Microsoft Word Toxumshunasliq 2014 mbm



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə29/89
tarix24.04.2018
ölçüsü2,8 Kb.
#40008
1   ...   25   26   27   28   29   30   31   32   ...   89

95 
və endospermin 82,5% -dir. Hissələrin sıxlığı toxumun ümumi 
sıxlığından fərqlənir. Buğdada ən az sıxlıq məsaməliliyinə görə 
onun toxumunun qılafında (1,07), endospermdə    nişasta çox 
olan hissədə  ən çox (1,47), rüşeymdə - 1,29, bütöv dəndə - 
1,37-ə bərabərdir.  
Toxumun sıxlığı onun iriliyinə görə də dəyişə bilər. Belə ki, 
toxum nə  qədər kiçikdirsə, o qədər də vahid kütləyə düşən 
qılafın miqdarı çoxalır və sıxlıq azalır. Bundan başqa, xırda və 
orta ölçülü toxumlarda endospermin sıxlığı, xırda toxumlarda 
isə həmçinin rüşeym sıxlığı iri toxumlara nisbətən azdır. Lakin, 
çox iri toxumlarda sıxlıq azdır bu isə onların quruluşunda 
boşluqların  əmələ  gəlməsi və  qılaflarda havanın çoxalmasının 
nəticəsidir. Bu da “Toxumlar çox böyük olmasına baxmayaraq 
məhsuldarlıq həmişə yüksək olmur” ifadəsinin səbəbidir.  
Toxumun nəmliyinin azalması və kimyəvi tərkibinin dəyiş-
məsi ilə əlaqədar toxum yetişdikcə onun sıxlığı kəskin dəyişir. 
Dənli və bir çox tarla bitkilərində toxumun sıxlığı vahiddən 
çox olduğuna görə, toxum yetişdiyi müddətdə nəmliyi azalır və 
onun sıxlığı artır. Lakin yağlı bitkilərin toxumlarında sıxlıq 
vahiddən az olur və toxum yetişdikcə sıxlıq da azalır.  
Mütləq quru toxumların sıxlığı N.N. Ulrixin təklif etdiyi 
düsturla təyin edilir:  
 
(
)
100
100 f
c

=
γ
γ
 
 
Burada: 
 γ
– 
suzuz toxumların sıxlığı; 
γ
- 
müəyyən nəmlikdə olan toxumların sıxlığı; 
f- toxumların nəmliyi 
 
Bütün bu deyilənlərdən belə  nəticəyə  gəlirik ki, toxumun 
fiziki xarakteri onun dənə dolma şəraitini, kimyəvi tərkibini, 
bitkidə əmələ gəlmə vaxtını, yetişkənliyini və s. həmçinin səpin 


96 
keyfiyyəti və  məhsuldarlıq xüsusiyyətləri ilə bağlı olan digər 
prosesləri  əks etdirir. Bu da onun fiziki xüsusiyyətlərinə görə 
sortlaşdırılmasının bioloji əsaslarını  təşkil edir. Beləliklə, to-
xumu fiziki xüsusiyyətlərinə görə seçərək, onun səpin qiymət-
liliyini yaxşılaşdırmaq olar.  
 
4.2. Toxumun fiziki göstəricilərinin təyini  
 
Dənin forması, ölçüləri, 1000 ədəd dənin kütləsi (çəkisi), 
xüsusi kütləsi (çəkisi), aerodinamik xüsusiyyətləri onun fiziki 
xüsusiyyətlərinə daxil olub saxlama və emal prosesində 
mühüm əhəmiyyət kəsb edir.  
Dənli bitkilərin sortundan, fizioloji yetişmə  vəziyyətindən, 
becərilmə şəraitindən və s. amillərin təsirindən asılı olaraq də-
nin fiziki xüsusiyyətlərində kəskin dəyişiklik müşahidə edilir.  
Dənin uzunluğu, eni və qalınlığı onun xətt ölçülərinin 
xarakterizə edən  əsas göstəricilərdir. Dənin uzunluğu onun 
əsası ilə ucu arasında, eni iki yan tərəfləri arasında, qalınlığı isə 
qarıncığı ilə çiyni arasında olan məsafədir. 
Dənin xətti ölçüləri xüsusi ölçü cihazları (mikrometrlə) ilə 
ölçülür. Lakin təsərrüfatlarda bu cihazlardan istifadə edilməsi 
çətin olduğuna və çox vaxt apardığına görə  əlverişli deyildir. 
Ona görə  də istehsalat şəraitində müxtəlif ölçülərə malik olan 
xəlbirlərdən istifadə edilir.   
Dənin xüsusi kütləsi, yaxud dolğunluğu un üyütmə müəs-
sisələrində yüksək qiymətləndirilir. Dənin xüsusi kütləsi onun 
kimyəvi tərkibindən, anatomik quruluşundan, yetişkənliyindən 
və s. asılı olaraq dəyişə bilir.  
 Dənin xüsusi kütləsini təyin etmək üçün xüsusi çəkisi 1-1,4 
arasında olan məhlullar hazırlanır. Xüsusi kütlə təyin ediləcək 
nümunədən bir hissə götürülüb xüsusi kütləsi məlum olan 
məhlula tökülür. Əgər nümunə  təmamilə  məhlulun dibinə çö-
kürsə, onu həmin məhluldan çıxarıb qatılığı çox olan məhlula 
tökmək lazımdır.  Əgər nümunənin  əksər hissəsi (75-80%-i) 
məhlulun dibinə çökürsə, demək, onun xüsusi kütləsi həmin 


97 
məhlulun xüsusi kütləsinə bərabərdir.  
Dənin natura kütləsinin təyini 
Qəbul məntəqələrinə daxil olan dənlər 6 mm-lik ələkdən 
keçirilərək iri qarışıqlardan təmizləndikdən sonra natura kütləsi 
təyin edilir. Əgər bərk və qüvvəli buğdaların natura kütləsi 
təyin olunarsa, orta nümunə laboratoriya dən separatorundan 
keçirilməlidir.  
Natura kütləsini təyin etmək üçün 1 litrlik purka öz yeşiyi 
üzərində üfüqi vəziyyətdə quraşdırılır və  tərəzinin düzgünlüyü 
yoxlanılır. Ölçü qabının (1 litr silindr) üzərinə doldurucu silindr 
quraşdırılır və xüsusi qapaqla örtülmüş 3-cü silindrdə natura 
kütləsi təyin ediləcək dən doldurulur və doldurucu silindrin 
üzərinə quraşdırılır. Dən doldurucu silindrə boşaldılır və üçüncü 
silindr götürülüb kənara qoyulur. Sonra silindri silkələmək şərti 
ilə  bıçaq yarıqdan çıxardılır, dən ölçü silindrinə tökülür. Daha 
sonra bıçaq yenidən yarığa keçirilir, bıçağın üzərində ölçüdən 
artıq qalan dənlər ölçü silindrindən boşaldılır və bıçaq çıxardılır. 
Ölçü silindrində olan dənin silindrlə birlikdə 0,5 qram dəqiqliklə 
kütləsi təyin edilir. Iki çəkidən orta qiymət çıxarılır və natura 
kütləsi kimi sənədə yazılır. Iki təkrar arasında fərq 5 qramdan  
artıq olarsa, yenidən nümunə götürülməlidir.  
 
Dənin natura çəkisi, balla 
1. çox zəif        (740 q/l-dən az olduqda); 
2. zəif               (741-770 q/1 arasında olduqda); 
3. orta               (771-790 q/1 arasında olduqda); 
4. yüksək          (791-830 q/1 arasında olduqda); 
5. çox yüksək   (830 q/l-dən yüksək olduqda). 
 
Dənin şüşəvariliyinin təyini 
Orta nümunədən 100 ədəd bütöv dən götürülür, ülgüclə 
ortadan kəsilərək iki bərabər hissəyə bölünür və  kəsilmiş sa-
həyə baxılır. Tam şüşəvari dənlərdə ləkə şəklində unvari hissə 
kəsilmiş sahənin ¼ hissəsindən çox olmamalıdır. Unvari dənlər 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə