Microsoft Word Toxumshunasliq 2014 mbm



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə24/89
tarix24.04.2018
ölçüsü2,8 Kb.
#40008
1   ...   20   21   22   23   24   25   26   27   ...   89

77 
var – toxum qabığının qaz və su keçirməsinin yetərli olmaması 
(əsasən də toxum qılafının), inqibitorların qabıqda  əmələ  gəl-
məsi və yığılması və s.  
Toxumun hansı hissəsinin cücərməyə mane olmağından asılı 
olaraq sakitlik halının üç əsas tipə bölürlər:  ekzogen  xarici 
örtüyün (ölmüş hüceyrələrin) xüsusiyyəti ilə, endogen – 
toxumun daxili hissələrinin – rüşeym yaxud endospermin xüsu-
siyyəti ilə, kombinasiya edilmiş - həm ekzogen, həmdə  endo-
gen hissələrin xüsusiyyəti ilə müəyyən edilir. 
Bundan başqa sakitlik dövrü dərinliyinin müxtəlifliyinə görə 
iki tipə ayrılır: 
 Toxumun gerçək və ya həqiqi sakitliyi– halında o, xarici 
mühitin heç bir təsirindən böyümür, bu hal əsasən oduncaqlı 
bitki növlərində, meyvə və ot bitkilərində olur. Onların cücər-
məsi üçün əvvəlcə  aşağı müsbət temperaturda və  nəm vəziy-
yətdə yetişməsi lazımdır ki bu prosesdə stratifikasiya adlanır.  
Toxumun nisbi sakitliyi – halında toxumlar yalnız müəyyən 
spesifik  şəraitdə cücərirlər. Bunun üçün aşağı  və ya əksinə 
yüksək temperatur yaxud, əlavə faktorların – işıq, tez dəyişən 
temperatur, bir çox kimyəvi maddələrin təsiri lazımdır. Bu tip 
sakitlik halı  əsasən toxumun yığımdan sonrakı yetişməsində 
baş verir. Nəticədə, dənli-taxıl, kətan və başqa bitkilərin to-
xumları bir müddət saxlanıldıqdan sonraya nisbətən yığımın-
dan sonra gec cücərir və aşağı cücərmə qabiliyyətinə malik olur.  
Yığımdan sonra yetişmənin uzunluğu bitkilərdə və sortlarda 
irsən nəsildən-nəsilə ötürülən  əlamətdir. Bu müddətdə  həm-
çinin xarici mühitin böyük təsiri var. Əgər toxumlar isti havada 
yetişirlərsə, o zaman bu dövr qısa, soyuq və yağışlı havada isə 
uzun olur.  
Beləliklə, toxumun yığımdan sonra tam yetişmə müddəti 
bitkinin və sortun yetişməsindən, yetişmə  şəraiti və  yığılma-
sından, həmçinin toxumun saxlanmasından asılıdır.  
Uzun illərdən bəri məlumdur ki, aşağı temperatur buğda və 
başqa dənli bitkilərin yeni yığılmış (yığımdan sonra yetişməsi 


78 
tam başa çatmamış) toxumlarının cücərməsinə müsbət təsir 
göstərir. Bəzi tədqiqatların nəticəsində    məlum olmuşdur ki, 
buğda bitkisinin bir çox sortunun yeni yığılmış toxumları aşağı 
temperaturda (6-7 
0
C) tam cücərti vermişlər. Belə ki, buğdanın 
cücərməsi üçün standrat kimi qəbul olunmuş 20-22
0
C tempera-
turda bütün sortlarda cücərtilər kəskin dərəcədə aşağı olmuşdur.  
Aşağı temperaturun təsirindən toxumda boyatmaya təsir 
edən ingibitorların və aktivatorların nisbəti dəyişir. Təyin 
olunmuşdur ki, temperatur aşağı olduqda hibberellinəbənzər 
maddələrin miqdarı intensiv olaraq artır və inqibitorların, 
əsasən də absisik turşusunun miqdarı azalır.  
Təzə  yığılmış toxumun, xüsusən də  dənli otların cücərmə-
sində işığın nə qədər əhəmiyyətli olduğu məlumdur.  
Nəinki sakitlik vəziyyətində olan toxum, hətta onun cücər-
məsinə işığın təsiri nəzəri cəhətdən hələ tam olaraq öyrənilmə-
mişdir.  Amma məlumdur ki, işığın stimullaşdırıcı təsiri qırmızı 
şüalarla və əksinə, məhvedici təsiri – uzundalğalı infraqırmızı 
şüalarla əlaqəlidir. Amma onu qeyd etmək lazımdır ki, bu reak-
siya dönəndir. Toxumun cücərməsinə işığın təsiri onda olan zü-
lal təbiətli piqment fitoxromom (piqment tipi) ilə əlaqələndirilir
hansı ki, işıq  şüasının uzunluğundan asılı olaraq, toxumda iki 
vəziyyətdə olur. Buna uyğun olaraq, işığın toxumun cücərmə-
sinə  təsiri  əlverişli və ya məhvedici ola bilər. Bundan başqa, 
fitoxrom hibberellinin sintezini aktivləşdirir və genlərin aktiv-
liyini nizamlayır.  
Toxumun cücərməsinə, xüsusən toxumun torpağın dərin qa-
tındakı sakitlik vəziyyətində - məcburi sakitlik halında olma-
sına işığın müsbət təsiri var. Bu zaman işığın keyfiyyətinə qarşı 
toxumlar mürəkkəb reaksiya verir. Belə toxumlarda aparılan 
tədqiqatlar nəticəsində  məlum olmuşdur ki, toxumun fitoxrom 
sistemi onun məcburi sakitlik halında, yəni cücərməsində 
əlverişsiz  şəraitdə yaşaya bilməsi üçün vacib nizamlayıcı rol 
oynayır. Buna misal olaraq, torpaq şumlandıqdan sonra üst qata 
çıxan alaq toxumlarının yenidən inkişaf etməsini  nümunə 


79 
göstərə bilərik. 
İstehsalatda toxumların yığımdan sonra yetişməsini cücərmə 
sürəti ilə təyin edirlər. Əgər bu şəraitdə toxum tamamilə cücə-
rərsə, onda yığımdan sonra tam yetişmə prosesi tamamlanmış, 
toxumlar isə sükut vəziyyətindən çıxmış sayılır. 
Toxumları yığımdan sonra yetişmə vəziyyətindən çıxartmaq 
üçün  onların qızdırılması  da mühüm rol oynayır. Məsələn, 
yığmdan sonrakı yetişməsini tam bitirməmiş yazlıq dənli bit-
kilərin cücərmə enerjisinin və cücərməsinin artması üçün gü-
nəşin və isti havanın müsbət təsiri var. İsti havanın toxumun 
sakitlik dövründən çıxmasına təsiri qabığın keçiricilik qabiliy-
yətinin artması ilə əlaqələndirilir. Toxumun qızdırılması ikinci 
sakitlik dövründə effektli olur.  
Elmə ikinci sakitlik dövrü (induksiya) anlayışını ilk dəfə 
V.Kroker gətirmişdir.  İkinci sakitlik dövrü dedikdə toxumun 
əlverişsiz  şəraitdə böyüməsi – qaz mübadiləsinin məhdudluğu, 
yüksək, yaxud aşağı temperatur, işığa həssas toxumların işıqlan-
dırılması  və s. başa düşülür. Təzə  yığılmış buğda, arpa, qara-
başaq toxumlarını, ikinci sükut vəziyyətinə salmaq üçün onların 
nəm toxumlarına yüksək temperaturla təsir göstərmək lazımdır.  
Toxumun ikinci sakitlik dövrü anlayışını  həm də, yüksək 
rütubətli, aşağı temperaturda saxlanan, sakitlik halında olan 
toxumlara  şamil etmək olar. Adətən bu hal yığımdan sonrakı 
yetişməsini tam bitirməyən toxumlarda müşahidə edilir.  
Möhkəm toxumluluq - toxumun xüsusi sakitlik tipidir. 
Təbiətdə geniş yayılmışdır, tarla bitkiləri arasında paxlalılar, 
xüsusən də ot bitkiləri üçün xarakterikdir. Möhkəm toxumluluq 
termini dedikdə - verilmiş toxum partiyasında bərk toxumların 
faizlə miqdarı başa düşülür.  
O toxumlar möhkəm hesab edilir ki, onlar cücərməni müəy-
yən edən standart şəraitdə şişmirlər. Beləliklə, möhkəm toxum-
luluqda, rüşeymə suyun daxil olması  çətinləşir və toxumun 
böyüməsi ləngiyir.  
Toxumun möhkəm olması haqqında çoxlu fikirlər var. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə