Microsoft Word son dialektik corafiya docx



Yüklə 93,55 Kb.
Pdf görüntüsü
səhifə39/90
tarix29.10.2017
ölçüsü93,55 Kb.
#7408
1   ...   35   36   37   38   39   40   41   42   ...   90

Dialektik coğrafiya
 
 
 
103
 
 
luğu Şərqin tədricən “qərbləşməsi” prosesinə uyğunlaşması davam etdirilməsi-
nin siyasəti qütbləşməyə geniş imkanlar yaratmışdır. 
 
 
“Dünya sistem” ssenarisinin  dialektik coğrafiyası 
 
 
Dialektik coğrafiya elmində geniş məna daşıyan “dünya sistem”nin rasional  
ssenarisinin iqtisadi və texnologiyalar əsasında yaradılması  və idarəedilməsi 
məsələləri tədqiqatçılar tərəfindən müxtəlif fikirlər irəli sürülmüşdür. Problem 
ilə məşğul olan Manuel Kastels dünya sisteminin ssenarisi modelini vahid st-
ruktur kimi qəbul etmişdir. Onun ideyasına görə ölkənin iqtisadi inkişaf mode-
li dünya sistemin qloballaşma mühitində geniş  məna daşıyır.
102
 Qloballaşan 
cəmiyyətin inkişafı dünya sistemlərinin strateji effektliyindən asılı olaraq yük-
səliş və enişinə səbəb olmuşdur. 
İ.Vallerstayn “Kapitalist sivilizasiya” əsərində (1992-ci il) qlobal səviyyə 
çərçivəsində dünya sistemlərinin inkişafının üç ssenarisini əsaslandırmışdır. 

 
Neofedalizmə keçid ssenarisi. Bu ssenarinin ideya istiqaməti - avtoritar 
ölkələrinin sistemində yalnız üfüqi əlaqələrinin “mozaikası” formalaşır və in-
kişaf edir; 

 
Dünya sisteminin təbəqələşməsi ssenarisi. Əsas ideya mənbəyi yer kürə-
sində məskunlaşan əhalinin kastaya bölünməsindən ibarətdir. Birinci kastyaya 
daxil edilir: dünya əhalisinin təxminən 20%-ni əhatə edən eqalitar təbəqə. Bu 
eqalitar təbəqə dünya sisteminin idarə edilməsində mühüm mövqe nümayiş 
etdirir və etdirəcəkdir. İkinci isə əhalinin 80%-ni əhatə edən siyasi-sosial-iqti-
sadi hüquqlardan demək olar ki, məhrum olan aşağı təbəqə. 

 
Yüksək eqalitar dünya qaydasına keçid ssenarisi. Bu ssenari utopik səs-
lənsədə, lakin bunu inkar etmək də olmaz. Bu ssenarinin reallaşması yüksək 
eqalitar mühitinin siyasi, iqtisadi, sosial dəyişkənliyinin keyfiyyətinin artırıl-
masına imkanların yaradılması ilə fərqlənir. 
İ.Vallerstyan dünya sistemlərini (2050-2075-ci illər) təhlil edərkən,belə bir 
nəticəyə  gəlmişdir ki, “...biz gələcəkdə yeni tarixi sistem, yaxud sistemlərdə 
yaşayacağıq, ...yaxud ondan da pis variantla rastlaşacağıq...
103
. Məntiqi ba-
xımında yanaşsaq, dünya-sistem yanaşmasında müəyyən sahələrinin arasında 
nöqsanların olmasına da rast gəlinir. İ.Vallerstyan “dünya sistem” konsepsiya-
sında tarixin xətti-mərhələli inkişafının prinsiplərini qəbul etməmiş, eyni za-
manda da tərəqqi inkişaf anlayışını inkar etmişdir. 
                                                            
102
 Mировая экономика ХХ1 века. М., 2009. 
103
 Wallerstein I. The Esetial Wallerstein. N 4. New Press, 2000. 


  Ağazeynal A. Qurbanzadə 
 
104 
 
 
Dünya sistemlərin ssenarisinin tsiklli inkiaşfı nöqteyi-nəzərindən aparılan 
araşdırmaların nəticələrinin reallıqları elmi mənbələr də daha çox diqqəti cəlb 
edir.
104
 Təhlillərinin nəticələri göstərir ki, industrializm mərhələsinə  qədərki 
tsikllərin arasındakı dövrünün məsafə  həddi 200-500 il arasında dəyişilməsi 
məqbul kimi daha çox reallığa uyğundur. Problemə ümumi dialektik tərzi ilə 
yanaşılsa, o zaman aşağıdakı tsiklli dövrləşməsinin ssenarisinin fərqləndiril-
məsini  (yüksəliş & tənəzzül) mümkün edir. 
 
 
 
 
 
 
 
 
 “Dünya sistem” ssenarisinin tsiklli  dəyişilməsi məsafəsi. 
   
Ümumiyyətlə, klassik tədqiqatçılarının fikirlərindən belə bir nəticə  çıxart-
maq olar ki, “dünya sistem”in təkamülü ssenarisi bir strukturun digər struktu-
run keyfiyyətcə yenidən təşkilidir. Hər bir tsiklli dəyişilmələr dünya ölkələri-
nin inkişafına uyğun strateji istiqaməti müəyyənləşirdi.
105
 Ən mühüm xarakter 
ondan ibarətdir ki, strateji istiqamətdə sənaye ölkələrində tsiklli inkişaf siyasə-
ti yeni məzmuna çevrilməsi ilə fərqlənirdi. Sənaye ölkələrində məşğulluq siya-
sətində yeni formalı iqtisadi düşüncə  tərzinə, dinamikasının üstünlüyü XVI 
əsrdən başlayaraq formalaşmaya məruz qalırdı. 
Bütün bu gerçəkliklər “dünya sistem”in dinamikasında yeni məzmun kəsb 
edən praktiki yönümlü konsepsiyalarının meydana gəlməsinə şərait yaratmış-
dır. Bu konsepsiyalar tarixi-coğrafi prosesinin inteqrasiyasına əsaslanan ideya-
lar hakimdir. Meydana gələn hakim ideyaların qərb ölkələrlə, şərq ölkələri ara-
sında iqtisadi-sosial yanaşmalarla bərabər, dəyərlərinin fərqliliyi də mövcuddur. 
“Dünya sistem” ssenarisinin müxtəlif epoxalarında baş verən ictimai-iqtisa-
di-sosial-psixoloji düşüncə tərzinə, metasivilizasiyalarının təsirinə məruz qal-
mışlar. Bunula bərabər, Qərb və Şərq ölkələrinin sistem ssenarisinin həm ma-
hiyyəti, həm də formalaşma gerçəklikləri baxımından geniş miqyasda real-
lıqlara söykənən fərqlərinin olmasına əsaslanırlar. Dünya sistemlərinin tarixini 
                                                            
104
 Gillis B., Frank A.G. Word System Cycles. Review. 15/14. 1992. 
105
 Hacıyev Ş.N. və b. İqtisadiyyat  fəlsəfəsi. Bakı, 2008. 
Klassik tsikli dövrəqədərki 
dialektik  yanaşma  məsafəsi 
(b.e.ə. 1700 - 100/50 illər)
Klassik tsiklli dövr 
(b.e.ə. 100/50 - b.e.  
200-500 illər)
Orta əsrin tsiklli dövr 
(200/500 – b.e. 200-500 illər)
Müasir tsiklli dövr 
(XVI əsrdən etibarən)
 


Yüklə 93,55 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə