Microsoft Word Toxumshunasliq 2014 mbm



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/89
tarix24.04.2018
ölçüsü2,8 Kb.
#40008
1   ...   4   5   6   7   8   9   10   11   ...   89

24 
van (Gültəpə), Göygöl, Abşeron (Binəqədi), Dağlıq Qarabağ 
(Xocalı) və digər yerlərdə paleontoloji və arxeoloji qazıntılar 
nəticəsində külli miqdarda müxtəlif bitki və heyvanların qalıqları 
tapılmışdır. Bu qalıqları  tədqiq edərək Azərbaycan alimləri 
sübut etmişlər ki, dənli bitkilər Azərbaycanda hələ  qədim 
zamanlardan becərilirdi. Analoji məlumatlar üzüm və meyvə 
bitkiləri haqqında da əldə olunmuşdur. 
Tarixi mənbələrdən məlum olmuşdur ki, Azərbaycanda orta 
əsrlərdə  dənli bitkilər, pambıq, meyvə  və subtropik bitkilər, 
habelə tut ağacı geniş becərilmiş, bu da barama qurdunun bəs-
lənməsinə və təbii ipək istehsal olunmasına imkan vermişdir. 
Keçən  əsrə  qədər Azərbaycan  ərazisində  kənd təsərrüfatı 
bitkiləri üzrə  tədqiqat işlərinin inkişafının tarixinə dair cüzi 
məlumatlar vardır. Kənd təsərrüfatı bitkilərinin öyrənilməsində 
ilkin işlərdən aşağıdakıları qeyd etmək olar: Lənkəran 
qəzasında 19-cu əsrin 40-cı illərində A.A Dudınski tərəfindən 
aparılan işlərin, o cümlədən bəzi meyvə və zeytun ağaclarının 
öyrənilməsi, habelə həmin əsrin 70-ci illərində Kazınskiy tərə-
findən bir çox sitrus bitkilərinin həmin iqlimə uyğunlaşma 
məsələlərinin öyrənilməsini qeyd etmək olar. Quba qəzası üzrə 
De-Bur qardaşları, Fenkendorf və başqaları tərəfindən bir çox 
Avropadan gətirilmiş meyvə  ağaclarının, üzüm tənəklərinin 
becərilməsinin öyrənilməsi; Göyçay qəzası üzrə A.B. Şelkov-
nikin portağal bitkisinin iqlimə uyğunlaşma məsələsinin öyrə-
nilməsi; Gəncə qəzasında Qolitsin və Qorçakov tərəfindən şə-
rabçılığın, üzümçülüyün inkişafına dair işləri; Səlyan qəzasında 
Karamzinin pambıq təsərrüfatında aqronom A.M.Stepanov 
tərəfindən pambıq bitkisinin sortlarının yaxşılaşdırılmasına dair 
işləri diqqətə layiqdir. Qeyd etmək lazımdır ki, pambıq bitkisi 
ilə  işlər 1904-cü ildə A.M.Stepanov tərəfindən başlanmışdır. 
Azərbaycanda kənd təsərrüfatı elminin inkişafının ilk addımları 
1895–ci ildə  Ağdaş rayonunda ilkin nümunəvi pambıq sahə-
sinin təşkili ilə bağlıdır. Sonralar Azərbaycanın digər rayon-
larında belə sahələrin təşkil olunması əsasən tədqiqat məqsədi 


25 
güdürdü. Belə  təcrübə sahələrində pambıq bitkisindən  əlavə 
araxis, soya, yonca və başqa bitkilər də  əkilib öyrənilirdi. 
Azərbaycanda kənd təsərrüfatında təcrübi işlər haqqında da-
nışdıqda Qarayaz Təcrübə sahəsi haqqında danışmamaq olmaz. 
Ərazi etibarilə Gürcüstanda yerləşən bu sahə 1894-cü ildə 
pambıq plantasiyası kimi təşkil olunmuşdur. Gürcüstanda yer-
ləşməyinə baxmayaraq bu elmi idarə Azərbaycanda pambıq-
çılığın inkişafına böyük təsir göstərmişdir. Burada 1903-cü ildə 
aqronom N.P.Taratınov tərəfindən gətirilmiş “Kinq”adlı pam-
bıq sortu üzərində fərdi və kütləvi seçmə apararaq yeni yaxşı-
laşdırılmış “Kinq-Qarayazskiy” pambıq sortu yaradılmışdır. 
1907-ci ildə Zəyəm stansiyasının yaxınlığında Sarıtəpə tədqiqat 
stansiyası  təşkil olunmuşdur. Burada pambıq, taxıl, paxla, tü-
tün, yonca və başqa bitkilər üzrə aparılan işlər əsasən tədqiqat 
məqsədi daşıyırdı. Bu sahə 1914-cü ilə qədər fəaliyyət göstər-
di.1912-ci ildə  Ağstafa təcrübə sahəsinin qarşısında aşağıdakı 
məsələlər qoyulmuşdur: 
1.  Toxumçuluq məsələləri  
2.  Yemçilik məsələsi; 
3.  Növbəli əkinlərin öyrənilməsi; 
Azərbaycanda 1909-cu ildə Muğan təcrübə stansiyasının təş-
kili kənd təsərrüfatı elminin inkişafında ən böyük nailiyyətlərdən 
biri olmalı idi. Lakin həmin dövrdə müvafiq maddi texniki dəs-
təyin olmaması stansiyanın tikilməsi prosesinin təxirə salınması 
ilə  nəticələndi. Yalnız 1913-cü ildə  Mərkəzi Muğanda stansiya 
əvəzinə  təcrübə sahəsinin təşkil olunması  məsələsi qarşıya qo-
yuldu. Lakin bu plan da yerinə yetirilmədi. 1914-cü ildə birinci 
dünya müharibəsi başladı və bütün işlər təxirə salındı. Bununla 
yanaşı  Cəfərxan seleksiya plantasiyası  təşkil olunması barədə 
qərar qəbul edilmişdir. Stansiyanın elmi fəaliyyətində aşağıdakı 
məsələlərin öyrənilməsi qarşıya qoyulmuşdur: 
1.  Kolleksiya şitilliyinin təşkili; 
2.  Pambıq, küncüt üzrə təmiz xətlər alınmasının təşkili; 
3.  Yoncanın toxumçuluğunu təşkili. 


26 
Cəfərxan stansiyasında işlərin normallığı bərpa olunur, pam-
bıq üzrə seleksiya işləri qaydaya salınır və genişlənirdi. Məsə-
lən, seleksiya şitilliyi təşkil olunur, stansiyada alınan təmiz 
xətlər becərilir, ayrıca hibrid pitomniki sahəsi yaranır, pambıq 
bitkisinin toxumçuluğu genişlənir və yeni formaların yaradıl-
ması  məsələsilə  məşğul olunurdu. Pambıqçılıqda elmi işlərin 
təşkilinə xüsusi fikir verilirdi. 1925-ci ildə Bünyatzadə bu 
planın təcili həllinə ciddi təşəbbüs göstərmişdir və  həmin ildə 
Gəncə şəhərinin yaxınlığında Gəncə Təcrübə Seleksiya stansi-
yasının bünövrəsi qoyulmuşdur. Bina tikilməmiş burada pam-
bığın sort sınağı və gübrələrin pambıq bitkisinə verilməsi mə-
sələləri barədə geniş elmi işlər başlanılmışdır. Gəncə  Təcrübə 
Seleksiya stansiyasının elmi işinin təşkilinə yaxından köməklik 
edilir. 
1924-cü ildən 1929-cu ilə  qədər Azərbaycanda təcrübə 
idarələrinin sayı 4-dən 21-ə çatmışdır. Bunlardan ikisi Gəncədə 
- Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq  İnstitutu, Göygöl 
rayonunda Azərbaycan Elmi Tədqiqat Heyvandarlıq  İnstitutu 
idi. Bu müddət ərzində Azərbaycanda torpaq zonalarının öyrə-
nilməsində bir sıra əsaslı işlər aparılmışdır. Bu işlər gələcəkdə 
nəzərdə tutulan elmi idarələrin təşkilində böyük rol oynamışdır. 
N.İ.Vavilovun təşəbbüsü ilə Mirbəşir (Tərtər) rayonunda 
Azərbaycan Dövlət Seleksiya stansiyası yaradılmışdır.  İlk 
ekspedisiya 1914-cü ildə L.L. Dekaprileviçin rəhbərliyi ilə təş-
kil edilmiş  və onlar taxıl bitkilərini yığaraq, 5 buğda növünü 
təyin etmişlər. 
Ilk rəsmi toxumluq stansiyası Rusiyada 1877-ci ildə A.F. 
Batalin tərəfindən Peterburqda Baş botanika bağında yaradıl-
mışdır. 1881-ci ildə A.A.Fadaev Petrovskidə, indiki K.A.Ti-
miryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasında to-
xumluq stansiyası yaratmışdır. (1950-ci ildən o, toxum nəzarəti 
laboratoriyası kimi K.A.Timiryazev Kənd Təsərrüfatı Akade-
miyasının tarlaçılıq elmi stansiyasının tərkibinə daxil olmuş-
dur.) Bir qədər sonra, professor P.R. Slyezkinin başçılığı 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə