Microsoft Word Mahmudova S. docx



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə21/31
tarix02.03.2018
ölçüsü0,75 Mb.
#29084
1   ...   17   18   19   20   21   22   23   24   ...   31

 

 

 



 

 

 

FƏS L III.  K Ç K  QAFQAZIN  Ş MAL-ŞƏRQ  YAMACINDA 

TORPAQLARIN  AĞIR  METALLARLA  Ç RKLƏNMƏS N N 

NƏT CƏLƏR  VƏ HƏLL   ST QAMƏTLƏR  

3.1 Ağır metallarla çirklənmənin yaratdığı problemlər

 

Tədqiq  etdiyimiz  ərazidə  ağır    metalların  yol  verilən  qatılıq  həddindən  çox  



olması  bir  sıra  problemləri  qaçınılmaz  edir.  Ağır  metallar  hidrosferə,  litosferə, 

atmosferə  yayılmaqla  canlı  orqanizmlərin  sağlamlığında  bir  sıra  ciddi  problemlərə 

gətirib çıxarır. 

Ağır metalların birbaşa təsiri bitkilərdə yaratdığı problemlərlə, dolayı təsiri isə  

bu  bitkilərlə  qidalanan  insan  və  heyvan  orqanizmində  yaranan  problemlərlə  

ə

laqədardır.  Ağır  metalların  yalnız  müəyyən bir qismi  az  miqdarda konsentrasiyada 



bitkilər  üçün  əhəmiyyətlidir.  Bu  elementlərin  artıq  miqdarı  bitkilərdə  bir  sıra  

proseslərin  pozulmasına gətirib çıxarır.   

Bitkilər  fizioloji  inkişaflarını  tamamlamaqda  ehtiyac  duyduqları  maddələri 

torpaqdan asanlıqla mənimsəyirlər. Bu maddələr bitkilərdə mövcud olduğu formada 

torpaqda  da  vardır.  Bitkinin  qidalanmasında  hər  bir  qida  elementinin  rolu  olduqca 

müxtəlifdir. Torpaqda ağır metalların konsentrasiyası artdıqca, bitkilər bu elementləri 

passiv  şəkildə  mənimsəyərək  qida  zəncirinə  daxil  edir.  Bunun  nəticəsində  ağır 

metallar  bitkilərə  və  bitki  ilə  qidalan  insan  və  heyvanlara  toksiki  təsir  göstərir.  Bu 

onunla  əlaqədardır  ki,  bitkilər  yetişdikləri  torpaqda  özləri  üçün  lazım  olan  və  ya 

olmayan  elementləri  az  miqdar  olsa  belə  öz  orqanizmlərində  depolaya  bilirlər.  Bu 

elementlərdən  (N,  P,  K,  S,  Ca,  Mg,  Fe,  Zn,  Mn,  Cu,  B,  Cl,  və  Mo)  bütün  bitkilər      

üçün mütləq lazımlı qida maddələridir. Digər 6 element (Co, Al, Na, Si, Ni və V) isə 




 

 

yalnız  bəzi  bitkilərə  və  ya  proseslərə  lazımlı  olduğu  qəbul  edilən  faydalı  



elementlərdir. [17] 

Bitkilərin  inkişafı  üçün  mütləq  lazımlı  element  olub-olmamasından  asılı 

olmayaraq  ağır  metalların  toxuma  və  orqanlardakı  həddindən  artıq  konsentrasiyası 

bitkilərin vegetativ və generativ orqanlarının inkişafına mənfi istiqamətdə təsir edir. 

Ağır metallar toksiki təsirləri səbəbiylə bitkilərdə transpirasiya, su qəbulu, fotosintez, 

ferment  fəaliyyəti,  cücərmə,  zülal  sintezi,  membran  stabilizasiyası,      hormonal 

tarazlıq  kimi  bir  çox  fizioloji  proseslərin  pozulmasına  səbəb  olur.  Toksikilik, 

metaldan metala dəyişə bildiyi kimi, orqanizmdən orqanizmə də dəyişə  bilir. Müsbət 

və ya mənfi (Toksik) təsir yalnız elementin tipi və konsentrasiyasından asılı olmayıb, 

müxtəlif növlərin genetik əsaslı fizioloji davranışları ilə də       əlaqədardır. Bitkilərin 

ekoloji stress faktorlarına qarşı dözümlülükləri bitkinin     növünə, stress faktoruna, 

stressə  məruz  qalma  müddətinə  və  stressə  məruz  qalan    toxuma  və  ya  orqanının 

quruluşuna  bağlı  olaraq  dəyişir  .  Bu  səbəblə,  bitkilərin                stress  şərtlərinə 

reaksiyalarının  və  inkişaf  etdirdikləri  uyğunlaşma  mexanizmlərinin  bilinməsi 

zəruridir.  Bitkilərin  ağır  metallara  qarşı  toksiki  dözümlülük  sərhədlərinin  bilinməsi 

üçün  metalın  növü  və  miqdarı,  zəruriliyi,  zərərin  müddəti  və  növü,  eyni  zamanda 

zərərin meydana gəlmə müddəti nəzərə alınmalıdır. Bu       xüsusiyyətlərin bilinməsi, 

bitkilərin inkişafı və məhsuldarlığı baxımından olduqca əhəmiyyətlidir. 

Bəzi  ağır  metalların  bitki  orqanizmindəki  təsir  mexanizmlərini  nəzərdən    

keçirək. 



Mis  Bitkilərdə  fotosintez,  transpirasiya,  metabolizma  kimi  bir  sıra  fizioloji 

proseslərin tənzimləyicisidir. Misin çatışmazlığında olduğu kimi, artıqlığında da bitki 

zərər  görür.  Tam  olaraq  sübuta  yetirilməsə  də,  mis  çatışmazlığından  qaynaqlanan 

hadisələrdə,  əslində  misin  dolayı  rolu  vardır.  Bəzi  fizioloji  hadisələrdə  bilavasitə 

təsirinin  olması,  bitkilərin  ehtiyac  duyduğu  mis  miqdarının  təyin  olunmasını 

çətinləşdirir. Bitki növlərinin fərqli miqdarlarda ehtiyac göstərmələrinə baxmayaraq, 

mis,  olduqca  zəhərli  bir  metaldır.  Mis  zəhərlənməsinin  bəzi  təsirlərini  toxuma 

zədələnməsi,  kökün  içində  pozulma  və  bitki  rəngində  tündləşmə  olaraq  hesab  edə 

bilərik. Digər təsirlər isə, membran keçiriciliyində yaranan pozulma nəticəsində kök 



 

 

hüceyrələrində  ion  itkisi,  DNT-nin  ziyan  görməsi  nəticəsində  fotosintez  prosesinin 



pozulmasıdır. 

Mis  toksikiliyinin  xiyar  bitkisindəki  fotosintez  nisbəti  üzərinə  təsirlərinin 

araşdırıldığı bir təcrübədə 0 və 10 mq / q Cu tətbiq olunmuşdur. Xiyar yarpaqlarının 

mis stresinə qarşı meydana gətirdikləri reaksiyalar böyümədövrünə  görə dəyişmişdir. 

Nəticə  etibarilə,  fotosintezin  yetkin  yarpaqlarda  52  %,  gənc  yarpaqlarda  isə  27  %  

nisbətində azaldığı müəyyən olub.  

Misin xiyar bitkisinin karbohidrat və ion tərkibi üzərinə təsirlərini təyin etmək 

məqsədiylə edilən bir başqa təcrübədə 0 və 20 mq / q mis tətbiq olunmuşdur. Gənc 

yarpaqlarda nişastanın 155%, yetkin yarpaqlardaisə 116% nisbətində           artdığı 

müəyyən olunmuşdur. Bitkilərdə kalium və maqneziumun miqdarının həm gənc, həm 

də  yetkin  yarpaqlarda  40%  azaldığı  vəmisin  kalsiumu  köklərdən  yarpaqlara  nəql 

olunmasınıazaltdığımüəyyən edilmişdir. 

Misin hüceyrə divarına bağlanması birbaşa ya da kalsiumu yerindən çıxarmaq 

surətiylə  iki  şəkildə  meydana  gəlir.  Bu  vəziyyətdə  hüceyrə  divarının  elastikliyi    

pozulur və turgor azalır, nəticədə köklərdən yarpaqlara kalsium daşınması azalır. 

Artan  mis  konsentrasiyasının  məhsul  üzərində  təsirlərinin  araşdırıldığı    

təcrübədə  çəltik  bitkisi  yetişdirilmişdir.  Bu  zaman  torpaqda  100  mq/  kq  mis       

müəyyən  olunduqda  məhsuldarlıq-10  %;    300-500  mq/  kq  -  50%  və  1000  mq  /  kq 

olduğunda 90% nisbətində azaldığı müəyyənləşdirilmişdir. 

Torpaq  və  yarpaqda  artan  səviyyələrdə  mis(Cu  oksixlorid  vəmetalik  mis) 

konsentrasiyasının  pomidor  bitkisinin  məhsuldarlığı  və  keyfiyyəti  üzərinə 

təsirlərininaraşdırıldığıtəcrübədə 

torpağa 

tətbiq 


olunan 

artan 


mis       

konsentrasiyasının  ümumi  məhsuldarlıq,  meyvə  sayı,  quru  kök  ağırlığı  vəbitki 

boyunun azalmasına səbəb olduğu müəyyən edilmişdir.  

Torpağa  artan  səviyyələrdə  verilən  mis  konsentrasiyasının  torpağın  pH-nıvə 

bitkilərin  qida  maddəsinimənimsəməsiüzərinətəsirlərini  təyin  etmək  məqsədiylə 

aparılan 

təcrübədə 

artan 


mis 

konsentrasiyasının 

torpağın 

pH-nı 


azaltması,maqneziumvəbitkiyə  yararlıdəmirin  azalmasınada  səbəb  olduğu  müəyyən 

edilmişdir. 




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə