Microsoft Word Toxumshunasliq 2014 mbm



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə20/89
tarix24.04.2018
ölçüsü2,8 Kb.
#40008
1   ...   16   17   18   19   20   21   22   23   ...   89

63 
Fosfatidlər – qliseridlərdir. Lakin, adi piylərdən fərqli ola-
raq onların tərkibində fosfat turşusu və onunla əlaqədə olan 
azot əsası (xolin və kolamin) var. Adətən fosfatidlər zülallarla 
(lipoproteidlərlə) birləşir və maddələr mübadiləsində aktiv 
iştirak edir. Sitoplazmanın həyat fəaliyyətində fosfatidlərdən 
olan lesitin mütləq lazımdır.  
Steridlər – yağ turşularının və yüksək molekullu tsiklik 
spirtlərin - sterolların mürəkkəb efirləridir. Onlar zülallarla 
mürəkkəb komplekslər  əmələ  gətirirlər və sitoplazmanın hə-
yatında çox vacib rol oynayırlar.  
Yağda həll olan piqmentlər – Bunlara xlorofil və karotino-
idlər aiddir. Xlorofil toxumların və cücərtinin ilk mərhələ-
lərində olur, o fotosintez prosesində iştirak edir. Karotinoidlər 
fotosintez prosesində fotosintez, tənəfüsün və bitkinin boyatma 
proseslərində mühüm rol oynayır. Aktiv oksigenin daşıyıcısı-
dırlar və oksidləşmə proseslərində  iştirak edirlər. Burada əsas 
rolu karotin oynayır. Belə ki, bitkinin yaşıl hissələrində və bir 
sıra toxumlarda olur. Ondan A vitamini əmələ gəlir.  
Fermentlər – canlı orqanizmlərdə bütün kimyəvi reaksiyalar 
fermentlərin iştirakı ilə gedir və onların fəaliyyətində hər hansı 
bir dəyişkənlik maddələr mübadiləsində pozulmalara gətirib 
çıxarır. Fermentlərlə katalizləşdirilən reaksiyaların tiplərindən 
asılı olaraq onları 6 əsas sinifə bölürlər. 
1.  Oksidoreduktaza (oksidləşdirmə fermentləri) 
2.  Trasferazalar (daşıyıcı fermentlər) 
3.  Hidrolazalar (hidrolitik fermentlər) 
4.  Liazalar (ikili əlaqələrə birləşməsi ) 
5.  Izomerazalar (izomerizasiya fermentləri) 
6.  Laqazalar (sintetazalar) 
Hər bir sinfin içərisində fermentlər ayrı-ayrı qruplara bö-
lünür. 
Əksər fermentlərin aktivliyi ətrafda olan maddələrin müxtə-
lifliyindən asılıdır. Fermentlərin katalitik aktivliyini artıran 
maddələr (metal ionları – Na
+
, K
+
, Rb
+
, Mg
2+
, Ca
2+
, Zn
2+
, Cu
2+



64 
Mn
2+
, Fe
2+
) aktivatorlar adlanırlar. Hər bir fermentin maksi-
mum aktivliyinin üzə  çıxması üçün mühitdə lazım olan 
konsentrasiyada müəyyən ionlar və ya maddələr olmalıdır.  
Fermentlərin inqibitorları onların təsirini zəiflədən maddə-
lərdir. Bu zaman bəzi biokimyəvi proseslərin gedişi zəifləyir və 
ya dayanır. Maddələr mübadiləsində ciddi pozulmalar baş verir 
və  hətta orqanizm məhv olur. Ümumi inqibitorlara ağır me-
talların duzları aiddir - qurğuşun, gümüş, civə, volfram, trixlor 
sirkə turşusu və zülalları denaturasiyaya uğradan, bütün 
fermentlərin təsirini azaldan maddələr. Müxtəlif inqibitorlar k/t 
bitkilərinin zərərvericilərlə mübarizəsi zamanı toxumların dər-
manlanmasında geniş istifadə edilir.  
Toxumun inkişafının ilk mərhələsində fermentlər yarpaq-
lardan və gövdədən daxil olur, zülallar və karbohidratların 
sintezində iştirak edir. Fermentlər toxumların sakitlik dövründə 
katalizator rolunu oynayaraq sadə birləşmələri mürəkkəbə, 
mürəkkəb birləşmələri isə sadə birləşmələrə çevirir. 
Vitaminlər – Fermentlərdən başqa bitkidə digər üzvi katali-
zatorlar vardır ki, onlarsız biokimyəvi proseslər normal getmir. 
Bu vitaminlərdir. Onların molekulyar kütləsi çox kiçikdir. 
Vitaminlər fermentlərlə çox sıx  əlaqədardırlar və çox vaxt iki 
komponentli fermentlərin aktiv qruplarına daxil olurlar. Həm-
çinin onlar metabolizm proseslərində  sərbəst birləşmələr kimi 
iştirak edirlər.  
Onlar tarla bitkilərinin toxumlarında aşağıdakı kimi rast 
gəlinir. B
1
 (tiamin), B
2
 (riboflavin), B
3
 (pantoten turşusu), B

(piridoksin), B
15 
PP (nikotin turşusu), xolin, folin turşusu və 
suda həll olan başqa vitaminlər. Piyəridən məhlullarda və 
piylərdə A, K, və E vitamin həll olur.  
B

(tiamin) – bitkilərdə maddələr mübadiləsində çox önəmli 
rol oynayır. Onun çatışmaması karbohidratların mübadiləsində 
pozuntulara gətirib çıxarır. B

(riboflavin)- vitamini fosfat 
tutrşusu ilə birləşərək flavin fermentlərinin tərkibinə daxil olur. 
Onların iştirakı ilə amin turşularının, üzvi turşuların və başqa 


65 
birləşmələrin oksidləşməsi baş verir. Zülal mübadiləsində  və 
tənəffüsdə əsas rol oynayır.  
Provitamin A (karotin) təbiətdə geniş yayılmış piqmentlər-
dən biridir. Xlorofil və ksantofillə  bərabər o yaşıl yarpaqların 
xloroplastlarında,  əksər çiçəklərdə  və meyvələrdə olur. O özü 
aktiv deyil lakin, karotinaza fermentinin təsiri altında çox asan 
A vitamininə çevrilir. Toxum formalaşan zaman çoxlu 
vitaminlər olur, yetişən zaman onların miqdarı azalır. Ayrı-ayrı 
vitaminlərin toxumların səpin və  məhsuldarlıq keyfiyyətinin 
formalaşmasında əhəmiyyəti tam öyrənilməmişdir.  
Boy maddələri - Bunlar toxumda və bitkidə boy proseslərini 
tənzimləyir. Təsirinə görə onları 3 qrupa bölürlər:  
1Protoplazmanın boyunu tənzimləyən  
2. Hüceyrənin bölünməsini aktivləşdirən 
3. Hüceyrənin genişləndirilməsini aktivləşdirən  
Onlar kimyəvi tərkibinə görə müxtəlifdir: vitaminlər 
(tiamin, riboflavin, folin turşusu və b.), amin turşuları (sistein, 
triptofan və b), purinlər və spesifik maddə qrupları, auksinlər, 
heteroauksinlər, hibberellinlər və b. 
 Auksinlər və heteroauksinlər – bütün toxumlarda vardır. 
Yetişmiş toxumlarda auksinlər daha az aktiv proaksin forma-
sında olur.  
Sitokininlər  – hüceyrənin bölünməsini aktivləşdirir və 
hüceyrə arakəsmələrinin əmələ gəlməsini tezləşdirir.  
Hiberelinlərə  bənzər maddələr bitki toxumlarında olub 
böyümə proseslərinə təsir edir.  
Alkaloidlər  – heterotsiklik birləşmələrdir. Üzvi əsasların 
xassələrinə malikdirlər və toxumlarda alma, şərab, limon tur-
şularının duzları  şəklindədirlər. Alkoloidlər fizioloji cəhətdən 
aktivdirlər. Ona görə də, heyvanlar üçün zəhərlidirlər.  
Bir çox mədəni bitkilərin toxumlarında alkoloidlər var ki, 
bunlar da bir qayda olaraq yüksək toksiki təsirlərə malik 
deyillər. Bəzən toxumlarda alkoloidlər olmur. Onlar cücərtinin 
inkişafı prosesində əmələ gəlir.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə