Microsoft Word Toxumshunasliq 2014 mbm



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə26/89
tarix24.04.2018
ölçüsü2,8 Kb.
#40008
1   ...   22   23   24   25   26   27   28   29   ...   89

84 
Şəkil 9.  Toxumların ümumi təsviri (sxemlə) 
1.  Dairəvi; 2. Yumurtavari; 3. Tərsinə yumurtavarı; 4. Armudvari; 5. Oval; 
6. Ellipsvarı; 7. Böyrəkvari; 8. Ürəkvari; 9. Üçbucaq; 10 Trapesvari; 
11.düzbucaqlı; 12. Çoxbucaqlı; 13. Xəttvari; 14.  Lansetvarı; 15. İyvari; 
16.Toppuzvari; 17. İlbizvari; 18. Spiral şəkilli; 19. Kasaşəkilli; 
 


85 
Pambıq toxumlarının tüklülüyü, onun sürtünmə  əmsalını 
azaldır və suyun toxumlar tərəfindən mənimsənilməsini 
zəiflədir.  
Toxumun rəngi – növ və ya sort əlamətidir. O, ağdan qara 
rəngə qədər dəyişir. İki göstərici ilə xarakrerizə olunur – rəng 
və  rəngin xarakteri (solğun və ya intensiv). Bu əlamətdən 
növün yaxud sortun təyin olunması üçün istifadə olunur. Lakin 
bu  əlamət sabit deyil: rəng toxumun yetişməsindən, yığılma 
şəraitindən, saxlanmasından və başqa amillərdən asılıdır. Bəzi 
hallarda toxumun rəngi onun keyfiyyətini orqanoleptik qiymət-
ləndirməyə  də kömək edir. Məsələn: üçyarapaq yoncanın 
toxumları müxtəlif rəngliliyi ilə xarakterizə olunur (alabəzək, 
bənövşəyi, qonur). Toxumun qonur rəngdə olması onun pis 
şəraitdə  yığılmasını  və saxlanılmasını, nəm çəkməsini və tam 
yetişməməsini göstərir. Toxumun rəngi onun qabığında olan 
piqmentlərin pozulması nəticəsində də dəyişə bilər.  
Toxumların rəngi (əsasən iri toxumlarda), onların fotoele-
ment prinsipli maşında tətbiq edərək sortlaşdırılmasında isti-
fadə olunur.  
Şüşəvarilik – toxumun zülal tərkibini xarakterizə edən əla-
mətlərdən biridir. Belə ki, əgər toxum şüşəvaridirsə, bu onun 
tərkibində yüksək miqdarda zülal və  xırda dənəli nişastanın 
olmasını göstərir.  Şüşəvari toxumu qırdıqda onun şüşə kimi 
şəffaf konsistensiyalı buynuzvari strukturaya malik olduğunu 
görürük. Unvari toxumlarda isə (qırıldıqda  şəffaf olmayan 
konsistensiyalı  və yumşaq-unvari strukturaya malik olurlar) 
zülalın miqdarı bir qayda olaraq aşağı olur.  
Dənin  şüşəvariliyi – bərk buğdanın  əlamətlərindən biridir. 
Bu əlamət həm də becərilmə şəraitindən asılıdır. 
Şüşəvarilik həmçinin ilin metereoloji şəraitindən də asılıdır 
– soyuq və rütubətli havada, toxumun dolma dövründə bu əla-
mət toxumda azalır, isti və quraq vaxtı isə artır. Lakin, yüksək 
şüşəvarilik toxumun heçdə yüksək keyfiyyətli olması deyil. 
Əgər  şüşəvarilik quraqlıqdan sünbüldə  dənin quruyaraq xarab 


86 
olması (zapal) və yaxud tutulma (zaxvat) nəticəsində  əmələ 
gəlirsə onda dən cılız olur.  
İstehsalat  şəraitində toxumun şüşəvariliyini yüksək səviy-
yədə saxlmaq üçün xüsusi aqronomik tədbirlərdən istifadə 
etmək lazımdır.  
Məlumdur ki, endospermin quruluşu toxumun səpin keyfiy-
yətinə  və  məhsuldarlıq xüsusiyyətlərinə  təsir edir. Şüşəvari 
endospermə malik olan buğda dənləri, unvari  endospermə 
malik olan buğda dənlərindən fərqli olaraq daha yüksək cü-
cərmə və böyümə enerjisinə malik olurlar. Bəzi tədqiqatçıların 
fikrincə eyni sortun şüşəvari endospermə malik olan toxumları 
nişastalı endospermli toxumlara nisbətən daha çox məhsul 
verir. Lakin, başqa tədqiqatçıların məlumatlarına görə payızlıq 
buğdanın toxumlarının unlu və ya şüşəvari olmasının onun 
məhsuldarlığına heç bir təsiri olmamışdır. Ona görə  də bu 
məsələnin daha geniş öyrənilməsi vacibdir.  
Toxumluq  əkin sahələrinin yığılması  və  işlənməsi zamanı, 
şüşəvari quru toxumların unvari toxumlara nisbətən daha zərif 
olmasını və tez zədələnməsini nəzərə almaq lazımdır.  
Toxumun cılızlığı.  Tam dolmamış, büzülmüş toxumlardır. 
Dolmaqda, yaxud formalaşmaqda olan toxuma plastik mad-
dələrin axınının pozulması toxumun cılızlığına gətirib çıxardır. 
Bunun da səbəbi toxumda kolloidlərin koaqulyasiyasının  və 
nəmliyin 40 – 50% azalmasıdır.  
Əgər bu qara yel (quru və isti külək) nəticəsində baş verirsə 
bu zapal (quraqlıqdan sünbüldə dənin quruyaraq xarab olması), 
torpaq nəmliyinin kəskin çatışmaması  nəticəsində  əmələ 
gəldikdə isə zaxvat (tutulmuş) adlanır. Aşağı temperatur da 
kolloidlərin koaqulyasiyasına səbəb ola bilər; xarici görünü-
şünə görə cılız toxumlara oxşayan belə toxumlar şaxta vurmuş 
toxumlar adlanır.  
Cılız toxumlar nahamar səthi ilə  fərqlənərək, forması  də-
yişkən olub çəkisi azalır. Kəskin cılız toxumların səpin key-
fiyyəti və  məhsuldarlığı  aşağı düşür və belə toxumlar səpinə 


87 
yararsız olur. N.N.Ulriyx toxumun cılızlığının obyektiv 
göstəricisini təklif edib - cılızlıq  əmsalı  (δ). Cılızlıq  əmsalı 
toxumun en kəsiyinin perimetrinin onun çevrəsinin perimetrinə 
olan nisbəti olub, toxumun enkəsiyin səthinə bərabərdir. Onun 
qiyməti 1-dən 1,06 arasında dəyişir.   
Dənin dolma dərəcəsi.  Dənin 100% dolması zamanı toxu-
mun ölçüləri (eni, uzunu və iriliyi) və 1000 ədəd dənin kütləsi 
maksimal həddə olur. Sorta, xəttə, hibridə xarakterik olaraq 
tam yetişmə dövründə dənə dolmuş toxumlar öz strukturlarının 
maksimal həddində olurlar. Formalaşma zamanı  əlverişsiz 
şəraitdə toxumlar qısalır yaxud eni və qalınlığı azalmış olur. Bu 
səbəbdən də 1000 ədəd dənin kütləsi azalır. Əgər dənə dolma 
prosesinin zəifləməsi toxumun qabığının deformasiyası ilə 
əlaqədardırsa, onda cılız toxumlar əmələ gəlir.  
Şaxta vurmuş toxumlar. Yetişmə dövründə şaxta ilə zədə-
lənən, asanlıqla qabığından ayrılan və  səthi qırışıq olan to-
xumlara  şaxta vurmuş toxumlar deyilir. Belə hallar əsasən 
Sibirdə  və  Şimali Qazaxıstanda qeydə alınır. Belə toxumlar 
zədələnmə  dərəcəsindən asılı olaraq, aşağı  səpin keyfiyyətinə 
və məhsuldarlığa malik olurlar.  
Şaxtavurmaya görə toxumlar üç dərəcəyə ayrılır (şəkil 8): 
Birinci dərəcə:  Dən normal ölçüdə və formada olur, lakin 
zəif parıltılı  rəngə malikdir. Dənin bel hissəsində eninə 
qırışıqlar olur.  
Ikinci dərəcə:  Dən normal ölçüdə, lakin parıltısız və bir 
qədər rəngini dəyişmiş olur. Səthində olan eninə qırışlar aydın 
görünür. Bəzən qabığın üst qatını barmaqla silərək qopartmaq 
da olur.  
Üçüncü dərəcə:  Dənin forması  dəyişir,  tam yetişməmiş  və 
cılız olur. Rəngi nəzərə çarpacaq dərəcədə dəyişir. 
Bütün səthi üzərində  kəskin qırışıqlar büküklərə çevrilir. 
Qabığın üst qatı barmaqla silinərək qopur.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə