Microsoft Word Toxumshunasliq 2014 mbm



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/89
tarix24.04.2018
ölçüsü2,8 Kb.
#40008
1   ...   12   13   14   15   16   17   18   19   ...   89

50 
toxumu qurutmaq üçün asfalt-sement meydançalara malik 
olmalıdır. 
Aqrotexniki  şəraitdən asılı olaraq bitkilər öz təbiətini 
dəyişdiyi üçün toxum təsərrüfatlarında aqrotexnika yüksək 
səviyyədə olmalı, lazımı k/t-ı maşınları  və yüksək ixtisaslı 
kadrlarla təmin edilməlidir. 
Mayalanmadan tam yetişməyə  qədər toxumda bir sıra 
mürəkkəb çevrilmələr gedir ki, o inkişaf etsin. Bu proses bir 
sıra dövr və fazalara bölünür ki, bu da dənli bitkilərdə çox 
yaxşı öyrənilmişdir.  
N.N. Kuleşov dənin bütün inkişaf proseslərini üç dövrə  və 
ya fazaya bölür. Dənin formalaşması, dolması  və yetişməsi. 
İ.Q. Strona isə bu prosesi daha kiçik dövr və fazalara bölür. 
Birinci dövrü iki dövrə - dənin  əmələ  gəlməsi  və  formalaş-
masına bölür. Sonra dənin yığımdan sonrakı yetişməsi və tam 
yetişməsi. Buğdada toxumun inkişafının 6 dövrünə istinad edir.  
(Şəkil  4) 
1.  Dənin  əmələ  gəlməsi – mayalanmadan boy nöqtəsinin 
əmələ gəlməsinə qədər olan dövr. Bu zaman 1000 dənin kütləsi 
1 qr., dövrün uzunluğu 7 – 9 gündür.  
2.  Dənin formalaşması – dənin  əmələ  gəlməsindən dənin 
uzunluğunun qurtarmasına qədər rüşeymin diferensasiyası 
qurtarır, dən yaşıl qalır, dəndə nişasta dənəcikləri əmələ gəlir. 
Dəndə çoxlu su, az miqdarda quru maddə olur. 1000 dənin 
kütləsi 8 – 12 qr olur. Ehtiyat qida maddələri toplanır. Lakin ən 
əsas proses dənin bütün hissələrinin formalaşmasıdır. Dövrün 
uzunluğu 5 – 8 gündür.  
3.  Dənin dolması – endospemdə nişastanın yığılmasının 
başlanmasından onun dayanmasına qədər olan vaxt. Bu dövrdə 
dən böyüyür, en və uzunluğu maksimuma çatır. Endospermin 
toxumaları tam formalaşır. Dənin nəmliyi 38-40% aşağı düşür. 
Quru maddə toplanır, dövrün uzunluğu orta hesabla 20 – 25 
gün çəkir. 


51 


52 
 
4. Dənin yetişməsi – bu faza daxil olan plastik maddələrin 
kəsilməsi ilə başlayır. Bu zaman polimerizasiya prosesləri 
üstünlük təşkil edir və  dən quruyur. Nəmlik 18 – 12%-ə  və 
bəzən 8% - ə enir. Dən yetişir, texniki məqsəd üçün yararlı 
olur, lakin dənin inkişafı qurtarmır. Bu zaman kimyəvi 
maddələrin  əmələ  gəlməsi üçün fizioloji proseslər artır və 
toxumun ən əsas xassəsi olan normal cücərmə əmələ gəlir. Ona 
görə də bu faza iki dövrə bölünür. 
5. Yığımdan sonrakı yetişmə (toxumların) – toxumda müx-
təlif mürəkkəb biokimyəvi birləşmələr gedir. Yüksək mo-
lekullu zülalların birləşmələrinin sintezi qurtarır, yağ turşuları 
yağlarda həll olur. Karbohidrat molekulları böyüyür, ferment-
lərin fəaliyyəti yavaş-yavaş dayanır. Toxum qılafının su və 
hava keçirmə qabiliyyəti yüksəlir. Toxumların nəmliyi havanın 
nisbi nəmliyi ilə  bərabərləşir. Tənəffüs yavaşıyır. Bu zaman 
toxumların cücərməsi aşağı olur, sonda isə normallaşır. Dövrün 
uzunluğu xarici mühit şəraitindən və bitkinin xüsusiyyətindən 
asılıdır. Bu müddət bir neçə gündən bir neçə aya qədər ola 
bilər. 
6.  Tam yetişmə - Bu faza cücərmə getdikdə başlayır. Yeni 
həyat tsikli başlamaq üçün hazır olur. Kolloidlərin köhnəlməsi 
yavaş-yavaş başlayır eyni zamanda da tənəffüs zəifləyir. Belə 
halda toxum uzun müddət saxlanıldıqda tam məhv olur.  
Toxumun bu inkişaf dövrlərini daha xırda mərhələlərə - 
fazalara bölürlər.  Dənin dolmasını 4, yetişməsini 2 fazaya 
bölürlər. 
1.  Dənin sulu vəziyyətdə olan fazası- Bu zaman en-
dospermin hüceyrəsi formalaşır. Dən tamamilə sulu məhlulla 
dolu olur, nəmliyi 75-80% olur. Sərbəst su qeyri –sərbəst suya 
nisbətən 5-6 dəfə artır. Quru maddənin miqdarı maksimum 2-
3% olmaqla, fazanın uzunluğu 6 gündür. 
2.  Süd dövründən qabaqkı,  əvvəlki faza- dənin tərkibində 
olan suyun rəngi süd rənglidir, çünki endospermdə nişasta 


53 
toplanır, toxumun qılafı yaşıla çalır, nəmlik 70-75%, sərbəst su 
qeyri –sərbəst suya nisbətən 3-4 dəfə artır. 10% quru maddə 
toplanır. Fazanın uzunluğu 6-7 gün çəkir.  
3.  Süd yetişmə fazası- dənin tərkibində süd rəngli maye var. 
Nəmliyi 50%-dir. Sərbəst suyun qeyri-sərbəst suya nisbəti 
1,5/1-dir. Yetişmiş toxumun 50%-ə  qədərində quru maddə 
qədər toplanır. Bu faza 7-10 gündən 15 günə qədər davam edir. 
Süd yetişmə dövrünü dənin dolma dövrü adlandırmaq olar. Bu 
dövr ərzində 1000 dənin kütləsi 2 dəfə artır. Fazanın sonunda 
üzvi və mineral maddələrin toplanması yavaşıyır.  
4.  Xəmirə oxşar vəziyyət fazası  -  endosperm xəmir 
konsistensiyasında olur. Xlorofil itir, ancaq dənin qırış hissə-
sində olan şırımda qalır. Nəmlik 42%-ə  qədər enir. Sərbəst 
suyun qeyri-sərbəst suya nisbəti 1/1-dir Quru maddənin 
toplanması 85-90% (maksimum) olur, faza 4-5 gün davam edir. 
5.  Mum yetişmə fazası - endosperm mumvaridır, elastikdir. 
Dənin qılafı sarıdır. Şırımda da xlorofil yoxdur.  Nəmlik 30%-ə 
enir. Quru maddənin toplanması maksimum dərəcəyə çatır və 
fazanın sonunda dayanır. Faza 3-6 gün çəkir.  
6.  Bərkimə (yetişmə) fazası- Bu zaman  endosperm bərk
unlu və şüşəvarı olmaqla, qılaf möhkəm və qalın, tipik rəngli, 
nəmliyi zona və meteoroloji şəraitdən asılı olaraq 8-22%, 
sərbəst su 1-8%, fazanın uzunluğu 3-5 gündür. Sonra maddə-
lərin tədricən itməsi başlanır.  İstehsalatda və  ədəbiyyatda bu 
fazanı çox vaxt tam yetişmə fazası adlandırırlar. Fazalardan 
asılı olaraq toxumun səpin keyfiyyəti və  məhsuldarlıq 
xüsusiyyətləri mühüm dərəcədə  dəyişir. Belə ki, süd yetişmə 
fazasında toxumlar daha aşağı cücərmə enerjisinə, boyatma 
gücünə  və tarla cücərməsinə malik olur və  məhsuldarlıqda 
toxumların mum və bərk yetişmə fazalarından geri qalır.  
Hər bir dövr və fazanın uzunluğu və onun xarakteri nəinki 
sort və növ xüsusiyyətləri ilə, həmçinin toxum inkişaf edən 
şəraitlə  və onun fiziki xassələri, səpin və  məhsuldarlıq 
keyfiyyəti ilə də əlaqədardır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə