Microsoft Word Study11-Azerbaijan-Report-Feb2014-Azerbaijani-final



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə20/21
tarix26.03.2018
ölçüsü0,49 Mb.
#34222
1   ...   13   14   15   16   17   18   19   20   21

 

 

 



“RESPOND” layihəsi

  



  Hesabat No. 11 

 Azərbaycan Respublikası, Bakı şəhəri dövlət sektorunda reproduktiv sağlamlıq və  



36 

ailə planlaşdırılması xidmətləri üzrə istifadəçilər.

 

nəticələrimizə bizim cavab tezliyinin stimuledici təsirini başa düşməkdə bizim 



imkanlarımızı bir qədər də  məhdudlaşdırır. Ola bilsin ki, əməkdaşlıq etməyən qadılar 

özlərini pis hiss etmiş  və ya bir qədər imkansız olmuş, yaxud qeyri-rəsmi ödənişi digər 

əməkdaşlardan gizli saxlamaq istəmişdir, biz bunların hansının həqioqət olduğunu dəqiq 

bilmirik.   

 

 

Cavab verməyənlər  



Cavab verənlərin çoxu xidmətə görə ödəniş etdiklərini söyləsələrdə, ödənişin məbləğini 

açıqlamadılar. Ödəniş suallarına cavb verməmə halı bu sualların həssaslığı  səbəbindən 

gözlənilirdi. Həvəssiz cavablandırmaların ödəniş aparmış müştərilərin sayı  və ödənişin 

miqdarının bu tədqiqatda qiymətləndirilməsində çatmazlığa səbəb olacağını biz gözləyirik.   

 

 

Nümunə seçimi  



Müsahibə götürülmüş AP müştərilərinin sayının çox az olması, bu qadınlarla  əlaqəli 

nəticələrin yekunlaşdırılmasını  məhdudlaşdırır, amma bu bir daha Azərbaycanda 

kontraseptivlərin istifadəsinin təkmilləşdirilməsinin vacibliyini, o cümlədən, AP 

müştərilərinə dair gələcəkdə klinikadan kənar  əsasda tədqiqat üsullarının istifadəsi üçün 

ehtiyacları ön plana çəkir. Bundan əlavə, nəticələr göstərir ki, qadınların çoxu həbləri və 

kondomları aptekdənsə, həkimlərdən əldə edirlər. Bizim nümunə seçimi strategiyamız oral 

kontraseptivləri aptekdən  əldə edən qadınları  əhatə etməyib, odur ki, biz onların 

baxışlarının və/yaxud təcrübələrinin tibb müəssisələrində kontraseptiv əldə etmək istəyən 

qadınlardan necə fərlənməsini müəyyən edə bilmərik.   

 

Bizim nümunə seçimi strategiyamızda geniş sayda abort təchizçiləri olmadı. Nəticədə abort 



təchizçilərindən soruşulan prosedura, təcrübə  və inam ilə  əlaqəli bir çox suallar bu 

hesabatda təqdim oluna bilmədi. Mümkündür ki, abort təchizçilərinin kontraseptivlərlə 

əlaqəli seçimi və münasibəti bu tədqiqatda müsahibə götürülmüş təchizçilərin fikirlərindən 

fərqli olsun (əsasən də ANX və AP təchizçiləri); beləliklə biz bu potensial fərqləri 

genişləndirmək, yaxud istiqamətləndirmək üçün ehtimal edə bilmərik.   

 

Azərbaycanda AP üzrə müştərilərə iki tip təchizçi məsləhət verə bilər: mama-ginekoloqlar 



və mamaçalar (akuşerkalar). Biz ancaq mama-ginekoloqlardan müsahibə apardıq, çünki 

onlar əsas AP xidmətləri təchizçiləridir (Patsika et al., 2009). Biz müştərilərə yönəltdiyimiz 

suallarda ehtiyatlı olub, hökümən mama-gonekoloqun yox, ümumiyyətlə  səhiyyə 

təchizçisinin onlarla AP haqda danışıb-danışmadığını soruşduq. Bu yolla biz bütün 

potensial məsləhətçilərinin təcrübəsini əhatə eləməyə ümid etdik.   

 

 



Kompensasiya 

Məlumatları toplamış komandanın fikrinə görə təchizçilər, razılıq formasında vurğulandığı 

kimi, vaxtlarına görə kompensasiya edilməyib. Bu protokol qaydalarının pozulması haqda 

“FHI 360 təşkilatın Fərdlərin Müdafiəsi Komitəsi” nə məlumat verilib. Biz inanmırıq ki, bu 

protokol pozulması təchizçilərin cavablarının həqiqiliyinə təsir edib.   

 



 

“RESPOND” layihəsi

  



  Hesabat No. 11 



Azərbaycan Respublikası, Bakı şəhəri dövlət sektorunda reproduktiv sağlamlıq və  

ailə planlaşdırılması xidmətləri üzrə istifadəçilər. 



37

 

Razılıq prosesində məlumatlandırmanın bir hissəsi kimi təklif olunmuş evə aparmaq üçün 



olan taxsi pulunu heç bir qadın almamışdır. Bəzi müəssisələrdə belə  şaiyələr yayılmağa 

başlayıb ki, taxsilər qadınları sorğu aparılması üçün digər müəssisəyə aparmalı idi. Bu 

tədqiqat  ərzində  məlumat toplayanlar və  nəzarət edənlər qadınları  məlumatlandırmışdılar 

ki, taksilər qadınları düz evlərinə aparmalı idilər, amma indiyə kimi heç bir qadın taksi 

pulunu almayıb. Biz düşünmürük ki, taksi xidmətindən istifadə edilə bilməməsi tədqiqatın 

nəticələrinə biləvasitə  təsir edib: ancaq həssas məqamlar haqda danışmağa ümumi 

həvəssizlik baxımından bu qorxu simptomatikdir. Bu qorxu bəzi suallara cavabların 

verilməməsinin yüksək səviyyədə olmasını izah edə bilər.  




 


 

“RESPOND” layihəsi

  



  Hesabat No. 11 



Azərbaycan Respublikası, Bakı şəhəri dövlət sektorunda reproduktiv sağlamlıq və  

ailə planlaşdırılması xidmətləri üzrə istifadəçilər. 



39

 

Müzakirələr və əldə olunmuş əsas nəticələr 



 

 

 



 

Bu tədqiqat AP üsulları  və abort tətbiqində qadınların seçimlərinə  təsir edən amilləri, o 

cümlədən, maliyə stimulunun təchizçilərin RS xidmətlərinə edə biləcək təsiri araşdırıb.  

 

 



Ödənişlər 

Bu tədqiqatın məqsədi tibbi xidmətlər üçün edilən ödənişlərin Azərbaycanın Bakı 

şəhərində AP istifadəsinə təsirinin mümkünlüyünü araşdırmaq olub. Xidmətin abort, yaxud 

ANX olmasından asılı olmayaraq, qadınların  əksəriyyəti Bakıda RS xidmətlərinə görə 

ödəniş ediblər. Bir ANX gəlişi üçün ödəniş bir abort ödənişindən ucuz olub, amma uşağın 

doğulması üçün olan ödəniş abort ödənişindən lap çox olub. Ödənişin  əsas hissəsi 

həkimlərə edilib, amma biz AP istifadəsinin təchizçilər tərəfindən aktiv şəkildə gözdən 

salınması üçün biz heç bir sübut tapmadıq.  

 

Abortla  əlaqəli xidmətlər üçün ödənişlər məsləhətçinin təcrübəsindən asılıdır. Müasir 



kontraseptiv üsullar ilə  əlaqəli məsləhətlər verililən ödəniş etmiş qadınların payı daha az 

olub, nəinki ödəniş aparmayanlar. Bununla əlaqəli biz iki potensial səbəbi araşdırdıq: (1) 

Tibbi xidmət edənlər ödənişə müvafiq olaraq özlərinin məsləhət manevrini dəyişirlər; 

yaxud (2) müştərilər istədikləri xidmət növü üçün ödəniş aparırlar və onlar məsləhət almaq 

istəmirlər. Heç bir fikir əldə olunmuş  məlumatlarla öz təsdiqini tapmadı. Məsləhətin 

qadının xidmətlərdən əvvəl, yaxud sonra apardığı ödənişdən asılılığı yox idi, beləliklə bu

təchizçinin öz məsləhətini ödənişə  əsasən aparması ehtimalının olmaması deməkdir. 

Analoji olaraq, ödəniş etmiş müştərilər arasında müasir kontraseptivlərdən istifadə etmək 

istəyənlərin arzusunun həyata keçirilməsi müasir üsullar haqda məsləhət verilib-

verilməməsindən asılı deyil. Bizə aydın deyil ki, xidmət üçün ödəniş etmiş qadınlar müasir 

kontraseptiv üsulları barəsində  məsləhət almağa neqativ yanaşırlar. Bu mövzunun 

gələcəkdə tədqiq olunmasına ehtiyac var.  



 

Bu tədqiqat təchizçilər tərəfindən kontraseptiv istifadəçilərinin ÜST məsləhətlərindən fərqli 

olaraq, həkimə  gəlişlərinin və testlərin/proseduraların daha çox məsləhət görülməsi kimi 

bəzi faktları ortaya çıxarıb. Həkimə  əlavə  gəlişlər müştərilər üçün təkcə çox baxt tələb 

etmir, eyni zamanda xidmətlərə görə ödənişlərin miqdarını artıra bilər. Bundan başqa, 

həkimə əlavə gəlişlər müştərini müasir üsulların riskli olması fikrinə gətirib çıxara bilər. Bu 

əlavə  gəlişlər müştərilər arasında UDV istifadəsinin bahalı olması kimi şübhəli anlamın 

yaranmasına köməklik edə bilər. Həkimlər UDV və oral kontraseptivlərin istifadəsinin 

başlanmasını istəyən müştərilərə ultrasəs müayinəsini də  məsləhət verirlər. Ultrasəs 

müayinəsinə qadınların ehtimal ki, qeyri-rəsmi ödəniş etmələri həb istifadə edilməsi üçün 

maliyə və məntiqi maneə ola bilər.   

 

 



 

 



Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə