Microsoft Word Toxumshunasliq 2014 mbm



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/89
tarix24.04.2018
ölçüsü2,8 Kb.
#40008
1   2   3   4   5   6   7   8   9   ...   89

15 
sortların toxumu ilə əvəz olunmasıdır. 
Seleksiya stansiyaları, elmi-tədqiqat müəssisələri, həvəskar 
seleksiyaçılar daim yeni sortların alınması üzərində  işləyirlər. 
Yeni alınmış sortlar dövlət sortsınağı  şəbəkələrində  və 
istehsalat sortsınağı zamanı özünü doğrultduqdan sonra dövlət 
sortsınağı  şəbəkəsinin təklifi ilə istehsalatda olan köhnə 
sortların toxumu yenisi ilə dəyişdirilir. 
İstehsalatda olan köhnə sortların toxumu o zaman yenisi ilə 
əvəz edilə bilər ki, o, yüksək məhsuldar, məhsulun keyfiyyəti 
və digər əlamətlərinə görə köhnə sortlardan üstün olsun. 
Dövlət sortsınağı  nəticəsində üstünlük qazanan yeni sortlar 
müəyyən zona üçün rayonlaşdırılır. Bu zaman köhnə sortlar 
çıxarılır və sortdəyişmə aparılır. 
Sort rayonlaşdırıldıqdan sonra, bütün toxumçuluq müəssisə-
ləri yeni sortun toxumlarını çoxaltmağa başlamalı  və  təsərrü-
fatda yeni sortun toxumlarının  əkilməsi qısa müddətdə, 3-5 
ildən gec olmayaraq başa çatdırılmalıdır. 
Yeni sortlar rayonlaşdırıldıqdan sonra seleksiya stansiyaları 
və toxumçuluq təsərrüfatları köhnə sortun çoxaldılmasını 
dayandırır. 
Sort dəyişmə istehsalatda köhnədən becərilən sortların 
yeni rayonlaşdırılmış, daha məhsuldar, məhsulun texnoloji 
keyfiyyətinə görə üstün olan sortlarla dəyişdirilməsinə
təzələnməsinə deyilir. 
Sortdəyişmə  nəzəri olaraq hər beş ildən bir aparılmalıdır. 
Lakin istehsalat şəraitində çox vaxt sortdəyişmə vaxtında hə-
yata keçirilmir. Bu ilk növbədə dövrü sortdəyişmə müddətində 
yeni sortların alınmaması ilə əlaqədardır. Bu səbəbdən bir çox 
bitki sortları istehsalat şəraitində on illərlə becərilməkdə davam 
etdirilir. 
Təsərrüfatda becərilmək üçün sortlar seçildikdə bir çox 
amillər nəzərə alınır. Buraya ilk növbədə sortun becərildiyi 
ərazinin konkret şəraiti aiddir. Əgər sort yüksək məhsuldarlıq 
imkanına malikdirsə bu halda o, becərmə  şəraitinə daha artıq 


16 
tələbat göstərir. Az məhsuldarlıq potensialına malik olan sortun 
çox yaxşı  şəraitdə becərilməsi məqsədəuyğun deyil və  əksinə 
yüksək məhsuldar sortun əlverişsiz  şəraitdə istifadə olunması 
da məqsədəuyğun deyildir. Bəzən belə bir paradoksal vəziyyət 
yaranır ki, istehsalat şəraitində intensiv tipli müasir sort, həmin 
şəraitə yaxşı uyğunlaşmış köhnə sorta nisbətən az məhsul verir. 
Ona görə sort seçilərkən real istehsalat şəraitini nəzərə almaq 
lazımdır. 
Sürətli sortdəyişmə çox vacibdir. Bunun üçün yeni sortun 
toxum fondu yaradılmalı, köhnə sort ilə seleksiya işləri 
dayandırılmalıdır. 
Sort uzun müddət əkildikdə mexaniki və bioloji zibillənmə
aqrotexnikanın aşağı olması, öz-özünə tozlanma və sairə 
nəticəsində pisləşir, keyfiyyəti aşağı düşür və daha təsərrüfatın 
tələbatını ödəmir. Ona görə  də sort, həmin sortun yüksək və 
cins təmizliyinə malik olan toxumları ilə təzələnir ki, buna sort 
təzələmə deyilir. 
Sorttəzələmə  ─  təsərrüfatda sortluq toxumun həmin sorta 
aid olan daha yüksək reproduksiyalı toxumla əvəz olunmasıdır. 
Dəqiq təşkil olunmuş sortdəyişmədə sorttəzələmə  məcburi 
deyil. Ancaq sortdəyişmənin dövriliyi tez-tez pozulur. Ona 
görə də istehsalatda becərilən sortun toxumunun dəyişdirilməsi 
lazım gəlir. Sorttəzələmə sortluq təmizliyinin azalması  və 
toxumun xəstəliklərə yoluxmasının artması ilə  əlaqədardır. 
Əgər toxum təmizdirsə və səpin keyfiyyəti yüksəkdirsə bu hal-
da məhsuldarlıq toxumun reproduksiyasından asılı olmadığına 
görə sorttəzələmə lazım olmur. Nəzərə almaq lazımdır ki, 
heterozisli hibridlərin toxumu səpildikdə sorttəzələmə  hər il 
aparılmalıdır. Yəni bu halda səpin üçün ancaq birinci nəsil 
toxumlardan istifadə olunur. 
Müxtəlif bitkilərdə sort təzələmə müddəti fərqlidir. Məsələn, 
dənli-paxlalı bitkilərdə 6, buğda, vələmir, arpa, lərgə, soya 5, 
çovdar, darı, çəltik, qarabaşaqda 4 ildən bir toxumlar dəyişdi-
rilərək 2-ci nəsil toxumlarla əvəz edilir. Hibrid qarğıdalı 


17 
toxumları isə hər il dəyişdirilərək birinci hibrid nəsil toxumları 
ilə  əvəz edilməlidir. Hər hansı rayon üzrə sort təzələmə planı 
tutulduqda mövcud olan əkin sahəsi və onun gələcək inkişafı 
nəzərə alınmalıdır. Toxumçuluq təsərrüfatlarının sahələri elə 
hesablanmalıdır ki, sort təzələmə planına uyğun olaraq hər bir 
fermer təsərrüfatı toxumla təmin edilə bilsin. 
Rayon üzrə sotrtəzələmə planı tutulduqda mövcud olan əkin 
sahəsi və onun gələcək inkişafı  nəzərə alınmalıdır. Sorttəzə-
ləmə elə planlaşdırılmalıdır ki, hər bir təsərrüfat göstərilən 
müddətdə yeni toxum ala bilsin. 
Ona görə  də toxumçuluq təsərrüfatının sahələri elə hesab-
lanmalıdır ki, sorttəzələmə planına uyğun olaraq hər bir fermer 
təsərrüfatı toxumla təmin edilsin. Sahə hesablandıqda rayon 
üzrə sorttəzələmə aparılacaq sahənin həcmi, müddəti, toxum-
çuluq sahəsinin həcmi, sığorta fondunun miqdarı, səpin nor-
ması, ümumi və kondisiyaya uyğun məhsul və s. haqda əldə 
məlumat olmalıdır. Məsələn, toxumçuluq təsərrüfatı (arpa üzrə) 
50 hektar olan sahədə 4 ilin müddətində sorttəzələmə aparıl-
malıdır. Ümumi sahənin 13%-i toxumçuluq üçün ayrılarsa, fer-
mer təsərrüfatlarının 50 hektar toxumçuluq sahəsi olur. 
Toxumçuluq təsərrüfatı 4 ildə 50 hektar sahəni birinci nəsil 
toxumla təmin etməli olarsa, bir ildə (50:4+162,5) 162,5 hektar 
sahə toxumla təmin olunmalıdır. Hər hektar üçün 1,5 sentner 
toxum tələb olunarsa, 162,5 hektar üçün cəmi 
(162,5x1,5=243,75) 243,75 s toxum tələb olunur və 25% sığor-
ta fondu əlavə edilərsə, hər il 304,7 s toxum istehsal edil-
məlidir. 
Əgər hektardan 15 sentner standarta uyğun toxum alınarsa, 
304,7 s. toxum almaq üçün (304,7 sent.:15=20,32) 20,32 hektar 
sahə olmalıdır. 
Beləliklə,  əgər toxumçuluq təsərrüfatının 20,32 hektar 
sahəsi olarsa, hər il 304,7 s birinci nəsil toxum istehsal edər və 
4 ildə sorttəzələməni başa çatdıra bilər. Sorttəzələmə üzərində 
daimi nəzarət aparılmalı, bu barədə dövlət toxum kitabında 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə