Microsoft Word Market strat v?r?qab?tli movqel?sdirm?doc



Yüklə 7,84 Mb.
Pdf görüntüsü
səhifə24/345
tarix14.12.2017
ölçüsü7,84 Mb.
#15684
1   ...   20   21   22   23   24   25   26   27   ...   345

Marketinq strategiyası və rəqabətli mövqeləşdirmə 

59

Missiyanın hazırlanması və ifadəsi     

Bütün  təşkilata  münasib  olan  missiyanı  qısa  və  yığcam  formada  ifadə 

etmə  ümumi  məqsəd  hissi  yarada  və  gələcəkdə  resursların  bölüşdürül-

məsi zamanı prioritetlərinin müəyyənləşdirilməsi və qərarların qəbulunda 

ə

ldə  əsas  kimi  tutulacaq  prinsipləri  təyin  edə  bilər.  Eyni  zamanda  səhv 



formalaşmış müddəa,  xüsusən də “ana məhəbbəti və alma piroqundan” 

başqa heç nə ifadə etməyən müddəalar təşkilata faydadan  çox zərər gə-

tirə  və  işçilərin,  menecerlərin  və  hətta  müştərilərin  də  rişxənd  hədəfinə 

çevrilə bilər. 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şə

kil 2.2 Missiyanın komponentləri 

Huley  və  başqaları(Hooley  et  al.,  1992)  missiyanın  səmərəli  ifadə  edil-

məsi elementlərini nəzərdən keçirirlər.  Onlar şəkil 2.2-də verilib. Səmə-

rəli ifadə olunan missiya aşağıdakıları əhatə etməlidir: 

1.  Strateji məqsəd(bax. Hamel and Prahald, 1989) və yaxud nəzərə 

alına bilinən gələcəkdə təşkilatın nə əldə etmək istədiyinin təyini. 

Hamel və Prahald Komatsu kompaniyasının(yerqazan avadanlıq-

lar  istehsalçısı)  strateji  məqsədinin  Caterpilları  “küncə  sıxışdır-

maq” və Apollo amerikan kosmik proqramının strateji məqsədinin 

isə  “Şuradan  qabaq  Aya  insanın  çıxarılması”  misallarını  çəkir. 

Gələcək  məqsədin  yuxarıdakı  misallarda  olduğu  kimi  heç  də 

həmişə rəqabətli olması zəruri deyil. Universitet kimi təşkilatların 

gələcək  niyyəti  bir  sıra  layiqli  sosial  məqsədlərin  əldə  edilməsi 

olmalıdır.  Xeyriyyə  təşkilatlarında  isə,  bu,  konkret  insan  və  ya 

canlı qrupunun yaşayış keyfiyyətinin yüksəldilməsi ola bilər. 



Strateji niyyə

Necə olmaq 

istəyirsiniz 

Bazarın təyini 

Məqsədli 

müştərilər 

Kompaniyanın 

dəyərləri. 

Rəhbər prinsiplər 



Rəqabətli 

mövqeləşdirmə 

Fərqləndirici 

üstünlük 

Missiya 

məqsəd və 

strategiya 

Fərqləndirici  

bacarıqlar 

Ə

sas vərdişlər 



 


                                                                    Qrem Huley, Con Sonders, Naycel Pirsi  

60 


2.  Aparılan  bütün  əməliyyatlara  mənəvi-etik  tərz  verən  təşkilatın 

dəyərləri  göstərməlidir.  Qərargahı  Yeni  Zelandiyada  olan  çox-

milli  korporasiya    Fletcher  Challenge  öz  məqsəd  müddəasında 

dəyərlərini aşağıdakı kimi verir: 

Fletcher  Challenge  kompaniyası  öz  işində  vicdanlılılıq 

mövqeyində    duracaq,  insana  istiqamətlənmiş  idarəetmə 

stilindən  istifadə  edəcək,  fəaliyyətində  şəffaflığa,  ünsiy-

yətə, öhdəliliyə, innovasiyaya və hakimiyyətin mərkəzsiz-

ləşdirilməsinə,  məsuliyyətliliyə,  hesabatlılığa      əsaslana-

caq”. 

Ə

gər  belə  bəyanat  verilibsə,  onda  ona  mütləq  riayət  edilməlidir. 



Birləşmiş  Krallığın  “yüksək  mənəvi  dəyərlərə  malik  xarici  siya-

səti”  ayrı-ayrı  şərhçilərin  əxlaqi  cəhətdən  şübhəli  hesab  edə  bilə-

cəkləri xarici rejimlərə verdikləri dəstəyə görə çox tənqid edilir.  

3.

  Təşkilatın  fərqli  bacarıqları  aydın  surətdə  ifadə  olunmalıdır; 

onlar dəqiq surətdə müəyyənləşdirməlidirlər ki, təşkilatın eyni tip 

təşkilatdan  fərqi  nədir,-  həmin  təşkilatın  fərqləndirici  mahiyyəti 

nədir.  Bir çox təşkilatlar üçün bunun edilməsi elə də asan olmasa 

da, bu, mütləq edilməlidir.  Təşkilat öz fərdiliyini və nə üçün ayrı-

ca  təsərrüfat  subyekti  kimi  fəaliyyət  göstərdiyini  izah  etməli  və 

onda hansı  xüsusiyyətlərin olduğu suallarına cavab verməlidir.  

4.  Təşkilatın  xidmət  göstərmək  istədiyi  məqsəd  müştərilərinə  və 

xidmət göstərilməsi planlaşdırılan müştərilərin tələbatlarına və ya 

funksiyalarına    görə



  bazarın  müəyyənləşdirilməsi.  Pərakəndə 

ticarət  mağazası  olan  Mothercare  açıq  şəkildə  bazarın  bir 

hissəsinə istiqamətlənib və onun şüarı da bunu göstərir: “hər şey 

gələcək  ana  və  uşaqlar  üçün”.  Riçard  Brenson  kimi(Virgin)  bir 

çox  uğurlu  sahibkarlar  öz  bizneslərini  məqsəd  müştəriləri  və 

onların ehtiyaclarının dəqiq müəyyənləşdirilmək və məhsullarının 

aid  olduğu  bazar  sahələrində  onlara  xidmət  etmək  əsasında 

qurmuşlar. 

5.  Nəhayət, missiya təşkilatın bazarda tutduğu və ya tutmaq istədiyi 

vəziyyəti dəqiq müəyyənləşdirməlidir. Bu təşkilatın xüsusi vərdiş 

və bacarıqları ilə bazarın müəyyənləşdirilməsi arasında bağlılığın 

nəticəsidir. 

Təşkilatın  həddən  artıq  məhdud  müəyyənləşdirilməsi  təhlükəlidir.    O 

təkcə  məqsəd  bazarlarını  göstərməməli,  həm  də  xidmət  göstərilən  fəa-

liyyət  növlərini  əhatə  etməlidir.  Öz  fəaliyyətini  ancaq  fotokimyəvi 

metodlarla əldə edilmiş təsvirlərin saxlanılması rakursundan müəyyənləş-

dirən  fotoaparat  istehsalçıları  təsvirlərin  əldə  ediməsinin  və  saxlanılma-

sının  rəqəmsal  vasitələri  tərəfindən  olan  risk  və  təhlükəni  inkar  edirlər. 

Fəaliyyət  növünün  müəyyən  edilməsi  zamanı  əsas  məsələ  təkcə  kom-

paniyanın  təqdim  etdikləri  deyil,  həm  də  müştərilərin  rəylərinin  nəzərə 

alınması vacibdir. 




Yüklə 7,84 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   345




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə