Microsoft Word Toxumshunasliq 2014 mbm



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/89
tarix24.04.2018
ölçüsü2,8 Kb.
#40008
1   ...   7   8   9   10   11   12   13   14   ...   89

33 
sortların təcrübədən keçirmə yerləri 11 Azərbaycanda + 2 
Naxçıvanda supzonalara bölünür. Bu isə çoxlu sortların 
sınaqdan keçirmə  məntəqələrinin yaranmasına gətirib çıxarıb. 
Hal-hazırda 41 məntəqədən 16-sı fəaliyyət göstərir. 
Toxumçuluq sistemi orijinal, super elit, elit və reproduksi-
yalı toxumlar istehsalından, sığorta fondunun və dövlət toxum 
ehtiyatlarının yaradılmasından ibarətdir. 
Müxtəlif bitki sortlarının toxum istehsalının xüsusiyyətləri 
toxumçuluq sisteminin yaradılması zamanı nəzərə alınır və mü-
vafiq icra hakimiyyəti orqanlarının normativ aktları ilə  tən-
zimlənir. 
Məhsul istehsalçılarını  təmin etmək, dövlətin beynəlxalq 
müqavilələrini yerinə yetirmək, habelə  təbii fəlakətə  məruz 
qalmış bölgələrə köməklik göstərmək məqsədilə dövlət, yerli 
və sığorta toxum fondları yaradılır. 
Toxum fondlarına dövlət reyestrinə daxil edilmiş sortların 
dövlət standartlarının tələblərinə cavab verən toxumları tədarük 
edilir. 
Toxum fondlarının həcmi, tədarük, saxlanma və istifadə 
qaydaları müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəy-
yən edilir. Toxum fondlarına toxum tədarükü müvafiq icra 
hakimiyyəti orqanları ilə toxumçuluq subyektləri arasında bağ-
lanmış müqavilələr əsasında həyata keçirilir. 
Toxumçuluq planlaşdırıldıqda toxumun alınma, nəmlik, 
sortdəyişmə  və sorttəzələmə qaydası,  əkin sahəsinin quruluşu, 
kondisiyalı toxum çıxımı, səpin norması, sığorta və  dəyişən 
toxum fondlarının həcmi nəzərə alınmalıdır. Toxumçuluğun 
planlaşdırılması sortdəyişmə  və sorttəzələmənin dövrülüyün-
dən və lazımı kateqoriyalı toxumun istehsal planından asılıdır. 
Toxumçuluğun həcmi bütün hesabatlar, çoxaltma əmsalı, 
sığorta və  dəyişən toxum fondları  nəzərə alınmaqla lazımı 
kateqoriyalı toxum istehsalının plan-sifarişi əsasında qurulur. 
Toxumçuluğu təşkil edən zaman toxumun bioloji potensia-
lını  təmin edən amillər nəzərə alınmalıdır. Bu amillər genetik 


34 
(sələf; torpağın becərilməsi; qidalanma səviyyəsi; toxumun 
səpinqabağı işlənməsi; səpin norması, müddəti, üsulu; bitkilərə 
qulluq)və  təbii (torpaq münbitliyinin səviyyəsi, hava şəraiti) 
ola bilər. 
Sığorta toxum fondu hər il təzələnir. Sığorta toxum fondu-
nun müəyyən edilmiş müddətdə başqa məqsədlər üçün 
istifadəsi qadağandır. 
Toxum fondlarının  əmtəəlik məhsuldan yaradılmasına bir 
qayda olaraq yol verilmir. Müstəsna hallarda toxum fondlarının 
əmtəəlik məhsuldan yaradılması müvafiq icra hakimiyyəti 
orqanının qərarı ilə həyata keçirilə bilər. 
Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tu-
tulmuş hallar istisna olmaqla dövlət toxumçuluq müəssisələ-
rinin fəaliyyətinə və idarə edilməsinə dövlət bələdiyyə və digər 
orqanlarının qarışmasına yol verilmir. 
Aqrar islahatlar zamanı dövlət toxumçuluq müəssisələrinin 
təşkilati-hüquqi formasının dəyişdirilməsi «Aqrar islahatının 
əsasları haqqında» və «Sovxoz və kolxozların islahatı haqqın-
da» Azərbaycan Respublikasının Qanunları ilə tənzimlənir. 
Qeyri-dövlət toxumçuluq müəssisələrinin təşkilati-hüquqi 
formalarını  təsisçilər müstəqil müəyyən edir, onların yaradıl-
ması və fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi 
ilə tənzimlənir. 
Fərdi toxumçuluq fəaliyyəti ilə məşğul olmaq istəyən fiziki 
şəxslər bu qanunda nəzərdə tutulmuş hal istisna olmaqla, yalnız 
reproduksiyalı toxumların istehsalı  və satışı ilə  məşğul ola 
bilərlər. 
Ölkədə 21 dövlət elita çoxaltma müəssisəsi mövcuddur. 
Bunlardan 8-i taxıl üzrə, 6-ı kartof və  tərəvəz 1, pambıq 1, 
meyvəçilik 4, üzümçülük 2 yetişdirmə üzrə ixtisaslaşıblar. 
Toxumların  əldə edilməsi, istifadəsi və satışı mühafizə 
olunan sortun patent sahibi ilə bağlanmış lisenziya müqaviləsi 
əsasında həyata keçirilir. 
 


35 
1.6. Toxumçuluqla əlaqədar Dövlət qanunvericiliyi 
 
Azərbaycan Respublikasında son 10 ildə bitki genetik ehti-
yatlarının mühafizəsi və inkişafı, bu ehtiyatların mövcud oldu-
ğu ekosistemlərin qorunması, kənd təsərrüfatı sistemi və tor-
paqdan istifadə ilə bağlı bir sıra qanun və sərəncamlar, hüquqi-
normativ aktlar qəbul edilmişdir. Milli Məclis tərəfindən qəbul 
edilən və AR Prezidenti tərəfindən imzalanan bu qanun-
vericilik sənədlərində müəyyən səviyyədə mühafizə, istifadə, 
seleksiyaçıların hüquqları, toxum istehsalı  və satışı kimi 
məsələlər öz həllini tapmışdır. 
Ölkənin aqrar sektorda iqtisadi siyasətinin ümumi strate-
giyası bir çox qanunlarda, o cümlədən “Ərzaq Təhlükəsizliyi 
Proqramı”, “Yoxsulluğun azaldılması  və iqtisadi inkişaf üzrə 
Dövlət Proqramı”, “2003–2005-ci illərdə kiçik və orta sahib-
karlığın inkişaf etdirilməsi üzrə Dövlət Proqramı” kimi siyasi 
sənədlərdə öz əksini tapmışdır. Ümumiyyətlə, 1995 – 2006-cı 
illərdə aqrar sahə ilə əlaqədar 100-dən çox qanun, fərman, sə-
rəncam, qərar və digər hüquqi-normativ sənədlər qəbul olun-
muşdur. 
Belə ki, 1997-ci ildə “Seleksiya nailiyyətləri haqqında” və 
“Toxumçuluq haqqında” Azərbaycan Respublikası qanunları 
qəbul edilmiş,  Nazirlər Kabinetinin 27 aprel 1999-cu il tarixli 
74 nömrəli qərarı ilə 42 dövlət toxumçuluq, tinglik və damazlıq 
müəssisələri yaradılaraq Nazirlər Kabinetinin aqrar elmdəki 
vahid strateji məqsədləri formalaşdırmaq, alınan elmi nəti-
cələrin özəl təsərrüfatlarda tətbiqinin səmərəliliyini artırmaq 
məqsədi ilə 16 dekabr 1999-cu il 190 nömrəli qərarı ilə Aqrar 
Elm Mərkəzi yaradılmışdır.  
Bununla yanaşı, “Kənd təsərrüfatı bitkilərinin toxumlarının 
sort və  səpin keyfiyyəti” nə dair Milli Dövlət Standartı 
hazırlanıb nəşr edilmişdir.  
25 iyun 2007-ci il Ölkə Prezidentinin sərəncamı ilə “To-
xumçuluq haqqında qanun” (yeni) qəbul olunmuşdur.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə