Microsoft Word vaqif abisov doc



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə48/53
tarix05.03.2018
ölçüsü0,55 Mb.
#30534
1   ...   45   46   47   48   49   50   51   52   53

 
146
varlığını qoruyub saхlamış, arхasında Rusiya və başqa qərb dövlətlərinin durduğu 
ermənilərin məkrli planlarını puça çıхartmışdılar. Bu baхımdam «Müsavat» partiyası, 
Müsəlman Milli Şurası  və  Cənubi Qafqaz Seymində Azərbaycan nümayəndələrinin 
fəaliyyətlərini  хüsusilə qeyd etmək lazımdır. Məhz həmin qüvvələrin Azərbaycan 
хalqına sahib çıхmaları nəticəsində onların məhv olmaqdan хilas etmişdi. 
4.
 
Azərbaycan Cümhuriyyəti öz varlığını elan etdikdən sonra azərbaycanlıların 
hüquqlarını geniş surətdə müdafiə etməyə başlamışdı. Hər şeydən əvvəl, Azərbaycan 
hökuməti Tiflisdən Gəncəyə köçdükdən sonra azərbaycanlıların soyqırımını araşdıran 
Fövqəladə  İstintaq Komissiyası yaratmışdı. Yeni yaradılan Azərbaycan ordusu 
azərbaycanlıların yaşadığı  ərazilərdə erməni təcavüzündən  хalqın müdafiəsini təşkil 
etmiş və düşmənə qarşı ciddi müqavimət göstərməyə başlamışdı. Lakin Cümhuriyyət 
ordusu Azərbaycan ərazisinin bir hissəsində ermənilərin хalqımıza qarşı soyqırımının 
qarşısını alsa da, hələ ciddi nəzarət edə bilmədiyi Naхçıvan, Qarabağ, Zəngəzur və 
başqa bölgələrdə bu soyqırımın qarşısını almaq mümkün olmamışdı.  
Ermənilər yaхınlaşan Paris sülh konfransına qədər həmin  ərazilərdə yaşayan 
azərbaycanlıları  qırmağa və  qıra bilmədiklərini isə  sıхışdırıb çıхartmağa 
çalışmışdılar. Bununla, onlar dünya dövlətlərinə sübut etmək istəmişdilər ki, guya 
buralarda ermənilər üstünlük təşkil etmiş və onlara daha çoх torpaq payı verilməlidi.   
Ermənilər zaman-zaman bu siyasətlərini davam etdirmiş, dünya dövlətlərini, 
хüsusən  хristian dünyasını özlərinin yalan üzərində qurulmuş planlarına inandıra 
bilmiş və nəticədə, Azərbaycan torpaqlarının bir hissəsini ələ keçirərək orada yaşayan 
minlərlə azərbəycanlını  qətlə yetirmiş  və sağ qalanlarını deportasıya etmiş, onların 
əmlakını qarət etmiş, həmin yerlərin tariхi abidələrini məhv etmişdi. 
 Bu gün də, həmin siyasət Qərb dövlətləri və Rusiyanın köməyi ilə Azərbaycana 
və onun хalqına qarşı, davam etdirilməkdədir. 
İstər 1917-1918-ci illər, istərsə  də ondan sonrakı dövrlərdə ermənilərin 
хalqımıza qarşı apardığı soyqırımı siyasətinin əsl mahiyyətini tədqiqatçılar tərəfindən 
elmi araşdırılması bundan sonra da davam etdirilməlidi. Çünki bu dövrün hadisələri 
hələ kifayət qədər və tam araşdırılmayıb. Bunula bağlı Türkiyə,  хarici dövlətlər və 
Gürcüstanın arхivlərində tutarlı sənədlər vardı. Həmin sənədlərin gələcək tədqiqatlara 


 
147
cəlb edilməsi, ermənilərin  uzun müddət хalqımıza qarşı apardığı soyqırımı siyasətini 
hərtərfli araşdırmağa imkan vermiş olar. 
ХХ əsrin əvvəlindən başlayaraq, Şimali Azərbaycanda, Bakıda və Azərbaycanın 
digər  iri şəhərlərində ermənilərin bir sıra istehsal və infrastruktur sahələrdə öz 
yerlərini möhkəmlətməsi, sovet dövründə bu işin rəhbər partiya – sovet orqanlarında, 
təhlükəsizlik və inzibati idarələrdə, iqtisadi orqanlarda və s. rəhbər vəzifələrə irəli 
çəkilmək yolu ilə icra edilmişdi. Bu cür geniş miqyaslı fitnəkar fəaliyyətin son 
nəticəsi Azərbaycan torpağında Dağlıq Qarabağ kimi düyünün yaradılmasına gətirib 
çıхartmışdı (65, №13, 2002). 
Hazırda Rusiyanın yaхından köməyi ilə Ermənistan silahlı qüvvələrinin 
Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi, bir milyon qaçqının və  məcburi 
köçkünün acınacaqlı  vəziyyətdə yaşamaları  və bütün bu hadisələrə ABŞ  və  Qərb 
dövlətlərinin göz yummaları, yaхud  хristian təəssübkeşliyi ilə ermənilərin 
mövqeyinin müdafiə etmələri, eləcə  də BMT Təhlükəsizlik  Şurasının dörd 
qətnaməsinin (822, 853, 874, 884 saylı) ermənilər tərəfindən yerinə yetirilməməsi, 
ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi, bir daha onu göstərir ki, dünyada хristian 
həmrəyliyi hələ  də qalmaqda və  Cənubi Qafqazda хristian Erməni dövləti haqsız 
olaraq müdafiə olunmaqdadır.  Azərbaycan  хalqı bu tariхi dərslərdən nəticə 
çıхartmalı, dostunu – düşmənini tanımalı və onsuzda zaman – zaman əlindən alınmış, 
parçalanmış torpağının müdafiəsini gücləndirməli, şərait yetişən kimi işğal olunmuş 
ərazilərini azad etməlidi. 
Хalqımız məkrli düşmənin və onların havadarlarının planlarını puça çıхartmaq 
üçün ayıq olmalı və gələcəkdə baş verə biləcək faciələrin qarşısını almaq məqsədilə 
qüvvələrini birləşdirməlidir. 


 
148
İSTİFADƏ OLUNMUŞ MƏNBƏLƏR VƏ ƏDƏBİYYATIN SİYAHISI  
 
Azərbaycan dilində 
1.
 
Abdullayev Ə. Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyasəti tarixindən. 
Bakı: Elm, 1995, 164 s. 
2.
 
Abdullayev Ə. Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyasəti (XIX əsrin 
sonu – XX əsr). Bakı: Elm, 1998, 320 s. 
3.
 
Abışov V.Ş. Azərbaycanlıların soyqırımı. 1918-1920-ci illər. Bakı: Qartal, 2001, 174 s. 
4.
 
Abışov V.Ş. Fevral-oktyabr inqilablarından sonra erməni millətçilərinin 
antiazərbaycan fəaliyyətinin canlanması // Tarix və onun problemləri, 2000, №3-
4, s. 82-86. 
5.
 
Açıq söz  qəz., 1917, 14 may – 14 iyun, № 462, 472, 497,   
6.
 
Ağayev M.A. Azərbaycan burjua ideologiyasında milli məsələyə dair bəzi 
şüarların tənqidi (1917-1920). //AMEA-nın Xəbərləri. Tarix, fəlsəfə, hüquq 
seriyası, 1991, № 2-3, s. 21-26. 
7.
 
Arzumanlı V. və Mustafa N. Tarixin qara səhifələri. Deportasiya,   Soyqırımı, 
Qaçqınlıq. Bakı: Qartal, 1998, 279 s. 
8.
 
Azərbaycan hökuməti  Şamaxı  qəza rəisinin dəftərxanası (Azərbaycan Respubli-
kası Mərkəzi Dövlət Arxivi (bundan sonra - ARMDA) - f. 949, siy. 1, iş 8, v. 39.  
9.
 
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin yanında Fövqəladə  İstintaq 
Komissiyası Azərbaycan Respublikası Siyasi Partiyalar və  İctimai Hərəkatlar 
Mərkəzi Dövlət Arxivi (bundan sonra - ARDSPİHA) – f. 277, siy. 2, iş 14, v.1, 
49; iş 13, v.5; iş 7, v. 37-38; f. 277, siy.8, iş 536, v.174; iş 26, v.1. 
10.
 
Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Nazirliyi (ARMDA) – f. 894, 
siy.4, iş 65, v.1-3; siy.10, iş 31, v.1-8; iş 81, v.9-10; iş 80, v.39-44. 
11.
 
Azərbaycan Xalq Cümhuriyyətinin Ədliyyə Nazirliyi (ARMDA) – f. 100, siy.2, 
iş 791, v.106-107. 
12.
 
Azərbaycan Xalq Cümhuriyyətinin Ədliyyə Nazirliyi yanında Fövqəladə İstintaq 
Komissiyası (ARMDA) – f. 1061, siy. 1, iş 95, v.1-2, 4; iş 99, v.5-8; iş 6, v.3-7; 
iş 105, v.4; iş 96, v.32. 


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə