Microsoft Word Munasib?tl?rin balaslasd?r?lmas? I cild doc



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə3/175
tarix07.12.2017
ölçüsü4,18 Mb.
#14197
1   2   3   4   5   6   7   8   9   ...   175

 

9

həmçinin  bunların  nəticəsi  olaraq  dövlət  və  cəmiyyətin  tarixi 



üçün  irs  yaratmaqda  meydana  gəlir.  Özünüdərk  fəlsəfəsi 

şəxsiyyətin  formalaşmasının,  ümumulikdə  isə  dövlət  və 

cəmiyyətin  tərəqqisinin  nəzəri-əxlaqi  bazasını  təşkil  edir. 

Özünüdərk  zamanı  insan  varlığı  öz  enerjisini  ətraf  üçün  sərf 

edir  və  nəticədə  enerji  mübadilələri  sayəsində  cəmiyyətin 

üzvləri  arasında  bağlılıq  və  tarazlıq,  müəyyən  şərtlərdə  isə 

qeyri-tarazlıq  yaranır.  İnsan  mənəviyyatı  və  maddi  aləmi 

arasında  tarazlı  bağlılıq,  həmçinin  insanlarla  təbiət,  insanlarla 

dövlət  və  cəmiyyət  arasında  tarazlı  əsaslarla  əlaqələr 

formalaşır.  Özünüdərk  insanları  ali  mənəvi  varlıqlar  olaraq 

özünə qaytarır, düşünən məxluq kimi itməsinə imkan vermir.  

Elmi yaradıcılığım üçün belə bir şüarı əldə rəhbər tuturam: 



“Məndən  ötrü  elmi-fəlsəfi  biliklər  xəzinəsi  şirin  su 

ehtiyatlarından  ibarət  olan  bir  dünya  okeanıdır.  Əgər  bu 

dünya  okeanından  bütün  ömrüm  boyu  bir  fincan  su  içə 

bilsəm, özümü doymuş hesab edərəm” 

Biliklər  dedikdə,  mənəviyyat  elminin  atası,  dahi  yunan 

filosofu  Sokratın  (Socrates)  (O,  b.e.ə.  təxminən  470-399-cu 

ilərdə  Afinada  yaşamışdır)  üçlüyün  vəhdəti  kimi  götürdüyü, 

mövcud olan şeylər barəsində olan faktual biliyi, nələrin olmalı 

olması  barədə  olan  normativ  biliyi  və  insanların  həqiqətən  də 

müdafiə etdikləri biliyi nəzərdə tuturam.  

Sokrat-Platon  təlimində  ədalət,  düzgünlük  nemətdir, 

fəzilətdir, idealdır və bu  baxımdan da məkandan  və zamandan 

asılı 


olmayan 

ideyadır. 

Mənəviyyat, 

ideyalar, 

idellar 

dəyişməzdir  və  bütün  şəraitlərdə  iradə  və  duyğulardan  ucadır. 

Platon  təlimindən  irəli  gələrək  qeyd  edilir  ki,  ideya-etik-siyasi 

fəzilət  olaraq  dəyişməzdir,  hissi  şeylər,  məsələn,  adətlər  və 

fikirlərin  müxtəlifliyi  isə  dəyişəndir.  Platona  görə  gözəllik, 

fəzilət  və  həqiqət  özünə  ehtiraslı  istəkləri  cəlb  edir.  Fəzilət, 

duyğu dialektik (qarşılıqlı təsiretmə) formada mövcuddur.  

Tarazlıq  nədir,  sualına  belə  cavab  verirəm:  “Cəmiyyətdə, 



dövlətdə,  bütün  sahələrdə  istər  sabit,  istərsə  də  dəyişkən 

məqamlarda,  şəraitlərdə  meydana  gələn yeni təzahürlərdə, 

gerçəkliklərdə,  böyükdən  kiçiyə  və  yaxud  da  kiçikdən 


 

10

böyüyüə  doğru,  iki  və  ya  çox  tərəf  arasında  olan 



münasibətləri,  mövqeləri  tərəflər  qarşılıqlı  olaraq  olduğu 

şə

kildə,  büruzə  olunan  formada  qəbul  etməlidirlər.  Bu 

vəziyyətlər  həm  mübarizə,  həm  də  qeyri-mübarizə 

şə

raitlərinə  aiddir.  Ən  əsası  meydana  gələn  təzahür  deyil, 

forma  deyil,  məzmunda  olan  ədalətdir,  düzgünlükdür  ki, 

bu  da  tarazlığın  özüdür.  Düzgünlüyü  müəyyən  etmək  isə 

zəkadır,  ali  düşüncələrdir  ki,  bu  da  iradə  və  hisslərdən 

ucadır.  Ali  düşünmənin  özü  elə  yüksək  mənəviyyatın 

özüdür,  kamillikdir,  xeyirxahlığı  və  ali  fikirləri,  insanı 

keyfiyyətləri özündə cəmləyən müdriklikdir ” 

 

Tarazlıq  ali  düşüncə  məhsuludur,  hissi  şeylərə, 

möhkəm  iradə  əsasında  yüksək  səviyyədə,  zəka  yolu  ilə 

təsiretmə nəticəsində əldə edilən vəziyyətdir; 

-münasibətlərdə  tarazlıq  ali  insan  keyfiyyətlərinin 

qəbuledilənlik, 

razılaşmaq 

kimi 

kriteriyalarının 

tətbiqindən meydana gələn vəziyyətdir

-cəmiyyətdə və dövlətdəki münasibətlərdə tarazlıq ideal 

cəmiyyətin 

özüdür, 

cəmiyyətin 

bütün 

üzvlərini 

sakitləşdirən, onlara mənəvi qidalar verən amildir

-tarazlıq  vəziyyətləri  zəkalı  insanların  yetişməsi  üçün 

müvafiq  şəraitləri  yetişdirən,  zəruri  vasitələri  üzə  çıxaran 

nemətlərdir, mənəvi mövcudluqlardır; 

-münasibətlərdə, 

bu 

baxımdan 

mövqelərdə 

və 

hərəkətlərdə tarazlıq ədalətli rəqabəti zəruri edən şəraitdir; 

-tarazlıq idealdır, nümunədir, ideyadır və bu baxımdan 

da  hər  kəsin  qəbul  edə  bilməyəcəyi,  əlçatmazlıqdır,  buna 

görə də nisbidir; 

-tarazlıq  ədalətdir,  düzgünlükdür  və  vəziyyət  olaraq 

müxtəlif  şəraitlərdə  dəyişsə  belə,  bazis  olaraq,  həm  də  bir 

məfhum kimi dəyişməzdir; çünki istəkdir, arzudur, ümumi 

xoşbəxtlikdir, firavanlıqdır, inkişafa çatmaq vasitəsidir

-münasibətlərdə  tarazlıq  bütün  yaş  qruplarında, 

təbəqələrdə  ədalət  və  düzgünlük  xəttidir,  vəziyyət  olaraq 


 

11

sabitlikdir, xassə olaraq mülayimlikdir, məzmun olaraq isə 



yaxşılıqdır, xeyirxahlıqdır, humanistlikdir; 

-münasibətlərdə  tarazlıq  tərəflərdə  ifrat  eqoizmə  qarşı 

sipərdir,  digər  tərəfdən  insanlığı  üzə  çıxaran  və  qoruyan 

vasitədir, şəraitdir; 

-tarazlıq  bir  seçimdir  ki,  burada  yaxşı  (fəzilətli)  və 

fəziləti  olmayan  şəxslər  arasında  fərqlər  müəyyən  edilir. 

Tarazlıq  sayəsində  fəzilətli  insanların  ayırd edilərək bir və 

ya bir neçə xətt üzrə təsnif olunmaları meydana gəlir; 

-tarazlıq  insanların  bioloji  və  mənəvi  uyğunluqlarını 

müəyyən  edən,  onların  bioloji  və  mənəvi  baxımdan 

təsnifatını  şərtləndirən,  həmçinin  maddi  aləmlə  mənəvi 

aləm  arasında  üzvi  bağlılıq  yaradan  vasitədir,  məzmun  və 

mahiyyətdir, mənadır, eləcə də formadır və s.  

 

Sosial  mənada  hər  bir  fərd  və  şəxs  (bioloji  baxımdan  hər 



bir  insan)  öz  ehtiyac  və  tələbatlarına  uyğun  olaraq  (müxtəlif 

yaş  dövrləri  və  məşğuliyyət  sahələri  üzrə)  cəmiyyətdə 

müəyyən  maraqlara  (iqtisadi,  ictimai,  siyasi,  mədəni  və  s.) 

sahibdir. Dahi filosofların əksəriyyəti hesab ediblər ki, insanlar 

daha  çox  mənəvi,  bu  baxımdan  sosial  varlıqlardır  və  öz  həyat 

nemətlərini əsasən mənəvi münasibətlər sferasından götürürlər. 

Yəni dərin mənanı ruhi, mənəvi mühitdə axtarırlar. Xüsusilə ali 

dərrakəyə, seçilən istedada və qabiliyyətə, yüksək əxlaqa malik 

olan  və  əqli  təfəkkürləri  ilə  fərqlənən,  özlərini  dərindən  dərk 

etməyə  çalışan  şəxslər  bu  baxımdan  müsbət  mənada 

fərqlənirlər.  Məsələn,  böyük  insan,  ali  mənəvi,  bu  baxımdan 

yüksək  etik  dəyərləri  özündə  simvolizə  edən  qədim  yunan 

alimi  Sokrat  (Sokratın  e.ə.469-399-cu  illərdə  yaşadığı  da 

kitablarda  qeyd  edilir.  O,  mənəviyyatı  elmin  predmeti  kimi 

qəbul  etmiş  və  etika  elminin  əsasını  qoymuşdu)  fövqəladə 

dərəcədə  müşahidəçi  əqlə  malik  olan,  yüksək  əxlaqi  xassə  və 

davranışları  özündə  cəmləyən  bir  filosof  olaraq,  bütün  həyatı 

böyu  “özün  özünü  dərk  et”  ifadəsini  əldə  rəhbər  tutaraq 

yaşamışdır.  Bu  ifadə  ətrafında  düşüncələrə  dalmışdır. 



Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə