunur,  həm  də  gözlə  görünür)  mövcuddur.  İnsan 
hüquqlarının  mücərrəd  (ümumi  təsəvvür)    formada  dərk 
olunması  hissi  idrakın  məhsuludur  və  təsəvvürlərlə  bağlıdır. 
Lakin  burada  təsəvvürün  özü  də  obyektiv  gerçəkliklərlə 
ə
laqəlidir.  İnsan  hüquqlarının  bir  anlayış  kimi,  dərk olunması 
daha çox hissi idraka məxsusdur. Məntiqi idrak yolu ilə insan 
hüquqlarının  elmi  əsaslarını  (burada  tərkib  hissələr  arasında 
olan  əlaqələrin  əsaslarını,  şərtlərini)  müəyyən  etmək 
mümkündür.      Beləliklə,  qəbul  etmək  olar  ki,  hissi  idrakla 
insan  hüquqlarının  fəlsəfi  əsaslarını,  məntiqi  idrakla  isə 
elmi əsaslarını öyrənmək mümkündür. Lakin bu bölgüyə də 
şə
rti yanaşmaq olar. Əslində,  fəlsəfi və elmi idrak vəhdətdədir 
və bir-birinə yardımçıdır, biri-digərinin içərisindədir.  Təsəvvür 
olmadan  prosesləri  dərk  etmək  mümkün  deyil,  eləcə  də 
obyektin  gerçəkliyini    görmədən,  əlamətləri  duymadan    və 
material  aləmi  hissi  etmədən  məntiqi  idrak  yolu ilə  nəticələrə 
gəlmək  qeyri-mümkündür.  Elmi  idrak  obyektiv  gerçəkliyin 
dərk  olunmasıdır.  Bu  idrak  zamanı  material  aləmin  əlamətləri 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə