Microsoft Word Sirler Xezinesi doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/29
tarix25.06.2018
ölçüsü5,01 Kb.
#51017
1   2   3   4   5   6   7   8   9   10   ...   29

Şairliyin qurduğu sirli-sehirli pәrdә. 
Şübhәsiz, peyğәmbәrlik kölgәsidir hәr yerdә. 
Әrәnlәr, ulu kәslәr sәf çәkәrәk düzәlib. 
Qabaqca peyğәmbәrlәr, sonra şairlәr gәlib. 
Hәqiqәt dostu olmaz onları gözdәn salan. 
Hәrәsi bir lәpәdir, qabıqdır yerdә qalan. 
Süfrәyә zinәt verәn tәr-tәzәcә nübardır, 
O nübarda canımın, tam bir parçası, vardır. 
Can-dillә sığallayıb әldәn dildәn düşüncә, 
Ürәk qanla yoğrulub, bişiribdir düşüncә. 
Bir hikmәt çeşmәsidir bu şairlik sәnәti, 
İtirib mәddahların ucbatından hörmәti. 
Kim ki söz pәrdәsindә çalar gözәl havalar, 
Dünya ona dar hücrә, daha geniş qәsri var. 
Baş var ki, ölkә alar, var olsun qoy belә baş! 
Vüqarından әyilmәz hәr qapıda elә baş. 
Kim ki, başla aldığı könül mülkündә gәzәr, 
İki dünya boynunu hәmayillәrlә bәzәr. 
Qәdәminә әyilәn öz başıdır şairin. 
Şer-sәnәt kürsüsü bardaşıdır şairin. 
Qәddi dönәr kamana şövqü, hәyәcanıyla. 
Sözә can vermәk üçün әllәşәr öz canıyla. 
Lülәlәnmiş kağıza diz üstә inci axar. 
Fәlәyin qulağına qul kimi sırğa taxar  
Göy - sehirli mücrüsu, tapmaz nәlәr mücrüdәn? 
Bir sәdәfdәn on sәdәf әlә gәlәr mücrüdәn. 
Söz mülkündә köhlәni qan-tәrә batar onun, 
Dodağından öpmәyә canı can atar onun. 
Gövhәr dәfinәsini eşәr söz tişәsilә
Göyün dәbilqәsini deşәr söz tişәsilә. 
Әziz, doğma balası kәlamıdır, sözüdür, 
Bu övladın atası ilhamının özüdür. 
Fәlәyә baş әydirәr şairlәrә qulluğu, 
Rәva görmәz onlara kölәliyi, qulluğu, 
Nәfәsini canında duyar hamı şairin, 
Dildә dönәr nәğmәyә hәr kәlamı şairin. 
Memardır - sözlәriylә heykәl yonan sәnәtkar. 
Şair - adı dillәrә uçub qonan sәnәtkar, 
Mәncә, Zöhrә özüdür, Harut sehri açandır, 
Sehrkar Müştәridir, sözü gövhәr saçandır. 
Söz köhlәni çapanlar qorusa da bu qәsri, 
Alçaqlar viran qoyub verdi bada bu qәsri. 
Saxta, boyalı sözlә ismәt qalmadı sözdә, 


Şair qәlbim dözmәyir, yanıb qovrulur közdә. 
Ürәyin meyvәsini can verib almaq olar
Çörәk üçün qaş-daşı ayağa salmaq olar?! 
Ey fәlәk, qoy dolaşsın xәyalı çaşdıranlar, 
Açılmaz düyün kimi sözü dolaşdıranlar, 
Oğrular ucbatından puç görürәm mәn onu, 
Söz kәlәfi dolaşıb, qurtar düyündәn onu, 
Qızıl üçün can verәr gümüş satan miskinlәr, 
Gümüşlә saf qızıla hey can atan miskinlәr. 
Kim ki, qızıla qatdı gündüz kimi başını 
Gecәtәk qucaqladı nur saçan qaş-daşını, 
Әllamәlik elәyib, ad alsa da elәsi, 
Alçağın alçağıdır, ucalsa da elәsi. 
Sultan zәr-xarasını kim ki geydi әyninә, 
Qan uddu, - dәmir toxmaq qan sızdırdı beyninә. 
Civә kimi getmәdi kim ki, qızıla sarı, 
Gümüş oldu, - әzmәdi Sәncәrin toxmaqları. 
Sözün - beçә balıdır, qıyma ucuz alına, 
Qoyma milçәk daraşsın sözün beçә balına. 
Söz verib, söz alanın әhdinә inanma sәn, 
Biganәnin adını alqışınla anma sәn. 
Söz mülkündә çatmamış arzuna, muradına, 
Şerin gözәl qızını nişanlama adına, 
Şer göyә qaldırar şöhrәtini ölkәdә. 
Kәmәrinin qaşından Cövza qalar kölgәdә. 
Şer sәni sidrәnin kölgәsinә göndәrәr, 
Mәnalar dünyasında hökmdara döndәrәr, 
Olarsan şerin ilә söz hakimi dünyada, 
Şairlәrdir hikmәtin öz hakimi dünyada. 
Qanadlı kәlamları, uçurmamış göylәrә, 
Fәlәk kimi yorulma, hәsәd çәksin göy yerә. 
Odlu düşüncәlәrdәn şama dönәsәn gәrәk, 
Gecә alovlanasan, gündüz sönәsәn gәrәk. 
Düşüncәnin köhlәni dönәr yelә yollarda
Fәlәyin bәdöy atı yortar belә yollarda. 
Göyә meydan oxusun qanad açan sözlәrin, 
Bu dünyanın könlünә әtir saçan sözlәrin. 
Gözәl çoxdu hicabda, sevmә hәr gözәli sәn, 
Seç özünә misilsiz, gözәllәr gözәli sәn, 
Tapdığın hәr incini sinәnә taxmaq nәdir? 
Ondan gözәl incilәr axtar ki, sinәndәdir. 
Sәnәtin bayraqları ucalar kainatda, 
Aydan da, günәşdәn dә öc alar kainatda. 


Hәyәcandan, tәlaşdan tәngimәz dә nәfәsi, 
Könlünün riqqәtindәn lәngimәz dә nәfәsi. 
Göylәrә uçursa da tәfәkkürü, xәyalı, 
Göylәri fәth etsә dә, hәyalıdır, hәyalı! 
Cәbrayıl qanadlıdır şairin ilham atı. 
Әlinin yelpiyidir İsrafilin qanadı. 
Duyğular alәmini duyan hanı alәmdә? 
İncәliyi açmağa uyan hanı alәmdә? 
Bütün quşlar olsaydı әncir yeyәsi bağda, 
Әncirә tamarzıydı әncir yiyәsi bağda. 
Yeni tәrzә, üsluba qadir sәnәtkaram mәn
Möcüzәm göstәrir ki, nadir sәnәtkaram mәn. 
Şer-sәnәt mәbәdi abad oldu әlimlә, 
Şairlik meyxanadan azad oldu әlimlә. 
Zahid, rahib qalmadı, üstümә axdı onlar, 
Әbanı, qurşağı da atәşә yaxdı onlar. 
Qızılgül qönçәsiyәm, açmamışam hәlә mәn, 
Әtrimi yaymaq üçün intizaram yelә mәn. 
Bakir sözüm, kәlamım günәş kimi nur yayar, 
Şöhrәtim qiyamәtin şeypurutәk gurlayar. 
Sәnәtim güzgüsüdür kainatın, varlığın, 
Yer üzü mәftunudur belә sehrkarlığın. 
Ecazkar sәnәtimlә açaram tilsimlәri, 
Sehrimlә әfsunlanıb, tilsimdәdir bir pәri. 
Gәncә - Harut sehirli Babil deyil, bәs nәdir? 
Ürәyim - ulduzlara nur saçan bir Zöhrәdir. 
Zöhrә tәki ucalıb Mizan bürcünә Gәncә, 
Onu belә ucaldan ülvi sözümdür, mәncә. 
Heyrәtamiz sәnәtim - ölmәzliyә bir buta. 
Sehrimlә, möcüzәmlә nicat yoxdur Haruta. 
Nizamiyәm, xәyala dönәnin biriyәm mәn, 
Hәyәcanlı sözümlә әbәdi diriyәm mәn. 
 
 
KÖNÜL DÜNYASI VӘ ONUNLA SİRDAŞLIQ 
 
Günәş tәslim olaraq yerә atdı qalxanı. 
Xәcalәtdәn yerin dә suya batdı qalxanı. 
Kainatın nәfәsi daralmağa başladı. 
Günәş - öz qalxanıtәk saralmağa başladı. 
Ordusu düşәn görüb qalxanını günәşin. 
Tökdü odlu qılıncla al qanını günәşin. 
Sağlığında inәyin muncuq bәzәr boynunu, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə