Microsoft Word Insan huquqlari I kitab doc



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə25/36
tarix20.09.2017
ölçüsü2,82 Kb.
#875
1   ...   21   22   23   24   25   26   27   28   ...   36

78 
 
beyində  geniş  təfərrüatı  ilə  obrazlanır.    Obyektin  əlamətləri 
beyində  obrazlı  şəkidə  qavranılır.  Bu  zaman  əlamətlər 
(xassələr)    meydana  gəlir.  Əlamətlər  xassələndirmə,  siniflərə 
və  cinslərə,  növlərə  və  qruplara  ayırmaq  üçün  mühüm 
ə
həmiyyət  kəsb  edir.  Xassələndirmə  sayəsində  cism  və 
hadisələrin  formasındakı  məzmun  üzə  çıxır.    Məntiqi  idrak 
görmə  (burada  həm  də  eşitmə)    və  əlamətə  söykənir  və 
predmetlərin,  əşya  və  proseslərin  gözlə  görülməsi  ilə  beyində 
obraz  yaranır.  Hissi  idrak  isə  daha  çox  duyma,  təsəvvürə, 
xəyala  əsaslanır.  Hissi  idrak  həm  də  material-maddi  aləmdəki 
təcrübələrin  təkrarlanmasından  formalaşır.    Təsəvvür  isə 
fantaziyaya  söykənə  bilir.  Hissi  idrakın  yüksək  forması  və 
məntiqi  idrakla  əlaqəsi  hipoetitik  düşüncələri  meydana  gətirir.  
İ
nsan  hüquqları  haqqında  fikirlər  meydana  gəlir  və  bu, 
məlumatların  (gözlə  görünən)    beyində  əks  olunması  həm 
təsəvvürü  yaradır, həm də məntiqi idrakı (burada həm də elmi 
ə
sasları olan) meydana gətirir.  
Hüquq  hərəkətlərə,  fəaliyyətə  bağlı  olaraq  daima  inkişaf 
etdiyinə  görə  bu  anlayışı  həm  də  dialektik  məntiqlə  anlamaq, 
başa  düşmək    olar.  Hüququn  obyektv  aləmlə  daima  inkişafda 
olması  təbii  ki,  hüququn  inkişafını  ortaya  çıxarır.  Hüquq 
münasibət  və  əlaqə  fonunda  inkişaf  edir  və  gerçəkliklər  məhz  
bu anda daha çox ortaya çıxır.  
İ
nsan  hüquqlarının  dərk  olunmasında  və  əqli  nəticələr 
çıxarılmasında  formal    dialektik  məntiq  vəhdətdə  çıxış 
edir.  Belə  ki,  formal  məntiqin  ardıcıl  tətbiqi  elə  dialektik 
məntiqi meydana gətirir.  Formal və dialektik məntiq  cisim və 
hadisələrin 
şə
rtləndirici, 
ə
laqələndirici 
və 
bağlayıcı 
məzmununu geniş dərk etməyə imkan verir. 
İ
nsan  hüquqlarının  öyrənilməsi  və  onun  fəlsəfi  üsullarla 
dərk  olunması  aktuallıq  kəsb  edir.  İnsan  hüquqları  toplum 
halda  bir  mənəvi  dəyər  olaraq  insanların  özləri  ilə  “hərəkət 
edir”  və  insanların  cisim  və  hadisələrə  olan  münasibətlərinin 
zamanla  mütənasibliyində  daima  ortaya  çıxır.  Material  inkişaf 


79 
 
maddi  inkişafı  şərtləndirir,  maddi  inkişaf  da  öz  növbəsində 
mənəvi  zənginliyi  meydana  gətirir.    Lakin  onu  da  qeyd  etmək 
olar  ki,  mənəvi  zənginlik  heç  də  bir  qayda  olaraq  material 
zənginliklə  əlaqəli  deyil.  Mənəvi  zənginlik  bəzən    materiya 
çatışmazlığından  irəli  gələn  düşüncə  zənginliyidir.        Material 
zənginlik  mənəviyyatın  və  əxlaqın  pozulmasına  da  gətirib 
çıxara bilir. Bu anda da hüquqların “şişməsi” baş verir və əxlaq 
hüquqların  şişməsinin  qarşısını  alır.  Material  aləmin  həddən 
artıq  çoxalması,  zənginliyi  əxlaqı  sərhəd  müəyyənedici 
kriteriya  kimi  aradan  qaldırır.  Sərhəd  müəyyənləşdirici 
kriteriya  aradan  qalxdıqdan  sonra  hüquq  sərhədləri  tanımır. 
(Bunu  11  saylı  qrafikdə  də  görmək  olar).  Hüququn 
sərhədləri  aşması  isə  digərlərinin  hüquqlarının  pozulmasına 
gətirib  çıxarır.        Onu  da  nəzərə  almaq  lazımdır  ki, əxlaq həm 
də nisbidir və ətrafın reaksiyalarına bağlı olan məsələdir. Əxlaq 
insanlara təbiətən verilmiş mənəvi normalar olduğundan, əxlaq 
da  hüquq  kimi  insanların  şəxsiyyət  olaraq  mövqelərinin 
müəyyən  olunmasında  mühüm  əhəmiyyət  kəsb  edir.  Əxlaq  da 
normalanır.  Əxlaq  normaları  elə  hüququn  daxili  normalarının 
özünə  çevrilir.  Hüquq  normaları  mahiyyət  etibarilə  əxlaq 
normaları  üzərində  qurulur.    Əxlaqın  həddən  artıq  böyüməsi 
fəaliyyətin  məhdudlaşdırılmasına  səbəb  ola  bilər. Belə ki, hər 
zaman 
ə
xlaq 
kriteriyasına 
görə 
insanın 
öz-özünə 
məhdudlaşdırıcı  nəyisə  tətbiq  etməsi  insanın  fəaliyyətsizliyinə 
gətirib  çıxara  bilər.  Bu  baxımdan  da  əxlaqın  maksimal    həddi 
insan  fəaliyyəti  ilə  məhdudlaşmalıdır.  Yəni,  insan  öz  əxlaqını 
öz  üzərində  ifrat  vasitə  kimi  qəbul  etməməlidir.  Buradan  da 
belə bir məntiqi nəticələrə gəlmək olar ki, fəaliyyət özü əxlaqı 
normalara  salandır  və  məhdudlaşdırandır.  Belə  bir  məntiqi 
idrak 
modelindən 
çıxış 
etmək 
olar: 
ə
xlaq+hüquq+ 
fəaliyyət=həyatın  inkişafı.  Burada  əxlaqın  və  ya  da  hüququn 
qabaqda  olması  barədə  qəti  fikir  yürütmək  düzgün  olmaz. 
Ancaq  qəbul  etmək  lazımdır  ki,  bizim  indiki  məzmunda  başa 
düşdüyümüz  hüquq  dövlətin  yaranmasından  sonra  formalaşıb. 


80 
 
Onu  da  nəzərə  almaq  lazımdır  ki,  hüquq  və  əxlaq  vəhdətdə 
kamilliyi,  müdrikliyi  yaradır.  Hüquq  və  əxlaq-hər  iki  məfhum 
dərin    dərketmənin  məfhumlarıdır.  Dərindən  dərk  olunma 
zamanı  insan  öz  hüququnu  əxlaqla  mütənasibləşdirir  və 
nəticədə    kamil  və  müdrik  insan  meydana  gələ  bilir. 
Müdrikliyin  tərkibinə  elmi  biliklərin  zənginliyi  və  məntiqi 
ə
məliyyatlar  aparmağın  məharəti  mövcud  olur.      Bütün 
bunların fövqündə isə fəlsəfə (müdriklyi sevmə) dayanır. Hansı 
ki,  bu  da  özlüyündə  ədaləti,  saflığı,  dürüstlüyü,    vicdanlığı,  
yüksək  intellekti  və  s.    birləşdirir.    Əxlaq  hüquq  üçün  bir  növ 
“onu müşaiyət edən, onu tənzimləyən, sürətini sabitləşdirən 
və azaldan   əyləc” rolunu oynayır. Belə bir əlaqəli prinsipdən 
çıxış  etmək  olar.  Əxlaq  hüququ  qoruyur,  hüququn  əxlaqla 
vəhdəti  isə  insanın  özünü  qoruyur.      O  insan  inkişaf  edir  və 
cəmiyyətdə özünə hörmət və nüfuz qazanır ki, əxlaqla hüququ 
vəhdətdə görür.  
Hüquq insanlara onlar üçün lazımi olan və onlar tərəfindən 
fərqli-fərqli  predmetlərdə  əksini  tapan  dəyələri  qazandırmağa 
imkan  yaradır.  Ümumiyyətlə,  qazancların  seçilməsi  öz 
müstəqilliyi ilə fərqlənir. Belə ki, insanlar həyat şəraitindən və 
davranış  xüsusiyyətlərindən,  eləcə  də  fəaliyyət  göstərdikləri 
sahələrdən  asılı  olaraq  müxtəlif  sahələrə  maraq  göstərirlər. 
Mövcud  olan  maddi  və  mənəvi  vasitələrin  bir  neçəsini 
özlərində  dəyər  kimi  axtarırlar  və  bunlar  onların  qazanclarına 
çevrilir.  Dəyər-fərd  və  qrupların  onların    öz  həyatlarında 
mühüm  rol  ayrıdıqları  və  ona  yiyələnmək  arzusunu  zərurət 
kimi duyduqları hər bir maddi və ya mənəvi predmeti, ideya və 
ya  təsisatı,  həqiqi  və  ya  xəyali,  uydurlumuş  predmetdir.
57
 
Dəyərlər  insanların  davranışlarının  çox  mühüm  amilidir. 
Onlara  can  atmaq  başqa  fərdlərlə  münasibətlərdə  prinsipial 
surətdə  təsir  göstərir.  Hər  bir  fərdin  az  və  ya  çox  dərəcədə 
                                                 
57
 Q 82. Quliyev R.M. Sosiologiya: nəzəriyyə və tədqiqat metodologiyası 
(Monoqrafiya). Bakı, BSPİ, “Siyasət” nəşriyyatı, 1995, 424 səh.,  s. 55.
     


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə