Microsoft Word Toxumshunasliq 2014 mbm



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə21/89
tarix24.04.2018
ölçüsü2,8 Kb.
#40008
1   ...   17   18   19   20   21   22   23   24   ...   89

66 
Alkoloidlər metabolizm prosesində  iştirak edirlər. belə ki, 
azot məhsullarını zərərləşdirərək və parçalanmaqdan qoruyaraq 
onları yenidən mübadilə reaksiyasına qaytarır.  
Ən geniş yayılan və öyrənilən alkoloidlər bunlardır: hiosia-
min,  (dəlibəng  və  bəngotunun toxumlarında), lüpinin, lupanin 
və spartein (lüpinin müxtəlif növlərinin toxumlarında), morfin
kodein,  papaverin (xaşxaşın toxumlarında),  hipoksantin – 
(yoncanın, buğdanın, xardalın, vələmirin və  şəkər çuğunduru-
nun toxumlarında),  indola  qrupunun alkoloidləri (çovdar 
mahmızı buynuzcuq meyvəsində və b).  
Qlikozidlər  - Elə birləşmələrdir ki, o bir neçə üzvi maddə-
lərə və şəkərlərə parçalanmaqla, acı dada və spesifik iyə malik 
olurlar. Xaççiçəklilərin toxumlarında (qonur xardal) kükürd 
tərkibli siniqrin qlikozidi, ağ xardal toxumlarında isə sinalbin 
qlikozidi olur. Qaramuq otunun toxumunda çox zəhərli 
qlikozidlər aşkar olunmuşdur. Bunlar saponinlərdir. Bitkilərdə 
təbii immunitetin əmələ  gəlməsində qlikozidlər  əsas rol 
oynayır. 
Aşı maddələri - Fermentlərin təsiri altında asan oksidləşirlər 
və bu zaman rəngləri və rəngi isə qırmızı və qəhvəyiyə rəngli 
maddələrə çevrilirlər. Onlar askarbin turşusunun iyli efirləri, və 
ya mürəkkəb kondensasiya edilmiş maddələrdirlər. Onlar çox 
miqdarda bir çox meyvələrdə (alma, armud), bəzi hallada 
toxumlarda olur. Lakin sorqonun toxumlarında daha çoxdur. 
A.N.Oparinə görə günəbaxanın cücərən toxumlarında xeyli 
miqdarda xlorogen turşusu olur ki, buda bitkilərin tənəffüsündə 
əsas rol oynayır. 
Üzvi turşular - Toxumlarda az olur, lakin toxumlar cücərən 
zaman o çoxalmağa başlayır. Toxumlarda ən çox yayılan turşu 
sirkə turşusudur. Buğda və qarğıdalı dənində ümumi turşuların 
85%- ni təşkil edir. Quzuqulağı turşusu noxud toxumlarında, 
alma turşusu bir çox dənli bitkilərin və paxlalıların toxumla-
rında olur. Toxumlarda üzvi turşular aralıq reaksiyalarda və 
başqa üzvi maddələr arasında əlaqə rolunu oynayır.  


67 
Mineral maddələr – Bitki orqanizmlərinin funksiyalarının 
düzgün yerinə yetirilməsində mühüm rol oynayır.Toxumlar 
mineral maddələrlə düzgün qidalanmalıdır ki, cücərmə  və 
cücərtilərin inkişafı normal getsin. Ayrı – ayrı elementlərin 
miqdarı torpaq-iqlim və aqrotexnika şəraitindən asılı olaraq 
çox güclü dəyişir. Toxumlarda onların optimal əlaqəsi hələ tam 
müəyyən edilməmişdir.  
Kül elementlərinin miqdarı müxtəlif bitkilərin toxumlarında 
müxtəlifdir. (Cədvəl 5) Toxumlarda kül elementlərindən fosfo-
run miqdarı 50%-dir. Fosfor mürəkkəb kompleks birləşmələr 
(lesitin, nukleoproteid və b.) şəklində toxumda olub, maddələr 
mübadiləsinin dəyişməsində mühüm rol oynayır.  
 
Əsas k/t bitkilərinin toxumlarında külün miqdarı 
                                                                          Cədvəl 5 
Bitkil
ər 
Külün 
 ümu
m
i miqdar
ı%-

 
quru m
ad
d
əy
ə gö

 
Külün 100 hissəsində olan 
K
2
 0 
Na
2
 O 
Ca
O
 
Mg
O
 
Fe
2
 O
3
 
P
2
 O
5
 
SO
2
 
SO
2
 
Cl 
Payızlıq 
buğda 
2,0  31  3,1  3,3 12,1 1,3 47,2 0,4  2  0,3 
Qarğıdalı 1.5 29.8 1,1  2,2 15.5 0,8 45,6 0,8  2,1  0,9 
Darı  3,5 10  2  0,9 9,8 1,3 18,6 0,3 56 0,7 
Noxud  2,7 41,8  1  5  8  0,9 36,4 3,5  0,9  1,5 
Kətan  3,7 30,6 2,1  8,1 19,3 1,1 41,5 2,3  1,2  0,2 
Günə-
baxan 
3  26,3 7,4  7,6 12,3 1,6 35,4 2,3 14,7 2,4 


68 
Toxumlarda kalium 30-40%, maqnezium 20% ən az isə kal-
sium 2-8% olur. Cədvəldə göstərdiyimiz elementlərdən başqa 
toxumlarda mikroelementlər də vardır ki, bunlar yod, brom, 
sink, mis, alüminium, bor, manqan-dır. Bunlar bitkinin inkişafı 
üçün çox əhəmiyyətlidirlər həm də onların hər biri spesifik 
təsirə malikdirlər ki bunları da bir-birilə  əvəz etmək mümkün 
deyildir. Toxumların kimyəvi tərkibini bilmək onların biologi-
yasında və keyfiyyətində bir çox məsələləri həll etməyə kömək 
edir.  
Müxtəlif bitkilərin toxumlarında müxtəlif ehtiyat qida 
maddələri toplanır. Dənli bitkilərin toxumlarında nişasta, dənli 
paxlalılarda nişasta və zülal, yağlı bitkilərin toxumlarında bu 
maddələrdən başqa həmçinin yağ toplanır. 
Beləliklə toxumların dolması və yetişməsi dövründə toxum-
ların formalaşma prosesi, az mürəkkəb maddələrin daha mü-
rəkkəb maddələrə çevrilməsi, fermentlərin aktiv olamayan və-
ziyyətə keçməsi və artıq suyun çəkilməsi prosesləri davam 
edir. Toxumların yetişməsi zamanı onların toxumları susuz-
duyurlar, susuz mühitdə isə maddələrin heç bir çevrilməsi 
mümkün deyil və toxumlar sakitlik vəziyyətinə düşürlər. Lakin 
bu sakitlik nisbidir. Toxumlarda canlı orqanizmə xas olan 
bütün proseslər ləng olsada davam edir.  


69 
III FƏSİL 
 
TOXUMUN CÜCƏRMƏSİ, SAKİTLİK DÖVRÜ VƏ 
UZUNÖMÜRLÜLÜYÜ 
 
Toxum üç əsas hissədən ibarətdir: rüşeym, ehtiyat qida 
maddələrinin saxlandığı yer və qabıq (toxumun qılafı).  Əgər 
ehtiyat qida maddələri rüşeymin qidasını və böyüməsini təmin 
edirsə, qabıq əsasən toxumun xarici mühitin mənfi təsirlərindən 
qorunması funksiyasını yerinə yetirir, rüşeym isə onun 
böyüyən əsası və gələcək bitkinin bünövrəsidir.  
Cücərmə – mürəkkəb bir prosesdir ki, bunun nəticəsində bit-
kinin sakitlik dövründə olan rüşeymi cücərməyə çevrilir. 
Gələcək inkişafında bu cücərmələrdən cücərtilər əmələ gəlir və 
avtotrof qidalanaraq sərbəst həyat yaşayır.   
 
3.1.  Toxumun cücərmə fazaları və cücərməsi üçün 
lazım olan şərait 
 
Toxumun mürəkkəb cücərmə prosesində F.Hobbe (1876-cı 
il) üç əsas hissə qeyd edib: suyun udulması (prosesin fiziki 
tərəfi), ehtiyat qida maddələrinin həll oluna bilməyən formadan 
həll oluna bilən formaya keçməsi (biokimyəvi tərəfi) və həqiqi 
cücərmə - rüşeymin böyüməsi (morfoloji cücərmə). Lakin 
toxumun cücərməsi üçün yalnız bu mərhələlərin olması kifayət 
deyil. Ona görə  də hal-hazırda cücərmədə  aşağıdakı proseslər 
də olmalıdır:  şişməsi, aktivləşməsi, hüceyrənin dartılması  və 
bölünməsi və sonda ilk kökcüyün yaranması.  
Toxum öz növbəsində kolloid – məsaməli cisimdir və suyu 
udaraq  şişməsi – təbiətin fiziki-kimyəvi prosesidir. Həmçinin 
toxumun  şişməsi həm quruluşca, həm də fizioloji baxımdan 
çox mürəkkəb proses olub, onun metobolizmi ilə sıx əlaqəlidir. 
Toxum havada quru vəziyyətdə suyu daha çox mənimsəyir 
(500 – 700 atm). Çox qurumuş toxumlarda bu 1000 atm –a 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə