Microsoft Word Mahmudova S. docx



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə20/31
tarix02.03.2018
ölçüsü0,75 Mb.
#29084
1   ...   16   17   18   19   20   21   22   23   ...   31

 

 

digər  metalların  və  qiymətli  komponentlərin  alınmasının  təşkili  xammaldan 



kompleksin istifadə edilməsi probleminnin aktuallığını gücləndirir. 

Kobaltın  təsdiq  edilərək  dövlət  balansında  qeydə  alınmış  sənaye  ehtiyatları 

Daşkəsən  filiz  rayonunda  -  «Hamamçay»  və  «Dəmir»  dəmir  filizi  yataqlarında, 

yatağında  cəmləşmişdir.  Qeyd  etmək  lazımdır  ki,  uzun  illər  ərzində  Daşkəsən 

yatağının  istismarı  dövründə  Qoşqarçayın  dərəsində  30  mln.  tondan  artıq  tullantılar 

yığılmışdır  ki,  bu  tullantıların  tərkibində  külli  miqdarda    qiymətli  kobalt  vardır. 

Kobaltın  dəmir  filizlərindən  çıxarılmamasının  və  tullantı  kimi  yığılmasının  səbəbi 

mövcud texnologiyanın olmaması kimi əsaslandırılsa da, əsas səbəbi dəmir filizinin 

SSRI  Əlvan  metallurgiya  Nazirliyinin  Qara  metallurgiya  idarəsinə,  kobalt  Idarəsinə 

məxsus olmasından ibarət olmuşdur. Təkcə onu qeyd etmək kifayətdir ki, 2-ci Dünya 

müharibəsi  dövründə  az  bir  müddətdə  Şimali  Daşkəsən    kobalt  yatağının  istismarı  

məsələsi həll olunmuş və müharibə vaxtı SSRI-nin kobalta olan  ehtiyatının  40-45%-

ə

 qədərini bu yataq ödəmişdir.  



1993-cü  ildən  əvvəllər  ehtiyatları  qismən  istismar  edilmiş  «Şimali  Daşkəsən» 

kobalt yatağının cinahlarında aparılmış axtarış işləri nəticəsində burada intişar tapmış 

zonaların parametrləri müəyyənləşdirilmiş və ilk dəfə olaraq bu zonalar üzrə kobaltın 

yüksək  miqdarı  təyin  edilmişdir  (4  m  qalınlığında  0,41%,  1,25  m  qalınlığında 

0,37%). 

Tədqiq etdiyimiz ərazidə dəmir filizinin istimarı ilə əlaqədar ətraf mühitə daxil 

olan ağır metalların və ümumilikdə tullantılara nəzarət sahəsində tullantıların düzgün 

idarə olunması üçün aşağıdakı bir sıra işlərin görülməsi vacibdir: Ərazidə dağ-mədən 

sənayesi tullantılarının idarə edilməsində və vəziyyətə nəzarət olunmasında 2 mühüm 

amil mövcuddur: 

-  dünya  praktikasında  uğurla  tətbiq  olunan  texnologiyaların  ölkəmizə 

gətirilməsi; 

- tullantıların təkrar emalına və minimum xammal itkisinə nəzarət olunması; 



 

 

Tədqiqat  apardığımız  ərazidə  dağ-mədən  sənayesinin,  qara  və  əlvan 



metallurgiyanın inkişafının sürətli olmasını nəzərə alaraq torpaqların ağır metallardan 

təmizlənməsi  və  təmizlənmə  işləri  üçün  düzgün  üsul  və  texnologiyanın  tətbiqi     

olduqca  mühüm  məsələdir.  Şübhəsiz  ki,  ağır  metallarla  intensiv  çirklənməyə          

məruz  qalmış  torpaqlarda  çirklənmənin  qarşısını  almaq  üçün  ən  yaxşı  üsul      

ə

vvəlcədən  düşünülmüş  addımlar  ataraq  tullantılara  nəzarət  etmək  və  tullantıların   



təkrar  istehsalını  düzgün  həyata  keçirməkdir.  Məhz  bu  yolla,  torpağa  ağır         

metalların  daxil  olmasına  nəzarəti  təmin  etmək    və  gələcəkdə  ağır  metallarla            

bağlı  torpaqda    yarana  biləcək  neqativ  proseslərinin  qarşısını  əvvəlcədən  almaq        

olar. 


Qeyd  etmək  lazımdır  ki,  dünya  standartlarına  uyğun  yeni  texnika  və 

texnologiyaların  dağ-mədən  sənayesində  kütləvi  tətbiqi  ancaq  dövlətin  imkanları 

daxilindədir.  Çünki  dünya  təcrübəsində  uğur  qazanmış  texnika  və  texnologiyalar 

iqtisadi cəhətdən olduqca məsrəflidir. Lakin bu texnologiyaların tətbiqi ətraf mühitin 

qorunması  baxımından  və  ətraf  mühitə  daxil  olan  tullantılara  nəzarət  baxımından 

olduqca əhəmiyyətlidir. 

Toksiki  tullantıları  xarakterinə  görə  kütləvi  və  qeyri-kütləvi  olmaqla  2  yerə 

bölürlər.  Kütləvi  tullantılar  ətraf  mühitin  sanitar-gigiyenik  göstəricilərini  kəskin 

dəyişdiyinə  görə  onları  xüsusi  nəzarətdə  saxlamaq  lazımdır.  Qəza  zamanı  qeyri-

kütləvi tullantılar kütləviyə çevrilə bilər. 

Tullantıları onlara nəzarət imkanı baxımından iki qrupa bölünür: 

  1.  Təşkil  olunmuş  yaxud  razılaşdırılmış  toksiki  tullantılar  -  atmosferə,  su 

hövzələrinə  və  torpağa  xüsusi  qurğuların  (borular,  kompressorlar,  təmizləyici 

vasitələr,  yanma  peçləri  və  s)  köməkliyi  ilə  daxil  olur.  Bu  tullantılar  müxtəlif 

dərəcədə  zəhərli  olduğu  üçün  adətən  ərazi  üzrə  yol  verilən  həddi  (YVH)  müəyyən 

olunur. 


  2.Təşkil  olunmamış  toksiki  tullantılar  -  elə  tullantılardır  ki,  onları 

zərərsizləşdirmək və yaxud neytrallaşdırmaq qeyri-mümkün olur. Məsələn, aparat və 

qurğularda  nasazlıq  ucbatından  meydana  gələn  və  yaxud  kanalizasiya  sistemlərində 



 

 

axan  məhlulların  səthindən  və  xüsusi  tullantılardan  buxarlanan  maddə  miqdarı  bu 



tullantılara  aiddir.  Bu  tullantıların  törənməsi  istehsalat  səbəbləri  ilə  əlaqədardır. 

Zəhərli tullantıların inventarizasiyası  zamanı  onların  mənbəyi,  tullandığı  yer,  torpaq 

və  tərkibi,  həmçinin  yerüstü  qatlarda  yayılmasının    maksimum  konsentrasiya  həddi 

müəyyən olunmalıdır. 

Ağır 

metalların 



torpaqda 

yüksək 


konsentrasiyası 

təkcə 


torpağın         

məhsuldarlığı  və  ekosistem  funksiyalarına  deyil,  eyni  zamanda  insan  və  heyvan 

sağlamlığına  ciddi  təsir    edir.  Torpaqların    ağır    metallarla      çirklənməsi   

metallurgiyanın  ,  dağ-mədən  sənayesinin  inkişafı,  tullantı  suların  axıdılması                 

ilə  olduqca  ciddi  problemə  çevrilmişdir.  Ağır  metallarla  çirklənmiş  torpaqların 

təmizlənməsi  ekologiya  mühəndisliyinin  problemli  istiqamətlərindən  biridir.  

Çirklənmiş 

torpağın 

kompleks 

fiziki, 


kimyəvi, 

bioloji 


xüsusiyyətləri,      

çirkləndiricilərin  torpaq  mühitində  yayılması  və  hərəkəti  ilə  bağlı  məhdud 

informasiyanın  olması  kimi  faktorlar    təmizləmə  fəaliyyətinin  maaliyyələşməsində      

bir  sıra  çətinliklər  yaratmış,  eyni  zamanda  köhnə  təmizləmə  texnologiyalarının  

tətbiqinə  səbəb  olmuşdur.  Bununla  əlaqədar  torpaqların  ağır  metallardan 

təmizlənməsində iqtisadi cəhətdən səmərəli   və   yüksək   effektli  texnologiyaların 

tətbiqinə ehtiyac yaranır. [24] 

 

 



 

 

 

 

 

 


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə