Microsoft Word Mahmudova S. docx



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə18/31
tarix02.03.2018
ölçüsü0,75 Mb.
#29084
1   ...   14   15   16   17   18   19   20   21   ...   31

 

 

Zəhərli tullantıların inventarizasiyası  zamanı  onların  mənbəyi,  tullandığı  yer,  torpaq 



və  tərkibi,  həmçinin  yerüstü  qatlarda  yayılmasının    maksimum  konsentrasiya  həddi 

müəyyən olunmalıdır 

Tullantılar vasitəsilə torpağa daxil olan toksiki maddələrin torpaqda hərəkətini 

təyin etmək üçün əsas göstəricilərdən biri onların torpaq məhlulunda mövcudluğudur. 

Kimyəvi  proseslər  əsasən  torpağın  bərk  fazasında,  torpaq  məhlulunda,  torpaq 

havasında mikroorqanizmlərin və bitki köklərinin iştirakı ilə baş verir. 

Torpaq  məhlulunda  və  torpağın  bərk  fazasında  bu  elementlər  kifayət  qədər 

olduqda  bitkilər  üçün  qidalanma  mənbəyinə  çevrilir  və  onların  fəaliyyətini 

tənzimləyir.  Torpağın  çirklənmə  göstəriciləri,eyni  zamanda  kimyəvi  birləşmələrin 

torpaqda  miqrasiyasından  asılıdır.  Çirklənmə  zamanı  torpağın  buferlilik  qabiliyyəti 

torpaq məhlulunda kimyəvi elementlərin konsentrasiyasını bir səviyyədə saxlayır və 

konsentrasiyasının  dəyişməsinə  imkan  vermir.  Torpağın  buferlilik  qabiliyyəti 

çirkləndirici  maddələrə  təsir  göstərməklə  torpağın  özünütənzimləməsinə  şərait 

yaradır. 

Bəzi çirkləndirici maddələr (B, As, Ni, Se) torpaqda anion formasında olur və 

üzvi  maddələrlə  reaksiyalar  nəticəsində  kompleks  birləşmələr  əmələ  gətirərək 

torpaqda toplanır. Kompleks birləşmələr qələvi mühitə davamlıdır. 

Torpağın  üzvimaddələri  landşaftda  çirkləndirici  elementlərin  miqrasiyasına 

böyük təsir göstərir və onların hərəkətini genişləndirir. Kompleks birləşmələr yaradan 

reaksiyalar  nəticəsində  torpaqda  üzvi  maddələr  çoxluq  təşkil  edir.  Metallar  torpaq 

məhlulunun  tərkibində  qalaraq  çətin  həll  olan  çöküntülər  yaradır.  Məsələn,  Cu,  Zn, 

Ni,  Cr  torpaqda  hidroksid  çöküntüsü  yaradır,  ancaq  kompleks  duzlar  olduğu  üçün 

qələvi mühitdə çöküntü vermir. [16] 

Torpaqda toplanmış ağır metallar mühitin reaksiyasından asılı olaraq hidrolizə  

məruz qalırlar. 

Güclü texnogen çirklənmə olan zonalarda tozlu tullantılarla torpağa daxil olan 

ağır metalların hidrolizi nəticəsində torpağın turşulaşması baş verə bilər.  

 

 




 

 

2.3  Ərazinin torpaqlarının ağır metallarla çirklənməsinin ekoloji  



qiymətləndirilməsi 

Kiçik  Qafqazın  şimal-şərq  yamacı  torpaqlarında  ekoloji  mühitin  və 

sabitliyinpozulmasının  başlıca  səbəblərindən  biri  dağ-mədən  sənayesinin  intensiv  

inkişafı olmuşdur. Dağ-mədən sənayesinin təsiri ilə dağ-çəmən və quru-çöl landşaftı 

ciddi  struktur  pozuntularına,  bəzən  isə  kökündən  dəyişmiş  arzuolunmaztexnogen 

landşaftlara  çevrilmişdir.  Texnogen  amillərin  təsiri  ilə  dağ-çəmən-çöl  landşaftı 

antropen parçalanmış və təbii estetikliyini itirmişdir.  

Daşkəsəndə  dağ-mədən  və  filizsaflaşdırma  kombinatı  fəaliyyət  göstərir. 

Burada  filiz  hasilatının  açıq  üsulla  həyata  keçirilməsi  ətraf  dağ-çəmən  landşaftında 

ciddi  struktur  pozuntuları  əmələ  gəlmişdir.  Təkcə  1975-ci  ildə  Daşkəsən 

mədənlərində  2631000  ton  dəmir  filizi  çıxarılmış  və  ondan  saflaşdırma  fabrikində 

1346000  ton  konsentrat  alınmışdır.  1285000  ton  bərk  tullantı  təbii  landşafta 

atılmışdır. Çirkləndirilmiş suyu da əlavə etsək təbiətə atılmış tullantıların miqdarı 2-3 

dəfə   artır. Dağ-mədən filizsaflaşdırma kombinatının tullantıları bilavasitə  buradan 

keçən  Qoşqarçay  dərəsinə  axıdılır.  Nəticədə,  bu  tullantılar  Qoşqarçay  dərəsininin 

landşaftında ekoloji gərginliyi artırmış və landşaft reaksiya potensialını itirmişdir. 

Daşkəsənin  dəmir  filizi  və  mərmər,  Zəyliyin  alunit,  Göygölün  bentonit  gili, 

Xoşbulağın əhəngdaşı, Yuxarı Hacıkəndin gips daşı, Daşsalahlının bentonit gili və s. 

təbii  ehtiyatların  istismarı  ilə  inkişaf  edən  dağ-mədən  sənayesi  yataqları  dağ-çəmən 

landşaftlarının texnogen  pozulmasında  əsas  rol oynayır.  Əmirvar-Qazax kəndlərinin 

estetik  gözəlliyi  və  rekreasiya  potensialı  ilə  seçilən  dağ  çəmənləri  landşaftları 

Alunitdağın  mədən  tullantıları  ilə  yararsız  vəziyyətə  düşmüşdür.  Tullantılar  dağ-

çəmən  örtüyü  üzərində  4  iri  təpəəmələ  gətirmişdir.  stfadəsiz  daş  süxur  tullantıları 

burada  bir  neçə  metrdən  15m-ə  qədər  örtük  əmələ  gətirir.  Son  illər  mədən  işlərinin 

dayanması  bu  terrikon  təpələrin  üzərində  seyrək  otların  tək-tək  kolların  və 

kolcuqların əmələ gəlməsinə səbəb  olub. 




 

 

Dağ-mədən sənayesi tədqiq  olunan  ərazidə  relyefin, torpağın, bitki  örtüyünün 



köklü  dəyişməsində  əsas  rol  oynayır.  Daşkəsən  dəmir  filizimədənləri  sahəsində 

yaranmış  konusabənzər  relyef  formalarının  sahəsi  80-100  hektara  çatır.  Zəylik, 

Alunitdağ  mədənlərinin  istismarı  nəticəsində  hündürlüyü  20-30  m  olan  tullantılar 

müxtəlif texnogen relyef formaları əmələ gətirmişdir. 

Daşkəsən  filizsaflaşdırma  kombinatı  sahəsində  600  hektardan  çox  sahə 

texnogen  relyef  formaları  ilə  örtülmüşdür.  Daşkəsən  dəmir  filizi  mədənlərinin 

istisamrı ilə əlaqədar olaraq 1,2 min hektar sahədə meşə və çəmən torpaqları yararsız 

hala düşmüşdür ki, bunun da 0,5 min hektarı süxur tullantıları altındadır. Dağ-mədən 

tullantıları  həmçinin  dağ-çəmən  landşaftlarının  torpaq  örtüyünü  kimyəvi 

çirkləndirmişdir. Dağ-mədən tullantıları və ona yaxın ərazilərdən götürülmüş torpaq 

nümünələrinin  analizi  göstərir  ki,  torpağın  tərkibində  mikroelementlərin  və  ağır 

metalların  miqdarı  təbii  landşaftlara  nisbətən  xeyli  yüksəkdir.  Tullantı  süxurlarının 

səth  suları  ilə  yuyulması,  habelə  filtrasiya  nəticəsində  aktiv  kimyəvi  elementlər 

miqrasiya  edərək  torpağa  çökür  və  onu  çirkləndirir.  Təbii  torpaqlara  nisbətən 

tullantılarla  təmasda  olan  torpaqlarda  həmin  elementlərin  miqdarı  4-9  dəfə  artıqdır. 

Dəmir  mədən  tullantılarında  və  onların  təmas  etdiyi  torpaqlarda  sink,  mis,  kobalt, 

manqan,  bor  və  civənin  miqdarı  yol  verilən  konsentraiyadan  4-9dəfə  artıqdır. 

Qurğuşunun miqdarı isə 40 dəfədən çoxdur. 

Metallurgiya sənayesində əsas təhlükə mənbəyi zəhərləyici xassəyə malik olan 

ağır  metalların  -  mis,  civə,  qurğuşun,  kadmium,  sink  və  onların  birləşmələrinin 

tullantı  kimi  əmələ  gəlməsidir.  Sənayedə  istifadə  olunan  metalların  daha  sonradan 

yararsız hala gələrək torpağa daxil olması böyük təhlükə riski yaradır. Ağır metalların 

yol verilən həddən artıq konsentrasiyasının artması nəticəsində canlıların sağlamlığı 

mənfi təsirlərə məruz qalır. 

Metallurgiya  istehsalı  zamanı  yaranan  tozlarda  elementlərin  konsentrasiyası 

torpaqlara  nisbətən  civədə  5

x

10³,  kadmium  və  sürmədə  (2-5)



x

  10³  qurğuşun,  sink, 

bismut və arsendə n

x

10¹² dəfə çox ola bilər. Urbanizasiya müşahidə olunan ərazilərdə 




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə