Microsoft Word Toxumshunasliq 2014 mbm


Dövlət toxumçuluq xidməti aşağıdakı vəzifələri daşıyır



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/89
tarix24.04.2018
ölçüsü2,8 Kb.
#40008
1   ...   6   7   8   9   10   11   12   13   ...   89

30 
Dövlət toxumçuluq xidməti aşağıdakı vəzifələri daşıyır: 
• toxumçuluq subyektlərinin fəaliyyətini əlaqələndirmək 
• tələb və təkliflər nəzərə alınmaqla, dövlət yerli və sığorta 
toxum fondlarının yaradılması üçün təkliflər hazırlamaq; 
• toxumçuluğa dair standartlar, normativlər, əsasnamələr və 
təlimatlar hazırlamaq, təsdiq etmək və ya onları  səlahiyyətli 
orqanların təsdiqinə vermək; 
• toxumçuluqda tətbiq edilən rəsmi dövlət sənədlərinin, ka-
taloqların, sertifikatların, uçot-hesabat formalarının nəşrini təş-
kil etmək; 
• toxumçuluq üzrə sərgilər və hərraclar keçirmək; 
• toxumçuluq sahəsində beynəlxalq əməkdaşlığın və koope-
rasiyanın inkişaf etdirilməsini əlaqələndirmək
• toxum bazarının konyukturunu öyrənmək və təhlil etmək; 
• toxumçuluq ixtisası üzrə mütəxəssislər hazırlanmasını 
təşkil etmək; 
• toxum istehsalçılarını standartlar, təlimatlar və digər nor-
mativ sənədlərlə təmin etmək; 
•  qanunvericilikdə  nəzərdə tutulmuş digər vəzifələri yerinə 
yetirmək. 
Toxumçuluqla məşğul olan hüquqi və fiziki şəxslər müvafiq 
qaydada təsdiq edilmiş  əsasnaməyə uyğun olaraq dövlət to-
xumçuluq xidmətində attestasiyadan keçirlər və toxum 
istehsalçılarının reyestrinə daxil edilirlər. 
Toxum istehsalçılarının reyestrinə daxil edilməmiş hüquqi 
və fiziki şəxslərin istehsal etdikləri toxumlara sortluq və səpin 
keyfıyyətlərini təsdiq edən uyğunluq sertifikatları verilmir. 
Mülkiyyət formasından asılı olmayaraq toxumçuluq fəa-
liyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər aşağıdakı hü-
quqlara malikdirlər: 
• sahibkarlıq fəaliyyətini müstəqil qurmaq; 
• qanunvericilikdə  nəzərdə tutulmuş hallar istisna olmaqla, 
istehsal edilən məhsullara sahiblik, istifadə və sərəncam hüquq-
larını sərbəst həyata keçirmək; 


31 
• dövlət toxumçuluq xidmətindən güzəştli  şərtlərlə toxum, 
uçot-hesabat sənədləri almaq, istehsal etdikləri məhsullara 
keyfiyyət sənədləri verilməsini tələb etmək; 
• toxumçuluq sahəsində keçirilən konfranslarda, simpo-
ziumlarda, sərgilərdə və hərraclarda iştirak etmək
• toxumçuluqda tətbiq edilən maliyyə-kredit, gömrük və 
başqa güzəştlərdən istifadə etmək; 
• qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata 
keçirmək. 
Toxum və bitki toxumlarının sortları və onların xüsusiyyət-
ləri arasında oxşarlıq xarici əlamətlərdən qismən tanına bilir. 
Bazarda istehlakçıların maraqlarının müdafiəsi ona görə lazım-
dır ki, yalnız keyfiyyəti müəyyən minimal tələblərə cavab ve-
rən toxum və bitki toxumu məhsulları belə adlanan toxum döv-
riyyəsinə  çıxarıla bilər. Bundan başqa toxum istehsalı zamanı 
tədarükdən sonra anbarda saxlanılması  və dövriyyədə ciddi 
yoxlanılır. 
Səpin üçün nəzərdə tutulan toxumun dövriyyəsi üzrə qay-
dalar «toxumun dövriyyəsi barədə qanunda» öz əksini tapıb. 
Burada söhbət məzmunca vacib tələblərdən, toxumun xüsusiy-
yətləri müəyyənləşdirməkdən getmir, eyni zamanda burada 
söhbət nəzarət mexanizmindən, saxtalaşdırmadan və alladılma-
dan qorunmadan gedir (məs., müvafiq etiketləşdirmə). Ciddi 
tələblər buna zəmanət verir ki, yalnız dövriyyədə olan toxum 
yüksək inkişaf etmiş kənd təsərrüfatının tələblərinə cavab verə 
bilər. Bundan əlavə qaydalar yüksək səmərəli sortlardan, hib-
ridlərdən alınan toxumların yetərli həcmdə olmasını  təmin et-
məlidir. Toxumun vaxtında  əvəzlənməsi isə  hər halda məqsə-
dəuyğun olardı, çünki bu öz növbəsində seleksiya işinin nai-
liyyətini praktikaya fasiləsiz tətbiqini təmin etmiş olar və 
bununla kənd təsərrüfatında səmərəliliyin artırılmasına öz 
töhvəsini verərdi. 
Azərbaycan Respublikasında dövlət reyestrində qeydiyyata 
alınmış, sortluq və  səpin keyfiyyətləri dövlət standartlarının 


32 
tələblərinə cavab verən bitki sortlarının toxumları dövriyyəyə 
daxil edilir. 
«Toxum üzərində nəzarət müfəttişliyi»nin vəzifəsi toxumun 
keyfiyyətini müxtəlif çoxaltma mərhələlərində  və yaxud satış 
fazalarında nəzarəti həyata keçirməkdən ibarətdir. Bununla bu 
qurum azad kənd təsərrüfatı bazarının qurulması işinin və onun 
fəaliyyətinin tənzimlənməsi kimi əhəmiyyətli bir funksiyanı 
yerinə yetirir. Nəticələr və nailiyyətlər mütləq müvafiq ser-
tifikatlarla təmin edilməlidir və bunsuz bazarın işləməsi müm-
kün deyil. Bundan əlavə toxum üzərində  nəzarət müfəttişliyi 
həlledici nəzarət idarəsi kimi toxum üzərində  sertifikat-
laşdırmanı (təsdiqlənməni) və qanuni çərçivə  şərtlərinin icra 
edilmə mexanizmi üzərində nəzarəti həyata keçirir. 
Toxumların sortluq və  səpin keyfiyyətlərinin normaları 
müvafiq dövlət standartları ilə müəyyən edilir. 
Toxumluq  əkinlərin tarla müayinəsi, aprobasiyası, toxum 
nümunələrinin təhlili müvafiq qaydada təsdiq edilmiş, təli-
matlar əsasında dövlət toxumçuluq xidməti tərəfindən aparılır. 
Toxumların laboratoriya təhlili dövlət toxumçuluq xidmə-
tinin laboratoriyalarında aparılır. 
Dövlət standartlarının tələblərinə cavab verən toxumlara 
dövlət toxumçuluq xidməti tərəfindən sortluq və  səpin 
keyfiyyətlərini təsdiq edən uyğunluq sertifikatları verilir. 
Dövlət standartlarına cavab verməyən toxumlara təhlillərin 
nəticəsini əks etdirən vəsiqələr verilir. 
Ticarət dövriyyəsinə daxil edilmiş toxumlar müvafiq qay-
dada qablaşdırılır və etiketləşdirilir. Etiketdə toxumun keyfiy-
yəti haqqında tam məlumatlar verilir. 
Kimyəvi və bioloji preparatlarla işlənmiş toxumların qabla-
rında müvafiq xəbərdarlıq yazıları olur. Etiketdə  və ya müşa-
yiət edici sənədlərdə toxumların istifadəsi üzrə  təhlükəsizlik 
qaydaları haqqında məlumatlar olur. 
Ölkə müxtəlif iqlim qurşaqlarına malikdir (dünyada mövcud 
olan 11 iqlim qurşağından 9-u burada yerləşir). Bu baxımdan 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə