Microsoft Word Toxumshunasliq 2014 mbm



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/89
tarix24.04.2018
ölçüsü2,8 Kb.
#40008
1   ...   13   14   15   16   17   18   19   20   ...   89

54 
İsti və quru havada torpaqda suyun çatışmamazlığı quraqlıq 
yaradır bu da dövrlərin və toxumun uzunluğunu qısaldır, 
toxumlarda  əzilmə  və  nəmlik güclü surətdə azalarsa, toxum-
larda hüceyrələrin normal fizioloji vəziyyəti pozulur, biokim-
yəvi proseslər dəyişir və boş toxumlar əmələ gəlir, 1000 dənin 
kütləsi aşağı düşür, azotun miqdarı artır. Nəmli havada, normal 
istilik və qida maddələri ilə yaxşı təmin olunduqda, toxumlarda 
fazaların formalaşması uzanır, iri toxumlar əmələ  gəlir. 1000 
dənin kütləsi artır, çoxlu üzvi maddələr toplanır. Toxumun 
səthi hamar və rəngi açıq olur. Belə toxumlar isə yüksək səpin 
və sort keyfiyyətinə malik olmaqla, məhsuldarlığı yüksək olur.   
Rütubətli havalarda dənin dolması ləngiyir, sintetik proses-
lər zəifləyir, dənin kimyəvi tərkibi dəyişir və bir sıra  son məh-
sullar başqasına çevrilə bilmir. Yüksək temperaturda, normal 
nəmlikdə  dənin dolması üçün biokimyəvi proseslər tezləşir, 
toxumlar yüksək keyfiyyətdə formalaşır.  
Şimal yarımkürəsində yerləşən rayonlarda dənli bitkilərin 
mum yetişməsi dövründə payız  şaxtaları başlayır.  Şaxtalardan 
zərər çəkən dənlər saxlanılma dövründə xarab olur və onları 
səpdikdə  zəif və qeyri-normal bitkilər verir. Güclü şaxta 
olduqda və  dəndə  nəmlik artdıqda cücərən toxumlar çox az 
olmaqla cücərtilər  əmələ  gəlmir. Belə toxumları saxladıqda 
tamamilə  cücərmə əmələ gəlmir. 
Mühit  şəraitindən və dövrlərin inkişafından asılı olaraq to-
xumların ölçüsü dəyişir.  
İlk olaraq dənin uzunluğu formalaşır, ona görə  də o xarici 
mühit şəraitinin təsirinə az dərəcədə məruz olur.  
Dənin formalaşması dövrünün sonunda buğda dəninin 
uzunluğu qurtarır (maksimum 92% olmaqla), eni 67%,  qalın-
lığı isə 75%-ə çatır. Dən normal uzunluq və qalınlığa çatdıqdan 
sonra onun inkişafı  tədricən zəifləyir, süd yetişmə dövründə 
maksimum inkişafa çatır. 
Toxumun qalınlığı- ən kiçik ölçü olaraq boyatmanın ən uzun 
və eyni ölçülü tempi ilə xarakterizə olunur. 


55 
İnkişaf fazasından asılı olaraq payızlıq buğda dəninin ölçülərinin  
dəyişməsi (3 illik) 
 
                                                                          Cədvəl 1 
İnkişafın faza 
və dövrləri 
Ölçüləri  
Maksimum qiymətə 
görə, orta sutkalıq 
cücərmə% - lə 
mm-lə 
Maksimal qiymətə 
görə%-i 
Uzunlu
ğu 
Eni 
Qal
ınl
ığ
ı 
Uzunlu
ğu 
Eni 
Qal
ınl
ığ
ı 
Uzunlu
ğu 
Eni 
Qal
ınl
ığ
ı 
Formalaşma 
(başlanğıcı) 
5,55 2,11 1,85 82,1 57,1  58,9  8,3  6,2  6,0 
Formalaşma 
(sonu) 
6,21 2,45 2,36 91,9 66,9  75,2  1,1  1,2  1,9 
Süd yetişməsi 6,70 3,37 2,85 99,1 92,1  90,8  0,8  2,5  1,8 
Xəmirə bənzər 
halı 
6,73 3,57 3,05 99,6 97,5  97,1  0,1  0,7  0,6 
Mum 
yetişməsi 
6,76 3,66 3,14  100  100  100  0,2  0,3  0,5 
 
Toxumun qalınlığı növ və sort xüsusiyyətləridir, o toxum-
ların bioloji cəhətdən qiymətli omasını əks etdirir.  Bu cəhətdən 
toxumların iriliyi və ölçüsü nəinki fiziki və  həm də bioloji 
əlamət olub, cücərmə və bitkilərin məhsuldarlığını təyin edir.   
 
2.3. Toxumlarda gedən fizioloji və kimyəvi proseslər 
 
Yumurtalıqda mayalanma getdikdən sonra qida maddələ-
rinin daxil olması intensivləşir. 
Təcrübələr göstərir ki, toxumların inkişafı, quru maddənin 
yığılması, alçaq molekullu birləşmələrin yüksək molekullu bir-
ləşmələrə çevrilərək ehtiyata yığılması ilə eyni zamanda baş 


56 
1000 

nin
 kütl
əsi
, qr
-la 
Şəkil 5. Yazlıq buğdanın yetişmə 
prosesində 1000 ədəd dəninin 
kütləsi 
Süd 
yetişmə 
Mum 
yetişmə 
Tam 
yetişmə 
verir.  
Dənin dolması zamanı 
quru maddələrin toplan-
ması toxumda fasiləsiz və 
qeyri müntəzəm gedir. 
Çiçəkləmədən sonra bu 
proses zəif olmaqla, süd 
yetişmə fazasında inten-
siv gedir. Mum yetişmə 
fazasında dənin dolması 
zəifləyir. (Şəkil 5)  
Dən dolan zaman quru 
maddələrin toplanması 
artır. Quru maddələrin 
toplanması  dənin kütlə-
sinin gün ərzində artması 
ilə xarakterizə olunur. Alimlərin çoxunun fikrincə sortlarda və 
növlərdə dənin iriliyində olan müxtəlifliklər bu dövrün keçmə 
şəraiti ilə müəyyən edilir. Bəzi hallarda tam yetişmə fazasında 
1000 dənin kütləsinin azalması müşahidə olunur. Bu da qida 
maddələrinin toxumun tənəffüsünə  sərf edilməsi ilə  əlaqədar 
olur. Nəmli havalarda bu itkilər dənin kütləsini 20-25%-ni 
təşkil edir ki, bu da dənin məhsuldarlığının və keyfiyyətinin 
aşağı düşməsinə  səbəb olur. Arpa üzrə aparılan təcrübə 
nəticəsində məlum olmuşdur ki, toxumun tam yetişməsindən 7 
gün sonra 1000 dənin kütləsi 29,8-dən 26,3-ə  qədər, məh-
suldarlıq isə 22,9 -dan 18,4 h/sen. - ə qədər azalmışdır.  
A.V.Əlizadə  və başqalarının təcrübələri göstərir ki, dəndə 
quru maddələrin toplanması mum yetişmə dövründə 35-40% 
nəmlikdə qurtarır. Bu müxtəlif bitkilərdə və sortlarda müxtəlif 
nəmlikdə olur. Məsələn: Qılçıqsız -1 və digər sortlarda 38,4-
42,5% nəmlikdə kəsilir.  
Plastik maddələrin süd yetişmə və xəmirəbənzər mum yetiş-
mənin başlanğıcında dənə daxil olması “Pərzivan-1” sortunda 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə