Microsoft Word Toxumshunasliq 2014 mbm



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə18/89
tarix24.04.2018
ölçüsü2,8 Kb.
#40008
1   ...   14   15   16   17   18   19   20   21   ...   89

57 
Zülal
Nişast
Şəkər 
Şəkil 6.  Buğda dənində zülal və 
karbohidratların miqdarı 
 (quru maddənin kütləsinə görə %-lə) 
aşağı 25,8-31,2% nəmlikdə qurtarır. Müəlliflərin rəqəmlərinə 
görə  Pərzivan-1 sortunda sintez işləri gövdə yarpaqsız olanda 
daha aktiv gedir, nəinki Qılçıqsız-1-də. Ümumiyyətlə quru 
maddələrin dəndə toplanması mum yetişmənin ortasında 35-
40%-də qurtarır. Bu zaman yarpaqlar quruyur, gövdə  və 
buğumaraları yaşıl olur, bu vaxt bitkiləri biçmək olar.   
Toxumun kimyəvi tərkibinin dəyişməsi.  Dənin dolması, 
formalaşması  və yetişməsi zamanı onun kimyəvi tərkibində 
mühüm dərəcədə  dəyişikliklər gedir, bundan da dənin bioloji 
xassələri asılıdır. Dolma və yetişmə zaman ehtiyat qida mad-
dələri dənə sıçrayışla daxil olur. Bu da onunla izah olunur ki, 
toxumlarda qida maddələrinin daxil olması qeyri-bərabərdə 
gedir. Yarpaqlarda və bitkidə sintetik proseslərin enerjisi, qida 
maddələrinin toplanması sürəti toxumun kimyəvi tərkibini 
müəyyən edir. Toxumların kimyəvi tərkibinə torpaq – iqlim 
şəraiti, aqrotexnika və seleksiya çox güclü təsir göstərir. 
Dən yetişən zaman, onda 
zülal və karbohidratlar top-
lanır. Bu zaman, tez həll-
olunan karbohidratların və 
zülalı olmayan azotun, əsas 
olaraq, amin turşularının in-
tensiv surətdə vegetativ or-
qanlardan generativ orqan-
lara axması  və  dəndə züla-
lın və nişastanın sintezi 
gedir.  
Dənin ilk dolması döv-
ründə  dəndə  əsasən zülalın 
sintezi gedir, ona görə də bu 
zaman zülal və  həll olunan 
şəkərlər çox, nişasta isə az 
olur. (şəkil 6) Süd yetişmə 
fazasında və mum yetişmə-


58 
nin başlanğıcında karbohidratlar çoxalır və nisastanın sintezi 
birdən yüksəlir. Həmçinin zülalın sintezi də yüksəlir, lakin 
mum yetişmədə süd yetişməyə nisbətən az sintez olunur.  
Zülallar. Zülallar canlı hüceyrənin əsas kütləsini təşkil edir. 
Toxumun və bitkinin həyatında mühüm rol oynayır.  
Zülallar suda, duz məhlullarında, spirtdə  və  qələvidə  həll 
olunmalarına görə 4 qrupa bölünür: albuminlər, qlobulinlər, 
prolaminlər və qlütelinlər.  
Dənin formalaşması fazasının  əvvəlində  tərkibində qeyri 
zülallı azotların miqdarı çox olur (amin turşuları və amidlər) və 
hərəkətdə olan, tez həll olunan zülallar – albumin və qlobulin 
sintez olunur. Dən yetişən zaman isə qeyri-zülallı azotların, su 
və duzda tez həll olunan zülalların miqdarı azalır və prolaminlə 
qlüteminin intensiv sintezi gedir. (Cədvəl 2) 
 
Arpa dənində olan zülalların yetişməsinin müxtəlif fazalarında fraksion 
tərkibi,% -lə zülallı və zülalsız azotun cəmi 
                                                                        Cədvəl 2 
 
Dənin yetişmə 
fazaları 
Züla
ls
ız az
ot
 
Albumin
 
Qlo
bulin 
Prol
ami

Qlütenin
 
Süd yetişmə 
30,3 32,6 7,7  4,0  17,8 
Mum yetişmənin 
əvvəli 
19,6 19,6 11,5 23,3  18,8 
Mum yetişmə 
13,4 12,9 11,8 33,8  21,1 
Tam yetişmə 
6,7 13,9 5,8 33,4 31,3 
 
Dən yetişdikcə endospermdə qeyri-zülal azotların miqdarı 
azalır, rüşeymdə isə  əksinə tam yetişmə fazasına kimi artır. 
Beləliklə  dən yetişdikcə ümumi və qeyri-zülal azotların miq-
darı nisbətən azalır. Spirtdə  və  qələvidə  həll oluna bilən 
zülallar isə artır. Ümumi azotun miqdarı isə buğdanın dəninin 


59 
yetişməsi vaxtı artır, kleykovinanın miqdarı  və keyfiyyəti 
yüksəlir. Zülalların qida və yem dəyərini təyin etmək üçün 
onların tərkibində olan amin turşularını bilmək lazımdır.  
Bəzi amin turşuları, canlı orqanizmlərdə sintez olunmur, 
onlar  əvəzedilməz adlanır. (lizin, metionin, triptofan və b.) 
İnsanlar bunu qidalardan, heyvanlar isə yemlərdən alır. Ona 
görə də yüksək zülala malik dənli bitkilərin sortlarının alınması 
seleksiyanın əsas məsələlərindəndir.  
Toxumlarda  əsasən rüşeymdə mürəkkəb zülallar proteidlər 
(qlükoproteid, lipoproteid, xromoproteid) vardır. Bioloji nöq-
teyi nəzərdən nukleoproteidlər ən vacib olanıdır. Onlar zülalın 
biosintezində iştirak edir, çoxalma prosesində hüceyrənin həyat 
fəaliyyəti ilə sıx əlaqədardır.  
Nukleoproteidlər protein və nuklein turşularından ibarətdir. 
Nuklein turşuları azot əsaslarından,  şəkər və fosfat turşu-
larından ibarətdir. Bitkilərdə onlar əsasən iki tipdə olur: nüvədə 
yerləşən Dezoksiribonuklein (DNT) və sitoplazma və nüvədə 
yerləşən Ribonuklein (RNT). DNT-nin mürəkkəb molekulla-
rında orqanizmin irsiyyətinin “Kodu” vardır ki, bununda açıl-
masının nəinki seleksiya həmçinin toxumşünaslıq üçün böyük 
əhəmiyyəti vardır. 
Karbohidratlar  – toxumun tərkibində çox geniş yayılmış 
qrupdur. Bütün karbohidratlar 3 qrupa bölünür: monosaxarid-
lər, oliqosaxaridlər və polisaxaridlər.  
 Monosaxaridlər bitkilərdə rast gəlinir  əsasən pentoza 
(arabinoza, ksiloza, riboza və dezoksiriboza və s.) və heksoza 
(qlükoza, fruktoza) olur, fermentlərin təsiri altında bu formalar 
asan olaraq birindən digərinə keçir və karbohidratların hərəkət 
kompleksini yaradır.  
Oliqosaxaridlər  - mürəkkəb  şəkərlərdir (di, tri və tetrasa-
xaridlər).  Ən mühüm olan disaxarid – saxaroza (şəkər çuğun-
duru  şəkəri) toxumların bütün hissələrində geniş yayılmışdır. 
(vələmirdə 1-2%, buğdada 2-3%, çovdarda 6-7% olur). Şəkər-
lərin tərkibi ilə cücərtinin boy gücü arasında sıx əlaqə vardır.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə