Microsoft Word vaqif met sss doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə12/104
tarix18.05.2018
ölçüsü4,51 Kb.
#44624
1   ...   8   9   10   11   12   13   14   15   ...   104

 
B i b l i o q r a f i y a      
 
47
Amma mən  əyyami-səyahətimdə  səfhəyi-Qarabağda Molla 
Pənah Vaqifin bir para xəyalatını gördüm ki, zikr etdiyim şərt bir 
növ ilə onda göründü. 
Mirzə Fətəli Axundov, 
yazıçı-dramaturq, ictimai xadim 
 
Molla Pənah Vaqif – Azərbaycan yazılı  ədəbiyyatında heca 
vəznli şeirin yaradıcısıdır. 
Vaqif – xalq həyatının böyük nəğməkarıdır. 
Vaqif – Azərbaycan mövzusunu şeirin  əsas mövzusuna 
çevirmişdir. 
Vaqif – Azərbaycan ədəbi dilinin banisidir. 
Vaqif – erkən yeni dövr Azərbaycan realist ədəbiyyatının 
əsasını qoymuşdur. 
İsa Həbibbəyli, 
AMEA-nın vitse-prezidenti, akademik 
 
Molla Pənah Vaqif yeni Azərbaycan ədəbiyyatının, eləcə də 
yeni (milli) Azərbaycan ədəbi dilinin yaradıcısı, Azərbaycan xal-
qının mütərəqqi tarixi şəxsiyyətlərindən biridir. 
Nizami Cəfərov, 
akademik 
 
Molla Pənah Vaqif yaradıcılığındakı humanizm, səmimiyyət, 
həyatın gözəlliklərindən zövq almaq, “toy-bayramdır bu dünya-
nın  əzabı, ağlı olan gətirər tabı” kimi misralarında ifadə etdiyi 
nikbin fəlsəfəsi onu yeni dövr dünya ədəbiyyatının ən görkəmli, 
ən mütərəqqi xadimləri ilə yaxınlaşdırmaqla, böyük şair-mütəfək-
kirin dünyagörüşünün ümumbəşəri miqyasını müəyyən edir. 
Əbülfəs Qarayev, 
Azərbaycan Respublikasının  
Mədəniyyət və Turizm naziri 
 
 
M o l l a   P ə n a h   V a q i f  
 
48 
Azəri övladları ən əvvəl... proletar şairi doğma Sabirin, xalq 
şairimiz Vaqifin, Zakirin, Vidadinin mübariz ruhlu şeirlərini 
bilməlidirlər. 
Nəriman Nərimanov, 
ictimai-siyasi xadim, yazıçı, publisist 
 
Cavanşir sarayı Vaqifi deyil, bərəks, Vaqif sarayı mənimsə-
miş  və dilimizə,  ədəbiyyatımıza da çox böyük xidmətlər göstər-
mişdir... 
Böyük Vaqifin şeirləri o qədər rəvan, sadə və o qədər şirindir 
ki, insan oxumaqla doymur, bütün kitabı birdən götürüb başına 
çəkmək və içmək istəyir. Vaqif tam mənası ilə el şairi olaraq, 
həm də mücəddəddir. Bu münasibətlə  də  nəzərimizdə  Vaqifin 
qayət böyük dəyəri vardır. 
Salman Mümtaz, 
ədəbiyyatşünas 
 
Vaqifin  şeirlərində Vaqifə  məxsus bir sadəlik, gözəllik və 
zarafat var ki, sonra gələn şairlərimizə müyəssər olmadılar. Vaqif 
gözəllik şairidir. Bütün ilhamı da buna həsr olunubdur. 
Yusif Vəzir Çəmənzəminli, 
dövlət xadimi, yazıçı 
 
Оnun şеir və qəzəliyyatı bizim Azərbaycan turklərinə ziyadə 
xоş  gəlir və  hər nə  оnun qələmindən zühura gəlibsə... tamamisi 
ürəkdən və  həqiqi həyatdan nəşət  еdən  əsərlərdir. Milli şairləri-
mizdən оnun kimi sadə və açıq lisanda və ana dilimizin şivəsində 
şеir və qəzəl yazan az оlub. 
 
 
Yüz sənə bundan əqdəm ata və babalarımızın dolanacağını, 
ədəb və  əxlaqını,  əlbisə  və  ətiməməsini, arzu və  təmannalarını, 
fikir və  həyatını  və bilcümlə o əsrin övza və  dəsgahını, ustadi-
bimisl olan Vaqif gözəl  əşar və  kəlami-abdarı ilə yazıb gələcək 
nəsil üçün unudulmayan bir əlamət və yadigar qoyubdur. 


 
B i b l i o q r a f i y a      
 
49
 
 
Molla Pənah Azərbaycanın məşhur və müqtədir  şairi hesab 
olunur ki, bizim ədəbiyyatımızın banisi və müəssisi adlanmağa 
onun haqqı vardır. 
Firidun bəy Köçərli,  
maarifçi-pedaqoq
 
 
Vaqif kamal, ədəb və elm sahibi bir sima idi. 
Mirzə Adıgözəlbəy, 
tarixçi 
 
Vaqif yaradıcılığı ilə Azərbaycan  şeiri tarixində yeni dövr 
başlanır. 
 
 
Vaqif irsi hələ  şair yaşadığı dövrdə  nəzər-diqqəti cəlb 
etmişdir. Lakin Vaqif öldürüldüyü zaman evi talan edildiyindən
onun əsərləri də itib batmış və öz əlyazması bizə qədər gəlib çat-
mamışdır. Vaqifin əsərlərindən  şeir maraqlılarının hafizələrində 
qalan, yaxud öz dəftərlərinə köçürmüş olduğu ayrı-ayrı qoşmalar 
saxlanılmışdır. 
                                         
 
 
Vaqif geniş xalq kütlələri içərisindən çıxıb, nəhayət dövlət 
xadimi kimi yüksəlməyə müvəffəq ola bilmiş, mütərəqqi 
şəxsiyyət olduğundan, sənətkarlıq qüdrətini və siyasətdəki bacarı-
ğını  hər kəsdən  əvvəl qiymətləndirən xalq “hər oxuyan Molla 
Pənah olmaz” zərb-məsəlini yaratmaqla, şairə qiymət vermişdir. 
Həmid Araslı, 
akademik 
 
Vaqif təkcə böyük şair deyildi, o, həm də görkəmli siyasi 
xadim və diplomat idi, xalq arasında da müdrik bir ağsaqqal kimi 
məşhurlaşmışdı. 
M o l l a   P ə n a h   V a q i f  
 
50 
 
 
Ey könül yolçusu, gülər sənətkar
Qədrini bilmədi sənin saraylar. 
İran ordusunu yeridəndə, sən 
Dedin ki, yadlara keçməsin vətən! 
Dedin ki, el dili,el şeiri gərək, 
Böyük bir ölkədə qanad gərərək, 
Üfüqdən-üfüqə çapsın atını... 
Səməd Vurğun, 
Xalq şairi 
 
Sadə Azərbaycan sözləri ilə camaatımızın qana biləcəyi bir 
şəkildə  şeir yaratmaq üçün Vaqifin üslubundan asan və əlverişli 
bir üslub yoxdur. Odur ki, həmin üslub Vaqifdən sonra şairləri-
miz üçün bir qəlib şəklinə girmişdir.  
 
 
 
Yüksək və  bədii bir zövqə malik olan Vaqif kimi gözüaçıq 
bir şair dərin bir siyasi düşüncəyə malik olmaya bilməzdi. 
 
 
 
Böyük mütəfəkkirimiz Mirzə  Fətəli Axundov bir filosof və 
dövlət adamı kimi milli nəsrimizə nə qədər xidmət göstərmişdir-
sə, Vaqif də milli şeirimizə o qədər xidmət eləmişdir. 
Məmməd Səid Ordubadi, 
yazıçı,
 Əməkdar incəsənət xadimi
  
 
Vaqifin ədəbi fəaliyyəti mühitin canlı təsiri ilə başlayır. Onun 
yeni duyğular və düşüncələrlə  tənəffüse dən  şeiri dağ çeşmələri 
qədər saf və  təmizdir. Mənzumələri, hər  şey sadə, hər  şey adi 
olmaqla bərabər gözəldir. Canlı, cazibəli və dağ çiçəkləri qədər 
təbii və  səmimidir. O, rəng və qoxunu kənd mühitindən, yaşağı 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə