Microsoft Word vaqif met sss doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə10/104
tarix18.05.2018
ölçüsü4,51 Kb.
#44624
1   ...   6   7   8   9   10   11   12   13   ...   104

 
B i b l i o q r a f i y a      
 
39
xarakterdə qoyulub-qoyulmamasından asılı olmayaraq), hər iki 
halda terminologiya, düşdüyü kontekstin bədiiliyinə baxmayaraq, 
kifayət qədər dəqiq informasiya verir. 
 
2. Müxəmməs deməyin seyrəklənibdir, 
Bayatıda zehnin zirəklənibdir... 
 
Müxəmməs – nikbin, bayatı – bədbin ruhlu poetik janr kimi 
təqdim olunur, şübhəsiz, burada şərtilik var; Vaqif “Mən cahan 
mülkündə mütləq doğru halət görmədim” misrası ilə başlanan şei-
rini müxəmməs formasında yazmışdır, halbuki bu şeir bədbin 
ruhludur... 
Zehnin çirəklənməsi ifadəsinin elmi (terminoloji) tutumu 
poetik tutumundan böyükdür; həqiqətən,  şairin bu və ya digər 
janra meylini məhz zehni zirəklik müəyyən edir, bu elə bir mə-
qamdır ki, emosiya texniki həllini tapmalı olur. Deməli, əqli-zeh-
ni nəzarət lazım gəlir. 
Zehnin bu və ya digər janrda “zirəklənməsi” poetexniki 
struktur modelin emotiv motivlənməsidir, – bu isə poetikanın in-
diyə qədər problemi olaraq qalır. 
 
3. Mən sənin vəsfini, ey mahi-kərəm, 
Hafiçdən, Camidən artıq söylərəm...  
 
Vəsf ümumişlək keyfiyyətinə malikdir, lakin Vaqif şeirinin 
estetik simasını müəyyən etmək üçün olduqca lazımlı sözdür: elə 
buna görə də (yəni filoloji məzmun yükünün artması ilə əlaqədar) 
terminoloji səciyyə kəsb edir (elə bil şair özü-özünü səciyyələn-
dirməkdən ötəri müvafiq sözü axtarıb tapmış olur). 
Vaqifin terminoloji leksikasında ümumişləklik məqamı özü-
nü, demək olar ki, həmişə mühafizə edir; diqqət edək; Ağ günə 
təşbihdir sənin cəmalün. Göründüyü kimi, təşbih sözünün etimo-
loji ümumişləkliyi terminolojiliyindən daha fuknsional şəkildədir
hətta elə bil ki, termin (qeyd edək ki, XVII-XVIII əsrlər ədəbi di-
limiz üçün təşbihin ancaq terminoloji funksiyası normativ haldır, 
M o l l a   P ə n a h   V a q i f  
 
40 
ümumişlək vahid kimi işlənmir, ümumişlək məqamda verilməklə 
yumşaldılır, kontekstin (bədiiliyin) tələblərinə uyğunlaşdırılır, nə-
ticədə isə nəinki elmi təfəkkür faktı olmaqdan çıxır, hətta poetizm 
kimi dərk edilir. 
Vaqifin terminoloji leksikasında (eləcə də elmi-filoloji təfək-
küründə) novatorluq bədii-estetik təfəkküründəki qədər deyil; bu-
nunla belə, Vaqif poetik kontekstdə termindən istifadənin demok-
ratizminə görə özünə qədərkilərdən ciddi surətdə seçilir; məsələn: 
Əqlin aldın, yarəm, – deyin Vaqifin, Yanıltdın əlifin, beyin Vaqi-
fin... Bir qafiyə qayır, göndər ol yara... 
Əlif-bey – əslində “savad” deməkdir, lakin şair “ağıl” məna-
sında işlədir, zahiri əlaməti daxili əlamət kimi təqdim edir; nəticə-
də, termin məzmunca munisləşir. 
Qafiyə – “qoşma” mənasındadır (XX əsrin  əvvəllərində  də 
bu mənada işlənmişdir, məsələn, F.Köçərlidə), bununla əlaqədar 
işlədilən “qayır” sözü qafiyənin terminoloji nüfuzunu (bəlkə  də, 
dəbdəbəsini) sındırır, – xəlqiləşmə gedir. 
Beləliklə, Vaqifin ədəbi dil sahəsində gördüyü iş terminolo-
giyanı da əhatə edir, lakin spesifik bir cəhət meydana çıxır; termi-
nologiyada xəlqiləşmə (başqa sözlə, milliləşmə) semantik planda 
aparılır, forma planında ciddi bir əməliyyat müşahidə edilmir. 
Mоlla Pənah Vaqif yеni Azərbaycan ədəbiyyatının, еləcə də 
yеni (milli) Azərbaycan ədəbi dilinin yaradıcısı, Azərbaycan xal-
qının mütərəqqi tarixi şəxsiyyətlərindən biridir. 
 
Nizami Cəfərov,  
akademik 
 


 
B i b l i o q r a f i y a      
 
41
 
 
 
Molla Pənah Vaqifin həyat və fəaliyyətinin
 
əsas tarixləri 
 
1717    
Aprel ayının 6-da Qazax mahalının Qıraq 
Salahlı kəndində anadan olmuşdur; 
-  İlk təhsilini Qazaxda, tanınmış alim və 
pedaqoq  Şəfi  Əfəndinin yanında almışdır. 
Bəzi salnaməçilər belə hesab edirlər ki, 
sonrakı təhsilini 
Gəncədə və yaxud Təbriz-
də 
alıb; 
- Təhsilini başa vurduqdan sonra Qazaxda
sonra isə Qarabağda məscid nəzdində 
fəaliyyət göstərən mədrəsədə dərs demişdir 
və 
öz zamanında bir çox ülum və fünuna 
(fənn və elmlər) vaqif  olduğu üçün özünə 
“Vaqif” təxəllüsü
 götürmüşdür. 
 
1750    
-  Ailəsi ilə birlikdə Qarabağın Tərtər 
mahalına köçmüşdür; 
- Tərtərin Sarıcalı kəndində məktəb açaraq 
müəllimlik etmişdir. 
 
1759    
- Gürcüstan sərhəddində baş vеrən qarışıq-
lıqlar nəticəsində Qazax mahalının bir nеçə 
ailəsi kimi Vaqifin ailəsi də dоğma yurdla-
rını  tərk  еdib Qarabağ Xanlığına köçməyə 
məcbur оlmuşlar; 
- Sonralar Qarabağ xanı İbrahimxəlil xanın 
vəziri Mirzə Vəli bəy Baharlının təklifi ilə 
Şuşaya köçmüşdür. 
 
M o l l a   P ə n a h   V a q i f  
 
42 
1770
    
-  İbrahimxəlil xan Qarabağinin sarayında 
əvvəlcə eşikağası, sonra isə baş vəzir kimi 
fəaliyyət göstərmişdir. 
 
1795    
Qarabağa hücuma keçən Qacara iki misra-
dan ibarət fars dilində çox ibrətli bir cavab 
göndərmişdir. 
 
1797    
- Məhəmməd bəy Cavanşir tərəfindən oğlu 
Əli ağa ilə birlikdə
 
Şuşada - Cıdır düzündə 
edam olunmuş və külliyyatı yandırılmışdır. 
 
1823    
- Gürcüstan şahzadəsi Teymurazın tapşırığı 
ilə Sayat-Novanın oğlu Ohan tərəfindən 
tərtib edilmiş Zaqafqaziya şairlərinin şeirlə-
ri məcmuəsinə 12  şeiri daxil edilmişdir. 
 
1848  
-
 
Tadeuş Zabloski şairin Ağa Məhəmməd 
xan Qacarın ölümünə yazdığı şeirini rus di-
linə  tərcümə edərək ilk dəfə avropalı oxu-
cuya təqdim etmişdir. 
 
1855    
- M.F.Axundov şairin “Açıq başda əgər ol-
sa bir dilbər” qoşmasını rus dilinə tərcümə 
edərək Tiflisdə çıxan “Zurna” adlı jurnalın 
birinci nömrəsində çap etdirmişdir. 
 
1856    
-  Şairin  əsərləri toplanmış “Məcmueyi-di-
vani-Vaqif və digər müasirin” adlı ilk kitab 
Dağıstanın Tеymurxanşura şəhərində (indi-
ki Buynaksk) ərəb əlifbasında çap еdilmişdir.  
 
1867    
-  Lеypsiq  şəhərində Adоlf Bеrjеnin tərtib 
etdiyi “Məcmueyi-aşiqi-şüəran-Azərbay-
can” adlı kitabında M.P.Vaqifin 50 təzkirə-
si
 
çap edilmişdir. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə