Microsoft Word Market strat v?r?qab?tli movqel?sdirm?doc


Qrem Huley, Con Sonders, Naycel Pirsi



Yüklə 7,84 Mb.
Pdf görüntüsü
səhifə27/345
tarix14.12.2017
ölçüsü7,84 Mb.
#15684
1   ...   23   24   25   26   27   28   29   30   ...   345

                                                                    Qrem Huley, Con Sonders, Naycel Pirsi  

66 


dünya bazarlarında uğur qazanmasında əsas pay, onların bazara girməyin 

düzgün vaxtının - bazar tələbatlarının və onların bacarıqlarının harmonik 

uyğun gəldiyi vaxtı- seçə bilməsi qabiliyyəti olmuşdur.  

 

Təşkilat  qarşısında  yaranan  imkanların  nəzərdən  keçirilməsi  ilə 



yanaşı  təhlükələrin  də  öyrənilməsi  vacibdir.  Bu  təhlükələrin  iki  əsas 

yaranma mənbəyi vardır-kompaniyanın dərk etmədiyi və ya ayaqlaşa bil-

mədiyi bazardakı dəyişikliklər və bazarda güc nisbətlərinin dəyişməsinə 

çalışan rəqiblərin fəaliyyəti. 

 

Dəyişən dünya təşkilatdan tələb edir ki, o, müştərilərin tələbatla-



rından xəbərdar olması üçün daima məlumatlar toplasın. Bəzi bazarlarda 

texniki təkmilləşmədən geri qalmamaq az əhəmiyyət kəsb etmir. 1970-ci 

illərin  əvvəllərində  cib  kalkulyatorları  loqarifm  xətkeşlərinin  bazarını 

məhv  etdi,  1970-ci  illərin  ortalarında  isə    elektron  saatlar  sveçrə  saatı 

istehsalçıları  üçün  ciddi  problemə(lakin  müvəqqəti)  çevrildi.    Müştəri-

lərin  zövqü  də  dəyişir.  Dəblər  gəli  və  gedir(və  əksər  vaxtlar  marketinq 

mütəxəssislərinə  təsirsiz  ötüşmür),  lakin  dəblərin  əhəmiyyətli  olduğu 

bazarlarda  ondan  geri  qalmamaq  çox  vacibdir.  7-ci  fəsildə  müştərilərin 

təhlili ilə daha ətraflı tanış ola bilərsiniz.  

 

Təşkilatın  qarşısında  yarana  bilən  ikinci  təhlükə  mənbəyi  rəqib-



lərdir.  Əksər  bazarlarda  həm  daxili,  həm  də  beynəlxalq  rəqiblər  tərə-

findən  rəqabətin  güclənməsi  tendensiyası  müşahidə  olunur.  Rəqiblərin 

yeni bazar imkanları axtarmaq  cəhdləri və marketinq proqramları hazır-

laması kəskinləşdikcə kompaniya öz marketinq fəaliyyətini təkmilləşdir-

məlidir. Birləşmiş Krallıqda bir çox sahələr güclənən beynəlxalq rəqabətə 

cavab  verə  bilmədilər  və  ya  vermək  imkanları  olmadı  və  nəticədə  onun 

zərbələrinə  məruz  qaldılar.  Misal  üçün,  yüksək  rəqabətli  daşına  bilən 

kompüterlər  bazarında  ilk  yüngül  3  funtluq  çəkiyə  malik  kompüterlərin 

meydana  gəlməsi  -  ağır  iş  maşınlarını  özləri  ilə  daşımaqdan  bezən 

işgüzar istifadəçilərə lazım idi - həmin dövrdə FK istehsal edən kompa-

niyalardan  imtinaya,  əsasən,  bacarığını  ölçünün  kiçildilməsinə  yönəldən 

Sony-

dən istifadə edilməsinə səbəb oldu. Marketinqin güclü inkişaf etdiyi 

kompaniyalarda  rəqabətin  təhlili  müştərilərin  qiymətləndirilməsi  və 

özünü  qiymətləndirmə  qədər  vaxt  aparır.  Əhəmiyyətli  səylər  rəqiblərin 

üstünlüklərinin,  çatışmamazlıqlarının  və  onların  ehtimal  edilən  strate-

giyalarının müəyyən edilməsinə yönəlir (8-ci fəsilə bax). 



   

2.3.3 Situasiyalı təhlil (SWOT-təhlil) 

Təşkilatın  yuxarıda  təsvir    etdiyimiz  zəif  və  güclü  tərəflərinin  (əsas  eti-

barilə  onun  daxili  xüsusiyyətləri  konteksindən)  təhlilini  bazarın  təhlili 

(daxili xüsusiyyətləri)  ilə  birgə  aparmaq  olar    ki,  bunu  situasiyalı  və  ya 

SWOT-təhlil  adlandırırlar(güclü  tərəflər,  zəifliklər,  xarici  imkanlar  və 

təhlükələr) (şəkil 2.4) 




Marketinq strategiyası və rəqabətli mövqeləşdirmə 

67

    Situasiyalı təhlilin ikili məqsəd daşıyır. Birincisi, o, təşkilata və onun 

bazarına  təsir  göstərən  daha  əhəmiyyətli  həm  daxili,  həm  də  xarici 

amillərin  aşkarlanmasına  cəhd  göstərir.  O  menecerə  həlledici  məsələlər 

üzrə  operativ  məlumatlar  verir.  kincisi,  o,  üstünlük  və  zəifliyin  xarici 

imkan və təhlükə ilə üst-üstə düşməsini nəzərdən keçirməsinə baxmaya-

raq, strategiyanın hazırlanmasına kömək edir (şəkil 2.5) 

Onun köməyilə təşkilat harada öz gücünü hücuma, harada müdafiəyə sərf 

etməyi və harada öz zəiflikləri ucbatından bazar dəyişiklikləri və rəqiblər 

önündə gücsüz qala biləcəyini təyin edə bilər. 



 

 

                                                  

Daxili                                     

Xarici 

 

 



   Əlverişli  

   cəhətlə

 

 



 

  Təhlükəli 

    cəhətlər 

  

 



 

Şə

kil 2.4. Situasiyalı təhlil 

 

 

 



                Xarici imkanlar                   Təhlükələ

mkan yaranan sahədə 

güclü tərəfləri işə salmaq 

Təhlükələrə müqavimət 

göstərmək üçün güclü 

tərəflərdən istifadə 

etmək 

Xarici imkanlardan 



səmərəli istifadə etmək 

üçün yeni güclü tərəflər 

yaratmaq 

Təhlükələrə müqavimət 

göstərmək üçün yeni 

güclü tərəflər yaratmaq 

 

Şə

kil 2.5 Situasiyalı təhlil nəticəsində çıxarılmış strateji nəticələ



 

 

Güclü tərəflər 

 

Biz öz rəqiblərimizlə 



müqayisədə nəyi daha 

yaxşı etməyi bacarırıq? 

mkanlar 

 

Hansı dəyişikliklər bizim 



üçün yeni imkanlar açır? 

Zəif tərəflər 

 

Biz rəqiblərlərimizdən 



nələrdə geri qalırıq?  

Təhlükələr 

 

Hansı təhlükələrdən 



qaçmaq, hansılarına isə 

müqavimət göstərmək 

lazımdır?   

Güclü 

tərəflə

Zəif 

tərəflə



Yüklə 7,84 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   345




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə