Microsoft Word Mahmudova S. docx



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə19/31
tarix02.03.2018
ölçüsü0,75 Mb.
#29084
1   ...   15   16   17   18   19   20   21   22   ...   31

 

 

ikinci  böyük  çirklənmə  mənbəyi  kommunal  məişət  tullantıları  sayılır.  Böyük 



şə

hərlərdə  il  ərzində  adambaşına  0.3  ton  məişət  tullantıları  və  0.3  ton  kanalizasiya 

çöküntüsü  düşür.  Kommunal-məişət  tullantılarına  şəhərtəmizləmə  qurğularının 

çöküntüləri  də  aiddir.  Tullantılar  çox  vaxt  yerində,  yaxud  şəhər  ətrafına         

daşınaraq  yandırılır.  Həmin  tullantıların  tərkibində  (yanandan  sonra)  ağır     

metalların  konsentrasiyası  sənaye  tullantılarından  geri  qalmır.  Yanmış  tullantılarda       

qurğuşunun, 

sürmənin, 

kadmiumun, 

bismutun, 

gümüşün 

konsentrasiyası       

litosferdə olandan 100 dəfələrlə, toz isə 1000 dəfələrlə çoxdur. 

Dağ-çəmən landşaftı daxilində əmələ gələn texnogen dəyişmələr və pozuntular  

təbii  fon  landşaftını  kəskin  dəyişdirmiş,  onun  rekreasiya  potensialını  tam 

zəiflətmişdir. 

 

Daşkəsən və Zəylikdə açıq üsulla hasilatın davam etdirilməsi gələcəkdə burada 



ekoloji  gərgin ocaqların  artmasına,  texnogen  sürüşmələrin  fəallaşmasına,  məhsuldar 

torpaqların  sıradan  çıxmasına  səbəb  olacaqdır.  Ərazinin  mühüm  rekreasiya  rayonu 

olduğunu nəzərə alaraq dəmir filizi və alunit hasilatının şaxta üsulu ilə aparılması və 

yararsız vəziyyətə salınmış torpaqların rekultivasiyası vacibdir. 

Tədqiq  etdiyimiz  ərazidə,  xüsusilə  Daşkəsən,  Gədəbəy  zəngin  filiz 

ehtiyatlarına  malik  olduğundan,  filizlərin  hasilatı,  işlənməsi  zamanı,  eyni  zamanda 

torpaqla  təmasda  olarkən  təbii  halda  da  torpaqların  ağır  metallarla  çirklənməsinə 

səbəb  olur.  Ağır  metallarla  çirklənmənin  ilkin  qaynağı  filiz  ehtiyatlarının  kütləv 

istismarı olmuşdur ki, bunun da tarixi bir neçə əsr əvvələ təsadüf edir. Belə ki, XIV-

XV  əsrlərdə  yunanlar  uzun  məsafə  qət  edərək,  Böyük  Qafqaz  dağlarının  cənub 

yamacında, Kiçik Qafqazın şimal-şərq hissəsində mis, dəmir və s. əritmək məqsədilə 

sobalar  quraşdırmışlar.  XVIII  əsrin  sonunda  Rusiyadan  gələn  məmurlar, 

təbiətşünaslar:  Musin-Puşkin,  Eyxvald  və  başqaları  Daşkəsəndə  dəmir,  Zəylikdə 

alunit  filizlərinin  olması  barədə  məlumatlar  verirlər.  XIX  əsrin  ortalarından 

başlayaraq  H.  V.  Abix,  F.  Frex,  Q.  Arthaber  və  başqaları  tərəfindən  Respublikanın 

ayrı-ayrı  mahallarının  geoloji  xəritələri  tərtib  olunur.  XX  əsrin  əvvəllərindən 

başlayaraq  Azərbaycanın  faydalı  qazıntı  yataqlarının  öyrənilməsində  canlanma  hiss 



 

 

olunur.  Bu  dövrdə  əsasən  Rusiyadan  gələn  geoloqlar  fəaliyyət  göstərirlər.  Xüsusilə 



Kiçik  Qafqazda  aparılan  tədqiqatların  intensivliyi  Belə  ki,  geoloqlardan  Ş.  Ə. 

Ə

zizbəyov, M. S. Qaşqay, S. M. Süleymanov, A. N. Solovkin,  . A. Şirvanzadə, N. 



M. Səlimxanov, M. A. Mustafabəyli, H.  . Kərimov,  . N. Sitkovski və başqalarının 

apardıqları tədqiqatlar nəticəsində Respublikamızda əlvan, qara metal yataqları aşkar 

olunmuşdur.  Bunlardan Daşkəsəndə dəmir, xromit, Gədəbəydə mis, Çovdarda qızıl 

və başqa yataqları göstərmək olar. 

Nəinki tədqiq etdiyimiz ərazidə, eyni zamanda Respublikamızda Azərbaycanda 

ə

n iri faydalı qazıntı obyektlərindən biri olan və istismar edilən yeganə alunit yatağı – 



Zəylik  Daşkəsən  rayonunda  yerləşir.  Alunitdən  alüminium  oksidi  almaq  üçün 

Leninqradın (hazırkı SanktPeterburqun) keçmiş Ümumittifaq alüminium-maqnezium 

institutunda alunit filizlərin kompleks emalı üçün texnoloji sxemişlənib-hazırlanmış, 

Kirovabad (hazırkı Gəncə) və Sumqayıt alüminium zavodları tikilmişdir. [9] 

Daşkəsən yatağının dəmir filizi cisimləri 50 ilə yaxındır ki, istismar olunur və 

qalıq ehtiyatlar təxminən 90 ilə çatır. 

Kiçik  Qafqazın  Azərbaycan  hissəsinin  metallogenik  əyalətlərində  əlvan 

metallardan mis, qurğuşun, sink, kobalt, civə, sürmə filizlərinin yataq və təzahürləri 

geniş yayılmış və əsasən Gədəbəy, Daşkəsən ərazisində cəmlənmişdir. 

Tədqiq  etdiyimiz  ərazidə  müxtəlif  filiz  faydalı  qazıntılar  (dəmir,  alüminium, 

xromit,  qızıl,  gümüş,  mis,  qurğuşun,  sink  kobalt,  molibden  filizləri  və  s.  )  əsasən 

dağlıq hissələrdə müxtəlif tip yataqlar əmələ gətirirlər. 

 Azərbaycan Respublikasında yerləşən və ehtiyatları təsdiq olunmuş bütün də-

mir  filizi  yataqları  Daşkəsən  filiz  rayonu  hüdudlarında  təmərküzləşmişdir.  Bunlar 

Daşkəsən, Cənubi Daşkəsən və Dəmir (kobaltlı maqnetit) yataqlarıdır. Bu yataqların 

işlənməsi əsasında yaradılan Daşkəsən Filizsaflaşdırma kombinatının məhsulu (dəmir 

konsentratı)  Gürcüstanın  Rustavi  metallurgiya  kombinatının tələbatını tam  ödəyirdi. 

Daşkəsən Filizsaflaşdırma Açıq Səhmdar Cəmiyyəti Cənub Daşkəsən yatağının şərq 

sahəsindən  dəmir  filizi  çıxarılır.  Çıxarılan  dəmir  filizləri  isə  yük  avtomobilləri  ilə 



 

 

saflaşıdırma fabrikinə daşınır. Gün ərzində buradan 4-5 min ton dəmir filizi çıxarılır. 



Burada  gün  ərzində  26  ədəd  ağırtonnajlı  texnika  çalışır.  Çıxarılan  filizin  tərkibinin 

orta hesabla 40%-i dəmirdir.  

Ümumi mədənlərdə dövlət tərəfindən təsdiq olunan 270 milyon ton dəmir filizi 

ehtiyatı  var.  Dəmir  Filizsaflaşdırma  Fabrikinə  gətirildikdən  sonra  burada  xammal 

bunkerlərə  tökülür.  Fabrikdə  1  ton  filizdən  500  kq-a  yaxın  hazır  məhsul  alınır. 

Hazırda kombinatın illik istehsal gücü 350 min tondur.  

Kompleks  filiz  yataqlarından  çıxarılan  bəzi  metalların  emal  edilməsi  çox 

böyük  çətinliklər  yaratdığından,  zənginləşdirmə  texnologiyasının  aşağı  olması 

səbəbindən  tullantıya  göndərilən  son  materialda  itkilərin  miqdarı  yüksək  olurdu  və 

sonda  ümumi  yataq  üzrə  itkilər  yüksək  həddə  çatırdı.  Daşkəsən  filiz  yatağından 

çıxarılan  yüksək  tərkibə  malik  dəmir  filizinin  emal  olunduqdan  sonra  atılan 

tullantısının  tərkibi  belə,  zəngin  olaraq  qalırdı.  Belə  ki,  tullantı  hesab  edilən  bu 

məhsulda  böyük  miqdarda  filiz  atılırdı  ki,    inkişaf  etmiş  ölkələrdə  yataqlardan 

çıxarılan  filizin  miqdarı  bəzən    bu  tullantıların    tərkibindən  aşağı  olurdu.  Ona  görə 

istər  iqtisadi  səmərəlilik  baxımından  istərsə  də  ətraf  mühitə  dəyə  biləcək  ziyanın 

aradan  qaldırılması  baxımından  sənaye  tullantıları  üzərində  nəzarətin  düzgün 

təşkilinə  riayət  etmək  lazımdır.  Bununla  əlaqədar,  yeni  yataqların  işlənilməsi  və 

çıxarılan  xammalın  emalı  məsələləri  vahid  bir  mərkəzdən  idarə  olunmalı, 

mərkəzləşdirilmiş  qaydada  həyata  keçirilməklə,  yeni  texnika  və  texnologiyaların 

mütərəqqi üsullarının vaxtında və ümumilikdə tətbiqinin yerinə yetirilməsi prosesini 

sadələşdirməlidir. Yataqlar  ayrı-ayrı özəl təşkilatlar tərəfindən istismar edilsə də, bu 

ehtiyatların  ümumi  idarəetməsinin  konkret  dövlət  qurumunda  birləşdirilməsi  və 

koordinasiyanın vahid rəhbərlik əsasında həyata keçirilməsi məqsədəuyğun olardı. 

Daşkəsən  dağ-mədən  kombinatının  tullantılarından  tikintidə,xüsusən  yol 

çəkilişində  döşəmə  materialı  kimi  istifadə  edilməsinin  həm  istehsalatın  səmərəsinin 

yüksəldilməsi,həm  də  ətraf  mühitin  qorunması  baxımından  əhəmiyyəti 

böyükdür.Dəmir filizinin saflaşdırılması prosesində eyni vaxtda onun tərkibində olan 



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə