Microsoft Word Market strat v?r?qab?tli movqel?sdirm?doc



Yüklə 7,84 Mb.
Pdf görüntüsü
səhifə74/345
tarix14.12.2017
ölçüsü7,84 Mb.
#15684
1   ...   70   71   72   73   74   75   76   77   ...   345

Marketinq strategiyası və rəqabətli mövqeləşdirmə 

171


 

 

 



 

 

 



  

 

 

 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Şə

kil 5.4  Ətraf mühitin qeyri-sabitliyi 

Şə

kil 5.4 - də qeyri-sabitliyin iki ölçməsini kombinə etməyə imkan verən 



mexanizm təsvir olunmuşdur. Burada, eyni sahədə məşğul olan iki strateji 

qrupun  fərqli  ətraf  mühit  şəraitində  yerləşməsi  göstərilib.  Böyük 

Britaniyanın qida məhsulları pərakəndə ticarəti sferasında, Sainsbury’s və 

Tesco 

kimi  aparıcı  kompaniyaların  mövcudluq  mühiti  həm  innovasiya, 

həm də marketinq baxımından inkişafda olandır. “Şəhərkənarı bazarlığa” 

Təkrarlanan 

nkişaf edən  

Dəyişən 


Periodik 

Qeyri-adi 

Stabil  

Reaktiv 


Xəbərdar edici 

Tədqiq edici 

Yaradıcı  

Məhdudlaş- 

dırılmış  

Adaptasiya olunmuş  Sinerqetik 

Qlobal  

Yaradıcı 

 

Ə

traf mühitin   



qeyri-sabitliyi 

 

 Strateji vurğu 



 

  mkanlar

 

Qida 


məhsulları-

nın ticarəti 

(Tesco 

Sainsbury 



və s.) 

Gecəyə 


kimi işləyən 

rahat 


mağazalar 

(7-11, 


SPAR və s.) 


                                                                    Qrem Huley, Con Sonders, Naycel Pirsi  

172 


keçid  prosesi  davam  edir  (ancaq,  ətraf  mühitin  ekolji  vəziyyəti  barədə 

narahatçılq  bu  prosesin  inkişafının  ləngiyəcəyinə  işarə  edir).  Həmçinin 

daha  iri  mağazaların  yaradılması  istiqamətində  də  işlər  davam  edir. 

Bununla  bərabər  inkişaf  modeli  sahənin  əsas  iştirakçılarının  vəziyyəti 

kimi tamamilə başa düşüləndir. Bu sahədə, anoloji qaydada, elektron satış 

məntəqələrinin  tətbiqi  və  mal  ehtiyatlarının  vəziyyəti  üzərində  texnoloji 

nəzarətlə  bağlı  əhəmiyyətli  dəyişikliklər  baş  vermişdir.  ndi,  bu,  sahədə 

fəaliyyət  göstərən  kompaniyaların  ayrılmaz  elementidir.  Təəccüblü  deyil 

ki, inkişaf edən bazarların qeyri-sabitliyinə və inkişaf edən innovasiyaların 

qeyri-sabitliyinə  uyğun  nöqtələrdən  çıxmış  perpendikulyarların  kəsişmə 

nöqtəsi,  ətraf  mühitin  qeyri-sabitliyini  bütövlükdə  inkişafda  olan  kimi 

təsnifləşdirməyə imkan verən kvadratda yerləşir. 

 

Qida  məhsulları  satışı  üzrə  aparıcı  kompaniyaların  vəziyyəti  elə 



həmin  sahədə  digər  strateji  qrupun  tərkibinə  daxil  olan  “əlverişli 

mağazaların” mövqeyindən fərqlənir. “Əlverişli mağazalar” strateji qrupu 

qida  məhsulları  satışı  üzrə  aparıcı  kompaniyaları  ilə  eyni  səviyyədə 

innovasiya  qeyri-sabitliyi  ilə  üzləşir,  lakin  onların  qarşılaşdıqları 



marketinq qeyri-sabitliyi periodikdir. Bu onunla əlaqədardır ki, bu qrup 

hələlik  “şəhərkənarı  bazarlığa”  keçid  imkanını  görmür,    “əlverişli  mağa-

zaların”  sahənin  yaranma  mərhələsində  olması  isə  bir  çox  yeni  iştirak-

çıların  əmələ  gəlməsi  deməkdir.  Qida  məhsullarının  satışı  üzrə  aparıcı 

kompaniyalarla  eyni  sahədə  yerləşən  “əlverişli  mağazalar”  strateji  qrupu 

dəyişən ətraf mühitdə qeyri-sabitlik dövrünü yaşayırlar. 

 

Asnoff  kompaniyaların  qarşılaşdığı  ətraf  mühitin  qeyri-sabitlik 



növləri  müxtəlifliyindən  ümumi  strateji  və  idarəetmə  nəticələri  çıxarır. 

Onun  fərziyyələrinə  görə  aparıcı  pərakəndə  ticarət  kompaniyalararı  öz 

strateji  istiqamətlərində  reaktiv  olmalı  və  uyğunlaşma  bacarığına  malik 

olmalıdırlar.  Eyni  zamanda  “əlverişli  mağazaların”,  ətraf  mühitdəki 

dəyişikliklər  barədə  məlumat  vermək  və  sinergetik  əməkdaşlıq  üçün 

imkanlar  axtarması  üçün,  daha  dinamik  idarəetmə  stilinə  ehtiyacı  vardır. 

Bu konteksdə “əlverişli mağazalar” öz vəziyyətlərinin böhranlı olduğu bir 

sıra  malların  assortimentinə  diqqətlərini  yönəltdilər:  bu,  satış  həcminin 

ə

həmiyyətli hissəsini təşkil edən alkoqollu, alkoqolsuz və südlü içkilərdir. 



Onlardan  bir  çoxlarında  videoməhsulların  prokata  verildiyi  nöqtələr  də 

açıldı.  Marketinq  nöqteyi-nəzərindən  ətraf  mühitin  qeyri-sabitliyinin 

düzgün  qiymətləndirilməsi  çox  vacibdir.  Firma  öz  imkanlarını  dəyişən 

mühitin şərtlərinə uyğunlaşdırmağa cəhd etməli  və  yaxud da  yeni şəraitə 

uyğun  gələ  biləcək  tərzdə  inkişaf  etməlidir.  Trustee  Savings  Bank  (TSB

və Böyük  Britaniyadakı  bir çox digər banklar malik olduqları resursların 

onlara  adət  edilməmiş  stildə  fəaliyyət  göstərməyə  imkan  verdiyinə  inan-

mağın nə qədər təhlükəli olduğunu öz təcrübələrində görüblər. TSB bankı 

uzun müddət ərzində çox sabit bazarda rasional xidmət standartları təqdim 

etməklə  praktiki  olaraq  məhdud  idarəetmə  stilinin  təmsilçisi  olmuşdur. 




Marketinq strategiyası və rəqabətli mövqeləşdirmə 

173


Bu,  kompaniyanın  digər  banklara  nisbətən  hətta  böyük  ölçüdə  qapalı 

sistemlərə  və  əməliyyatlara  əsaslanması  və  çətin  ki,  sahibkarlıq  yanaş-

masına ehtiyac duyması demək idi. TSB-in özəlləşdirilməsi böyük miqdar 

pulun və geniş imkanların təhlükəli əlaqələnməsini yaratdı, eyni zamanda 

da bank fəaliyyətinin göstərildiyi ətraf mühit şəraiti də əhəmiyyətli şəkildə 

dəyişmişdi.  ki demək olar ki, qaçılmaz dəyişiklik baş vermiş idi: a) bank 

daha dinamik ətraf mühitdə biznesi idarə edə bilmirdi; b) o, sərəncamında 

olan  böyük  miqdar  nəğdiyyə  ilə  əməliyyat  aparmaq  üçün  strategiya 

hazırlaya bilmirdi. Son nəhayətdə, onu, lazımi imkanlar təqdim edə bilən 

Lloyds

  kompaniyasına  birləşdirmək  qərarı  verildi.  Böyük  Britaniyanın 

maliyyə  bazarında  anoloji  misallar  çoxdur:  ilk  növbədə  təminat  və  hər 

bank  gününün  sonunda  düzgün  balans  barədə  narahatçılığa  səbəb  olan 

mentalitetin  olması,  rəhbərliyin,  müasir  dinamik  ticarət  müəssisələrinin 

idaəretmə  vərdişlərinə  kifayət  qədər  yiyələnməməsi  deməkdir.  Çoxları 



Alliance  &  Leicester

  və  Halifax  kimi  bir  neçə  iri  tikinti  cəmiyyətinin 

banklara çevrilməsini diqqətlə izləyəcəklər, çünki onlar, tamamilə yeni iş 

şə

raiti ilə razılaşaraq güzəştə getməyə başlayırlar. 



 

5.5

 SPACE TƏHL L  

SPACE  (ingiliscə  -  strategic  position  and  action  evaluation)-  strateji 

mövqenin təhlili və fəaliyyətin qiymətləndirilməsidir (Rowe et al., 1989). 

O,  qeyri-sabitlik  çərçivəsindən  çıxaraq  ətraf  mühitin  öyrənilməsinə  və 

kompaniyanın  rəqabət  üstünlükləri  və  maliyyə  gücü  ilə  əlaqəndirərək 

sahənin  güclü  tərəflərini  nəzərdən  keçirməyə  imkan  verir.  Shell  kompa-

niyasının  siyasətinə  istiqamətlənmiş  matris  və  portfelin  planlaşdırılma-

sının  digər  çoxaspektli  metodları  kimi  təhlilin  bu  növü  həddindən  artıq 

çoxsaylı strateji məsələləri bir neçə parametr üzrə yekunlaşdırmağa imkan 

verir.  Bunlardan  biri  əhatə  edən  şəraitin  bir  çox  tərəflərinə  toxunan  ətraf 

mühitin  sabitliyidir.  Lakin,  SPACE  təhlilinə  görə  ətraf  mühitin  qeyri-

sabitliyinin  əksi  kompaniyanın  maliyyə  davamlılığıdır,  yəni  ki,  yüksək 

likvidliyə  malik  və  ya  digər  ehtiyatlara  çıxışı  olan  kompaniya  ətraf 

mühitin dəyişkənliyi qarşısında tab gətirə bilər. 

 

Nəzərdən  keçirilən  digər  məsələ  sahənin  daxili  möhkəmliyidir. 



Sahənin cazibədarlığı artım potensialı, mənfəətlilik və resursların səmərəli 

istifadə edilməsi imkanları nöqteyi-nəzərindən diqqət mərkəzində yerləşir. 

Müəyyən  sahədə  işləyən  kompaniya  üçün  kompaniya  rəqabət  üstün-

lüklərinə  malik  olmadıqda  belə  üstünlüklərin  heç  bir  əhəmiyyəti  olmur. 

Beləliklə,  SPACE  təhlili  kompaniyanın  sahədə  nisbi  vəziyyətini  qiy-

mətləndirə bilmək üçün sahə gücünü rəqabət üstünlüklərinə qarşı qoyur.  

 

Hər  bir  parametrə  görə  sahənin  və  kompaniyanın  qiymətlən-



dirilməsi  şəkil  5.5-də  göstərildiyi  kimi  abAB  rəqabət  profilini  tərtib 

etməyə imkan verir. Misalda qiymətləndirilən kompaniyanın zəifliyi aydın 




Yüklə 7,84 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   345




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə