Microsoft Word Toxumshunasliq 2014 mbm



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə25/89
tarix24.04.2018
ölçüsü2,8 Kb.
#40008
1   ...   21   22   23   24   25   26   27   28   ...   89

80 
Bunlardan biri də toxumun quruması ilə bağlıdır.   
Möhkəm toxum əmələ  gəlmə qabiliyyəti irsidir və özünü 
müəyyən şəraitdə biruzə verir. Toxumun möhkəmlilik dərəcə-
sinə onun yetişmə şəraiti də təsir göstərir. Bir qayda olaraq belə 
qəbul edilmişdir ki, toxum isti və quru hava şəraitində yetiş-
dikdə onun möhkəmliyi soyuq və rütubətli havada yetişməsinə 
nisbətən daha çox olur. Yığımdan sonra toxumun qurudulması 
və saxlandığı  şərait onun möhkəmliyini daha da artırır. Belə 
hala noxud, paxla və lobyanın süni qurudulmasından sonra rast 
gəlmək olur. Təbii  şəraitdə,  əsasən temperaturun təsirindən 
möhkəm toxumların qabığının su keçiriciliyi pozulur. Bu 
temperatur təsirləri müxtəlif ola bilər: donması  və  əriməsi, 
aşağı müsbət temperatur, tez-tez dəyişən və yüksək temperatur.  
Yüksək möhkəmliyə malik olan toxumların miqdarı çox 
olduqda xüsusi becərmələrdən istifadə etmək lazımdır, əks halda, 
bu toxumları tarlaya səpdikdə, çox zəif inkişaf edərək, digər 
mədəni bitkini zibilləyə bilər. Lakin möhkəm toxumlar paxlalı 
bitkilərdə dayaq rolunu oynayaraq  əhəmiyyətli də ola bilərlər.  
Toxumun möhkəmliyinin qarşısını almaq üçün mexaniki 
təsirlərin mühüm əhəmiyyəti var: skarifikasiya- nahamar səthə 
toxumları sürtərək onların qabıqlarının zədələnməsi və ya 
impaksiya – toxumlara zərbə vurararaq, onların polisad təbəqə-
sinin bütövlüyünün pozulması. Bu üsullarla möhkəm toxumlu-
luğun qarşısını almaq üçün texnikadan istifadə edilir: skarifi-
katorlardan.   
Möhkəm toxumluluğun qarşısını almaq üçün digər üsullarda 
məlumdur. Məsələn, isti  hava şəraitində, yaxud suda isidilərək, 
həmçinin infraqırmızı  şüalarla təsir edərək,  ultrasəs yaxud, 
tünd sulfat turşusu işləyərək. Lakin bu üsullardan az miqdarda 
toxumlarda istifadə edilir.  
Beləliklə, istehsal şəraitində bir çox tarla bitkilərində toxu-
mun sakitlik vəziyyəti, yığımdan sonra tam yetişmə  və  bəzən 
ikinci sakitlik vəziyyəti müşahidə olunur. Möhkəmtoxumluluq 
paxlalı bitkilərin toxumlarına daha çox xasdır.  


81 
3.3. Toxumun uzunömürlülüyü 
 
Bütün canlı orqanizmlər kimi, toxumlar da məhdud həyat 
qabiliyyətinə malikdirlər. Toxumun cücərmə qabiliyyətini qo-
ruyub saxlamaq dövrü müxtəlif bitki növlərində sabit deyil. 
Oduncaqlı bitkilərin, məsələn söyüd və qovaq  bitkisinin to-
xumları ana bitkidə yetişdikdən sonra bir neçə gün öz cücərmə 
qabiliyyətini saxlayır. Bundan fərqli olaraq bəzi paxlalı bitki-
lərin toxumları isə cücərmə qabiliyyətini on illərlə saxlaya 
bilirlər.  
Uzunömürlülük iki cür olur – bioloji və təsərrüfat.  
Bioloji uzunömürlülük – toxumun optimal saxlanma şərai-
tində partiyada yaxud nümunədə heç olmazsa bir dənəsinin 
həyat qabiliyyətini saxlaya bilməsi xüsusiyyətidir.  
Təsərrüfat uzunömürllüyü – toxumun optimal şəraitdə kon-
dision cücərməsini saxlamaq xüsusiyyətidir. Bioloji və  həm-
çinin təsərrüfat uzunömürlülüyü bu xüsusuiyyətlərin davam 
etdiyi dövrlə xarakterizə olunur.  
Toxumu kolleksiyada, seleksiya işləri və elmi tədqiqatlar 
məqsədilə saxlamaq üçün onun bioloji uzunömürlülüyünü bil-
mək vacibdir. Ən vacib isə  alaq bitkilərinin bioloji uzunömür-
lülüyünü bilməkdir. Belə ki, hətta çox az miqdarda cücərmiş 
alaq toxumu əkin üçün böyük təhlükə yarada bilər.  
İstehsalat  şəraitində isə, xüsusən toxumların fondlarda 
saxlanılması üçün onun təsərrüfat uzunömürlülüyünü nəzərə 
almaq lazımdır.  
Tarla bitkiləri arasında ən uzunömürlü toxuma paxlalı otlar 
malikdir, bu da onların daha qalın və  zəifkeçirici qabığa malik 
olması ilə  əlaqədardır. Çovdar toxumunun təsərrüfat uzun-
ömürlülüyü 2-5 il, buğda, arpa, yulaf, qarğıdalı və çəltikdə 5-
10 ildir. Bu bitkilərin bioloji uzunömürlülüyü isə 15 – 30 il 
arasında dəyişir.  
Toxumun uzunömürlülüyünə onun xüsusiyyət və keyfiyyət-
ləri təsir edir: cücərmə, sort xüsusiyyətləri, bitkidə  əmələ 


82 
gəldiyi yer və s. Bu faktorlar həm də kompleks təsir göstərirlər. 
Lakin bütün bunlar yalnız toxum optimal rütubət olan şəraitdə 
saxlandıqda baş verir. Yüksək nəmlikdə isə başqa faktorlar o 
qədər də  əhəmiyyət kəsb etmir, çünki, toxumun uzunömür-
lülüyü rütubətin təsirindən sürətlə  aşağı düşür. Toxumun 
anbarda saxlanması üçün lazım olan optimal nəmlik bir qayda 
olaraq aşağıdakı kimi qəbul edilmişdir: buğda, qarğıdalı 7-9%, 
çovdar 6-7%, arpa 6-8%,  yulaf 5-7%, günəbaxan 2-5% və s. 
Başqa faktorlarla müqayisədə, belə  nəmlikdə toxumun 
uzunömürlülüyünə onun ilkin cücərtiləri daha çox təsir  edir. 
 
 
 
 
 
 
 
 
 


83 
IV FƏSİL 
 
TOXUMUN MORFOLOJİ ƏLAMƏTLƏRİ, FİZİKİ 
XÜSUSİYYƏTLƏRİ VƏ ONLARIN TƏYİNİ ÜSULLARI 
 
 
4.1. Toxumun morfoloji əlamətləri 
və fiziki xüsusiyyətləri 
 
Toxumun morfoloji əlamətləri və fiziki xüsusiyyətləri onun 
keyfiyyəti ilə sıx əlaqədardır. Bundan başqa, toxumun texnoloji 
təmizliyini və sortlaşdırılmasını düzgün təyin etmək üçün də 
bunları bilmək lazımdır.  
Toxumun ümumi təsviri – bu əlamət iki ölçü - eni və uzunu 
ilə xarakterizə olunur. O, toxumun en üzünün düz səth üstündə 
proyeksiyasının göstərir. Toxumun təsvirinin aşağıdakı tipləri 
var: dairəvi, yumurtavari, tərsinə yumurtavarı, armudvari, oval, 
ellipsvari, böyrəkvari, ürəkvari, lansetvarı və s. (Şəkil 9)
  
Toxumun səthi - onun  strukturunun xüsusiyyətlərini gös-
tərir, təmizlənmə  və sortlaşdırma proseslərinə  təsir edir. To-
xumun səthi qırışıq, cadar, hamar, nahamar, yarğanlı, tükcüklü, 
dəlikli və s. olur.  
Əsasən alaq bitkilərinin toxumlarının üzü müxtəlif olur. 
Onların üzərində cürbəcür tükcüklər, tikancıqlar və başqa 
çıxıntılar olur ki, bu da onların sürətlə yayılmasında böyük rol 
oynayır. Həmçinin, bu çıxıntıların köməkliyi ilə alaqları  mə-
dəni bitkilərin toxumlarından ayırmaq mümkündür. Müxtəlif 
səthli toxumlar fərqli sürtünmə əmsalına malik olur. Bu əmsal 
0,25 – 0,6 arasında dəyişərək, həm toxumun səthindən, həm də 
nəmliyindən asılı olur. Belə ki, bitkinin nəmliyi nə  qədər 
yüksək olarsa, o qədər də sürtünmə əmsalı yüksək olur.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə