Microsoft Word Mahmudova S. docx



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə13/31
tarix02.03.2018
ölçüsü0,75 Mb.
#29084
1   ...   9   10   11   12   13   14   15   16   ...   31

 

 

olunduğundan su hövzələrində toplanaraq təhlükə yaradır.Torpaqda isə uzun müddət 



qalaraq qida zənciri vasitəsilə insanlara keçə bilir ki, bu da kanserogen xassəyə malik 

olur.Çirklənməmiş  torpaqlarda  orta  hesabla  misin  konsentrasiyası  30  mq/kg  təşkil 

edir. 

Misin  bitki  fiziologiyasındakı  rolu  ilə  bağlı  bir  sıra  tədqiqatlar  aparılmışdır. 



Bunlar aşağıdakılardır: 

1.

  Mis  əsasən,  molekul  çəkisi  aşağı  olan  orqanik  maddələrlə  və  vitaminlərlə 



birləşmə əmələ gətirir. 

2.

  Misə  funksiyası  tam  olaraq  müəyyən  edilməmiş  bir  sıra  birləşmələrdə  və 



həyati əhəmiyyət daşıyan fermentlərin tərkibində rast gəlinmişdir. 

3.

  Mis  fotosintez,  tənəffüs,  maddələr  mübadiləsi  kimi  fiziolojik  proseslərdə 



mühüm rol oynayır. 

4.

  Mis xəstəliklərə qarşı dözümlülük yaradır. 



Misin az miqdarda konsentrasiyası ilə yanaşı yüksək miqdarda konsentrasiyası 

da  bitkilərdə  ciddi  təhlükə  doğurur.  Bir  sıra  fiziolojikproseslərdə  müəyyən  rolu 

olduğunu  nəzərə  alaraq  bitkilər  üçün  lazımı  olan  miqdarının  dəqiqləşdirilməsində 

çətinlikər törədir. 

Orqanizmdə  mis  çatışmazlığı  heyvan  və  insanlarda  böyümənin  ləngiməsinə, 

tənəffüs sistemində infeksiyalara, sümük əriməsinə səbəb olur. 



Sink (Zn) Sinkin bir sıra birləşmələri sənayedə, kənd təsərrüfatında, məişətdə 

və tibbdə geniş istifadə olunur.  

Onun  suda  həll  olan  duzları  olduqca  zəhərlidir.  Sink  xloriddən  dəmiryol 

ş

pallarının  çürüməsinin  qarşısını  almaq  üçün  hopdurucu  maddə  kimi  istifadə  edilir. 



Lehimləmə  prosesində  də  sink  xloriddən  istifadə  edilir.  Sink  fosfiddən  gəmiriciləri 

məhv etmək üçün, sink sulfatdan isə parçaların rənglənməsi zamanı istifadə olunur. 

Odur  ki,  sink  birləşmələri  ekoloji  çirklənmə  yarada  bilər.  Dəmir  əşyaları 



 

 

korroziyadan  qorumaq  üçün  üzəri  sink  təbəqəsi  ilə  örtülür.  Sinklənmiş  məişət 



qablarında yemək bişirilərkən sink birləşmələri ilə zəhərlənmə hadisələri baş verir. 

Sinkin az miqdarı mikroelement kimi orqanizm üçün vacib elementlərdən olub, 

onun  çatışmaması  zamanı  xərçəng xəstəliyi  əmələ  gəlir.  Yüksək konsentrasiyası isə 

güclü  zəhər  olub,  mədəaltı  vəzdə  toplanaraq  onun  fəaliyyətini  məhdudlaşdıraraq 

hormonların sintezini dayandırır. 

Sink  duzları  ilə  zəhərlənmə  zamanı  güclü  qusma  hadisəsi  baş  verir  ki,  bu  da 

müdafiə refleksi olaraq sinkin orqanizmən xaric olmasını təmin edir. 

Sink filizlərinin çıxarılması zamanı fəhlələrdə tez-tez zəhərlənmə hallarına rast 

gəlinir. Bu zaman bədən temperaturu kəskin qalxır. 

Sink  birləşmələri  sintez  edilən  zavod  tullantıları  təbiətə  yayıldıqda  ekoloji 

çirklənmə yaradır. 

Manqan  (Mn)  Son  illərdə  manqanın  birləşmələri  xalq  təsərrüfatında  geniş 

tətbiq  edilir.  Manqan  elementinin  orqanizmdə  mikroelement  kimi  əhəmiyyəti  ilə 

yanaşı, onun çox miqdarı güclü zəhər olub, hüceyrənin protoplazmasının dağıdaraq, 

ağır fəsadlar əmələ gətirir. [6] 

Manqan  birləşmələri  mərkəzi  sinir  sisteminin,  böyrəklərin,  ağciyər  və  qan-

damar sisteminin fəaliyyətinə güclü təsir göstərir. 

Manqan  birləşmələri  şüşə  istehsalında  (rəngli  şüşələrin  alınması), 

metallurgiyada  (ərintilərin  alınması),  tekstil  sənayesində  (parçalar  üzərində  rəngli 

şə

killər  və  naxışların  alınması),  məişət  qablarına  emal  örtüklərin  çəkilməsində 



istifadə olunur. 

Kalium  permanqanat  duzundan  isə  tibbdə  istifadə  olunur.Onun  istifadəsi 

zamanı tətbiq dozasına əməl olunmadıqda güclü zəhərlənmələr baş verir.Ölüm dozası 

15-20 qram olaraq müəyyənləşdirilmişdir. 

Kalium  permanqanat  güclü  oksidləşdirici  olduğundan  mədə-bağırsaq  qişasını 

dağıdaraq qanaxmaya səbəb olur. 




 

 

Orqanizmdə manqan qaraciyərdə və böyrəkərdə birləşmələr şəklində toplanır. 



Orqanizmdə 1,8 mq manqan element şəklində vardır. Bu miqdar çox olduqda mənfi 

təsir  göstərməyə  başlayır.  Belə  ki,  qanın  hemoqlobinində  dəmirin  antoqonistinə 

çevrilərək qan dövranının normal funksiyasını pozur.  

Manqan filizlərindən manqan 4-oksid alınarkən texnoloji prosesə düzgün əməl 

olunmadıqda  manqan  birləşmələri  toz  halında  atmosferə  yayılır.  Bu  cür  hava  ilə 

tənəffüs etdikdə sinir sisteminin pozulması halları müşahidə edilir.  



Xrom (Cr) Xrom birləşmələri xalq təsərrüfatında geniş istifadə olunur. Dəmiri 

korroziyadan  qorumaq  üçün  üzərinə  xrom  təbəqəsi  çökdürülür.  Dəri-gön 

məmulatlarının  aşılanması  və  rənglənməsi  zamanı  xrom  birləşmələrindən  istifadə 

olunur. 


Orqanizmdə  insulin  hərəkətini  təmin  edərək,  karbohidrat,  su  və  zülal 

mübadiləsini  tənzimləyən  xrom  təbiətdə  geniş  yayılmışdır.  Atmosferdə>  0,1  mq/m³ 

və  çirklənməmiş  suda  təqribən  1mq/l-dir.  Bir  çox torpaqlarda xromun  miqdarı  2-60 

mq/kq, çirklənməmiş bəzi torpaqlarda 4 q/kq olur. [4] 

Gündə orta hesabla xrom qəbulu 30-200 mq-dır ki, bu miqdarda alınan xromun 

toksiki təsiri yoxdur. Gün ərzində 250 mq-a qədər alınan xromun sağlamlığa ziyanı 

yoxdur.  Günlük  qəbul  edilən  xrom  müəyyən  miqdarda  qida  maddələrində 

mövcuddur.Ət, ədviyyat kimi qidalar əsas xrom mənbəyidir, süd məhsulları, bir sıra 

meyvə və tərəvəzlərdə xromun miqdarı azdır. Orqanizmdə xrom azlığı şəkər xəstəliyi 

olaraq özünü biruzə verir. 

Xromatlar  ən  geniş  yayılan  alergik  maddələrdir.  Aparılan  tədqiqatlar 

nəticəsində  tənəffüs  və  dəri  təması  nəticəsində  xroma  məruz  qalan  insanlarda 

müxtəlif sağlamlıq problemləri aşkar edilmişdir. 

Ə

vvəllər  xrom  birləşmələrindən  (xromat  və  bixromatlar)  kənd  təsərrüfatında 



insektsid  kimi  istifadə  olunurdu.  Qüvvətli  zəhər  hesab  edildiyindən  onların  tətbiqi 

dayandırılmışdır. 




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə