Microsoft Word Toxumshunasliq 2014 mbm



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/89
tarix24.04.2018
ölçüsü2,8 Kb.
#40008
1   2   3   4   5   6   7   8   9   10   ...   89

21 
məyin mümkün olduğunu bir daha sübut edir.  
Hal-hazırda Azərbaycanın ayrı-ayrı rayonlarında becərilən 
çox qədim tarixli yerli bərk buğda sortundan olan Sarıbuğda, 
Ağbuğda, Qaraqılçıq və s. xalq seleksiyasının məhsuludur. Bu 
sortlar Zaqafqaziyanın və Dağıstanın bütün rayonlarında da 
şöhrət qazanmışdır.  
Çox məhşur yerli yumşaq buğda sortundan olan Gürgənə, 
Xırdabuğda, Qırmızıbuğda, Kosabuğda, Zərdəbuğda, Kələgən-
dum; arpalardan isə Ağ arpa, Qara arpa və başqaları da xalq se-
leksiyası tərəfindən yaradılmışdır. Çox qədim tarixi olan yerli 
buğda və arpa sortlarını saymaqla qurtarmaq olmaz; sayca çox 
olan bu sortlar hələ kifayət qədər öyrənilməmişdir.  
Azərbaycanda kəndlilər  əsrlər boyu buğdanın sortunu 
yaxşılaşdırmaqla məşğul olmuşlar. Hər il kəndlilər sünbülün orta 
hissəsindən toxumlar seçib ayırmışlar. Bu prosesi onlar “başaq 
seçmə” yaxud da “axta buğda” adlandırmışlar. Bu qədim kəndli 
seleksiyası bu günə  qədər öz əhəmiyyətini itirməmişdir. Hələ 
1930-cu ildə müəllif kütləvi seçmə və sünbüldoğrama ilə məşğul 
olan kəndlilərin şəklini çəkmişdir; burada ən iri sünbüllər deyil, 
bir bərabərdə  və düzgün forması olan orta irilikdə sünbüllər 
seçilirdi. Bu zaman sünbüllərin yalnız orta hissəsində olan 
dənlər götürülürdü. Köhnə  təcrübəçilərin izah etdiyinə görə, 
sünbülün aşağı hissəsindəkini onlar inkişaf etməmiş  və ya 
“cavan” hesab edirdilər. Sünbül seçmə  işi ilə respublikanın 
demək olar ki, bütün rayonlarında məşğul olurdular. Toxum 
materiallarının bu qayda ilə yaxşılaşdırılması üsulu bu günə 
qədər də öz əhəmiyyətini itirməmişdir. Göstərilən üsullardan 
başqa, hələ  qədim zamanlardan bəri (hətta indinin özündə  də) 
Azərbaycanın bir çox dağ  və aran rayonlarında dən çox məha-
rətlə əl ilə (xəlbir vasitəsilə) sortlara ayrılır. Bu sortlara ayırma 
üsulu “xəlbirləmə” adlanır. Dən xəlbirdən keçirilir və  nəticədə 
bir bərabərdə olan iri və ağır dənlər seçilib ayrılır.  
Digər  ən maraqlı üsul “hövsərləmə”- tabaqlama üsuludur
bu üsul dəni xüsusi hövsər tabağına töküb, hövsərləməkdən 


22 
ibarətdir ki, bu da, xəlbirləmədə olduğu kimi, yaxşı  nəticələr 
verir. 
Bunlardan başqa, dən xırmanda kürək vasitəsilə küləklə 
sovrulmaqla da təmizlənir. Uzun müddət davam etdirilən bu 
cür sortlara ayrıma üsulu, sünbüllərin seçilməsində olduğu 
kimi, yeni sort və formaların  əmələ  gəlməsinə, toxumda 
müsbət xassə və əlamətlərin möhkəmlənməsinə kömək edir.  
Tarixi məlumatlardan aydın olur ki, müxtəlif beynəlxalq 
sərgilərdə Azərbaycan kənd təsərrüfatının ayrı-ayrı qabaqcılları 
buğda və s. bitkilərin sort və formalarının yaxşılaşdırılması 
üzrə öz nailiyyətlərini nümayiş etdirmiş  və yaxşı göstəricilər 
üçün müvafiq mükafatlar da almışdılar.  
1851-ci ildə Tiflis sərgisində  iştirak etmiş Quba qəzasının 
Gülabı kəndindən – Mirzə Məmməd Bayram oğlu və Siyəzən 
kəndindən – Yunis Ağası  oğlu buğda nümunələri üçün, Şəm-
şədil məntəqəsindən – Rəhim Cəfər oğlu – darı nümunələri 
üçün mükafat almışlar.  
1862-ci ildə Beynəlxalq London sərgisində Azərbaycan 
kəndliləri öz nailiyyətlərini nümayiş etdirdiklərinə görə müka-
fat almışlar. Onların içərisində  Lənkəran qəzasının Sabican 
məntəqəsindən olan Nəsifqulu Nəsrulla oğlu həmin sərgidə 
nümayiş etdirdiyi buğdaya görə mükafatlandırılmışdır. 
Bundan əlavə, 1864-cü ildə Moskvada, 1867-ci ildə Parisdə 
və 1872-ci ildə I Pyotrun anadan olmasının 200 illiyi müna-
sibətilə yenə  də Moskvada təşkil olunmuş  sərgilərdə  iştirak 
edən Azərbaycan kəndliləri xalça, ipək məmulatları və ən yaxşı 
kənd təsərrüfatı bitkiləri, o cümlədən də dənli bitkilər nümayiş 
etdirmişlər. 
1889-cu ildə Tiflisdə açılmış  kənd təsərrüfatı  və  sənaye 
sərgisində H. Zərdabi özünün əldə etdiyi yeni buğda, arpa və 
suluf (ağ darı və ya çuqara) sortlarını nümayiş etdirdiyinə görə, 
diplom və medalla təltif olunmuşdur.  
XIX  əsrin sonuna kimi Azərbaycanda elmi əsaslara istinad 
edən seleksiya işi aparılmamışdı. Lakin 1895-ci ildə Ağdaş qə-


23 
zasında təşkil olunmuş nümunəvi pambıq sahələrini Azərbay-
canda təcrübə  işinin başlanğıcı hesab etmək olar ki, sonralar 
digər qəzalarda da belə sahələr təsis edildi. Lakin bu cür 
sahələrdə ciddi tədqiqat işi aparılmadı, çünki bunların daimi 
torpaq sahələri yox idi.  
Toxumşünaslığın bünövrəsi çox qədim vaxtlardan qoyulmuş-
dur. Qədim əcdadlarımız öz inkişaflarının ilk dövrlərində onları 
əhatə edən yabanı bitkiləri becərməyə  və onların toxumunu 
toplamağa başlamışdılar. Onlar becərdikləri bitkilərin içərisindən 
daha məhsuldar olanların toxumlarını saxlamağa və onlardan 
nəsil almağa çalışmışlar. 
Toxumşünaslıq  –  əkinçiliklə  bərabər meydana gəlmiş  və 
inkişaf etmişdir. Belə ki, insanlar ilk dövrlərdən başlayaraq 
hansı bitkini becərmişlərsə, onun toxumundan istifadə etmiş, 
onu çeşidlərə ayırmağı öyrənmişlər. 
 Arxeoloji qazıntıların nəticəsində əldə olunan materiallar sübut 
edir ki, hələ 8-10 min il bundan əvvəl, Asiyanın Cənubi-Şərqində 
çəltik, Misirdə  və Çində buğda, Aralıq dənizi sahillərində 
subtropik və paxla bitkiləri becərilirdi. Çində tut ağacları  və 
barama qurdları 5 min il bundan əvvəl yetişdirilmiş və təbii ipək 
istehsal edilmişdir. 
Azərbaycanda mədəni bitkilərin becərilməsinə  hələ  qədim 
zamanlardan başlanmışdır. Qədim Yunanıstanın görkəmli alim-
ləri Herodot, Feofrast, Polibi, Strabon və başqaları öz əsərlərin-
də Azərbaycan torpağının məhsuldarlığı haqqında qeyd etmişlər. 
Azərbaycanda dənli bitkilər hələ 4-5 min il bundan əvvəl 
becərilirdi. Tarixi mənbələrdən məlum olur ki, orta əsrlərdə 
Azərbaycanda dənli bitkilər, pambıq, meyvə  və subtropik bit-
kilər geniş yayılmışdır. Azərbaycanda kənd təsərrüfatının çox 
əsrlik fəaliyyəti nəticəsində və xalq tərəfindən aparılan kortəbii, 
şüursuz seçmə  nəticəsində çoxlu dənli bitkilərin, meyvə  və 
tərəvəz bitkilərinin sortları yaradılmışdır. Bir çox sortlar hətta bu 
günə qədər kənd təsərrüfatında öz əhəmiyyətini itirməmişdir. 
Respublikamızın müxtəlif rayonlarında: Mingəçevir, Naxçı-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə