Microsoft Word Toxumshunasliq 2014 mbm



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə23/89
tarix24.04.2018
ölçüsü2,8 Kb.
#40008
1   ...   19   20   21   22   23   24   25   26   ...   89

74 
Toxumların keçiricilik qabiliyyəti eyni olmadığı üçün su 
toxumun hissələrinə müxtəlif sürətdə daxil olur.  
Məlumatlara görə çovdar toxumunun şişməsi zamanı rüşey-
mi 25 
0
C-də 1 saatdan sonra (quru maddəyə nisbətən) 150%, 
endospermi isə 63,5% su qəbul edir. Hətta endospermin öz 
daxilində belə suyu keçirmə qabiliyyəti fərqlidir, belə ki, onun 
yuxarı hissəsinin (kəkilcikdə) suyu keçirmə qabiliyyəti aşağı 
olur. Buğda dəninin bel hissəsi qarın hissəyə nisbətən daha sü-
rətli su keçirmə qabiliyyətinə malikdir, belə ki, burada rüşey-
min cücərməsi üçün zəruri olan fizioloji aktiv maddələr yığılır.  
Toxumun cücərməsi zamanı baş verən proseslər - ehtiyat qi-
da maddələrinin hidrolizi, bu maddələrin böyümə nöqtəsinə 
çatması, yeni maddələrin sintezi, böyümə, strukturun təzələn-
məsi – böyük miqdarda enerji tələb edir. Toxumda bu enerji 
tənəffüsün, yəni ehtiyat qida maddələrinin - karbohidrat və 
yağların oksidləşməsi hesabına yaranır. Bu səbəbdən toxum-
ların cücərməsi zamanı - xüsusən boyatmanın başlanğıcında 
tənəffüsü birdən-birə intensivləşir. 
Tənəffüs prosesində metabolizmin normal getməsi üçün 
zəruri olan aralıq maddələri  əmələ  gəlir, bu səbəbdən toxuma 
yetərli qədər oksigen axını olur ki, bu da cücərmə prosesi üçün 
zəruridir. Əksinə, oksigen axını zəif olduqda anaerob tənəffüs 
yaranır. Bu zaman toxumalarda tam oksidləşməmiş metabo-
litlər yarana bilər ki, bu da böyüməyə pis təsir göstərir. 
Beləliklə toxumun cücərməsi üçün lazım olan vacib şərtlərdən 
biri də yetərli qədər oksigen keçirə bilməsidir.  
Toxumun cücərməsi üçün su və oksigendən başqa, müəyyən 
növ üçün təyin olunmuş temperatur da zəruridir.  
Bitkilərə  təsirinə görə temperatur: minimal, optimal və 
maksimal olur. Optimal temperaturda toxumun cücərməsi tam 
və sürətli olur. Maksimal temperatur dedikdə temperaturun ən 
son həddi nəzərdə tutulur ki, bu həddən çox olarsa, o zaman 
bitki məhv olur, yaxud cücərməsi ləngiyir və yaxud dayanır. 
Aşağı temperatur həddi isə, minimal hesab edilir, hansı ki, 


75 
bundan aşağı olarsa yenə də bitki məhv olar, yaxud cücərməsi 
ləngiyər.  
Tarla bitkiləri istiliyə olan tələbatına görə bir-birindən 
fərqlənir,  əsasən bitkinin cücərməsi üçün lazım olan minimal 
temperaturun fərqi 1–2
0
C çovdar, noxud, üçyarpaq yoncada, 12 
– 15 
0
C isə pambıq və gənəgərçək bitkisində dəyişir. Optimal 
temperatur 25-35 
0
C sayılır. Maksimal temperatura görə isə 
bitkilər arasında fərq bir o qədər böyük deyil. Alimlər 
toxumların cücərməsi zamanı istiliyə  tələbatına görə bütün 
tarla bitkilərini 7 qrupa bölmüşlər (cədvəl 6).  
 
Tarla bitkilərinin toxumlarının cücərmə dövründə istiliyə olan təlabatı 
                                                                         Cədvəl 6 
  
Qrup Bitkilər 
Minimal temperatur 
(dərəcəylə) 
Toxumların 
cücərməsi 
Cücərtilərin 
çıxması 
1-ci Yağçiçəyi, çətənə, xardal 
0-1 2-3 
2-ci  
Çovdar, buğda, arpa, yulaf, 
çölnoxudu, mərcimək, yaşıl 
noxud, lərgə, 
1-2 4-5 
3-cü 
Kətan, qarabaşaq, lüpin, 
noxud, çuğundur, saflor 
3-4 5-6 
4-cü Günəbaxan, kartof 
5-6 7-8 
5-ci Darı, sudanotu, soya,   
8-10 10-11 
6-cı Lobya, 
gənəgərçək, sorqo 
10-12 12-13 
7-cı 
Pambıq, çəltik, yerfındığı, 
küncüt 
12-14 14-15 
 
Toxumların cücərməsi üçün su, oksigen və müəyyən tempe-
ratur lazımdır. Bu şərtlərə  tələbat müxtəlif növlərin toxum-
larında və  hətta bir bitkinin sortlarında da müxtəlif ola bilər. 
Əlverişli  şəraitdə cücərmənin fazaları bir-birinin ardınca 
fasiləsiz olaraq davam edir. Bu zaman toxumların cücərməsi 
tez və eyni vaxtda baş verir.  


76 
Lakin bir çox tarla bitkilərinin belə cücərmə prosesi 
toxumların yığımdan sonra yetişməsi bitdikdən sonra müşahidə 
olunur. Bu da sakitlik dövrünün bir mərhələsi hesab olunur.  
 
3.2.  Toxumun sakitlik dövrü 
Toxum sakitlik dövründə hansısa bir növün toxumları üçün 
əlverişli şəraitin olmasına baxmayaraq, böyümür, bununla belə 
həyat qabiliyyətini saxlayır.  Əgər böyüyürsə  də bu yalnız 
spesifik şəraitdə baş verir.  
Toxumun sakitliyi – bitkilərin təkamül prosesi nəticəsində 
əldə etdiyi xüsusiyyətdir, belə ki, bu xüsusiyyətə görə, növün 
təbiətdə uzun illər saxlanılması mümkündür. Kənd təsərrüfatı 
istehsalı  şəraitində toxumun sakitlik dövrünün həm müsbət, 
həm də mənfi tərəfləri ola bilər. Belə ki, toxum sakitlik anında 
olanda o səpin üçün çətinliklər törədir, yəni toxumların 
cücərməsi tez və eyni vaxtda baş vermir. Hətta laboratoriya 
cücərməsini təyin etmək çətin olur. Bəzi hallarda toxumun 
kökə verməsinin qarşısını almaq üçün isə əksinə, onun sakitlik 
halında olması əlverişli sayılır.  
Toxumun sakitlik halı həmişə tədqiqatçıların diqqətini cəlb 
etmişdir. Bu əlamətin öyrənilməsi zamanı bir çox təcrübə ma-
terialları toplanmasına baxmayaraq, hələ  də toxumun sakitlik 
halı tam olaraq öyrənilməmişdir. Bu halın səbəbi haqqında bir 
sıra hipotezlər irəli sürülmüşdür. Bunlardan ən geniş yayılanı 
toxumun sakitlik halında olmasına səbəb kimi onda olan inqi-
bitorların, yəni böyüməni tormozlandıran maddələrin olması 
göstərilir. Başqa sözlə, hormonal nəzəriyyə daha geniş yayıl-
mışdır, bu nəzəriyyəyə əsasən toxumun sakitlik halı onda olan 
inqibitorların və aktivatorların miqdarından asılıdır. Belə ki, 
inqibitorlar çoxluq təşkil etdikdə toxum sakitlik halında olur, 
boy aktivatorlar dominantlıq etdikdə isə bu hal pozulur.  
Bununla yanaşı toxum örtüyünün də onun sakitlik halında 
olmasında böyük əhəmiyyəti var. O, toxumun sakitlik halında 
böyüməsinə tormozedici təsir edir. Bunun müxtəlif səbəbləri 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə