Microsoft Word vaqif met sss doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə13/104
tarix18.05.2018
ölçüsü4,51 Kb.
#44624
1   ...   9   10   11   12   13   14   15   16   ...   104

 
B i b l i o q r a f i y a      
 
51
təbiətdən alır, oxuculara buraxdığı canlı  təsirin füsunu bundan 
doğuyor. 
Abdulla Şaiq, 
şair, pedaqoq, ədəbiyyatşünas
 
 
Vaqif istedadlı şair, eyni zamanda ictimai dövlət xadimi idi.  
İsmayıl Şıxlı, 
Xalq yazıçısı  
 
Vaqif  şeirinin dili təbii və sadə olduğu qədər mənalı  və 
dolğundur.  
Mirzə İbrahimov, 
Xalq yazıçı 
 
Yeni Azərbaycan  şeirinin yaradıcısı, misilsiz qoşma və 
qəzəllər ustası Molla Pənah Vaqifin poeziyası son dərəcə zəngin 
və cazibədardır.  
 
 
Vaqif – XVIII əsrin  ən böyük şairi, mütəfəkkiri, xalqın se-
vimlisi, aşıqların ustadı  və görkəmli dövlət xadimidir. Onun 
mahnıları xalq arasında çox məşhurdur, onun adı ən səmimi, tə-
sirli lirizmin rəmzinə çevrilmişdir. Lakin gözəllik, xoşbəxtlik
günəş müğənnisi olan Vaqif, həyatın qüsürlarına da qətiyyət 
gözünü yummamışdır. Onun rübabı yer üzündə zülmü və zo-
rakılığı ifşa etmək, xalqın iztarablarını təsvir etməkdir.  
Mikayıl Rəfili, 
ədəbiyyatşünas alim 
 
Vaqif zəngin Azərbaycan poeziyasında elə yeni bir yol aç-
mışdır ki, ondan sonra gələn şairlər, hətta bu günədək onun açdığı 
yol ilə getməkdədirlər. Vaqif poeziyasının əsas xüsusiyyəti sadə-
lik və xalq ruhuna yaxın olmasındadır. 
Məmməd Arif, 
akademik 
M o l l a   P ə n a h   V a q i f  
 
52 
Yüksək insani hislər aşılayan, coşğun və nikbin Vaqif poezi-
yası bu gün də bizimlədir.  
Araz Dadaşzadə, 
Əməkdar elm xadimi 
 
Vaqif “Xalqın ruhuna uyğun”
 
yeni  ədəbiyyat, camaat üçün 
anlaşıqlı olan kütləvi ədəbi dil yaratmışdır. 
 
 
 
Vaqifin yaradıcılığı xalq şeirinin və onun mahnılarının təsiri 
altında yazılmış lirik şeirlərdən ibarətdir. 
Mustafa Quliyev, 
ədəbiyyatşünas, tənqidçi, publisist 
 
Şairlərdən... Molla Pənah Vaqif təblərinin gözəlliyi ilə məş-
hur olmuşdur. 
Abbasqulu ağa Bakıxanov, 
 yazıçı, alim, mütəfəkkir 
 
Gözəllərə şeir deyən, yaşılbaşları tərifləyən, təbiətin gözəllik-
lərindən nəşə duyan, özünün dediyi kimi “dünyanın hər şərbətini 
içməyə” çalışan rübabi şair Vaqif eyni zamanda ağıllı bir dövlət 
xadimidir, diplomatdır, vətənpərvərdir, xalqının dərdini düşünən 
gözəl bir vətəndaşdır. 
 
 
Vaqifin sadəliyi, büllur çeşmə kimi qaynayan misraları, onun 
əsərlərini öz özünə xas
 
olan gözəlliklərdən məhrum etməmişdir. 
Mehdi Hüseyn, 
Xalq yazıçısı 
 
Biz... M.P.Vaqif ənənələrindən də öyrənməli, bu ənənələrdən 
günümüzün  ədəbi-bədii tələblərinə müvafiq olaraq istifadə 
etməliyik. 
Süleyman Rəhimov, 
Xalq yazıçısı 


 
B i b l i o q r a f i y a      
 
53
Vaqifi poeziyanın qüdrətli,  əvəzsiz yaradıcısı kimi tanıtmaq 
lazımdır. 
Məsud Əlioğlu, 
yazıçı 
 
Vaqif bütün varlığı, ilhamı ilə  həyata, insan gözəlliyinə 
vurğun, həyat aşiqli bir sənətkardır.  
Mirzağa Quluzadə, 
professor 
 
Vaqifin yetişməsi öz zəmanəsinin  ən fərəhli  ədəbi hadisələ-
rindən idi. 
 
 
Vaqif, xüsusilə təcrübəli mühəndis kimi tanınmışdır. Şuşada-
kı Xan sarayı, yaşayış yerləri və qala hasarları onun tərəfindən 
tikilmişdir. 
Adolf Berje,  
rus tarixçi, şərqşünas 
 
Vidadi və bilxassə Vaqifin fəaliyyəti azəri  ədəbiyyatında 
yeni və parlaq mərhələ idi. 
Rəfioğlu, 
türk alimi 
 
Vaqif  ənənəvi xalq ədəbiyyatı  təsiri ilə qaynaşmış, klassik 
azəri şeirinin son mühüm yetişdirməsidir. Vaqif  bilxassə Qafqaz 
türkləri arasında XIX əsr boyunca davam edən geniş bir şöhrət 
sahibi idi. Bu şairin klassik şeirlər və ya xalq söyləyişləri ilə 
tərənnüm etdiyi çeşidli mənzumələrində ... təmiz bir azəri 
türkcəsi və səmimi eşq duyğuları da vardır. 
H.S.Baharlı, 
türk alimi 
 
Vaqif sadə dilli, zəngin məzmunlu şeir toxumunu münbit bir 
poeziya torpağına səpmişdir.  
Əhməd Cəfəroğlu, 
türk alimi 
M o l l a   P ə n a h   V a q i f  
 
54 
Vaqifin qoşmalarından hansını götürsəniz, onda Azərbaycan 
çöllərinin gözəl ətrini, qarlı dağlarının saf havasını, çağlayıb axan 
duru sularının şırıltısını və bu səfalı, həyatverici, təbiət qucağında 
gəzib  əylənən, bəzənib nazlanan Azərbaycan pərilərinin oynaq 
simasını duyarsınız. 
Əziz Şərif, 
professor 
 
Vaqifin simasında azəri el ədəbiyyatı özünün ən yüksək zir-
vəsinə çatdı. O, sözün əsl mənasında təkcə mənsub olduğu xalqın 
sənətkarı deyildir. Vaqif bütün şeir və  sənət qədrini bilən, ona 
hörmət bəsləyənlərin sevimli şairidir. 
Mirzə Həsən Əlqədiri, 
XIX əsr ləzgi alimi 
 
Vaqif öz şeirləri ilə Azərbaycanı tərənnüm edir, Azərbaycan 
isə onu yaşadır. Bu, nəsilbənəsil  xalq arasında yaşayan sənətkar 
üçün böyük səadətdir.  
Rəsul Həmzətov, 
Dağıstan Respublikasının Xalq şairi
 
 
Alman tənqidçisinin göstərdiyi kimi... Vaqif və Zakirin əksər 
şeirləri, yaxşı bir poetik tərcümədə, istər forma və istərsə  də 
məzmun cəhətdən yeni alman poeziyasının qüvvətli  əsərləri ilə 
yanaşı qoyula bilər. 
N.İ.Qulak, 
Ukrayna şərqşünası 
 
Vaqif Azərbaycan  şeirini  ərəbçilik  ənənələrindən uzaqlaşdı-
ranlardan biri olmuşdur. 
Lui Araqon, 
fransız şairi 
 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə