Microsoft Word Toxumshunasliq 2014 mbm



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/89
tarix24.04.2018
ölçüsü2,8 Kb.
#40008
1   ...   11   12   13   14   15   16   17   18   ...   89

47 
birlikdə fermentlərdə  təsir göstərir və ehtiyat qida maddələri 
məhlul halına keçib rüşeyimin qidalanmasına sərf olunur. Qida 
maddələrinin məhlulu rüşeymə çatdıqda, onda böyümə  və 
inkişaf başlayır. 
Toxumların cücərməsi üçün ikinci şərt temperaturdur. Cü-
cərmə temperaturu minimum, optimum və maksimum olur. 
Temperatur minimum olduqda toxumda cücərmə başlanır, opti-
mum temperaturda isə cücərmə nisbətən şiddətlənir, temperatur 
maksimumdan çox olduqda cücərmə dayanır.  
Müxtəlif bitkilər üçün müxtəlif temperatur hədləri olur. 
Məsələn, buğda və çovdar toxumu üçün minimum 0-4,8°C, 
optimum 25-31°C, maksimum 31-37°C; xiyar toxumu üçün 
minimum 15-18,5°C, optimum 31-37°C, maksimum 44-50°C 
temperatur lazımdır. 
Toxum cücərməyə başladıqda ilk dəfə rüşeym kökcüyü və 
sonra gövdəcik inkişaf etməyə başlayır. Böyüyən və inkişaf 
edən rüşeymdən tədricən müstəqil bitki əmələ gəlir. Onun kö-
kü, gövdəciyi və yarpaqları iriləşir və nəhayət müstəqil bitkiyə 
çevrilir.  
Toxumun cücərməsindən, yer üstündə ilk yaşıl yarpaqların 
əmələ gəlməsinə qədər cücərti, toxumda olan ehtiyat qida mad-
dələri hesabına qidalanır və  tənəffüs edir. Yaşıl yarpaqlar 
əmələ  gəldikdən sonra isə bitkilərdə üzvi maddələr hazırlanır. 
Daha doğrusu assimilyasiya prosesi gedir və müstəqil həyat 
başlanır. 
Elm və dünya qabaqcıllarının iş təcrübəsi sübut etmişdir ki, 
yaxşı toxum yüksək məhsulun rəhnidir. Məlumdur ki, toxumlar 
keyfiyyətli olduqda, onlardan inkişaf edən bitkilər qüvvətli və 
çox məhsuldar olur. Səpin üçün ayrılan toxumlar cins, dolu, 
sağlam və  təmiz olmalıdır. Buradan aydın olur ki, hər bir 
təsərrüfat yaxşı toxum əldə etmək üçün, toxumlar hələ bitki 
üzərində yetişdiyi zaman onların qayğısına qalmalıdır. Ona 
görə də əvvəlcədən toxumçuluq üçün münbit və alaq otlarından 
təmizlənmiş sahələr ayrılmasına, toxumçuluğun xüsusi aqro-


48 
texnikasına əməl edilməlidir. 
   Toxum  məhsulunun təkcə yetişdirilməsi ilə  iş bitmir. 
Toxumun yığılması, anbarlarda düzgün saxlanması və istifadə 
olunması üzərində dövlət və təsərrüfat tərəfindən daim nəzarət 
olmalıdır. 
Sort toxumlar kənd təsərrüfatı istehsalatında  əsas vəsait 
hesab olunur. Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı  və 
keyfiyyəti əsasən toxumun keyfiyyətindən asılıdır. Toxum ma-
terialında başqa qarışıqlar olmamalıdır və o, yüksək cücərmə 
qabiliyyətinə, həmçinin sağlam, zərərverici və  xəstəliklərə 
tutulmayan, cins keyfiyyətinə malik olmalıdır.  
Toxumun təmiz sortluluq dərəcəsi və birtipliyi onun sort 
keyfiyyətini təşkil edir. Ona görə  də toxumçuluq işi elə  təşkil 
edilməlidir ki, çoxalma zamanı yaxşı toxum almaq mümkün 
olsun.  
Toxumlar kütləvi çoxalma zamanı, daşındıqda və saxlan-
dıqda  əkin keyfiyyətinin saxlanması çox çətindir. Buradan 
aydın olur ki, toxum materialı üzərində  nəzarətin olması 
vacibdir.  
Yüksək məhsul götürülməsini təmin edən vacib tədbirlərdən 
biri də toxumluq materialın keyfiyyətli olmasıdır. Səpin üçün 
sağlam və iri dənli toxumlar götürülməlidir.  İri toxumlardan 
əmələ  gələn cücərtilərdə kollanma buğumu daha dərində 
yerləşir. Onların kök sistemləri və gövdələri güclü olur. 
Bir qayda olaraq səpin üçün toxum materialı yüksək məhsul 
alınmış sahədən götürülməlidir. Belə ki, yüksək məhsul götü-
rülmüş sahədə  dənlər iri, sağlam rüşeymli, tərkibində qida 
maddələri  yüksək və cücərmə qabiliyyəti yaxşı olur. Məhz bu-
na görə  də toxumluq sahələrdə aqrotexnika yüksək səviyyədə 
tətbiq edilir ki, yüksək və keyfiyyətli toxum əldə edilsin.  
Çalışmaq lazımdır ki, səpin üçün təmizlənmiş toxumlar iri 
və ölçülərinə görə bir bərabərdə olsun. Səpiləcək dən başqa 
qarışıqlardan təmiz, yüksək tarla cücərmə qabiliyyətinə malik, 
natura kütləsi yüksək olmaqla bir bərabərdə olmalıdır.  


49 
Yuxarıda göstərilən tələbatı ödəyən cins toxum yetişdirmək 
üçün elmi və əməli biliklərə malik olmaq lazımdır. 
Toxum da torpaq kimi kənd təsərrüfatı istehsalatının əsas və 
əvəzedilməz vəsaiti, məhsulun qızıl fondudur. Kənd təsərrüfatı 
bitki sortlarının yerli şəraitə uyğunlaşmış daha məhsuldar 
toxumları ilə aparılan səpin haqlı olaraq məhsulun artırılması 
və  əkinçilik məhsullarının keyfiyyətinin yaxşılaşdırılmasının 
ən böyük və əlverişli üsullarından biri sayılır. 
Geniş istehsalat təcrübəsi göstərir ki, rayonlaşdırılmış  ən 
yaxşı  dənli bitki sortlarının tətbiqi hər hektarda məhsulu orta 
hesabla 2-3 sentner, əksər hallarda isə daha çox artırır. 
Toxumçuluğun inkişafı – seleksiyanın inkişafı ilə  bərabər 
başlayıb. Keçmişdə  əkinçilər səpin üçün toxumu – sünbülün 
orta hissəsindən götürərək xəlbirləmə, övsəmə  və ya küləkdə 
sovurma yolu ilə çeşidlərə ayırırdılar. 
Toxum təmiz, cücərmə qabiliyyəti yüksək, dolğun, 
sağlam və sortca təmiz olmalıdır. Belə toxumu o zaman ye-
tişdirmək olar ki, yüksək aqrotexniki tələblərə əməl edilsin, 
növbəli  əkində toxumluq sahələr düzgün yerləşdirilsin, 
gübrə sisteminə düzgün əməl edilsin. 
Toxumun dolğunluğu və cücərtilərin tez alınması, kollanma 
düyününün dərində yerləşməsi, kollanması, şaxtaya davamlılığı 
və  qışlaması onun basdırılma dərinliyindən asılıdır. Toxumun 
basdırılma dərinliyi isə  səpin müddətindən, nəmlikdən, 
torpağın qranulometrik tərkibindən və toxumun iriliyindən 
asılıdır. Payızlıq buğda toxumunun optimal basdırılma dərinliyi 
4-5 sm-dir. Qranulometrik tərkibi yüngül olan və tez quruyan 
torpaqlarda toxumun basdırılma dərinliyini 2-3 sm, ağır və 
nəmli torpaqlarda isə 1-2 sm dayaz basdırmaq məsləhət görü-
lür. Dəmyə şəraitdə toxumu torpağın nəm qatına səpmək məq-
sədi ilə onları 6-8 sm dərinliyə basdırmaq məqsədə uyğundur. 
Səpiləcək toxumun torpağın nəm qatına düşməsi vacibdir. 
 Toxumluq  təsərrüfatları toxumu kondisiyaya çatdırmaq 
üçün toxum təmizləyən maşınlara, toxum anbarlarına, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə