Microsoft Word vaqif met sss doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə11/104
tarix18.05.2018
ölçüsü4,51 Kb.
#44624
1   ...   7   8   9   10   11   12   13   14   ...   104

 
B i b l i o q r a f i y a      
 
43
1908    
- “Tazə həyat” qəzеtinin müdiri Haşım bəy 
Vəzirоv “Qafqaz şüərasının məşhuru Molla 
Pənah Vaqifin ələ düşən əşarının məcmuə-
si” kitabını Bakıda nəşr еtdirmişdir. 
 
1923  

Azərbaycan SSR Xalq artisti Hacağa 
Abbasovun  “Ağa Məhəmməd şah Qacar və 
Molla Pənah Vaqif” pyesi Bakıda Tənqid-
Təbliğ Teatrında tamaşaya qoyulmuşdur. 
 
1925    
- Salman Mümtaz Vaqifin şеirlərindən bir 
hissə  tоplayaraq “Azərbaycan  ədəbiyyatı. 
Molla Pənah Vaqif” adlı kitabda nəşr еtdir-
mişdir. 
 
1937    
- “Əsərləri” ilk dəfə Azərnəşrdə çap olun-
muşdur; 
- Xalq şairi Səməd Vurğun şairin həyat və 
yaradıcılığına həsr etdiyi “Vaqif” dramını 
yazmışdır.  
 
1938  
-  Oktyabr ayının 5-də M.Əzizbəyov adına 
Azərbaycan Dram Teatrında S.Vurğunun 
“Vaqif” dramının ilk tamaşası olmuşdur. 
 
1940  
-
 
Bakı  şəhərində Nizami Gəncəvi adına 
Milli Azərbaycan Ədəbiyyat Muzeyinin fa-
sadının lojasında heykəli (müəllif C.Qar-
yağdı) ucaldılmışdır. 
 
1941    
- “Vaqif” dramına görə  Səməd Vurğun 
“Stalin” mükafatına layiq görülmüşdür.  
 
M o l l a   P ə n a h   V a q i f  
 
44 
1945    
- Azərbaycan SSR Еlmlər Akadеmiyasının
 
(AMЕA)
 
Nizami adına Dil və  Ədəbiyyat 
İnstitutu tərəfindən “Əsərləri”nin akademik 
nəşri çapdan çıxmışdır; 
- Y.V.Çəmənzəminli  şairə  həsr etdiyi “İki 
od arasında” romanını yazmışdır. 
 
1947  
-  Səməd Vurğunun “
Vaqif” dramı Berlin 
teatrında səhnəyə qoyulmuşdur;  
-  “Vaqif” dramının 800-cü tamaşası göstə-
rilmişdir. 
-  Əməkdar incəsənət xadimi, rəssam 
S.Şərifzadə “Vaqif portreti”ni çəkmişdir. 
 
1968 
- Anadan olmasının 250 illiyi dövlət səviy-
yəsində qeyd olunmuşdur; 
- Moskvada, İttifaqlar Evinin Sütunlu Salo-
nunda SSRİ Yazıçılar  İttifaqı  və Azərbay-
can SSR Yazıçılar  İttifaqı yubileylə  əlaqə-
dar konsert təşkil etmişlər; 
- Bakı saxsı qablar zavodunda yubileylə 
əlaqədar  şairin  əsərləri  əsasında bədii qab-
lar hazırlanmışdır; 
- Respublika Bədii Fondunun İstehsalat-
yaradıcılıq kombinatı  tərəfindən yubileylə 
əlaqədar şairin şeir misraları fonunda təsvir 
olunmuş portreti - estampını buraxılmışdır; 
- Bakı  Bədii Hədiyyələr fabriki yubileylə 
əlaqədar döş nişanı buraxmışdır; 
-  Əməkdar incəsənət xadimi, rəssam  
Q.Xalıqov  şairin yubileyi münasibətilə 
plakat hazırlamışdır. 
 
1970  
- Nazirlər Sovetinin 1970-ci il 30 yanvar ta-
rixli 29 nömrəli qərarına  əsasən Qazax ra-
yonunda xatirə muzeyi yaradılmışdır. 
 


 
B i b l i o q r a f i y a      
 
45
1978    
-  Eston yazıçısı F.R.Kreysvald tərəfindən 
şairin  eston dilinə  tərcümə olunmuş mü-
xəmməsləri “Skala” qəzetində  dərc olun-
muşdur. 
 
1982    
- Yanvar ayının 14-də ümummilli lider 
Heydər Əliyevin iştirakı ilə Şuşada – Cıdır 
düzündə  məqbərəsinin açılışı olmuşdur. 
Məqbərənin açılışında ümummilli lider 
Heydər Əliyev çıxış etmişdir. 
 
2002  
- Xatirə muzeyi “M.P.Vaqif və M.V.Vida-
dinin xatirə muzeyi” adlandırılmışdır; 
-  Məqbərəsinin  əksi verilmiş 100 manatlıq 
Azərbaycan əsginası buraxılmışdır.  
 
2010  
 
- Tanınmış italyan şərqşünas-türkoloqu 
Campiero Bellincerinin “Molla Pənah Va-
qif. Həyatı və qoşmaları” adlı kitabı italyan 
dilində çap edilmişdir. 
 
2011  
 
 
“Molla Pənah Vaqif” adlı sənədli televizi-
ya filmi çəkilmişdir. 
 
2014    
 
Şairin adına poçt markası buraxılmışdır. 
 
2016    
- YUNESKO “Molla Pənah Vaqif ili”ni 
elan etmişdir. 
 
2017  
-  Azərbaycan Respublikasının Prezidenti 
cənab  İlham  Əliyev “Böyük Azərbaycan 
şairi Molla Pənah Vaqifin 300 illik yubile-
yinin keçirilməsi haqqında” Sərəncam im-
zalamışdır.  
 
M o l l a   P ə n a h   V a q i f  
 
46 
 
 
 
Görkəmli şəxsiyyətlər  
Molla Pənah Vaqif haqqında 
 
 
Böyük  şairimiz Molla Pənah Vaqif XVIII əsrdə  şeir dilini 
xalq dilinə daha da yaxınlaşdırdı. Onun yazdığı  şeirləri xalqın 
bütün təbəqələri həm anlaya, həm qavraya bildi, həm də sevdi. 
Beləliklə, o, Azərbaycan şeirində yeni bir yol açdı. 
 
 
Vaqifin vəfatından 200 il sonra biz Şuşada onun məzarı üzə-
rində əzəmətli bir məqbərə ucaltdıq. Bu, həm Vaqifin yaradıcılı-
ğına, həm də, ümumiyyətlə, ədəbiyyata, şeirə, mədəniyyətə olan 
münasibətimiz idi. 
Molla Pənah Vaqif Azərbaycan xalqının fəxri, böyük şairi-
mizdir. 
Heydər Əliyev, 
Azərbaycan xalqının ümummilli lideri 
 
Molla Pənah Vaqif öz ənənələri ilə seçilən ədəbi məktəb ya-
ratmış ölməz sənətkardır. O, əhəmiyyətini əsrlərdən bəri qoruyub 
saxlayan bənzərsiz poeziya nümunələri meydana gətirməklə milli 
ədəbiyyatın yeni istiqamətdə inkişafına təkan vermişdir. Azərbay-
can şeiri Vaqifin sayəsində tarixinin növbəti mərhələsinə qədəm 
qoymuşdur. Onun klassik bədii fikir salnaməmizin parlaq səhifə-
lərindən birini təşkil edən irsi müasir dövrdə də insanların əxlaqi-
mənəvi kamilləşməsinə xidmət göstərir. Azərbaycan tarixinə 
həmçinin siyasi xadim kimi daxil olan Vaqif taleyüklü məsələlə-
rin həllində müdriklik və uzaqgörənlik nümayiş etdirmişdir. 
İlham ƏLİYEV, 
Azərbaycan Respublikasının Prezidenti 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə