Microsoft Word Market strat v?r?qab?tli movqel?sdirm?doc


Qrem Huley, Con Sonders, Naycel Pirsi



Yüklə 7,84 Mb.
Pdf görüntüsü
səhifə77/345
tarix14.12.2017
ölçüsü7,84 Mb.
#15684
1   ...   73   74   75   76   77   78   79   80   ...   345

                                                                    Qrem Huley, Con Sonders, Naycel Pirsi  

180 


xəttinin  qurulmasına  və  işlədiyi  bazarın  tipindən  asılı  olaraq  öz 

üstünlüklərini inkişaf etdirməyə kömək edir. 

 

Yadınızdadırsa,  biz  əvvəlcədən  qeyd  etdik  ki,  gələcəkdə  rəqabət 



tiplərinin  və  mənbələrinin  dəyişməsi,  həmçinin,  bazarın  strukturundakı 

fundamental dəyişikliklərlə qarşılaşacağımız üçün bir sahənin öyrənilməsi 

kifayət deyil. Sahənin təhlilinə, öz müştərilərini və rəqiblərini, həmçinin, 

təşkilatın  öz  şəxsi  imkanlarını  başa  düşmək  qabiliyyətini  əlavə  etmək 

lazımdır. Növbət fəsil buna həsr olunacaq. 

 

Təcrübədən misal            Virgin 



Megastore 

FT 

Dünən  səhmləri  birjada  qiymətləndirilməyən  Virgin  Group  kompaniyası 

ser Riçard Brensonun simasında nəşriyyat və distribyutor, həmçinin, K V 

sferasında  fəaliyyət  göstərən  Lagardere  Media  fransız  kompaniyasına 



French  Megastores

  firma  adı  altında  16  fransız  meqamağazasının  və 



Virgin

 pərakəndə brendinin istifadə edilməsi üçün beynəlxalq hüquqların 

bir hissəsinin satılması haqqında 150 mln. avroluq (92 mln. funt sterlinq) 

sövdələşmə bağladı. 

Parisdə  Yelisey  meydanında  olan  mərkəzi  mağazalarında  keçirdikləri 

birgə  mətbuat  konfransında  ser  Riçard  elan  etdi  ki,  satışdan  əldə  edilən 

vəsait  bütün  dünya  üzrə  Virgin  Mobile  mobil  əlaqəsi  biznes  sferası  da 

daxil olmaqla Virgin müəssisələrinin açlmasına sərf olunacaq.  

“Musiqi məhsullarının pərakəndə ticarəti bu ay bütün dünya üzrə “kişmiş 

dənəsi”  olmadı.  Biz  əminik  ki,  öz  (nəğd)  vəsaitlərimizi  mobil  telefon 

sənayesinə  və  bir-iki  digər  sahəyə  yatırtmaqla  böyük  mənfəət  əldə  edə 

bilərik”. 

Bu  qərar  Virgin  kompaniyasının  Virgin  One  ipoteka  bankında  olan 

payının  Şotlandiyanın  Royal  bankına  satılması  ilə  nəticələndi.    Qrup  bu 

yaxınlarda Lloyds TSB-dən alınan kredit məbləğini də artırdı. 

Legardere 

kompaniyası  təkcə  mağazaları  deyil,  həm  də  Virgin  brendini 

fransızdilli  Avropada,  spaniyada  və  Portuqaliya  mağazalarında  istifadə 

hüququnu, kontinental Avropanın digər hissəsində ondan istifadə edə bil-

məyi  seçmək  hüququnu  və  beynəlxalq  aeroportlarda  və  digər  nəqliyyat 

mərkəzlərində  Megastore  firma  adından  istifadə  etmək  hüququnu  əldə 

etdi. 

Legardere

 kompaniyasının bölməsi Hachette Distribution Services (HDS

qarşıdakı  18  ay  ərzində  Fransada  6  mağazanın  açılması  və  Extrapol 

mağazalarının  mövcud  brendlərini  Virginə  dəyişmək  planını  həyata 

keçirəcək. 

HDS

-in  nümayəndəsinin  sözlərinə  görə  dünənki  sövdələşmə  biznesin 

pərakəndə  ticarət  istiqamətinin  inkişafına  təkan  olacaq  və  Fnac  brendinə 

meydan  oxumağa  imkan  verəcək  (Pinault-Printems-Redoute  (PPR




Marketinq strategiyası və rəqabətli mövqeləşdirmə 

181


kompaniyasına  məxsus  və  musiqi  məhsulları,  kitablar  və  elektronika 

satılan mağazalar). 

Buna  baxmayaraq,  PPR  kompaniyasının  icraçı  rəhbərliyi  belə  hesab  edir 

ki,  dünənki  sövdələşmə  Virginin  Avropada  Fnac  qarşısında  daha  bir 

addım geri çəkilməsidir. 

lkin mərhələdə HDS  Fransada Fnacın 58 mağazasına qarşı 37 musiqi və 

kitab mağazası açacaq. 

Sövdələşmənin məbləği ilə bağlı bəzi anlaşılmazlıqlar yarandı. Legardere 

kompaniyasının  icraçı  rəhbərliyi  Virgin  brendinin  istifadəsinə  görə 

ehtimal  edilən  gələcək  ayırmalar  da  daxil  olmaqla,  dərhal  daha  az 

ödəməklə 150 mln avrodan az olan məbləği səsləndirdi. 

Eyni zamanda ser Riçard sövdələşmənin məbləğinin 103 mln funt sterlinq 

olduğunu  və  Legardere  Virgin  Megastoresin  alışı  zamanı  10  mln  funt 

sterlinqi borc kimi qəbul etdiyinə görə  məbləğdən 93 mln. funt sterlinqin 

nəğd ödəniləcəyini dedi.  

Legardere

  kompaniyası  Virgin  Mobile-ın  məhsullarını,  müstəsna  olmasa 

da, bütün dünya üzrə öz pərakəndə ticarət şəbəkəsi vasitəsilə satacaq.  

Mənbə: Victor Mallet, “Branson sells French Megastores” 



Financial Times, 27 July, 2001, p.19 

 

Müzakirə üçün suallar 

1.  Virgin  kompaniyasının  fransız  bazarından  getməsi  hansı  rəqabət 

təzyiqindən şərtlənmişdir? Əgər French Megastores brendi öz ana 

kompaniyasına xeyir gətirmirsə, nə üçün həmin mağazalar Legar-



dere Media

 kompaniyası üçün dəyərliliyə malikdir?  

2.  Ser  Riçard  iddia  edir  ki,  o,  investisiyanı  fransız  bazarından  möv-

cud  rəqiblərin  təzyiqi  altında  deyil,  musiqi  məhsulları  və  nternet 

şə

bəkəsi  ilə  bağlı  rəqabət  qeyri-sabitliyi  səbəbindən  çıxardır.  Bu 



bazarlarda qeyri-sabitlik səviyyəsini qiymətləndirin. 

3.

  Virgin  –bu  bir  çox  bazarları  dəyişdirən  unikal  kompaniyadır. 

Üstünlük matrisinin köməyilə Virgin kompaniyasının daxil olduğu 

(araq,  kola,  sığorta),  tərk  etdiyi  (video  və  audioyazı  istehsalı, 

ipoteka,  audio  və  videoməhsulların  satıldığı  kiçik  mağazalar)  və 

işləməkdə davam etdiyi  (aviadaşımalar, mobil telefonlar) bazarla-

rın  strukturunun  başa  düşülməsi  üçün  hansı  nəticələr  çıxartmaq 

olar? 

 

 



Yüklə 7,84 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   345




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə