Microsoft Word Insan huquqlari I kitab doc



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə26/36
tarix20.09.2017
ölçüsü2,82 Kb.
#875
1   ...   22   23   24   25   26   27   28   29   ...   36

81 
 
qiymətləndirdiyi  müəyyən  dəyərlər  iyerarxiyası  vardır.
58
 
Hüquq insanlara öz dəyərlərinin  seçmək imkanları verir ki,  bu 
da  insanların stimul əldə etmələri üçün müvafiq şəraiti ortaya 
çıxarır.  Hüquq  dəyərlər  seçimində  insanlara  səlahiyyət,  ixtiyar 
verən ümumməfhumlar toplusudur.    
İ
nsan  hüquqları  insanları  müşayiət  edən  əsas  mənəvi 
dəyərdir.  İnsan  hüquqları  özündə  dəyərləri,  meyarları  və 
etalonları  ehtiva  edən  bir  mənəvi  məhsuldur.  İnsan  hüquqları 
həm  də  insanların  əxlaqına  bağlıdır.  Bağlılığa  görə    insan 
hüquqları  həm  əxlaqı  inkar  edir,  həm  də  müəyyən  anlarda 
ə
xlaqla kəsişir, çarpazlaşır və ziddiyyət təşkil edir.    
İ
nsan  hüquqları  məfhum  (qeyd:  məfhum  cisim  və 
hadisələrin  xarici  əlamətlərini,  onların  ayrı-ayrı  cəhətlərini 
deyil,  cisim  və  hadisələrdəki  mühüm,  ümumi  cəhətləri, 
onların  bütövlüyün,  daxili  əlaqəsini  əks  etdirr.
59
  Məfhum 
ümumi sintetik xarakterə malikdir. Təsəvvür isə səciyyədir)
60
 
və  anlayış  (Qeyd:  Anlayış-  məntiqdə  gerçəkliyin  predmet  və 
hadisələrini  bu  və  ya  digər  mühüm  əlamətlərə  görə  ayıran, 
ümumiləşdirən təfəkkür formasıdır.
61
 
Azərbaycan dilinin izahlı 
lüğətində
62
  anlayışa  bir  şey  haqqında  məntiqi  cəhətdən 
formalaşamış  ümumi  fikir,  təsəvvür,  məfhum  kimi  izah  verilir.
  
Bu  baxımdan  da  insan  hüquqlarını  anlayış  kimi  qəbul  etmək 
olar və  insan hüquqları da bir gerçəklikdir və onun əlamətlərə 
görə  ayrılması  və  ümumiləşdirilməsi  təfəkkürdə  mümkündür)  
olaraq   idrakın  predmetidir. Həm  də  idrakın obyektidir.  İnsan 
hüquqları  dərk  olunmaq  baxımından   ontoloji  əhəmiyyət kəsb 
                                                 
58
 Q 82. Quliyev R.M. Sosiologiya: nəzəriyyə və tədqiqat metodologiyası 
(Monoqrafiya). Bakı, BSPİ, “Siyasət” nəşriyyatı, 1995, 424 səh.,  s. 55.
   
59
 M.M. İsrafilov. Məntiq: Dərs vəsaiti.-B.: Maarif, 1987.-333 səh.,  s. 50.    
60
 Yenə orada. s. 53.     
61
 Fəlsəfə ensiklopedik lüğət. Baş redaktor İsmayıl Vəliyev. 
“Azərbaycan Ensiklopediyası nəşriyyat poliqrafiya birliyi”. Bakı, 1997, 
səh. 30.
 
62
 Azərbaycan dilinin izahlı lüğəti. Dörd cilddə. I Cild. Bakı, “Şərq-
Qərb”, 2006, 744 səh.
 


82 
 
edir  və  insanların  maddi  və  material  fəaliyyətinə  bağlı  olur. 
İ
nsan hüquqlarının material aləmlə bağlılığı onun elmi-məntiqi 
idrakın  obyekti  olmasının  əsaslarını  meydana  gətirir.    İnsan 
hüquqları  dərk  olunmaq  baxımından    həm  də  qnoseoloji 
ə
həmiyyət kəsb edir. Belə ki, insan hüquqlarının dərk olunması 
üçün  ümumi  və  təsəvvür  əhəmiyyəti  kəsb  edən  və  mücərrəd 
düşüncə  mövcuddur.  İnsan  hüquqlarının  qnoseoloji  məzmunu 
onun 
mücərrəd 
və 
ümumi 
təsəvvür 
anlayış 
kimi 
mövcudluğunda üzərə çıxır.  
İ
nsan hüquqları mənşə (yer) baxımından endemikdir. Yəni 
insanların  olduqları  məkanlarda  onlar  da  vardır.  Aidiyyatı  
baxımından  isə  fərdi  və  şəxsi  məxsusidir.  Buna  görə  də  
immanentdir  və  ayrılmazdır.  Həm  də,    belə  demək 
mümkünsə, insan hüquqları əxlaqla, “modus vivendidir”. Bu, o 
deməkdir ki, insan hüquqları ilə əxlaq həm də barışmaz olsalar 
da,  bir yerdə mövcud ola bilir. Əxlaqla hüquq ziddiyyət təşkil 
edə  bilər.  Əxlaq  hüququ  məhdudlaşdıran  da  ola  bilər.  Bu 
baxımdan tərbiyə də hüququ məhdudlaşdırır. 
İ
nsan  hüquqları  insanların  genetik  mənşələrinə  görə 
(burada  insan  məxluqu  baxımından)  universaldır.  İnsan 
hüquqları  varlıqların  (burada  insanların)  bioloji  uyğunluğuna 
görə    universladır.  Lakin  nisbi  universaldır.  Yəni,  özündə 
mütləqləri birləşdirən, təqribi və dəyişkən  universaldır. Hər bir 
insan  özündə  fərdidir,  fərdi  hüquq  daşıyıcısıdır.  Qarşılıqlı 
münasibətlər  və  əlaqələrdən  universallıq  meydana  gəlir. 
Universallıq  isə  öz  daxilində  oxşarlıq,  eynilik,  uyğunluq, 
fərqlilik,    ziddiyyət  və  s.  kimi  kriteriyaları  birləşdirir.  “İnsan 
hüquqları  bütün  insanlara  münasibətdə  uyğundur;  insan 
hüquqları  bütün  insanlara  münasibətdə  uyğunsuzdur” 
prinsipi  universallığın  əsaslarını  təşkil  edir.  Eləcə  də  insan 
hüquqları 
normaları 
bəzi 
insanlara 
münasibətdə 
uyğunsuzdur.  Bu,  şərait,  imkan  və  gerçəkliklə  əlaqəlidir.  Bir 
fərdə  məxsus  olan  hüquq  digər  fərdə  məxsus  olmaya  bilər. 
Məsələn, ali təhsilli şəxsin işlədiyi vəzifəni ali təhsili olmayan 


83 
 
şə
xslər  tuta  bilməzlər.  Burada  məxsusluq  var  (məxsusluğu 
istedad,  qabiliyyət  və  imkanlar  yaradır)    və  bu  da  tərkib 
kriteriyaları  ilə  bağlıdır.  Məxsusluq  həm  də    qazancla 
ə
laqəlidir.  Hüququn  təbiiliyi  həm  qeyri-iradidir  (insanların 
iradələrindən  asılı  olmayaraq onlara  məxsusdur)  həm də iradi 
olaraq  qazanılandır.  Bu  da  keyfiyyət,  bacarıq  və  istedada 
bağlıdır.      Buradan  da  hüquq  universallığının  qətiliyi  itir  və 
dəyişkənlik  və  nisbilik  meydana  gəlir.  Bu  kimi  düşüncə 
prosesləri  formal  məntiqi  təfəffür  əməliyyatları    əsasında  baş 
verir.  İnsan  hüquqlarının  məxsusi  mütənasibliyi  məsələsi  isə 
insan  hüquqlarının  partikulyarlığını  meydana  gətirir.  Ancaq 
onu  da  qəti  olaraq  demək  olmaz  ki,  partikulyarlıq 
universallıqdan kənardır. Qəbul etmək lazımdır ki, hər iki halda 
insan  hüquqları  təbiidir  və  insanların  təbii  xarakterlərinin 
ə
saslarını təşkil edir.  
İ
nsan hüquqlarının fəlsəfi əsaslarla izah olunması daha çox 
idealizmə  uyğun  gəlir.  Yəni,  hüququn  mahiyyəti  idealizmlə 
açıla bilir. Lakin burada materializmdən kənarda da hüquq ola 
bilməz. İnsan hüquqları materiya aləmindən istifadə prinsipləri 
və  qaydaları  üzərində  də  formalaşır.  İnsanlar  arasında  mənəvi 
münasibətlərin 
ə
saslarını 
hüququn 
idealizm 
mahiyyəti 
müəyyən edir.  
İ
nsan hüquqlarında həm də dialektik (əlaqəlilik, ardıcılllıq, 
ümumi  qanunlar  və  s.)  məntiq    mövcuddur.  Bu  baxımdan  da 
hüquqların  öyrənilməsi  və  geniş  şəkildə  dərk  olunması  üçün 
dialektikadan  (buna  mürəkkəb  və  ardıcıl  əlaqəli  məntiq  də 
demək  olar)  geniş  istifadə  edilə  bilir.  Məlumdur  ki,  zaman 
inkişaf proseslərinin ardıcıllığında və material aləmin forma və 
məzmun  baxımından  dəyişməsində  özünü  göstərir.  Zamanın 
gerçəkləşməsi  və  qabaqda  olması  material  aləmdə  və  material 
vasitələrin qarşılıqlı əlaqələrində daha çox özünü büruzə verir.  
İ
nsan  hüquqlarının  inkişafı  cəmiyyətdə  sublimasiyanı 
ə
mələ  gətirir.  (Qeyd:  subilmasiya-lat.  sublimo-yüksəldirəm, 
ucaldıram-enerjinin sosial cəhətdən əlverişli olmayan (aşağı) 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə