Microsoft Word Study11-Azerbaijan-Report-Feb2014-Azerbaijani-final



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə19/21
tarix26.03.2018
ölçüsü0,49 Mb.
#34222
1   ...   13   14   15   16   17   18   19   20   21

 

 

 



“RESPOND” layihəsi

  



  Hesabat No. 11 

 Azərbaycan Respublikası, Bakı şəhəri dövlət sektorunda reproduktiv sağlamlıq və  



34 

ailə planlaşdırılması xidmətləri üzrə istifadəçilər.

 

müqayisə etmək istəmədik. Amma bu kiçik nümunədən bəzi müşahidələri qeyd etməyə 



dəyər.  

 

RS xidmətlərini həyata keçirən tibb müəssisələrində AP xidmətləri arayan bu 16 qadının, 



orta hesabla 28 yaşı, 1,6 uşağı  və 2,6 abortu olmuşdu. Bu AP müştərilərinin demoqrafik 

oxşarlığı abort müştərilərinə daha çox olmuşdur, nəinki ANX müştərilərinə. Bu göstəricini 

qeyd etməyə  dəyər, çünki bu, kontraseptiv vasitə axtaran bu qadınların uşaq dünyaya 

gətirmək və abort təcrübəsinə malik olduğunu göstərir və digər tərəfdən bu qadınlar 

qoruyucu tədbir əldə etmək qərarına gəliblər.   

 

Müsahibə götürülmüş bu 16 AP müştərisinin öz menstrual sikllərinin ən yaxşı nəsil artımı 



vaxtı haqda və abortdan sonra nəsilartırma imkanlarının geri qayıtması haqda dəqiq 

məlumatları var idi. Əksəriyyəti (16 qadından 12-si) müxtəlif kontraseptiv üsulların (UDV, 

kondomlar, ritim və  təqvim) adlandırılması ilə kifayət qədər yaxından tanış idilər, eyni 

zamanda qadınların yarısından azı (yeddi) oral kontraseptivlərə toxundular. AP 

xidmətlərini axtaran qadınlar arasında üç nəfəri UDV uzun müddət təsir edən üsul və azı 

beş il effektli olmasını bildi.  

 

AP xidmətləri üçün mama-ginekoloqa gedəndən sonra müştərilərin kontraseptiv üsullarının 



effekti haqda bilikləri ancaq dəqiq olub. 12 qadından ancaq üçü hamiləlikdən qorunmaqda 

effektliliyinə görə bu üsulları öz düzgün sırasına düzməyi bacarıb. Hələ  də onların 

əksəriyyəti hamiləlikdən qorunmaqda həbləri kondomlardan az effektli kimi hesab edirlər. 

Həblərin istifadəsi ilə bağlı onların narahatçılığında hələ də əlavə təsirlər (real və tibbi əsası 

olmayan) böyük rol oynayır.   

 

Müsahibə götürülmüş müştərilərdən təxminən üçü UDV istifadəsini seçib və onların 



yarısına həkimə gəldiyi gün UDV tətbiq edilib. 5-ci cədvəldən göründüyü kimi, bu heç də 

gözlənilməz dyil ki, bizim nümunəmizdə qadınların çoxu UDV seçiblər, belə ki oral 

kontraseptivləri əldə etmək üçün onlar həkimə yox, aptekə getməli idilər. Çoxları dedi ki, 

onlar UDV-ni həkim məsləhət gördüyü üçün seçiblər, o ən az narahatçılığa səbəb olur və 

onların portyoru bu üsulu digərlərindən daha çox xoşlayır.    

 

Həkimə  gəldiyi gün UDV yerləşdirilmiş  səkkiz qadından yeddisi xidmətə görə ödəniş 



aparıb və biri bu suala cavab verməkdən imtina etdi. Ödəniş edənlərdən bu yeddi nəfəri 

orta hesabla 35 AZN (US $44) verib. Ödəmə sualına cavab verməkdən imtina etmiş qadın 

isə bildirdi ki, bura gəlməmişdən  əvvəl ödənişin təxminən 30 AZN (US $38) olcağını 

gözləyirdi. Bu ödənişə müəssisədə müsahibə götürülən gün edilən bütün ödənişlər daxildir: 

qadınların çoxu üçün UDV-in özü bura daxil deyil. Ancaq bir qadın məlumat verdi ki, 

UDV-ni müəssisəyə özü gətirib, amma onun qiymətini soruşsaq da buna cavab vermədi.  

 

Qadınlardan beşinə onların müəssisəyə  gəldiyi gün UDV yazıldı  və lazımi testlərdən 



keçməli oldular. Bu beş qadından üçü ödəniş apardı və orta ödəmə 13 AZN (US $16.50) 

oldu.  


 

16 AP müştərisindən yeddisi məlumat verdi ki, onlara həkimə  gəldiyi gün ultrasəs 

müayinəsi olundu və üçü isə qan analizləri götürüldüyünü dedi.   



 

“RESPOND” layihəsi

  



  Hesabat No. 11 



Azərbaycan Respublikası, Bakı şəhəri dövlət sektorunda reproduktiv sağlamlıq və  

ailə planlaşdırılması xidmətləri üzrə istifadəçilər. 



35

 

Məhdudiyyətlər 

 

 

 



Bu tədqiqatın nəticələrini qeyd etməmişdən əvvəl bəzi məhdudiyyətlər müzakirə 

olunmalıdır.  

 

 

Ödənişlərin müxtəlifliyində çatışmazlıq 



 

İdeal olaraq, AP xidmətlərində maliyə stimulunun rolunu müəyyənləşdirmək üçün biz 

müəssisələrdə qeyri-rəsmi ödənişlərin miqdarında müxtəlifliyi və eləcə  də AP təchizinin 

səviyyəsini tədqiq etməli olduq. Ancaq, ödəniş müxtəlif yerlərə edilməsi və AP 

istifadəsinin az olması  səbəbindən bu ideal tədqiqat mümkün olmadı.  Əgər ödəniş 

səviyyəsində müxtəlifliyi əldə etmək mümkün olarsa (ya müdaxilə yolu ilə, ya da coğrafi 

sahələrlə), gələcəkdə bu sualı araşdırmaq yaxşı olardı.   

 

 



İmtina tezliyi 

 

Bu hesabatın üsular bölməsində  təsvir olunmuş müştərilər arasında imtina tezliyi 26% 

olduğundan, bu tədqiqatda nəticələr məhduddur. Qadınların ¼-nin əməkdaşlıqda zəiflik 

göstərməsinin bəzi mümkün səbəblərinə aşağıdakılar aiddir: 

  Bu tədqiqata iki həssas mövzu cəlb edilmişdir: abort/AP və qeyri-rəsmi ödənişlər. 

İmtina tezliyinin yüksə olmasının bir hissəsi çox güman ki, qadınların bu mövzunu 

müsahibə götürənlə müzakirə etmək istəməməsidir.  

  Müsahibə gütürülən qadınların həkimdən çıxandan sonrakı vaxtı, xüsusilə  də abort 

müştəriləri üçün, çətin və mürəkkəb bir vaxtdır. Bəzi qadınlar müsahibə olunmaq üçün 

özünü kifayət qədər yaxşı hiss etmirlər. Əfsus ki, belə bir halda biz qadınların xidmətlər 

üçün nə qədər ödədiklərini və hansı xidmətlərin edildiyini bilmək istəyirdik, biz onların 

həkimə gəlişlərindən əvvəl müsahibə götürə bilmirdik. Bu tədqiqatdakı məqamlar gizli 

saxlanılmalı olduğundan, biz onların telefon nömrəsini götürə bilməzdik ki, müəssisəni 

tərk edəndən sonra onunla əlaqəsaxlamağa cəht edək.    

  Bəzi müəssisələrdə həkimlər müştərilərinə bizim tədqiqat suallarına cavab verməməyi 

deyirdilər. Bu, ola bilsin ki, son iki ildən artıq müddətdə dövlətin qeyri-rəsmi ödənişlər 

və korrupsiyanın digər növləri üzərində olan diqqətinin artması ilə  əlaqədardır. 

Əməkdaşlıq etdiyimiz müəssisələrdəki bütün baş  həkimlər tədqiqata köməklik 

göstəriblər və  tədqiqatın həyata keçirilməsindən  əvvəl onunla əməkdaşlıq etməyə 

razılıq veriblər, amma bəzi hallarda müəssisənin heyyət üzvləri əməkdaşlıq etməyiblər. 

Belə hallarda ölkədaxili tədqiqatmılar müəssisənin baş  həkimi ilə  təkrar görüşüb 

tədqiqatın məqsədini deyir, onun gizli saxlanılmasını əmin edir və öz heyyət üzvləri ilə 

yenidən danışmağı xahiş edirlər.   

 

İmtina tezliyinin yüksək olmasının  əsas səbəbi  əməkdaşların boyun qaçırmasıdır.  Əgər 



imtina təsadüfi xarakter daşımasaydı, o zaman biz müəyyən tip müştərilərdən cavabları 

itirə bilərdik. Qadınların niyə  əməkdaşlıqda zəiflik göstərməsini dəqiq bilməməyimiz 




Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə