Microsoft Word Toxumshunasliq 2014 mbm



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə22/89
tarix24.04.2018
ölçüsü2,8 Kb.
#40008
1   ...   18   19   20   21   22   23   24   25   ...   89

70 
qədər artır ki, bu da onun şişməsi zamanı zədələnməsinə səbəb 
olur. Növbəti mərhələlərdə isə onun suyu mənimsəmə gücü 
sürətlə aşağı düşür. 
Toxumun yüksək mənimsəmə xüsusiyyətinə malik olması 
onun yüksək konsentrasiyalı duzlu məhlullardan suyu “çək-
məsinə” imkan verir, baxmayaraq ki, bu zaman mənimsəmə 
sürəti aşağı düşür.  
Ölü toxumların  şişməsi canlı toxumların  şişməsi ilə eyni 
gedir. Lakin canlı toxumların  şişməsi onların yeni həyatının 
başlanmasına, ölü toxumlarda isə onların çürüməsinə  səbəb 
olur.  
Toxumun aktivləşməsi zamanı fermentlər, vitaminlər, bo-
yatmaya təsir edən maddələr fizioloji aktiv vəziyyətə keçir ki
bu da ehtiyat qida maddələrinin hidroliz yolu mobilizasiyasına 
və həll olan maddələrin böyümə nöqtəsinə çatmasını təmin edir. 
Boyatma üçün hazırlıq dövrünün ilkin reaksiyası genetik apa-
ratlarla və RNT-nin aktivləşməsi ilə bağlıdır, belə ki, onlar 
hüceyrənin böyüməsi üçün lazım olan zülal maddələrinin, fer-
mentlərin və başqa birləşmələrin qurulmasının və  əsas  əmələ 
gəlmə prosesinin idarə etmə hissəsidir.  
Rüşeymin böyüməsi zamanı hüceyrə şirəsi artır və dartılaraq 
genişlənir (vakuol əmələ  gəlir), həmçinin hüceyrədə sitoplaz-
maların sayı artır. Hüceyrənin dartılaraq böyüməsi kökcüyün 
uzununa böyüməsini təmin edir ki, bu da onun toxumdan 
çıxmasına imkan verir.  
Aparılmış  tədqiqatlar nəticəsində  məlum olumuşdur ki, to-
xumun şişməsindən 30 saat sonra 22
0
C-də rüşeym hüceyrələri 
olduğu kimi qalır, 36 saat sonra 1,2 dəfə, 48 saat sonra isə 2 
dəfə artır (şəkil 7).  
Qeyd etmək lazımdır ki, toxumun şişməsi onun cücərmə-
sinin ilk mərhələsidir. Fiziologiyada cücərmənin son mərhələsi 
ilk kökcüyün ucunun toxumdan çıxması hesab edilsə  də, 
toxumçuluq nəzarətində cücərmə o zaman başa çatır ki,  
kökcük və cücərti elə bir dərəcədə inkişaf edir ki,  onun bütün 


71 
Hüce
yr
əl
ərin
  mi
qdar
ı, x 10

Toxumların cücərmə vaxtı, 
saatla
Şəkil 7. Buğda toxumunun cücərən 
rüşeymində hüceyrələrin 
miqdarının dəyişməsi, 
I.  Əsas oxu 
II.  Tumurcuq 
III.  Kökcük 
strukturları haqqında fikir 
söyləmək mümkün olur. 
Aqronomik nöqteyi-nəzə-
rindən cücərmə cücərtilərin 
çıxması ilə başa çatır.  
Toxumun cücərməsini 
ona toxum nəzarəti baxı-
mından izlədikdə bu pro-
sesi xarici əlamətlərə  əsa-
sən aşağıdakı fazalara ayır-
maq olar: 
Şişmə fazası - toxumun 
həcminin və kütləsinin art-
ması ilə xarakterizə olunur, 
burada həcmin artması da-
ha sürətli olur. Şişmə za-
manı  həcmin böyüməsi 
əsasən ilk 8-12 saatda nə-
zərə çarpır və adətən ilk 
sutkaların sonunda bitir
əgər kifayət qədər nəmlik 
olarsa 20 
0
C temperaturda 
toxumlar  şişməyə başlayır.  Şişmə zamanı ikiləpəli toxumlar 
həcmini iki dəfə artırır.  
Qidalanma fazası - toxumdan kökcüyün əmələ  gəlməsi – 
aktivləşmə prosesinin gedişatını  və böyümə proseslərinin baş-
landığını göstərir. Buğda və başqa bitkilərin becərilməsi üçün 
lazım olan vacib elementlər, lazımi qədər hava (bir qayda 
olaraq suyun altında toxumlarda qidalanma prosesi başlamır) 
və 20 
0
C temperatur olarsa ikinci sutkanın sonunda onların 
kütləvi qidalanması başlayır.  
 Boyatma  fazası - cücərtinin  əmələ  gəlməsi ilə xarakterizə 
olunur. Əvvəlcə rüşeym kökcüyü böyüyür, sonra bir neçə kök-
cüyü olan dənli bitkilərdə əlavə köklər və içərisində yarpaqlar 


72 
Şəkil 8. Toxum cücərtiləri: 
a)  Buğda; b) Qarğıdalı; c) Noxud; 
1.  Əsas rüşeym kökcüyü; 2. Rüşeym kökcüyünün törəməsi; 3. Yan 
kökcük; 4. Koleoptil; 5. Ləpəaltı buğum (hipoktil);  
6. Ləpə; 7. Ləpəüstü buğum (epikotil); 8. Tumurcuq  



olan rəngsiz koleoptil inkişaf edir. Ikiləpəli bitkilərdə  əvvəlcə 
əsas kök və  ləpəaltı buğum  uzanır, sonra düzəlir və  ləpələr 
toxumdan çıxır. Lakin iri toxumlu paxlalı bitkilərdə torpaqaltı 
cücərmədə  ləpələr toxumun içində qalır. Ləpəüstü buğum isə 
uzanır və rüşeym tumurcuğunu çölə  çıxardır. Belə inkişaf 
əlverişli  şəraitdə becərilən toxumlarda 3-5-ci günündə rast 
gəlinir (Şəkil 8). 
 


73 
Beləliklə, cücərmə toxumun şişməsindən başlayır və bunun 
üçün suyun olması bir qayda olaraq vacib şərtlərdən biridir.  
Suyun miqdarı – toxumun şişməsi üçün mütləqdir və o hər 
şeydən  əvvəl toxumun kimyəvi tərkibindən asılıdır, belə ki, 
toxumda olan maddələr müxtəlif miqdarda su mənimsəyir: 
zülal 180-250%, nişasta 35-70% və s. Dənli bitkilərin cücər-
məsi üçün suya olan minimal tələb 50%, paxlalı bitkilərdə isə 
100%-dir.  
Piylər suyu mənimsəmədiyindən yağlı bitkilərin toxum-
larının şişməsi üçün lazım olan suyun miqdarı onun tərkibində 
olan  zülal birləşmələrinin miqdarı ilə müəyyən olunur. 
Bəzi bitkilərdə toxumun kimyəvi tərkibi ilə udulan suyun 
miqdarı arasındakı asılılıq pozulur. Məsələn, kətan bitkisinin 
toxumları onların qabığında olan selikli qatın hesabına çox su 
qəbul edir. Çuğundurda bu yumrucuq toxumalarının şişməsi ilə 
əlaqədardır, bu zaman yumrucuqlardan seçilmiş toxumlar cəmi 
40–70% su qəbul edir.  
Şişmənin sürəti temperaturdan daha çox asılıdır,  əsasən də 
suyun mənimsənilməsinin sürətlə getdiyi ilk saatlarda. Toxu-
mun şişmə sürəti temperatur artdıqca artır, yalnız 55
0
C-yə çat-
dıqda onlar öz həyat qabiliyyətlərini itirirlər.  
Bundan başqa, şişmənin sürətinə suyun mənimsənilmə dərə-
cəsi də güclü təsir edir. Məsələn, bəzi məlumatlara əsasən buğ-
danın toxumunun 24 saat ərzində mənimsədiyi suyun miqdarı -
suda  şişməsi zamanı -40,7%, yaş qumda -30,3%, nəm filtr 
kağızında isə -26,5%-dir.  
Şişmənin sürətinə toxumun qabığının strukturası, qalınlığı, 
keçiricilik qabiliyyəti, toxumun əsas hissələrinin  şişmə qabi-
liyyəti, hüceyrə plazmasının keçiriciliyi və hüceyrənin 
daxilində olan maddələrin tərkibi də təsir edir.  
Eyni sortun ayrı–ayrı toxumlarının  şişmə sürəti belə  fərqli 
olur. Kiçik toxumlar böyüklərə nisbətən daha çox su qəbul edir 
(öz çəkilərinin%-lə nisbətinə görə). Bu onların üst qılafının 
nisbətən çox olması ilə əlaqədardır.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə