Microsoft Word Mahmudova S. docx



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə17/31
tarix02.03.2018
ölçüsü0,75 Mb.
#29084
1   ...   13   14   15   16   17   18   19   20   ...   31

 

 

Ağır  metalların  konsentrasiya  əmsalı  həmin  elementin  tədqiq  olunan 



obyektdəki miqdarının litosferdəki fon miqdarına olan nisbətinə görə müəyyən edilir. 

Tədqiq  etdiyimiz  ərazidəağır  metalların  konsentrasiya  əmsalı  həmin  ərazidə  və 

litosferdə olan elementlərin miqdarının nisbətindən asılıdır. 

Çöküntülərdə  konsentrasiya  əmsalı  aşağıdakı  kimidir:Civə  400-5000,  gümüş 

50-300, kadmium 100-2000, mis15-300, molibden, vanadium, sürmə, sink, nikel və 

xrom 10-80-dir. [8] 

Metallurgiya  istehsalı  zamanı  yaranan  tozlarda  elementlərin  konsentrasiyası 

torpaqlara  nisbətən  civədə  5

x

10³,  kadmium  və  sürmədə  (2-5)



x

  10³  qurğuşun,  sink, 

bismut və arsendə n

x

10¹² dəfə çox ola bilər. Urbanizasiya müşahidə olunan ərazilərdə 



ikinci  böyük  çirklənmə  mənbəyi  kommunal  məişət  tullantıları  sayılır.  Böyük 

şə

hərlərdə  il  ərzində  adambaşına  0.3  ton  məişət  tullantıları  və  0.3  ton  kanalizasiya 



çöküntüsü  düşür.  Kommunal-məişət  tullantılarına  şəhərtəmizləmə  qurğularının 

çöküntüləri  də  aiddir.Tullantılar  çox  vaxt  yerində,  yaxud  şəhər  ətrafına  daşınaraq 

yandırılır.Həmin  tullantıların  tərkibində  (yanandan  sonra)  ağır  metalların 

konsentrasiyası sənaye tullantılarından geri qalmır. Yanmış tullantılarda  qurğuşunun, 

sürmənin,  kadmiumun,  bismutun,  gümüşün  konsentrasiyası  litosferdə  olandan  100 

dəfələrlə, toz isə 1000 dəfələrlə çoxdur  

 

Ağır metalların konsentrasiya əmsalları 

Cədvəl 6

 

 

         Elementlə

 

Məişət   tullantılarının 

yandırılması 

 

Enerji ultrafiltrlərində yığılan 



toz 

             Zn 

              68 

               350 

             Sn 

             720 

              1200 

             Pb 

             100 

               600 

             Sb 

             180 

               192 

            Ag 

             300 

              1500 

            Cd 

             172 

              1843 

 



 

 

Ə



traf  mühitin  ağır  metallarla  çirklənməsində  energetikanın  payı  olduqca 

çoxdur, çünki enerjinin istehsalı üçün kömür və mazutdan istifadə olunur. 

Nəqliyyat  -  ətraf  mühiti  qurğuşun,  sink,  kobalt  və  benzopirenlə  çirkləndirmə 

mənbəyidir.Nəqliyyatdan çıxan işlənmiş qazlar il ərzində 260 min ton qurğuşun ixrac 

edir.Qurğuşun  torpaq  mühitində  ən  güclü  çirkləndirici  maddələrdən  biri  hesab 

olunur.Bu  onunla  əlaqədardır  ki,  canlı  orqanizmlər,  xüsusilə  insan  orqanizmi 

qurğuşunun kiçik dozasına belə güclü reaksiya verir. 

Kömür  külünün  tərkibində  litosferlə  müqayisədə  bor  16dəfə,  molibden,     

arsen  6dəfə,  qurğuşun,  volfram,  barium,  sink,mis  1.5-2  dəfə  çoxdur.  Təcrübələrlə 

müəyyən  olunmuşdur  ki,    mazutu  istilik  enerji  stansiyalarında  istifadə  etdikdə 

vanadium və nikellə çirklənmə ehtimalı çoxalır. [6] 

Alınan  məlumatların  analizi  göstərir  ki,  ağır  metalların  konsentrasiyası  enerji 

tullantılarından azdır, ancaq ətraf mühitə vurduğu ziyana görə birinci yerdədir. 

 

 



Kömür külündə ağır metalların konsentrasiya əmsalı

 

Cədvəl 7 

 

              Elementlə

                   Əmsal 

                    Mn 

                     0,9 

                    Ni 

                     0,7 

                    Zn 

                     1,7 

                    As 

                     5,5 

                    Mo 

                      6 

                    Sn 

                     1,6 

                    Sb 

                     10 

                    W 

                     1,5 

                    Pb 

                     2,2 

 

Torpağı  çirkləndirən  mənbələrdən  biri  də  kənd  təsərrüfatında  istifadə  olunan 



aqrokimyəvi maddələrdir. Mineral gübrələr, zəhərli maddələr, boy stimulyatorlarıhər 


 

 

il  planlı  və  məqsədyönlü  şəkildə  tətbiq  edilir.  Bu  preparatların  istifadəsi  ildən-ilə 



çoxalır.Normadan  artıq  tətbiq  edildikdə  bitkilərə,  heyvanlara,  ətraf  mühitə  toksiki 

təsir edir. Məhsulda külli miqdarda toksiki qalıq toplanır ki, bu da insansağlamlığına  

mənfi təsir göstərir. Bundan başqa yağış suyula yuyularaq sərbəst hala keçir və yeraltı 

sularla birlikdə ciddi ekoloji problemlərin yaranmasına gətirib çıxarır. [12] 

Fosfor gübrəsinin istehsalı zamanı onun tullantıları istehsal olunan gübrədən 3 

dəfə  çoxdur.  Fosfat  xammalı-apatit  və  fosforitlər  qarışıq  elementlərlə  zəngindir. 

Fosforitlərə  nisbətən  apatitlərdə  nadir  elementlər  mövcudluğu  3-8  dəfə  litosferdə 

olduğundan çoxdur. Apatitlərdə stronsiumun, ftorun miqdarı 50 dəfə, fosforitlərdə isə 

florun,  qurğuşunun,  misin,  uranın,  stronsiumun  miqdarı  30  dəfə  litosferdə 

olduğundan çoxdur. 

Bitki  mühafizəsində  istifadə  olunan  kimyəvi  preparatların  tərkibi  civə,  arsen, 

qurğuşun,  ftor,  bor,  mis,  bismut  birləşmələrindən  ibarətdir.  Bu  elementlərin  torpağı 

çirkləndirməsini  sadə  misalla  göstərmək  olar.  Üzüm  bağlarında  mis  tərkibli 

preparatlardan istifadə etdikdə mövsüm ərzində torpağa 6-8 min ton mis çökür. 

Toksiki  tullantıları  xarakterinə  görə  kütləvi  və  qeyri-kütləvi  olmaqla  2  yerə 

bölürlər.  Kütləvi  tullantılar  ətraf  mühitin  sanitar-gigiyenik  göstəricilərini  kəskin 

dəyişdiyinə  görə  onları  xüsusi  nəzarətdə  saxlamaq  lazımdır.  Qəza  zamanı  qeyri-

kütləvi tullantılar kütləviyə çevrilə bilər. 

Tullantıları onlara nəzarət imkanı baxımından iki qrupa bölünür: 

  1.  Təşkil  olunmuş  yaxud  razılaşdırılmış  toksiki  tullantılar  -  atmosferə,  su 

hövzələrinə  və  torpağa  xüsusi  qurğuların  (borular,  kompressorlar,  təmizləyici 

vasitələr,  yanma  peçləri  və  s)  köməkliyi  ilə  daxil  olur.  Bu  tullantılar  müxtəlif 

dərəcədə  zəhərli  olduğu  üçün  adətən  ərazi  üzrə  yol  verilən  həddi  (YVH)  müəyyən 

olunur. 


  2.  Təşkil  olunmamış  toksiki  tullantılar  -  elə  tullantılardır  ki,  onları 

zərərsizləşdirmək və yaxud neytrallaşdırmaq qeyri-mümkün olur. Məsələn, aparat və 

qurğularda  nasazlıq  ucbatından  meydana  gələn  və  yaxud  kanalizasiya  sistemlərində 

axan  məhlulların  səthindən  və  xüsusi  tullantılardan  buxarlanan  maddə  miqdarı  bu 

tullantılara  aiddir.  Bu  tullantıların  törənməsi  istehsalat  səbəbləri  ilə  əlaqədardır. 



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə