Microsoft Word Sirler Xezinesi doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/29
tarix25.06.2018
ölçüsü5,01 Kb.
#51017
1   ...   7   8   9   10   11   12   13   14   ...   29

Sübhün carçısı quşlar kabab oldu köz üstә
Yar nә dedi sübhәcәn, aşiq dedi göz üstә. 
Sәhәr quşu yuxudan sәhәrtәk bәndә düşdü, 
Aya tor quran fәlәk özü kәmәndә düşdü. 
Qapılar qapalıydı ağyara, biganәyә. 
Pәrinin hörüklәri zәncirdi divanәyә. 
Müştәri seyrә daldı qıvrım saçlı mәlәyi, 
Üzük kimi daraldı mәftunluqdan ürәyi. 
Hurilәrin yanında qansız yağı yalandı. 
Sevdalı aşiqlәrin könül mülkü talandı. 
Ürәklәrin yolunda yasәmәn әkdi onlar, 
Ürәkdәki tikanı kirpiklә çәkdi onlar. 
Şәkәr qamışı oldu könüldәki hәr acı, 
Canların gül şaxıdı - boyların sәrv ağacı. 
Şәkәr ağız - fındıqdı, qıyğacı gözlәr - badam, 
Püstә dodaq - innabı, görәn deyәr bal dadam. 
Bu füsunkar gecәnin sehirli alәmi var. 
Canan - Babil mәlәyi, keşikçisi - hindula 
Qәmzәyә, qara xala hamı, heyran, hamı mat. 
Babilistan, Hindistan timsalıdı kainat. 
Baxışların söhbәti sözlü gözlә, qaşladı, 
Könül canan gözünü ziyarәtә başladı. 
Neştәr kimi tikandı o qәmzәli baxışlar, 
Qıvrım saça baxanda gözdәn yağar yağışlar. 
Aşiqinә tuşlanıb qәmzәsinin oxları. 
Kamandan ox süzmәmiş qurban gedir çoxları. 
İsanın nәfәsitәk bağışlayar can könül. 
Dirilik suyu çilәr torpaq ağzından könül, 
Güllәrin yasәmәntәk buxurdanları yandı, 
Ay da fәlәklәr kimi qulluğunda dayandı. 
Üzdә şәkәr tәbәssüm, dodaqda duzlu badam. 
Gül yanağın şәhdinә gül dedi ki, mәn yadam. 
Hәr baxışı cahanı kaşanәtәk bәzәdi, 
Hәr kirpiyi bir canı bütxanәtәk bәzәdi. 
Parlaq gümüş әlәndi qara saçın tağından, 
Söyüd әnbәr yağdırdı gümüşü yarpağından. 
Buxaq - gümüş kәmәrdi, tәri - inci şehdi ki, 
Günәşin hovxurduğu bir qövsi-qüzehdi ki... 
Saçı, odlu çöhrәsi - İbrahim möcüzәsi, 
Xәncәr kirpiklәrindә İsmayıl göz süzәsi. 
İbrahimin sehriylә od dönüb gülüstana
Nәrgiz gözün xәncәri qan töküb batıb qana. 
Busәsi bir meydi ki, aşiq ona can verәr, 


Dodağı İsa kimi cansız cana can verәr. 
Çöhrәsinin tәridir gül-çiçәyin jalәsi, 
Ülkәrin çәlәngidir parlaq ayın halәsi. 
Şәhla gözlü hurinin yaxası ki, açıldı, 
Sәhәrin namәsindәn vüsal nuru saçıldı. 
Yandı ürәklәrdәki hünәr şamı bu nurdan, 
Vurğun aşiqlәr kimi çaşdı hamı bu nurdan. 
Dili tamam tutuldu, sәsi batdı carçının, 
Göz-qaşı, naz-qәmzәsi dada çatdı carçının. 
Eşqin gülgün meyindәn bәşәr yetdi murada
Simuzәr piyalәdi nәrgiz gözlәr burada. 
Bu işrәt mәclisindә yaman sәrxoşdu ağıl, 
Sәbir, dözüm sarıdan әllәri boşdu ağıl. 
Gülüşlәr, qәhqәhәlәr üzmüşdü canı indi, 
Taqәtin ah çәkmәyә taqәti hanı indi?! 
Ziyafәt pәrdәsindә susdu sәbrin nәğmәsi, 
Hәyәcanın, qovğanın zilә qalxdı gur sәsi, 
Davudun nәğmәlәri dildәn-dilә car oldu, 
"Mahmud - Ayaz" dastanı eldәn-elә car oldu. 
Nizaminin sözlәri şirin, duzlu, mәzәli, 
Müğәnnilәr dilindә әzbәrdir hәr qәzәli.  
Sözümlә әbәdiyyәt fәrşi toxumuşam mәn, 
Gözümlә ürәklәri, әrşi oxumuşam mәn. 
Muştuluq namәsidir әsәrim ürәklәrә, 
Baxışlardan zillәnib nәzәrim ürәklәrә. 
Könül şәkәr gülüşlü gözәllәrә vuruldu, 
Baxışlar ahu gözün sürmәsindәn duruldu. 
Kәtan geymiş ay kimi gözәldi necә canan
Qәlbimi kәtan tәki doğradı gecә canan. 
Gecәylә vidalaşıb yatmağa tәlәsәn Ay 
Sübhәcәn süzdü bizi batmağa tәlәsәn Ay. 
Qәmzәsinin oxları can üstә uçan oldu, 
Hәr can can bahasına neçә ox qucan oldu. 
Bu nurdan şam kirpiyi yaşla doldu hәsәddәn, 
Çırağın nurlu gözü nursuz oldu hәsәddәn. 
Sitәmini, zülmünü sanma cәfa sanmışam, 
Töhfә kimi qucmuşam, zülmü sәfa sanmışam. 
Çәmәntәk çay saçmışam gözdәn axan yaşımı, 
Günәştәk qurutmuşam tәrimi, üst-başımı. 
Yar nübarı nәsibdi tamarzıya o gecә, 
Sәn demә, qovuşmuşam hәr arzuya o gecә. 
Nurdan kәmәr qurşanan tәzә ayım hardadı? 
Camalını gizlәdib, aşiq intizardadı. 


Vuruldum bir könüldәn min könülә mәn ona
Şirin vüsal gecәmiz nә tez yetişdi sona? 
Könlümün arzusuydu: çata kaş dada gündüz,  
Gecәnin pәrdәsini yaxmaya oda gündüz. 
Bu gecә yar yarını öz qoynuna alaydı, 
Sәhәrin açılması qiyamәtә qalaydı. 
Axtarıram günәştәk belә nurlu gecәni, 
Röyada da görmürәm bu uğurlu gecәni. 
Vidalaşıb mәnimlә şadlıq gecәm haçandı, 
Sanma ki, başqa gecә könlümә nur saçandı. 
Hәr gecә yalvarıram üz tutub dәrgaha mәn, 
Hәsrәtәm, o gecәyә qovuşmaram daha mәn. 
Ağ günün gündüzüydü, zülmәt gecә deyildi
Merac gecәsiydi ki, ona gecә deyildi. 
Fәlәyin xәznәsinә inci düzür gecә Ay, 
O gecәnin dәrdindәn üzülüb gör necә Ay. 
Gecәni qan düşmәni bir kafir sanır gündüz, 
Yalnız hәmin gecәnin eşqiylә yanır gündüz. 
Uğurlu sәfәrim ki, başa çatdı birtәhәr, 
Әlindә odlu qılınc üstümü aldı sәhәr. 
Günәş odlu şәmşirlә lәrzә saldı canıma, 
Gözlәrimin yaşını axıtdı eyvanıma. 
Lәpәlәnәn sularda süzdü, sәkdi buludlar
Günәşin köynәyini suya çәkdi buludlar. 
Günün coşqun çeşmәsi yüz rәng çalan çeşmәdi, 
Çox ömrün kuzәsini daşa çalan çeşmәdi, 
Öz gümüş çadrını ki, göylәrdә qurdu fәlәk. 
Günәşin tellәrindәn zәr naxış vurdu fәlәk. 
Yuxudan oyanmağa nә tez fürsәt tapdı sübh, 
Qızıl qanlar tökmәyә xәncәrini qapdı sübh. 
Hücum çәkdi üstümә, mәn dә teylәdim canı, 
Can alan xәncәrinә sipәr eylәdim canı. 
Әjdahatәk vermәdi bircә qurtum su sәhәr, 
Vüsal çeşmәsi üstә tәşnәni uddu sәhәr. 
Könül xarabatımın sәsi tutdu fәzanı: 
"Ey sәhәr, eşq әhlinә rәva görmә cәzanı! 
Bayaq vәfalı aşiq vüsaldan söz açırdı, 
Gecәni nurlandıran şamlar şölә saçırdı. 
Әridәrәk gecәmi, söndürәrәk şamımı, 
Puç etdin növrağımı, gözdә qoydun kamımı. 
Neştәrinlә yarala balının hәrisini, 
Nuruna xor baxanın aşıla dәrisini. 
Nadanları öldür ki, belә işin savabdır, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə