Microsoft Word Sirler Xezinesi doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/29
tarix25.06.2018
ölçüsü5,01 Kb.
#51017
1   2   3   4   5   6   7   8   9   ...   29

Atının tәrliyini mәlәklәr göydә qucdu. 
Kainat dәryasında oldu parlaq bir inci
O inciylә parladı göyün tacı birinci. 
Torpağın öküzündәn dür qapdı göy öküzü, 
Gecәnin gövhәrilә güldü zülmәt göy üzü. 
Bu sәfәrdә göylәrdәn töhfә aldı, bac aldı. 
Cövzadan kәmәr aldı, Xәrçәngdәnsә tac aldı. 
Sünbül döndü, әtirli, tәravәtli sünbülә, 
Әsәdin pәncәsinә qolazlandı Sünbülә. 
Gecәnin siqlәtini ölçmәkdimi qәrәzi? 
Zöhrә onu çәkirdi әllәrindә Tәrәzi. 
Çәkmәyә daşı yoxdu, necә çәkәydi Mizan?! 
Siqlәtinә mat qalıb ona baş әydi Mizan 
Zanbaqtәk quyruğuna zәhәr dolub Әqrәbin, 
Süsәnbәr zәhәrini kәsәn olub Әqrәbin. 
Kamanın oxu süzüb yayındı başqa yana, 
Dönmәdi otlağında Oğlağın, bağrı qana. 
Günәş camallı Yusif Dol içindә oturdu, 
Qәlbi Yunis qәlbitәk Balıq qarnında vurdu. 
Hәmәlin sinәsindә qurdu Sürәyya taxtı. 
Gül-çiçәyin ordusu düzә axdı, nә axdı. 
Yüksәk cәlallı bağın, gülü hәr yanı sardı, 
Yer üzü çiçәklәri sayrışan ilk bahardı. 
Gecә gündüzә döndü göydә günәşmi güldü? 
Xәzan bilmәz baharda sәrvә dönәn bir güldü. 
Nәrgizli, güllü bağda ürәyi dә axmadı. 
Sürmәli nәrgiz gözü bir gülә dә baxmadı. 
Yeddi göyün hikmәti ona bәlliydi daha, 
Mübarәk qәdәmini basmalıydı dәrgaha. 
Yırtdıqca ulduzların pәrdәsini ayağı 
Mәlәklәrin çiynindә dalğalandı bayrağı. 
O әnbәr nәfәsindәn gecә bilmәdi mәlal. 
Atının dırnağından bir nala döndü hilal. 
Bu merac gecәsindә qatı zülmәt heç nәdi
Buraqın ayağından şimşәk öpmәk istәdi. 
At deyil, göyәrçindi, kәklikdi, qızıl quşdu, 
Ya humaydı, qumrudu, - bәs bu necә uçuşdu? 
Firuzә döşәmәli pillәlәrlә yüksәldi. 
Әrşlә dizbәdiz olub, gültәk әl üstә gәldi. 
Әrş evindә sidrәni әyninә köynәk saydı, 
Әrş әtәyindә qaldı, başı әrşdәn ucaydı. 
Müşayәt elәyәnlәr özlәrini yordular, 
Әldәn-dildәn düşdülәr, dirәndilәr, durdular. 


O, qәrib yolçu kimi heyrәtә düşdü daha
Qapını döymәk üçün yaxınlaşdı dәrgaha. 
O müqәddәs pәrilәr, mәlәklәr artıq hanı? 
Tәnha qalan özüydü, bir dә tәxti-rәvanı. 
Elә yolla getdi ki, yoxdu, bircә sirdaşı, 
Sirdaşı tәnhalıqdı burda hәr qәdәm başı. 
Kim onunla bu sirrin dәrgahına yovuşdu. 
Mәnәvi alәmiylә ülviyyәtә qovuşdu. 
O, xilqәtin başına şәrәfli bir tac oldu, 
Әrş bu ülvi nemәtә әbәdi möhtac oldu. 
Asimanda elә ki, başa vurdu yolları, 
Bayrağını yellәtdi әrşin büllur qolları. 
O cismani varlığın yalnız nәfәsdi canı, 
Onunla yol gedirdi can mülkünün sultanı. 
Elә ki әrş evini dolaşdı başdan-başa, 
Tәlaş cana, ürәyә yol açdı başdan-başa. 
Bәdәn öz xәznәsinә pәnah apardı daha, 
Göz onu axtarsa da, çәtin tapardı daha. 
Bir göz ki әzәl gündәn qüdrәtdәn nur alıbdır. 
Qaranlığa, zülmәtә daim işıq salıbdır. 
Yollar yoran qәdәmi necә mәtindi, mәtin, 
Göz önündәn götürdü pәrdәsini xilqәtin. 
Getdikcә, sonsuz yollar çoxaltdı tәlaşını, 
Çıxartdı kainatın yaxasından başını. 
Mәkansız bir mәkanın dәrgahına çatanda. 
Comәrdliyin nuruyla nurlandı qәlbi canda. 
Onu sirli pәrdәdә qısqanclıq bürüyәndә. 
Çaşqınlığın әlinә keçdi cilov, yüyәn dә. 
Hәşәmәtli dәrgaha sәcdәylә basdı ayaq, 
Vüsal öz әllәriylә hicabı açdı bayaq. 
Aya - qәdәm atmağı atdı başın üstünә, 
Can min tәlaş gәtirdi bir tәlaşın üstünә. 
Qәdәmi incimәdi, dönmәdi dә yolundan, 
Axtardı. "Gәl" deyәrәk tutan hanı qolundan? 
Hәr sözün ixtiyarsız sәdasıdır hәr kәlam, 
Salamına cavabdı eşitdiyi o "salam". 
Ecazkar bir işıq ki, hey yanırdı sönmәdәn, 
Gözlәrinә göründü boş xәyala dönmәdәn. 
Cövhәrsiz mayasızdır gözә dәyәn varlığı, 
Hәr varlıqdan uzaqdır görünmәyәn varlıqı. 
Tanrının dәrgahında qәlbi nura büründü, 
Xәlvәtdә görünәn kәs aşkarda da göründü. 
Onu gözdәn gizlәmәk çәtin olar, şübhәsiz. 


"Görmәmişәm" deyәnin korluğu var, şübhәsiz. 
Mәbudun ziyarәti savabdır, savab, bәli, 
Camalı görmәlidir, görmәlidir, görmәli! 
Bu sehrli pәrdәnin yoxdu yeri, mәkanı, 
Vüsalına çatmağa imkan hanı, vaxt hanı? 
Kim arayıb, axtarıb bu pәrdәdә yerini. 
Ha çalışıb, tapmayıb heç bir yerdә yerini. 
Varlığına varsa da, hanı olduğu dәrgah? 
Allah ola bilmәzdi yeri bilinsә hәrgah. 
Qüdrәtini danma ki, kafirlik, xamlıq olar, 
Yerini axtarma ki, o da avamlıq olar. 
Sanma görüb-görüşdü peyğәmbәr dә özüylә, 
Gördü ağlın gözüylә, ürәyinin gözüylә. 
Başına qaldıraraq hәqiqәtin camını, 
Mәrhәmәt badәsilә mәst elәdi hamını. 
Tanrının iltifatı hәmdәm oldu, öyündü. 
Haqq - rәhimli, qılıqlı, o da ki, әrköyündü. 
Şәkәr dodaqlarına xoş tәbәssümdü adәt
Dilәdi ümmәtinә bәxtiyarlıq, sәadәt. 
Hikmәt xәzinәsindәn vara yetirdi cәhdi, 
Bәxtәvәrә döndәrdi hәr dilәyi, hәr әhdi. 
İqtidar sahibitәk döndü haqq dәrgahından, 
Yer üzündә hamidir o, hamıya yaxından. 
Eşqin ülvi gücüylә göylәrә yüksәldi dә, 
Bir nәfәsә getdi dә, bir nәfәsә gәldi dә. 
Hәr kәlamın, hәr sözün möhürdür dilimizә
Әtrin - can mәlhәmidir, onu çox görmә bizә. 
Bu comәrdlik mülkündә ol sәxavәtli hami. 
Qoy sözünü şәninlә başa vursun Nizami. 
 
 
PEYĞӘMBӘRİN MӘDHİ 
 

 
Bir günәş qәndilidir göyün doqquz tağında, 
Son nәbidir, nәbilәr üzüyü barmağında. 
Әn gözәl elçimizdir, ağıltәk qulu vardı. 
Yәhәrinin qaşında iki cahan şikardı. 
Gözәllik zәmisindә sünbülü tәzәtәrdi, 
Sirlәrin dәryasında әn qiymәtli gövhәrdi. 


Sünbül saçı - Sünbülә, şölә saçır gündüzә, 
Gövhәriylә dür sәpir, inci sәpir Gün düzә. 
Dürrü görünәr, deyә gülmәz şәkәr dodaqlar, 
Sәdәfin sinәsini dürrü hәsәddәn dağlar. 
İncisindәn daşın da daş qәlbi incimәzdi, 
Bәs niyә incisini daşlar sındırdı, әzdi? 
Harda ki, daşqәlbli var, avam, nadan, naşı var, 
Orada daşqalaq var, dәlilәr savaşı var. 
Dәlilik mәlhәmilә ağıllanmazdı dәli, 
Sındırmasa incini, әzib ovmasa lәli. 
Tәnә daşı vuranla istәmәdi barışsın. 
Yad gövhәri qoymadı gövhәrinә qarışsın. 
Gövhәr o dar mücrüdәn çıxaraq azad oldu, 
Heyrәt nәyә gәrәkdi, daşdan gövhәr doğuldu. 
Qanbahası vermәyә gücü hanı o daşla?! 
Axdı kiçik ağzının qızıl qanı o daşla. 
Daşın ağzından çıxan gövhәrlәrә qiymәt kәs, - 
Qanayan dodağına, sınan dişinә dәymәz. 
Nә qәdәr inci, gövhәr yatar zәngin mәdәndә, 
Sanma gövhәr dişinә çatar zәngin mәdәn dә. 
Qәlәbә әrz etdi ki, mәn hazıram qisasa, 
Diş yerinә diş tökdü, toyu döndәrdi yasa. 
"Uf" demәdәn, qanlara qәltan ağzını sildi, 
Hamı mәrhәmәtini, comәrdliyini bildi. 
Qopan dişin ağrısı işlәsә dә beyninә, 
Çıxarıb atdı onu, almadı da eyninә. 
Diş nәdir, ağrıları çıxardı hәr candan o
Çәkdi tamah dişini hәr iki cahandan o. 
Ordular da yenmәzdi belә әr oğlu әri, 
Әl-bayraq, dil dә - xәncәr, dişdә xәncәr kәsәri. 
Olsa dişi, kәsәri olmazdı xәncәrinin, 
Tökdü dişini - ağzı almazdı xәncәrinin. 
Bu әzabı çәkdi ki, kәrәmini görәlәr, 
Tikana uymayalar, bağından gül dәrәlәr. 
Güllәr sayrışan bağda tikanın nә qorxusu?! 
Әfsundan dil çıxaran ilanın nә qorxusu?! 
Tavus yanında qarğa nәyә gәrәkdi bağda?! 
Bülbüllәrin cәh-cәhi qәlbә fәrәhdi bağda. 
İlhamlı nәfәsilә qızıl güldü Nizami, 
Güllәrin nәğmәkarı bir bülbüldü Nizami. 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə